Məhkəmə qərarları › İş №e-2-2(3-10)-90/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-90/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-90/2026 16.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ## #### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər cavabdeh2, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətindən, cavabdeh3, cavabdeh5, cavabdeh1 və cavabdeh6 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ##.##.2023-cü il tarixli, ***R********** saylı krеdit razılaşması üzrə 13968,37 manat krеdit bоrcu, 842,03 manat faiz bоrcu və 543,07 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15353,47 (on beş min üç yüz əlli üç manat 47 qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 136,10 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının tutulması, tutmanın cavabdeh cavabdeh6 məxsus Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına (reyestr nömrəsi 409013070531- 06301) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 15353,47 (on beş min üç yüz əlli üç manat 47 qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 136,10 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər cavabdeh2, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətindən, cavabdeh3, cavabdeh5, cavabdeh1 və cavabdeh6 müştərək qaydada iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kreditalan cavabdeh2 kreditverən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı ##.##.2023-cü il tarixli, ***L************ saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən Borcalana vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit razılaşması: Uzunmüddətli kredit müqaviləsi üzrə kreditalan cavabdeh2 kreditverən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı ##.##.2023-cü il tarixli, ***R********** saylı Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində krеdit götürmüşdür. Kreditalan cavabdeh2 Krеdit Razılaşmasının 1.3-cü bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən Banka qaytarmamışdır. Kredit alan cavabdeh2 götürdüyü krеdit bоrcundan 36031,63 manat ödəmiş və onun 13968,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.2ci bəndi ilə müəyyən olunmuş illik faizin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kreditalan cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 190 gün üçün hesablanmış faiz borcu 842,03 manat təşkil edir. Krеdit Razılaşmasının 4.1-ci bəndinə uyğun оlaraq kreditor kredit alan Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığına bu müqavilə ilə müəyyən edilmiş qaydada gecikdirmə faizi hesablamaq hüququna malikdir. ##.##.2025-ci il tarixə 190 gün üçün hеsablanmış cərimə 543,07 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Zaminlik müqavilələri: Uzunmüddətli Kredit Müqaviləsi üzrə kreditalan cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh5, cavabdeh6 və cavabdeh1 Zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Ipoteka müqaviləsi: Uzunmüddətli Kredit Müqaviləsi üzrə kreditalan cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh cavabdeh6 kreditverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı ##.##.2023-cü il tarixli, ***M************ saylı Ipoteka Müqaviləsi əsasında Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasını kreditverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin * №-li reyestr kitabının ** №-li vərəqində qeydiyyata alınmış ##.##.2023-cü il tarixli elektron Çıxarışa əsasən Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının kreditalan cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün kreditverən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ipoteka saxlayan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən cavabdeh6 “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir. “Ipoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və ##.##.2025-ci il tarixdə həmin Idarədə qeydə alınmışdır. Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Qeyd olunan torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Qədirova Ayşən Xətaib qızı Notariat Ofisinə ərizə təqdim edərək əmlakın Bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir.

2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ##### 2026-cı il tаrixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində Qət olunmuşdur ki: - “ Iddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada ##.##.2023-cü il tarixli, ***R********** saylı krеdit razılaşması üzrə 13968,37 manat krеdit bоrcu, 784,14 manat faiz bоrcu və 543,07 manat cərimə borcu olmaqla cəmi 15295,55 manat məbləğində bоrc, ödənilmiş 135,88 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqına görə pul vəsaiti tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. ##.##.2023-cü il tarixli, ***R********** saylı krеdit razılaşması üzrə borc məbləği cavabdeh cavabdeh6 məxsus Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasına (reyestr nömrəsi: 409013070531-06301) yönəldilsin. Ipoteka predmeti olan cavabdeh cavabdeh6 məxsus Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının (reyestr nömrəsi: 409013070531-06301) likvid dəyəri 400000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit razılaşması üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin. Iddia qalan hissədə rədd edilsin. Iş üzrə aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manat hissəsi iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 100 manat hissəsi isə cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Iş üzrə aparılmış tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialında olan bank hesabına (H\h AZ59AllB40060019440814132103, müxbir hesabı: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T BIK: AllBAZ2X ) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli, ***L************ nömrəli Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***R********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh2 bank tərəfindən 24 ay müddətinə aylıq 1,25 % olmaqla 50000 manat kredit verilmişdir. cavabdeh2 bank tərəfindən verilmiş kreditin 24 ay müddətinə aylıq 2431 manat, sonuncu ay isə 2440,05 manat ödəməsi şərti ilə tərəflər arasında ödəniş planı müəyyən edilmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ***S************ nömrəli, ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh3 arasında bağlanmış ***S************ nömrəli, ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh3 ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh5 arasında bağlanmış ***S************ nömrəli, ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh5 ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış ***S************ nömrəli, ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh1 ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh6 arasında bağlanmış ***S************ nömrəli, ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh6 ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məxaric orderindən görünür ki, cavabdeh2 **************** nömrəli hesabına bank tərəfindən 50000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 13968,37 manat əsas borc, 842,03 manat faiz, 543,07 manat cərimə borcu olmaqla cəmi 15353,47 manat borcu yaranmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh6 arasında bağlanmış ***M************ nömrəli, ##.##.2023-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası ##.##.2023-cü il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka müqaviləsindən irəli gələn yüklülüyü dövlət reyestrində qeydiyyata alınmışdır. Qədirova Ayşən Xətaib qızı (cavabdeh6 həyat yoldaşı) tərəfindən imzalanmaqla təsdiq edilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, Qədirova Ayşən Xətaib qızı Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh6 ünvanlanmış ##.##.2025-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, cavabdeh6 kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldiləcəyi haqqında xəbərdarlıq edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ##.##.2025-ci il tarixli ərizədən görünür ki, bank tərəfindən ipoteka predmeti olan Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi haqqında ipoteka qoyan cavabdeh6 göndərilmiş bildirişin ##.##.2025-ci il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsindən xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ##.##.2025-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 14149,87 manat əsas, 784,14 manat faiz borcu vardır. Azərbaycan Respublikası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının likvid dəyəri 400000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit, zaminlik və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək kredit müqaviləsi ilə nəzərdə tutulmuş 50000 manat məbləğində pulu cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Həmçinin bankla cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən onlar, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərlərinə götürmüşlər. Göstərilən hallar işin mübahisəsiz hallarıdır. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “krеdit razılaşması üzrə 842,03 manat faiz bоrcunun” tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ##.##.2025-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 784,14 manat faiz borcunun yarandığı müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini əsaslı hesab edərək qeyd edir ki, iddia tələbi faiz borcuna münasibətdə ekspert rəyində göstərilən məbləğdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə tələbin kredit müqaviləsi üzrə cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsində öhdəliyin lazımınca icra ediləməsi halında cərimə borcunun yaranması nəzərədə tutulmuşdur. Bu səbəbdən iddiaçı cərimə borcunun tələb edilməsində haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin “tutmanın cavabdeh6 məxsus Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına (reyestr nömrəsi 409013070531- 06301) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 15353,47 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 136,10 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi” hissəsi də təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərindən iddiaçıya borcu yaranmış, həmin öhdəliyin icrasını təmin etmək üçün cavabdeh6 torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. Bu səbəbdən də iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər iradəvi şəkildə bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. Işdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik və ipoteka müqaviləsi çıxış edir. Zaminlik müqaviləsi üzrə zaminlər başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-ci il tarixli, MB **/**** nömrəli qiymətləndirmə rəyinə əsaslanaraq ipoteka predmeti olan əmlak Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının likvid dəyəri (ilkin satış) 400000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, “Ipoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa, iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh5, cavabdeh1 və cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, “Ipoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “Icra Haqqında” və “Ipoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya olan ümumi borc məbləği 15295,55 manat təşkil edir. Bu məbləğ də ipoteka predmeti olan əmlakın likvid dəyərindən xeyli azdır. Nəticədə məhkəmə belə qənatə gəlir ki, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasını təmin etməməsi halının baş verməsi qeyri-mütənasibdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddia tələbi qismən təmin edildiyindən 135,88 manat ödənilmiş dövlət rüsumuna görə pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manat hissəsi iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 100 manat hissəsi isə cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, aparılmış digər tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada ##.##.2023cü il tarixli, ***R********** saylı krеdit razılaşması üzrə 13968,37 manat krеdit bоrcu, 784,14 manat faiz bоrcu və 543,07 manat cərimə borcu olmaqla cəmi 15295,55 manat məbləğində bоrc, ödənilmiş 135,88 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqına görə pul vəsaiti tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ##.##.2023-cü il tarixli, ***R********** saylı krеdit razılaşması üzrə borc məbləği cavabdeh cavabdeh6 məxsus Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına (reyestr nömrəsi 40901307053106301) yönəldilməli, ipoteka predmeti olan cavabdeh cavabdeh6 məxsus Ağsu şəhəri, Heydər Əliyev prospekti 394 ünvanında olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 333,9 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasının (reyestr nömrəsi 409013070531-06301) likvid dəyəri 400000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdehin ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit razılaşması üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməli, iddia qalan hissədə rədd edilməli, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manat hissəsi iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 100 manat hissəsi isə cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE00000000000002088501) hesabına ödənilməli, iş üzrə aparılmış bir digər tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialında olan bank hesabına (H\h AZ59AllB40060019440814132103, müxbir hesabı: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T BIK: AllBAZ2X ) ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 270.1, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741, 743.1, 743.2-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh cavabdeh6 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e- *-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh6 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi qismən təmin edilmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Belə ki, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinin dispozisiyasından görünür ki, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Iş üzrə məhkəmə öz qətnaməsində “cavabdeh6 tərəfindən bu tip bildiriş aldığını” qeyd etsə də, bildiriş cavabdeh6 çatmamışdır. Məhkəməyə təqdim edilən bildirişin kim tərəfindən qəbul edilməsi, hansı poçt vasitəsilə göndərilməsi, hansı ünvana göndərilməsi və bildirişi qəbul edən şəxsin cavabdeh6la hansı əlaqəsinin olması müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə bu hissəyə səthi yanaşmış, imperativ norma olan “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinin tələbini gözləməmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Kredit müqaviləsi üzrə dəbbə pulunun, məhkəmə xərclərinin və öhdəliyin icra olunmamasına görə digər xərclərin cavabdeh cavabdeh6 tutulması da əsassızdır. Belə ki, qanunun dispozisiyasından görünür ki, dəbbə pulu öhdəliyi icra etməyən şəxsdən tutulmalıdır. cavabdeh6 bu iş üzrə zamindir. Öhdəliyi icra etmək, əsas borclunun vəzifəsidir. Onun öhdəliyi gecikdirməsinə görə əlavə xərclər də yalnız borclunun özündən tutulmalıdır. Ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Qanun normasından görünür ki, ipoteka predmetinin bazar qiyməti müəyyən olunarkən tərəflərin razılığı zəruri amildir. Məhkəmə tərəfindən cəlb edilən qiymətləndirici vasitəsilə qiymətləndirmənin keçirilməsi isə cavabdeh cavabdeh6 hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, ilkin olaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətləndirmənin keçirilməsində cavabdehlərin məlumatı və razılıqları olmamışdır. Ikincisi, torpaq sahəsinin yekun bazar qiyməti əmlakın əsl dəyərindən aşağı yazılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyən edilmiş 400000 manat məbləğ torpaq sahəsinin real bazar dəyərini əks etdirmir. Həmin qiymət əsasında əmlakın hərraca çıxarılması cavabdeh6 hüquqlarının pozulmasına və gələcəkdə hərracın nəticələrinin mübahisələndirilməsinə səbəb ola bilər. Eləcə də, qiymətləndimə zamanı mübahisəli tətqiqat aparılmamış, əmlaka baxış keçirilməmiş, əmlakın faktiki vəziyyəti yoxlanılmamışdır.

- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz

Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə cavabdeh cavabdeh6 apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edilərək, cavabdeh cavabdeh6 apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanması barədə qətnamə qəbul olunması xahiş edilmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclası ## #### 2026-cı il tarixinə saat 12:00-a təyin edilmişdir. Apellyasiya şikayətini qəbul etmirlər. Hesab edirlər ki, şikayətin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Ödəniş planından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcunun hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclular müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişlər. Ona görə də, Bank müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə borcunun hesablanması və məhkəməyə müraciət edərək qalıq əsas borcla yanaşı faiz və cərimə məbləğinin tələb edilməsində haqlı olmuşdur. cavabdeh2 MMC-nin kredit öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh4 MMC, “xxxx” MMC, “xxxx” MMC, cavabdeh6 və cavabdeh1 Bank ilə bağladıqları zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşıyır və krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Birinci instansiya məhkəməsi haqlı olaraq borc məbləğinin müştərək qaydada əsas borclu ilə yanaşı həm də zaminlərdən tutulması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş, ekspert borcun məbləği barədə rəy vermişdir. Məhkəmə faiz borcunu ekspert rəyinə uyğun müəyyən etmişdir. Həmçinin, məhkəmə qanuni və ədalətli olaraq cərimə borcu hissəsində də iddia tələblərini təmin etmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən dəbbə pulu müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Işin məhkəməyə hazırlanması dövründə Bank tərəfindən ipoteka saxlayan cavabdeh6 ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildiriş cavabdeh6 tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsində işə baxıldığı dövrdə cavabdeh cavabdeh6 tərəfindən işin bu halı ilə bağlı hər hansı şikayət, etiraz daxil olmamışdır. Ipoteka müqaviləsi ##.##.2023-cü il tarixdə bağlanmış, müqavilənin 2.5-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə əmlakın dəyəri 200000 manat müəyyən edilmişdir. Ipoteka predmeti olan əmlakın məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən hazırki tarixə dəyəri 400000 manat müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin dəyərinin daha yüksək olmasını qeyd etsə də, bununla bağlı birinci instansiya məhkəməsində işə baxıldığı dövrdə bu qiymətlə razılaşmış, hər hansı şikayət və ya vəsatət verməmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayət verməkdə məqsəd işin gedişatını uzatmaq, Bank qarşısında öhdəliklərin icrasından yayınmaq üçün əlavə vaxt qazanmaqdan ibarətdir.

4. Iş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, apellyasiya şikayətini vermiş cavabdeh cavabdeh6, iş üzrə digər cavabdehlər cavabdeh2, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinin və cavabdeh3 nümayəndələri və cavabdeh1 gəlməmişlər. Lakin, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cavabdeh tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin, apellyasiya şikayətini vermiş cavabdeh cavabdeh6, iş üzrə digər cavabdehlər cavabdeh2, cavabdeh5, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinin və cavabdeh3 nümayəndələrinin və cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh cavabdeh6 tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 296.1. Girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqavilələri bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

"Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3.3. Ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və cavabdeh cavabdeh6 apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara birinci instansiya məhkəməsi tərəfindən Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş hissələrdə və hədlərdə öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eləcə də, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunmasına baxmayaraq, iddiaçı tərəf həmin qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar