Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1023/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 MMC-yə, cavabdeh2 MMC-yə, cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2- *(*-**)-****/**** nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı qız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 İddiaçı xeyrinə biznes fəaliyyətinə yatırılmış şəxsi vəsaitlər, onun adına rəsmiləşdirilmiş kredit və digər maliyyə öhdəlikləri nəticəsində vurulmuş maddi zərərin, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərin, cavabdeh tərəfindən qanunsuz yolla əldə edilmiş və istifadə edilən avadanlıqların dəyərinin, eləcə də ödənilmiş dövlət rüsumunun və iş üzrə çəkilmiş digər məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadına əsasən iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 MMC-yə, cavabdeh2 MMC-yə, cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. ##.##.2026-cı il tarixində İddiaçı Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilərək, işə mahiyyəti üzrə baxılması üçün iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş, qərardaddan verilən şikayətə yazılı icraat qaydasında ## ######## 2026-cı il tarixində baxılması qərara alınmışdır. Kollegiya hesab edir ki, şikayətin mümkünlüyü barədə qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materillarından görünür ki, iddia ərizəsi iddiaçının vərgi ödəyicisi olmayan fiziki şəxs olmaqla, cavabdeh cavabdeh1 MMC və cavabdeh2 MMC ilə korporativ və ya digər sahibkarlıq münasibətində olan subyekt hesab edilməməsi, beləliklə işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmaması əsası ilə geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin: 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 269.2-269.3-cü maddələrinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ## ######## 2020-ci il tarixli qərarının dördüncü bəndinə görə iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti ilə bağlı qəbul etdiklləri qərardadlardan verilmiş şikayətlərə baxılması kassasiya instansiya məhkəməsinin səlahiyyətinə aid edildiyindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin: 366.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.6, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə dair iş apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1023/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1023/2026
27.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver