Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1061/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iş üzrə iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və digərlərinə qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbi, ikinci iş üzrə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər “xxxx” ASC və digərlərinə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: məhkəmə cəriməsi, cərimənin ləğvi) Hakimlər Mahmudova Təranə Nəriman qızı (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ****-KQ nömrəli, ##.##.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə * nömrəli Əlavə üzrə 13042,24 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinədək ödənilməmiş faiz borcu üzrə (14%) 1056,94 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu üzrə (5%) 851,37 manat və 871,51 manat cərimə olmaqla cəmi 15822,06 manat borcu; * nömrəli Əlavə üzrə 31614,49 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinədək ödənilməmiş faiz borcu üzrə (14%) 3553,12 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu üzrə (5%) 2063,72 manat və 2310,16 manat cərimə olmaqla cəmi 39541,49 manat borcu, ****-KQ nömrəli, ##.##.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə * nömrəli Əlavə üzrə 25047,62 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinədək ödənilməmiş faiz borcu üzrə (14%) 999,04 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu üzrə (5%) 1655,93 manat və 1272,14 manat cərimə olmaqla, cəmi 28974,73 manat borcu, * nömrəli Əlavə üzrə 44016,14 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinədək ödənilməmiş faiz borcu üzrə (14%) 3250,54 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu üzrə (5%) 2873,28 manat və 2954,14 manat cərimə olmaqla, cəmi 53094,1 manat borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 427,43 manat dövlət rüsumu və 1,42 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən cavabdeh cavabdeh2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 1423021913, qeydiyyat tarixi: ##.##.2023) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; Ipoteka predmetlnin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi tələbinə dair sonradan dəqiqləşdirməklə (##.##.2026-cı il) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Həmçinin, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər “xxxx” ASC, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XIdmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsi, cavabdeh4 MMC, “xxxx” MMC və cavabdeh2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması” barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
3. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2-2(006)- ****/**** saylı qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər “xxxx” ASC, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XIdmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsi, cavabdeh4 MMC, “xxxx” MMC və cavabdeh2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması” tələbinə dair e-*-*(***)-****/**** saylı mülki iş ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh4 MMC, “xxxx” MMC, cavabdeh2 və cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair e-*-*(***)-****/**** saylı kommersiya işinin birləşdirilməsi barədə qərardad qəbul edilmişdir.
4. ##.##.2025-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** saylı işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı çıxarılana qədər hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə e-*-*(***)- ****/**** saylı iş üzrə icraat dayandırılmışdır.
5. ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadına əsasən mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı ilə e-*-*(***)-****/**** saylı iş üzrə icraat təzələnmişdir.
6. Məhkəmə prosesinin gedişində cavabdeh cavabdeh2 işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törətdiyindən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verdiyindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə məhkəmə tərəfindən 300 manat məbləğində cərimələnmişdir.
7. ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qoyulmuş cərimənin götürülməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
9. Cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə qoyulmuş cərimənin götürülməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, cərimənin tətbiqi üçün MPM-nin 174.5-ci maddəsində nəzərdə tutulmuş faktiki tərkib mövcud olmamışdır. MPM-nin 174.5-ci maddəsi cərimənin tətbiqini şəxsin hərəkətlərinin işə düzgün və tezliklə baxılmasına aşkar surətdə maneçilik törətməsi ilə şərtləndirir. Prosessual hüququn icraatın dayandırılması barədə vəsatət vermək hüququnun həyata keçirilməsi özlüyündə maneçilik təşkil etmir. Əks yanaşma MPM-nin 48-ci maddəsində təsbit edilmiş prosessual hüquqların həyata keçirilməsini cəza riski altına salır. Məhkəmə "təkrarlıq" faktını düzgün müəyyən etməmişdir. Qərardadda əsas kimi göstərilir ki, guya cavabdeh "eyni əsasla təkrar müraciət etmişdir". Lakin iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli icraatın dayandırılması barədə vəsatət cavabdehdən deyil, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs daxil olmuşdur və həmin vəsatət ##.##.2025-ci il tarixli qərardadla təmin edilmişdir (icraat dayandırılmışdır). Məhkəmə əvvəlki vəsatətin "təmin edilmədiyini" göstərməklə iş materiallarına zidd nəticəyə gəlmişdir. Üstəlik, cavabdeh vəsatəti yeni obyektiv hala işlərin birləşdirilməsi barədə ##.##.2025-ci il tarixli qərardada dair kassasiya şikayətinin həll edilməməsi faktına əsaslanmışdır ki, bu da əvvəlki müraciətlə eyni əsas hesab edilə bilməz. Qərardad MPM-nin 217 və 221-ci maddələrinin tələblərinə cavab vermir. Nə cərimə qərardadında, nə də şikayət olunan qərardadda hansı konkret vəsatətlərin əsassız olduğu, onların işə baxılmasını nə qədər ləngitdiyi, hansı obyektiv nəticələrin yarandığı və 300 manat məbləğinin necə müəyyən edildiyi əsaslandırılmamışdır. "Dəfələrlə" ifadəsi konkretləşdirilmədən istifadə olunmuşdur. Bu, məhkəmə aktının əsaslılığı tələbinin pozulmasıdır. Prosessual qaydanın pozulması, məhkəməyə hörmətsizlik və ya qərəzli niyyət mövcud olmamışdır. Bütün müraciətlər "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə, qanunla müəyyən edilmiş qaydada təqdim olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
12. Maddə 47.1. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
13. Maddə 47.2. Işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.
14. Maddə 126.1. Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur.
15. Maddə 127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər.
16. Maddə 174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək
Məhkəmənin mövqeyi
18. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
19. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 47.2-ci maddəsində isə işdə iştirak edən şəxslərin vəsatətlər vermək, məhkəmə prosesinin gedişi zamanı ortaya çıxan məsələlər barədə dəlillər gətirmək və məhkəmə qərarlarından şikayət etmək hüquqları təsbit edilmişdir. Lakin, prosessual hüququn mövcudluğu həmin hüquqdan istənilən qaydada və məqsədlə istifadə edilməsinə imkan vermir, belə hüquqlar prosessual qanunvericiliyin tələblərinə uyğun və vicdanla həyata keçirilməlidir.
21. Bununla yanaşı, MPM-in 174.5-ci maddəsinə əsasən, məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Həmin normaya əsasən cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
22. Göründüyü kimi, qanunverici cərimənin tətbiqini şəxsin sadəcə vəsatət verməsi faktı ilə deyil, onun prosessual davranışının işə düzgün və tezliklə baxılmasına və işin həll edilməsinə aşkar surətdə maneçilik törətməsi ilə əlaqələndirmişdir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 174.5-ci maddəsində cərimənin tətbiqi üçün hər bir əsassız müraciətin ayrıca sadalanması kimi formal tələb müəyyən edilməmişdir. Əsas məsələ işdə iştirak edən şəxsin prosessual davranışının işin düzgün və tezliklə baxılmasına aşkar surətdə maneçilik törədib-törətməməsidir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi cavabdehin əvvəlki prosessual davranışını, icraatın dayandırılması məsələsinin artıq məhkəmə tərəfindən həll edilməsini və buna baxmayaraq həmin məsələ ilə bağlı təkrar müraciət edilməsini nəzərə alaraq onun davranışını prosessual hüquqlardan vicdansız istifadə kimi qiymətləndirmişdir.
24. Beləliklə, cavabdeh2 malik olduğu prosessual hüquqlarının hazırki iş üzrə həyata keçirilmə üsulu və təkrar xarakter daşıyan müraciətlərin işə baxılmasına təsiri MPM-in 174.5-ci maddəsinin tətbiqi üçün kifayət edən prosessual əsas yaratmışdır.
25. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cərimənin tətbiqi cavabdehin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır, əksinə, həmin hüquqdan vicdanla və işin normal gedişinə maneçilik törətməyəcək qaydada istifadə edilməsini təmin etməyə yönəlmişdir.
26. Beləliklə, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə uyğun nəticəyə gəlmişdir.
27. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
29. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.