Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-92/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Qəbələ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı “Qəbələ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları
1. İş materiallarınada olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli ******** nömrəli, ##.##.2025-ci il tarixli ******** nömrəli, ##.##.2025-ci il tarixli ******** nömrəli, ##.##.2025-ci il tarixli ******** nömrəli, ##.##.2025-ci il tarixli ******** nömrəli, ##.##.2025-ci il tarixli ******** nömrəli, ##.##.2025-ci il tarixli ******** nömrəli, ##.##.2025-ci il tarixli ******** nömrəli elektron qaimələrdə cavabdehə müqavilə üzrə təhvil verilmiş malların adı və qiymətləri öz əksini tapmışdır.
2. İş materiallarınada olan ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə əsasında cəmi 393,27 manat ƏDV üzrə pul ödənilmişdir.
3. İş materiallarınada olan ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə əsasında cəmi 2184,89 manat pul ödənilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “Qəbələ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən ##.##.2022-ci il tarixli ******-** saylı alqı-satqı müqaviləsi üzrə “Qəbələ İnşaat” MMC-yə verilməli olan 3.993,86 manat məbləğində borcun, vəkilə hüquqi xidmətə görə ödənilmiş 480 manatın, iddia ərizəsinin verilməsi üçün 60 manat dövlət rüsumunun ümumilikdə 4.533,86 manat məbləğində pulun tulularaq “Qəbələ İnşaat” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qəbələ İnşaat” MMC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixli ******-** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Cavabdeh MMC tərəfindən tikintidə istifadə olunan müxtəlif xırdavat, təmir və digər tikinti materialları alınmışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin cavabdeh şirkət tərəfindən bu günə olan müqaviləyə əsasən 3.993,86 (üç min doqquz yüz doxsan üç) manat 86 qəpik məbləğində borc bu günə qədər bizə ödənilməmişdir. Cavabdeh şirkət onlara olan borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh şirkət bizə olan 3.993,86 (üç min doqquz yüz doxsan üç) manat 86 qəpik məbləğində borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
7. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2022ci il tarixli müqavilə üzrə 3993,86 manat məbləğində pul vəsaiti, 60 manat dövlət rüsumunun əvəzi və vəkilə hüquqi xidmətə görə ödənilmiş 320 manat pul tutularaq iddiaçı “Qəbələ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.2, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1, 284- 6.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə cavabdeh tərəfin iştirakı olmadan baxmış və yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə (elektron qaimələrə) əsaslanaraq qətnamə qəbul etmişdir. “Qəbələ İnşaat” MMC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixli ******-** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Cavabdeh MMC tərəfindən tikintidə istifadə olunan müxtəlif xırdavat, təmir və digər tikinti materialları alınmışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin cavabdeh şirkət tərəfindən bu günə olan müqaviləyə əsasən 3.993,86 (üç min doqquz yüz doxsan üç) manat 86 qəpik məbləğində borc bu günə qədər bizə ödənilməmişdir bildirsə də, bu barədə üzləşmə aktını məhkəməyə təqdim etməmişdir. Heç bir təhvil təslim aktı məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr müqavilə qüvvədən düşdükdən sonra tərtib edilmişdir, yəni mallar təhvil verildikdə müqavilə qüvvədə olmamışdır və qüvvədə olmasını sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf faktiki olaraq iş üzrə mövqeyini təqdim etmək, sübutlar vermək və iddiaçı tərəfindən irəli sürülən tələblərə etiraz etmək imkanından məhrum olmuşdur. Tərəflər arasında imzalanan müqavilə 1 il ərzində qüvvədə olmuş, 1 il müddətə uzadılma olduğu müqavilədə qeyd edilmişdir. Hesab edirik ki, iddiaçı iddia müddətini ötürmüşdür. Bu baxımdan iddia müddətinin keçməsi nəzərə alınmalı və iddia tələbi rədd edilməlidir. Bu, qəbul edilmiş qətnamənin ləğvi üçün vacib şərtlərdən biridir. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 373.3-cü maddəyə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Qeyd olunanlara əsasən cavabdehin iştirakı ilə baxıb Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
12. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394- 1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
29. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
30. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
38. Müəyyən edilmişdir ki, “satıcı” “Qəbələ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “alıcı” Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2022-ci il tarixli ******-** nömrəli “alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz hissəsi olan razılaşma protokolunda əks olunan malları müqavilənin şərtlərinə uyğun olaraq mülkiyyətinə verir, alıcı isə bunun müqabilində satıcıya müqavilə ilə müəyyən olunmuş qiymətini ödəyir.
39. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdehə müxtəlif mallar vermiş, cavabdeh isə öz növbəsində həmin malların dəyərinin bir qismini ödəmiş, 3993,86 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
40. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə yazılı icraat qaydasında baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
41. Apellyasiya şikayətinin dəlillərindən biri cavabdehin məhkəmə iclasının keçirilməsi barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəmə prosesində iştirak edə bilməməsi və onun izahatı alınmadan qətnamə qəbul edilməsi barədədir.
42. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, qanunun tələbinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
43. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır (Azərbaycan Respublikasının MPM, 284-1, 284-5.1, 284-5.2-ci maddələr).
44. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehə rəsmi qaydada bildirişi və iddia ərizəsinin surətini göndərmiş, həmin bildirişdə MPM-in qeyd olunan maddələrinin tələbləri izah edilməklə yanaşı, prosessual hüquq və vəzifələr göstərilmiş, bildirişi alan cavabdeh iddiaya qarşı yazılı etirazı verməmişdir.
45. Belə olan halda şikayətin göstərilən dəlilləri əsassızdır.
46. Apellyasiya şikayətinin başqa bir dəlili birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməməsi barədədir.
47. Kollegiya iddia müddətinin tətbiqi ilə bağlı onu da qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə baxılarkən ümumiyyətlə, hazırkı mübahisə üzrə iddia müddətinin keçib-keçməməsi barədə məsələ müzakirə edilməmiş, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermədiyindən təbii ki, məhkəmə münasibət bildirməmişdir, bildirə də bilməzdi.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair # ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. ... Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
49. Digər tərəfdən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.2-c bəndində göstərilmişdir ki, müqavilə imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 1 il müddət ərzində hüquqi qüvvəyə malikdir. Tərəflər arasında hər hansı bir narazılıq olmadığı təqdirdə müqavilənin müddəti 1 il üçün uzadılmış hesab edilir.
50. İşdə olan 2025-ci il ərzində müxtəlif vaxtlarda iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə fakturalarla həmin vaxta qədər tərəflər arasında heç bir narazılığın olmadığı və bununla da müqavilənin müddətinin uzadılmış hesab olunduğu təsdiq edilir.
51. Eyni zamanda hazırkı iddia tələbi 2025-ci ildə satılmış mallarrın dəyərinin ödənilməsi barədə olduğundan iddia müddətinin keçməsindən söhbət gedə bilməz.
52. Ona görə də, apellyasiya şikayətinin cavabdehin iddiaçı tərəfindən iddia müddətinin keçməsini əsas gətirməsi və tətbiq olmasını xahiş etməsi barədə dəlili də əsassızdır.
53. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
54. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən ##.##.2022-ci il tarixli ******-** nömrəli müqavilə üzrə 3993,86 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
56. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr müqavilə qüvvədən düşdükdən sonra tərtib edilmişdir, yəni mallar təhvil verildikdə müqavilə qüvvədə olmamışdır və qüvvədə olmasını sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir.
57. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən malların təhvil verildiyini təsdiq edir, lakin malların verilməsinə dair elektron qaimələrin tərəflər arasında bağlanmış müqavilənin ləğvindən sonra tərtib edildiyini bildirir. Cavabdehin malların müqavilənin ləğvindən sonra göndərilməsinə dair bəyanı əsassızdır.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
59. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Cavabdehin işləməməsi, onun hər hansı qazanc mənbəyinin olmaması və maddi vəziyyətinin çətinliyi onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir.
60. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddia ərizəsinə əlavə etdiyi sənədlər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli deyildir. Apellyasiya şikayətinin dəlilləri yalnız formal mülahizələrdən ibarət olmuşdur.
61. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
64. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
66. Hazırkı kommersiya mübahisəsi üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov