Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1014/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-1014/2026

18.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1014/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı MMC-nin cavabdeh CavabdehQSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, məhkəmə xərcləri) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ## ###### 2022-ci il tarixli, № **AMP/**** nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən müqavilə satıcı ilə alıcı arasında, atipikçərçivə alğı-satqı müqaviləsi olmaqla, alıcının müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında satıcının satılanın sahiblik və mülkiyyətim alıcıya ötürməyi alıcının isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. 2.1-ci bəndinə əsasən malın qiyməti qiymətlərin razılaşdırılması protokolu və ya satıcının qiymət siyahısı (price list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. 3.2.1-ci bəndinə əsasən alıcı malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. 6.5-ci bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün 0,1 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

2. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə EBEE ****** nömrəli ##.##.2024-cü il tarixli 188.80 manat,MQ2406 ******** nömrəli ##.##.2024-cü il tarixli 94.4 manat, EBDZ ****** nömrəli ##.##.2024-cü il tarixli 148.68 manat, EBCL ****** nömrəli ##.##.2025-ci il tarixli 148.68 manat, EBED ****** nömrəli ##.##.2024-cü il tarixli 5166.63 manat, EBEC ****** nömrəli ##.##.2024-cü il tarixli 5166.63 manat, EBDM ****** nömrəli ##.##.2023-cü il tarixli 13976.63 manat, EBDO ****** nömrəli ##.##.2023-cü il tarixli 7441.79 manat, EBEC ****** nömrəli ##.##.2024-cü il tarixli 11387 manat məbləğində elektron qaimələr göndərilmişdir.

3. ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 188.80 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

4. ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 148.68 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

5. ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 3342.94 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

6. ##.##.2025-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 3973.77 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

7. ##.##.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 13976.63 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

8. ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 5166.63 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

9. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhviltəslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 94.40 manat məbləğində mal verilmişdir.

10. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 148.68 manat məbləğində mal verilmişdir.

11. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 165.20 manat məbləğində mal verilmişdir.

12. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 256.30 manat məbləğində mal verilmişdir.

13. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 451.35 manat məbləğində mal verilmişdir.

14. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 454.30 manat məbləğində mal verilmişdir.

15. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 1825.11 manat məbləğində mal verilmişdir.

16. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 1963.52 manat məbləğində mal verilmişdir.

17. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 2473.28 manat məbləğində mal verilmişdir.

18. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 3335.39 manat məbləğində mal verilmişdir.

19. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2025-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 3973.77 manat məbləğində mal verilmişdir.

20. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 5166.63 manat məbləğində mal verilmişdir.

21. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 6490 manat məbləğində mal verilmişdir.

22. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 6534.84 manat məbləğində mal verilmişdir.

23. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 7729 manat məbləğində mal verilmişdir.

24. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 8955.61 manat məbləğində mal verilmişdir.

25. İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış ##.##.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə 16324.71 manat məbləğində mal verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

26. İddiaçı İddiaçı MMC cavabdeh CavabdehQSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 66.691,37 manat əsas borcun, 325 manat məbləğində vəkil xidmət haqqısının və 291 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında # ###### 2022-ci il tarixli, № **AMP/**** saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Aşağıda qeyd olunmuş elektron-qaimə fakturalar üzrə mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır: 1. ##.##.2022 – ci il tarixli, EBCK seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən 451.35 manat (ƏDV daxil); 2. ##.##.2022 – ci il tarixli, EBCL seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən 148.68 (yüz qırx səkkiz manat altmış səkkiz qəpik) manat (ƏDV daxil) ; 3. ##.##.2023 – cü il tarixli, EBCO seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən 16 324.71 manat (ƏDV daxil) (##.##.2023 – cü il tarixli, 323922 № - li malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 72.57 ƏDV daxil mal qaytarılmışdır) ; 4. ##.##.2023 – cü il tarixli, EBDF seriyalı, ****** nömrəlielektron-qaimə fakturaya əsasən 256.30 (iki yüz əlli altı manat otuz qəpik) manat (ƏDV daxil); 5. ##.##.2023 – cü il tarixli, EBDM seriyalı, ****** nömrəlielektron-qaimə fakturaya əsasən 6 534.84 (altı min beş yüz otuz dörd manat səksən dörd qəpik) manat (ƏDV daxil) (##.##.2023 – cü il tarixli, 176407 № - li malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 7 441.79 ƏDV daxil mal qaytarılmışdır); 6. ##.##.2023 – cü il tarixli, EBDN seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən 8 955.61 manat (ƏDV daxil); 7. ##.##.2023 – cü il tarixli, EBDQ seriyalı, ****** nömrəlielektron-qaimə fakturaya əsasən 454.30 manat (ƏDV daxil) (##.##.2023 – cü il tarixli, 678895 № - li Malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 1 315.70 ƏDV daxil mal qaytarılmışdır) ; 8. ##.##.2023 – cü il tarixli, EBDV seriyalı, ****** nömrəlielektron-qaimə fakturaya əsasən 2 473.28 manat (ƏDV daxil) (##.##.2024 – cü il tarixli, 00409685 № - li Malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 1 569.40 (ƏDV daxil mal qaytarılmışdır) ; 9. ##.##.2024 – cü il tarixli, EBDZ seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən 148.68 manat (ƏDV daxil) ; 10. ##.##.2024 – cü il tarixli, EBEA seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən 1 963.52 manat (ƏDV daxil) (##.##.2024 – cü il tarixli, 11022896 № - li Malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 28.32 ƏDV daxil mal qaytarılmışdır) ; 11. ##.##.2024 – cü il tarixli, EBEC seriyalı, ****** nömrəli elektronqaimə fakturaya əsasən 1 825.11 manat (ƏDV daxil); 12. ##.##.2024 – cü il tarixli, EBEC seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən 200.60 manat (ƏDV daxil) ; 13. ##.##.2024 – cü il tarixli, EBEC seriyalı, ****** nömrəlielektron-qaimə fakturaya əsasən 7 729 manat (ƏDV daxil) (##.##.2024 – cü il tarixli, 11402892 № - li Malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 3 658 manat ƏDV daxilmal qaytarılmışdır) ; 14. ##.##.2024 – cü il tarixli, EBEC seriyalı, ****** nömrəlielektron-qaimə fakturaya əsasən 6 490 manat (ƏDV daxil) ; 15. ##.##.2024 – cü il tarixli, EBEC seriyalı, ****** nömrəlielektron-qaimə fakturaya əsasən 3 335.39 (üç min üç yüz otuz beş manat otuz doqquz qəpik) manat (ƏDV daxil) (##.##.2024 – cü il tarixli, 11080270 № - li Malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 7.56 ƏDV daxil mal qaytarılmışdır) ;

16. ##.##.2024 – cü il tarixli, MT2405 seriyalı, ******** nömrəli elektron-qaimə fakturaya əsasən 165.20 manat (ƏDV daxil) (##.##.2024 – cü il tarixli, 11080098 № - li Malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 200.60 ƏDV daxil mal qaytarılmışdır) ; 17. ##.##.2024 – cü il tarixli, EBED seriyalı, ****** nömrəlielektron-qaimə fakturaya əsasən 5 166.63 manat (ƏDV daxil) ; 18. ##.##.2024 – cü il tarixli, EBEE seriyalı, ****** nömrəli elektron-qaimə fakturaya əsasən 94.40 manat (ƏDV daxil) (##.##.2024 – cü il tarixli, 11395409 № - li Malların qaytarılması barədə elektron qaimə - fakturaya əsasən 94.40 ƏDV daxil mal qaytarılmışdır). 19. ##.##.2025 – ci il tarixli, MT2512 seriyalı, ******** nömrəli elektron-qaimə fakturaya əsasən 3 973.77 manat (ƏDV daxil). Yuxarıda qeyd olunanlara əsasən, ümumilikdə 66 691.37 (manat (ƏDV daxil) borc məbləği alıcı tərəfindən satıcıya bu günədək ödənilməmiş və alıcı tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat iddiaçı tərəfindən cavabdehə dəfərlərlə həm şifahi həm də yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı müsbət addım atılmamışdır. Müqavilənin 1.1ci bəndinə əsasən, sатісı bu müqavilədə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli avadanlıqları və malları «alıcı»ya satmağı, «alıcı» isə həmin şərtlər daxilində malı qəbuledib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1 – ci maddəsinə görə alıcı bu müqavilənin şərtlərinə uyğun qaydada təhvil verilmiş malın dəyərini ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etməmələri səbəbindən digər tərəfə vurduqları zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşıyırlar. Mallar təhvil verildiyi andan etibarən cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, müqavilənin 3.2.4-cü maddəsində qeyd olunmuşdur ki, alıcı müqavilədə müəyyən edilmiş müddət ərzində ödənişi həyata keçirmədiyi təqdirdə satıcı gecikdirilən hər gün 0.1% miqdarda dəbbə pulu tələb etməkdə haqqlıdır. Müqavilə şərtlərini pozduğuna görə cavabdehin iddiaçıya ödəməli olduğu pulməbləğləri aşağıdakı kimidir: - əsas borc – 66 691.37 manat.

28. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 442, 448.1, 462.1, 462.3-cü maddələri göstərilmişdir.

29. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh CavabdehQSC -dən 66 691.37 manat əsas borcun, 325 manat vəkil xərcinin və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 291 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir.

30. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrıayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə ilkin olaraq qeyd edib ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Belə ki, iddia ərizəsi yazılı sübutlar (sənədlərə) əsaslanmalıdır. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olubolmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.Məhkəmə xüsusi olaraq qeyd etmək istəyib ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh QSC arasında alğısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edib ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən 66 691.37 manat hissəsində qəbul etmiş, və cavabdehin iddiaçıya müqavilə üzrə əsas borc olaraq 66 691.37 manat borcunun olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 325 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edib. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə 291 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edib ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 291 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

31. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385, 462.1, 467, 567-ci maddələrinə istinad etmişdir.

32. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair tələblərinə zidd olaraq düzgün, hərtərəfli və obyektiv qiymətləndirilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra da cavabdeh tərəfindən borcun könüllü qaydada mərhələli şəkildə ödənilməsi məqsədilə qarşı tərəflə danışıqlar aparılmış, borcun azaldılması istiqamətində real addımlar atılmışdır. Bu hal cavabdehin öhdəlikdən yayınmaq niyyətinin olmadığını, əksinə, öhdəliyin icrasına yönəlmiş vicdanlı davranış nümayiş etdirdiyini təsdiq edir. Qeyd olunan halların məhkəmə tərəfindən nəzərə alınmaması Mülki Prosessual Məcəllənin 218-ci maddəsinin tələblərinə ziddir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılmaması və təqdim edilmiş sübutların düzgün qiymətləndirilməməsi nəticəsində qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadan qəbul edilmişdir. Belə ki, 325 manat vəkil xərci və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 291 manatın Cavabdeh QSC-dən tutularaq xxxx MMC-yə ödənilməsi hissəsində məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

35. Tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

36. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

37. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.6-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

-119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Apellyasiya baxışının hədləri:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə qətnamənin yalnız məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməsinə yönəldilmişdir, odur ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında bağlanmış ## ###### 2022-ci il tarixli, № **AMP/**** nömrəli alqı-satqı müqaviləsinə görə iddiaçı alıcıya müxtəlif çeşidli avadanlıqları və malları satmağı, cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqaviləyə əsasən tərəfindən cavabdehə mallar təqdim edildiyini, lakin həmin malların dəyərinin ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə 66.691,37 manat məbləğində borcun yarandığını əsas göstərərək həmin borcun eyni zamanda vəkil xidməti haqqının və dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.

43. Apellyasiya şikayəti kontekstində işə baxan məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh tərəfindən qətnamə yalnız məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsində mübahisələndirilmişdir.

44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 107, 115 və 119.1-ci maddələrinin tələbləriniə əsasən dövlət rüsumunun və vəkil xidmətlərinə görə ödənilən xərcləri də daxil olmaqla məhkəmə xərcləri iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilir. Bu baxımdan, hazırkı halda iddia təmin edildiyindən iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və vəkil xidmətinə çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

45. Cavabdehin arqumentlərinə münasibətdə isə göstərilir ki, tərəflər arasında qarşılıqlı razılaşmanın olması, həmçinin cavabdehin borcdan yayınmaq niyyətinin olmaması kimi hallar məhkəmə mübahisəsi üzrə iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin cavabdehdən tutulmasını istisna etmir.

46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar