Məhkəmə qərarları › İş №e-2-2(3-10)-99/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-99/2026

21.07.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-99/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Ərizəçi - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Heydərov İlqar İlyas oğlunun iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs Maraqlı şəxs (VÖEN **********) dövlət büdcəsinə 8797,73 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində (doğum tarixi - ##.##.1977-ci il, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA*******, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 8797,73 manat məbləğində (o cümlədən, vergilər üzrə 6445,22 manat, faizlər üzrə 2352,51 manat) olmaqla, ümumilikdə 8797,73 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ### 2026-cı il tarixli, e- *-*(*-**)-***/**** saylı qətnaməsi ilə ərizə təmin edilərək ##.##.1977-ci il təvəllüdlü, Ucar rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA*******, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******) dövlət büdcəsinə 8797,73 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə ona vaxtında məlumat verməyib və o, buna görə də məhkəmə iclasının vaxtı barədə xəbərsiz olmuşdur. Bununla da işə baxan birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş və məhkəmə iclasında çəkişmə prinsipini təmin etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi onun dövlət büdcəsinə 8797,73 manat borcumun olması qənaətinə yalnız ərizəçi tərəfindən təqdim edilmiş, onun tərəfindən təsdiq edilmiş sənədlər və məlumatlar əsasında gəlmiş, məhkəmə öz təşəbbüsü ilə obyektik həqiqətin üzər çıxması, onun vergi borcumun olub-olmaması, mənim əmək qabiliyyətinin olub-olmaması və sahibkarlıq fəaliyyəti ilə məşğul olub olmamağımı aydınlaşdırmamışdır. Belə ki, o, ##.##.2015-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlildir. Ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilərkən ona “Epilepsiya, isteriki nevroz, tez-tez baş verən qıcolma” diaqnozu qoyulmuş və əmək qabiliyyətsiz olmaqla 80 % əmək qabiliyyətimin itirilməsi qeyd edilmişdir. Göründüyü kimi onun əmək qabiliyyəti mövcud deyil və buna görə də heç yerdə işləyə və heç bir fəaliyyətlə məşğul ola bilmir. ##.##.2026-cı il tarixdə ona Şəki Kommersiya Məhkəməsindən mənə zəng edilmiş və bildirilmişdir ki, Şəki Kommersiya Məhkəməsində ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə baxılır. Bundan sonra mənə məlum olmuşdur ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs Maraqlı şəxs (VÖEN **********) dövlət büdcəsinə 8797,73 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin ərizədə qeyd edilmişdir ki, guya onun ********** nömrəli VÖEN-i var və hazırda dövlət büdcəsinə 8797,73 manat məbləğində olmaqla, ümumilikdə 8797,73 manat borcu var. Lakin o, heç vaxt VÖEN almaq üçün vergi orqanına müraciət etməmiş və heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Həmin VÖEN-i onun adından kimin açmasından və istifadə etməsindən məlumatı yoxdur. Göründüyü kimi onun heç bir vergi borcu yoxdur və buna görə də onun adına qanunsuz və əsassız hesablanmış 8797,73 manat məbləğində vergi borcu silinməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün araşdırma aparılmamış, obyektiv həqiqətin üzrə çıxarılması üçün heç bir addım atılmamışdır. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsi və tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının ərizəçidən alınaraq ona verilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Heydərov İlqar İlyas oğlu apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, maraqlı şəxsin adına VÖEN ##.##.2025-ci il tarixdə açılmışdır, lakin 193356 manat pul vəsaiti cavabdehin kartına 2022- 2023-cü illər arası daxil olmuşdur. Pul vəsaiti maraqlı şəxsin kartına o, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdan əvvəl daxil olmuşdur. Vəsaitin maraqlı şəxsin kartına daxil olması barədə məlumatı X4 vermişdir. Vergi borcu VÖEN açılmamışdan əvvəl olan dövrə hesablanmış, sonra VÖEN açılaraq maraqlı şəxsə vergi borcu barədə məlumat verilmişdir. Maraqlı şəxsin adına elektron kabineti onlar yaratmış və vergi borcu barədə bildirişi elektron kabinet vasitəsi ilə təqdim etmişlər. Adına elektron kabinet açılması barədə məlumat, borc haqqında xəbərdarlıq bildirişi maraqlı şəxs Maraqlı şəxs poçt, kuryer və ya digər üsulla təqdim olunmamış, yalnız elektron kabinetinə yerləşdirilib, sonra da məhkəmədə iddia qaldırılıb. Apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Maraqlı şəxs onun adına vergi ödəyicisi kimi elektron kabinetin açılması barədə məlumatının olub-olmaması ilə bağlı ərizəçinin nümayəndəsi Heydərov İlqar İlyas oğlu ağlabatan cavab verə bilmədi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin məcəllənin 259.0-cı maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: - 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; (...). Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Hazırkı işdən görünür ki, maraqlı yazılmış pretenziya məktubunun surəti ərizəyə əlavə edilsə də, onun cavabdehə göndərilməsini, çatdırılmasını və yaxud digər qaydada təqdim edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iş materialları ilə ərizəçi tərəfindən maraqlı şəxs Maraqlı şəxs adına vergi ödəyicisi kimi VÖEN-nin və elektron kabinetin açılması barədə sonuncunun lazımi qaydada xəbərdar edilməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi, ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya əməl etmədən məhkəməyə müraciət etmişdir. Bu hal isə mülki prosessual qanunvericiliyin tələbinə görə, iddianın baxılmamış saxlanılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də, kollegiya hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384.0.4 və 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə iddianın bаxılmаmış sаxlаnılmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar