Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1007/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X16 və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında ## ######## 2025-ci il tarixli alğı-satğı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1-ci bəndinə əsasən “ALICI” bu müqaviləyə əlavə olunan qiymət razılaşdırılması haqqında tərəflər arasında bağlanmış protokolda göstərilən malları sifariş edir. Satılan malların keyfiyyəti standartlara uyğun olmalıdır. Müqavilə üzrə nəzərdə tutulan öhdəliklər müqavilə imzalandığı gündən qüvvəyə minir və 30 gün müddətinə tərəflərin üzərinə düşən öhdəliklər başa çatdırılır. 2-ci bəndinə əsasən müqavilənin şərtlərini pozan tərəf müqavilənin dəyərinin 1% həcmində cərimə olunur. 3-cü bəndinə əsasən “alıcı” aldığı mala görə “satıcı” tərəfindən təqdim edilmiş hesab faktura və elektron qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini hesablaşma hesabına köçürmə yolu ilə ödəyir. Satılan malların dəyəri köçürmə qaydasında aparılır. 5-ci bəndinə əsasən müqavilə 2 illik nəzərdə tutulub. ##.##.2025-ci il tarixdən ##.##.2027- ci il tarixədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında ## ######## 2025-ci il tarixli alğı-satğı müqaviləyə X10 haqqında Protokoluna əsasən malların qiyməti 112111.80 manat məbləğində razılaşdırılmışdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə MT2509 ******** saylı ##.##.2025-ci il tarixli 112111.8 manat məbləğində elektron qaimə göndərilmişdir.
4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 95010 manat (ƏDV xaric)məbləğində mal verilmişdir. Akt hər iki tərəfin imzası təsdiq edilmişdir.
5. Nizami RPİ-nin 24-cü PŞ-də aparılmış araşdırılma əsasında toplanmış materiallarda X2 izahatında qeyd etmişdir ki, ##.##.2025-ci il tarixində ”xxxx” MMC ilə 112111.80 manat məbləğində müqavilə imzalandı. Kabellər Çobanzadə küçəsində Vidadi adlı şəxsin anbarına yükləndi. Daha sonra aralarında yaranmış mübahisəyə görə “xxxx” MMC-nin rəhbər şəxsləri İlham adlı şəxs vasitəsilə kabelləri öz maşınlarına yüklədilər və geri öz zavodlarına apardılar. Kabelləri alan zaman akt imzalanmış, ancaq geri qaytaran zaman heç bir sənəd imzalanmamışdır.Bu vəziyyətdən istifadə edərək İddiaçı MMC müqavilə şərtlərinə uyğun olaraq 112111.80 manat məbləğində pulun ödənilməsi tələbini irəli sürüb.
6. Nizami RPİ-nin 24-cü PŞ-də aparılmış araşdırılma əsasında toplanmış materiallarda İmanov Pərviz Dilavər oğlu izahatında qeyd etmişdir ki, İddiaçı MMC-nin direktoru vəzifəsində çalışmışdır.##.##.2025-ci il tarixində Cavabdeh MMC-nin direktoru X2 ona müraciət edərək, tikinti işlərinin aparılması üçün 112 111.80 manat məbləğində kabellərin müqavilə əsasında onun şirkətinə bir ay müddətinə pulun köçürülməsinə razılaşmışlar və həmin kabellər akt əsasında sayla təhvil verilmişdir. Həmin kabellərin təhvil aldıqdan 3-4 gün sonra Mehdiyev Asif adlı əvvəl tanıdıqları şəxs ona zəng vuraraq 112111 manat dəyərində olan kabellərin dəyərindən aşağı olan 55000 manata İlham adlı şəxsin ona satışını təklif etməsini bildirdi. O onunla bir yerdə həmin ünvana gedərək alıcı qismində mala baxdıqda həmin kabellərin onun şirkətinə məxsus olmasını Kamran Həsənova bildirdi. Həmin kabellərin satış qiymətindən xeyli az qiymətə satılmasının səbəbini soruşduqda, bildirdi ki, 1 ay müddətində alınmış malın dəyərini ödəyəcək. Bundan sonra o həmin ünvanı tərk edərək, Kamran Həsənovun ödəniş etməsini gözlədi.
7. X6 məhkəmə iclasında ifadəsində bildirdi ki, Cavabdeh MMC-də işləmir, Kamran Həsənovun qonşusudur. Kabellər gələn vaxtda, Nizami rayonu, Çobanzadə küçəsində, qarajda idi. O qaraj onun dostu gilin qarajı idi, Kamran ondan kabelləri boşaltmaq üçün yer xahiş etmişdi. O da ona bildirdi ki, dostunun qarajı var, ondan kabelləri 1-2 saatlıq boşaltmaq üçün yer istəyə bilər. Çünki kabellər yük maşınının üzərində qalıb, boşaltdıqdan sonra gəlib təhvil alacaqlar.O dostundan xahiş etdikdən sonra, kabelləri onun qarajına boşaltdılar. Kabelləri boşaltdıqdan sonra İlham gəlib bildirdi ki, onları almaq istəyir. İlham bəyi Kamran tapmışdı. O gəlib kabelləri alacağını bildirdi. Əvvəl zəng etmişdi ki, kabelləri göndərəcəyi maşına yükləyin, ondan sonra o, pulunu ödəyib götürəcək. Kamran kabelləri Pərviz adlı qonşusundan almışdı. Kabellər evakuatora yükləndikdən sonra Pərviz qarajın həyətində avtomobilə minərək getdi. İki tərəf arasında orda mübahisə yarandı. Pərviz Kamrana bildirdi ki, kabelləri təhvil vermək üçün onu yox, başqa şəxsi gözləyirdi, kabelləri ona vermək istəmir. Ondan sonra ikisi birlikdə restorana gedib söhbət etdilər. Kabellər təxminən 2 saata qədər evakuatorun üzərində qaldı. İlham bildirdi ki, kabellər bu avtomobillə yox, başqa bir avtomobillə deyəcəyi yerə getməlidir. Kabellər hissə-hissə göndərilmişdi. Əvvəl göndərilən hissə 3 gün qalmışdı, digər 2-ci hissə isə 3 gündən sonra gəlmişdi, yerdəki kabelləri də İlhamın göndərdiyi evakuatora yükləmişdi. Kabellərin bir hissəsi qarajda qalmışdı. Ümumilikdə 5 baraban olmalı idi.
8. Şahid Mikayılov İlham Vahid oğlu məhkəmə iclasında izahatında bildirdi ki, şirkət olaraq, Cavabdeh MMC ilə əlaqəsi yoxdur, şəxs olaraq, Kamran Həsənovu tanıyır. Kamran ona bildirdi ki, təzə kabelləri var, satmağa adam axtarır. O da bir neçə yerdən maraqlanıb, qiymət barədə Kamrana məlumat verdi, lakin onu qane etmədi. Onunla bu barədə danışığı təxminən 3-4 gün çəkdi. Dostuna müvafiq malların satılması üçün alıcı tapa biləcəyi ilə bağlı müraciət etdikdə o yekunda ona bir nəfəri təklif etdi. Şahid də Asif adlı dostuna bildirdi ki, Çobanzadə də yerləşən qaraja kabelləri götürmək üçün avtomobil göndərsin. Asif özü gəlməmişdi. Kabellər Kamranın özünün tanıdığı bir başqa maşının üzərində yığılmışdı. Satıcı Kamrandır, o da dostuna bildirdi ki, alıcı tapsın. Dostunun göndərdiyi alıcı da Pərviz idi. Orada təxminən 5 baraban kabel yüklənmişdi.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış **/**** nömrəli # ######## 2025-ci il tarixli müqavilə üzrə 112.111,80 manat ,müqavilə şərtlərinin pozulmasına görə 1121,12 manat və dövlət rüsumu 402,23 manat ümumilikdə 112 232,92 manat məbləğin “xxxx” MMC hesabından tutularaq, İddiaçıMəhdud Məsuliyyıtli Cəmiyyətin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanılmış **/**** nömrəli # ######## 2025-ci il tarixli müqavilə əsasında mal-materialların alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı tərəfindən mal-material (kabel) cavabdehə təhvil-təslim Aktı ilə təhvil verilmiş, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərilmişdir. Müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfdən müqavilə şərtləri icra edilməmişdir. Mal-materilların alqısatqısı müqaviləsi üzrə müqavilə dəyəri 112 111,80 manat (ƏDV daxil) müqavilə dəyəri üzrə heç bir ödəniş edilməmişdir. Bundan başqa müqavilənin 2 bəndinə müvafiq olaraq, müqavilə şərtlərini pozan tərəf müqavilə dəyərinin 1% həcmində cərimə edilir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və iddiaçı təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması müəssisənin üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448-ci maddələrinə istinad olunmuşdur.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 112111,80 manat məbləğində əsas borcun, 300 manat məbləğində cərimə borcunun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 402,41 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında alğı-satqı münasibəti mövcud olmuş, müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 112111,80 manat dəyərində kabellər təhvil verilmişdir. Qeyd edilən hal, həm məhkəmə iclasında tədqiq edilmiş alğı-satqı müqaviləsi, qiymətlərin razılaşdırma protokolu, təhvil təslim aktı və cavabdehin qanuni təmsilçisi və nümayəndəsinin izahatları ilə öz təsdiqini tapıb. Tərəflər arasında işin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh həmin malları iddiaçıya geri qaytarıldığnı iddia edir. Sübut olaraq yalnız məhkəmə iclasında dinriilən şahid ifadələrini təqdim edir.Məhkəmə hesab edib ki, məhkmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ## ######## 2025-ci il tarixli alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir.Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə şahid ifadələrini digər sübutlarla birgə qiymət verərək hesab edib ki, hər iki şahid həmin gün kabellərin avtmobilə yüklənməsini qeyd etsələr də, həmin avtomobilin kimə məxsus olması, avtomobilin markası, dövlət qeydiyyat nişan barədə heç bir suala adekvat cavab verməmişdir. Həmçinin iddiaçının direktoru olan İmanov Pərviz Dilavər oğlunun həmin gün anbara gəlməsi onun özünün Polis idarəsində verdiyi izahatla öz təsdiqini tapsa da, kabellərin onun tərəfindn aparılması məhkəmə iclasında subuta yetirilə bilməmişdir. Cavabdeh iddia tələbinə etirazında həmin mallarin iddiaçının direktoru Pərviz İmanova geri qaytarıldığını bildirsə də, nə məhkəmə iclasında dindirilən şahidlər tərəfindən verilən izahatlarda,nə də ki Nizami rayonu 24-cü PŞ tərəfindən toplanılan araşdırma materiallarında müqavilə predmeti olan malların cavabdeh tərəfindən iddiaçıya nə vaxt,kim tərəfindən və harada qaytarılması ilə bağlı dəlillər öz əksini tapmamışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 112111,80 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, cavabdehdən 112111,80 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünüb ki, iddiaçı iddia ərizəsində 1 121,12 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edib ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə 405 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 402.41 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
14. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 567, 442, 443, 467, 462.1, 467-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, qalan hissədə dəyişdirlmədən saxlanılaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami RPİ-nin 24-cü PŞ-də aparılmış araşdırılma əsasında toplanmış materiallar və şahidlərin məhkəmə iclasında izahatlarından göründüyü odur ki, iddiaçı tərəfindən müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra edilməmişdir, yəni, **/**** nömrəli # ######## 2025-ci il tarixli müqavilə üzrə 112 111,80 manat məbləği dəyərində malların təhvilinə dair sənədlər hazırlanıb tərəflər arasında imzalanmasına baxmayaraq, bu mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməmişdir. Malların geri qaytarılması iddiaçı tərəfindən malların təhvil verilməsi öhdəliyin icra edilməməsi kimi qəbul edilməlidir. Məhkəmə şahid ifadələrini digər sübutlarla birgə qiymət verərək hesab edib ki, hər iki şahid həmin gün kabellərin avtomobilə yüklənməsini qeyd etsələr də, həmin avtomobilin kimə məxsus olması, avtomobilin markası, dövlət qeydiyyat nişan barədə heç bir suala adekvat cavab verməmişdir. Həmçinin iddiaçının direktoru olan İmanov Pərviz Dilavər oğlunun həmin gün anbara gəlməsi onun özünün Polis idarəsində verdiyi izahatla öz təsdiqini tapsa da, kabellərin onun tərəfindən aparılması məhkəmə iclasında subuta yetirilə bilməmişdir. Cavabdeh iddia tələbinə etirazında həmin malların iddiaçının direktoru Pərviz İmanova geri qaytarıldığını bildirsə də, nə məhkəmə iclasında dindirilən şahidlər tərəfindən verilən izahatlarda,nə də ki Nizami rayonu 24-cü PŞ tərəfindən toplanılan araşdırma materiallarında müqavilə predmeti olan malların cavabdeh tərəfindən iddiaçıya nə vaxt,kim tərəfindən və harada qaytarılması ilə bağlı dəlillər öz əksini tapmamışdır.” Qeyd edilməlidir ki, avtomobilin kimə məxsus olmasını yalnız avtomobilin texpasportu əldə edilməklə müəyyən etmək olar və avtomobilin texpasportunun yoxlanması yalnız X3 əməkdaşı tərəfindən həyata keçirilə bilər. Şahidlərin avtomobilin texpasportunun əldə etmək imkanları olmadığı halda onun mülkiyyətçisi barədə məlumatın əldə edilməsi mümkünsuzdür. Avtomobilin markası və dövlət qeydiyyat nişanı haqqında sualın şahidlər tərəfindən cavablandıra bilməməsi ilə bağlı qeyd edilməlidir ki, keçmiş hadisələrin unudulması və ya çətin xatırlanması təbii haldır. Beyin hər gün milyonlarla detal qəbul edir və yalnız emosional əhəmiyyətli və ya təkrarlanan məlumatları uzunmüddətli yaddaşa ötürür, bu hadisə isə şahidlər üçün adi iş prosesi kimi qəbul edildiyinə görə onun detalları yaddaşlarından silinə bilər. Hesab edir ki, məhkəmə bu sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və düzgün qiymətləndirməmişdir. MPM 106.1-ci maddəsi üzrə məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
19. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız iddia tələbi təmin edilən hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış ## ######## 2025-ci il tarixli alğı-satğı müqaviləsinə görə iddiaçı qiymət razılaşdırılması haqqında protokolda göstərilən malları satmağı, cavabdeh isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqaviləyə əsasən malları (kabelləri) cavabdeh Cavabdeh MMC-yə təqdim etməklə öz öhdəliklərini lazımi qaydada icra etdiyini, cavabdehin isə həmin malların dəyərini ödəmədiyini əsas göstərərək müqavilə üzrə 112.111,80 manat məbləğində borcun, habelə müqavilə şərtlərinin pozulmasına görə dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə alqı-satqı müqaviləsinə əsasən təhvil alınmış malların sonradan iddiaçıya geri qaytarıldığını əsas göstərərək iddiaya etiraz edir.
27. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisəyə Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən qiymət vermişdir. Belə ki, müqavilənin şərtlərindən aydın şəkildə görünür ki, mallar nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmişdir.
28. İşin hallarına gəldikdə kollegiya ilk növbədə qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının cavabdehə 112.111,80 manat məbləğində malları təqdim etməsi işin mübahisəsiz halını təşkil edir.
29. İşin mübahisəli halı isə cavabdehin malların təqdim edilməsindən neçə gün sonra həmin malları iddiaçıya geri qaytarıb-qaytarmaması ilə bağlıdır.
30. Malların faktiki təhvil verilməsindən sonra iddiaçıya geri qaytarıldığını iddia edən cavabdeh bu halın təsdiqi kimi Nizami RPİ tərəfindən aparılmış araşdırma materiallarına və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə istinad edir.
31. Bununla bağlı kollegiya hesab edir ki, qeyd edilən izahat və ifadələr malların iddiaçıya qaytarılması barədə əsaslı nəticə gəlmək üçün kifayət etmir. Belə ki, şahidlər ifadələrində mübahisəli kabellərin cavabdehə məxsus qarajdan (anbardan) evakuatora yüklənərək aparıldığını təsdiq etsələr də, malların konkret olaraq iddiaçıya və ya onun qanuni təmsilçisi İmanov Pərviz Dilavər oğluna qaytarıldığını bildirməmişlər. Digər tərəfdən İmanov Pərviz Dilavər oğlunun verdiyi izahatdan isə görünür ki, sonuncu malların geri götürülməsi üçün deyil, həmin malların ucuz qiymətə alınmasının ona təklif edilməsi ilə bağlı cavabdehin anbarına gəlmiş və alınması təklif olunan malların onun cavabdehə təhvil verdiyi mallar olmasını bildikdən sonra anbarı tərk etmişdir. Bu baxımdan, istinad edilən izahat və ifadələrə əsasən malların geri qaytarılması barədə tərəflər arasında razılaşmanın mövcudluğu və həmin razılaşmaya əsasən malların iddiaçıya geri qaytarılmasını deyil, yalnız malların cavabdehə məxsus anbardan (qarajdan) çıxarılaraq başqa ünvana aparılmasını müəyyən etmək olur.
32. Kollegiya onu da nəzərə alır ki, cavabdeh tərəf malları təhvil aldıqdan bir neçə gün sonra iddiaçıya geri qaytarılmasının, eləcə də təhvil-təslim aktı əsasında təhvil alınmış mallar geri qaytarılarkən akt imzalanmamasının səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir. Bununla yanaşı məhkəmə iclasında cavabdehin nümayəndəsi malların qaytarılmasını həmin malların istifadə edilməsi nəzərdə tutulan layihənin baş tutmaması ilə əlaqələndirsə də, göstərilən halı təsdiq edən hər hansı sübutu da iş materiallarına əlavə etməmişdir.
33. Belə olan halda, kollegiya belə qənaətə gəlir ki, mübahisəli müqavilə üzrə təqdim edilmiş malların iddiaçıya qaytarılması faktı iş materialları ilə öz təsdiqini tapmadığından əsas borcun tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
34. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin 2-ci bəndi), eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 300 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
36. Qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov