Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1028/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 10000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 143 manat dövlət rüsumu, 500 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)- ****/**** nömrəli qərardadının ləğv edilərək tərəfimizdən verilən iddia ərizəsinin icraata götürülməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müvafiq iddia ərizəsi təqdim edilmiş, iddia ərizəsi Nümayəndə tərəfindən imzalanaraq Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənmişdir. Eyni zamanda, Nümayəndə iddia ərizəsini hazırlamaq, imzalamaq və məhkəməyə təqdim etmək səlahiyyəti verən etibarnamə də iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq, Bakı Kommersiya Məhkəməsi ##.##.2026-cı il tarixli,e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Nümayəndə vəkil olduğu halda iddia ərizəsi təqdim edilərkən vəkil orderi əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə onun iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmadığını hesab edərək ərizəni geri qaytarmışdır. Sözügedən qərardad iddiaçı tərəfindən ##.##.2026cı il tarixində əldə edilmişdir. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi etibarnamədə açıq şəkildə nəzərdə tutulmuş səlahiyyətləri nəzərə almamış, vəkil orderinin təqdim edilməməsini iddia ərizəsinin səlahiyyətsiz şəxs tərəfindən imzalanması kimi qiymətləndirməklə prosessual qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi Nümayəndə tərəfindən elektron imzalanmışdır. Lakin iş materiallarına vəkil orderi əlavə edilməmişdir. Halbuki ##.##.2026-cı il tarixli etibarnamə ilə sonuncuya səlahiyyətlər vəkil kimi etibar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə haqlı olaraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(4-11)-5084/2026 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1028/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1028/2026
09.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver