Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1048/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı2 MMC cavabdeh iddiaçı1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Hakimlər Mahmudova Təranə Nəriman qızı (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı iddiaçı2 MMC cavabdeh iddiaçı1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.
3. iddiaçı2 Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*- *(*-**)-****/**** saylı qərardadının ləğv edilməsi və iddia ərizəsi icraata qəbul edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinin tələblərini nəzərə alaraq cavabdehə internet vergi idarəsindən ##.##.2026-cı il tarixdə saat 14:47-də Xəbərdarlıq və ##.##.2026-cı il tarixdə saat 16:36-da Iddia ərizəsinin surətini onlayn olaraq göndərilmiş və bu barədə sistemdən çıxarılmış bildirişi iddia ərizəsinə əlavə edilmişdir. Iddia ərizəsi qanunun tələblərinə uyğun verilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat.
7. Maddə 150.1. Iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd.
8. Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
9. Maddə 152.1.4. Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
10. Maddə 152.1.6. Mmüqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
11. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək
Məhkəmənin mövqeyi
12. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
13. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(*-**)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Bu norma kommersiya mübahisələri üzrə elektron qaydada iddia qaldırılması zamanı sənədlərin digər şəxslərə çatdırılmasının xüsusi qaydasını müəyyən edir.
15. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. Buna görə də iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə təqdim edilməsi zamanı Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi qaydaya riayət edilməli, həmin sənədlərin cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsi və bununla bağlı müvafiq məlumatın iş materiallarına əlavə edilməsi təmin edilməli idi.
16. Iddiaçı isə bu tələbin yerinə yetirildiyini təsdiq edən sənəd təqdim etməmiş, apellyasiya şikayətində yalnız ##.##.2026-cı il tarixdə saat 14:47-də cavabdehə internet vergi idarəsi vasitəsilə xəbərdarlığın, habelə ##.##.2026-cı il tarixdə saat 16:36-da iddia ərizəsinin surətinin onlayn qaydada göndərildiyini və bununla bağlı sistemdən çıxarılmış bildirişin iddia ərizəsinə əlavə edildiyini bildirmişdir.
17. Beləliklə, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən qanunda nəzərdə tutulmuş qaydada alınmasını təsdiq edən sənədin təqdim edilmədiyini düzgün müəyyən etmiş və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticəyə gəlmişdir.
18. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
20. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Iddiaçı iddiaçı2 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.