Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1067/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1067/2026

23.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1067/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 15.İddiaçı7.2İddiaçı26-cı il tarixli, e-2-2(113)- 9566/2İddiaçı25 saylı qərardadından cavabdeh “Turan Trade İmporter” MMC tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış 23,212.52 Avro məbləğində borcun 14.11.2İddiaçı25 tarixinə Mərkəzi Bankın rəsmi mübadilə kursuna uyğun olaraq 45 942,2İddiaçı manat, gecikdirilmiş 3 il üçün illik borc məbləğinin 5% olmaqla, 6 891,33 manat (2 297,11 AZN x 3 il = 6 891,33), 228 manat məbləğində ödənilmiş dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 4978 manat olmaqla, cəmi 58 İddiaçı39,53 manat pul məbləğinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin İddiaçı6.İddiaçı2.2İddiaçı26-cı il tarixli, e-2-2(113)- 9566/2İddiaçı25 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 45942,2İddiaçı manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 6891,33 manat faiz borcu və ödənilmiş 228 manat dövlət rüsumu olmaqla, cəmi 53İddiaçı61,53 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı7.İddiaçı4.2İddiaçı26-ci il tarixdə cavabdeh məhkəməyə apellyasiya şikayəti təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin İddiaçı6.İddiaçı2.2İddiaçı26-cı il tarixli, e- 2-2(113)-9566/2İddiaçı25 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.İddiaçı4.2İddiaçı26-cı il tarixli, e-2- 2(113)- 9566/2İddiaçı25 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı1.İddiaçı7.2İddiaçı26-cı il tarixdə cavabdeh yenidən apellyasiya şikayıti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim etmiş, müddət bərpa edilərək məhkəməni İddiaçı6.İddiaçı2.2İddiaçı26-cı il tarixli, e-2- 2(113)-9566/2İddiaçı25 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.İddiaçı7.2İddiaçı26-cı il tarixli, e-2-2(113)- 9566/2İddiaçı25 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, verilmiş apellyasiya şikayətinin cavabdehə geri qaytarılması qərara alınmışdır. İddiaçı7.İddiaçı8.2İddiaçı26-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin 15.İddiaçı7.2İddiaçı26-cı il tarixli, e-2-2(113)-9566/2İddiaçı25 saylı qərardadının ləğv edilməsini, Bakı Kommersiya Məhkəməsinin İddiaçı6.İddiaçı2.2İddiaçı26-cı il tarixli, e-2- 2(113)-9566/2İddiaçı25 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı7.İddiaçı8.2İddiaçı26-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin 15.İddiaçı7.2İddiaçı26-cı il tarixli, e-2-2(113)-9566/2İddiaçı25 saylı qərardadının ləğv edilməsini, Bakı Kommersiya Məhkəməsinin İddiaçı6.İddiaçı2.2İddiaçı26-cı il tarixli, e-2- 2(113)-9566/2İddiaçı25 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin 11.İddiaçı8.2İddiaçı26-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.8-ci maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, İddiaçı6.İddiaçı2.2İddiaçı26-ci il tarixli məhkəmə qətnaməsi İddiaçı8.İddiaçı3.2İddiaçı26-cı il tarixdə cavabdehin qanuni təmsilçisinin (direktorunun) (Qanuni nümayəndə, fin kod: Qanuni nümayəndə, seriya və nömrə: AAİddiaçı178654) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, bununla da yekun məhkəmə aktı cavabdehə rəsmi qaydada verilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 36İddiaçı-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin maddəyə istinadən hazırkı iş üzrə cavabdehin şikayət verməsi üçün son tarix İddiaçı8.İddiaçı4.2İddiaçı26-ci il müəyyən edilir. Qeyd edilən müddəadan da göründüyü kimi, məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla 1 ay müddət müəyyən edilmişdir. Cavabdeh isə Məhkəmənin İddiaçı6.İddiaçı2.2İddiaçı26-cı il tarixli, e-2-2(113)-9566/2İddiaçı25 saylı qətnaməsini rəsmi qaydada İddiaçı8.İddiaçı3.2İddiaçı26-ci il tarixdə almış, lakin apellyasiya şikayətini İddiaçı8.İddiaçı4.2İddiaçı26-ci il tarixədək verməli olduğu halda, İddiaçı1.İddiaçı7.2İddiaçı26-cı il tarixdə verməklə, qanunla müəyyən edilmiş müddəti ötürmüşdür Cavabdeh tərəf qətnamədən birinci dəfə İddiaçı7.İddiaçı4.2İddiaçı26-ci il tarixdə apellyasiya şikayəti verməklə müddəti ötürmədiyini, lakin rüsum tam ödənilmədiyi üçün geri qaytarıldığını, buna görə də buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti birinci dəfə məhkəmənin 21.İddiaçı4.2İddiaçı26-cı il tarixli qərardadı ilə cavabdehə geri qaytarılmış, həmin qərardad 29.İddiaçı4.2İddiaçı26-cı il tarixdə cavabdehin, habelə onun qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilmiş, bununla da cavabdehə rəsmi qaydada verilmişdir. Cavabdeh isə şikayətində qeyd edilən nöqsanları ağlabatan müddətdə aradan qaldırmamış, şikayət geri qaytarıldıqdan təxminən 2 ay sonra təkrar apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin ərizəsində qeyd etdiyi hallar üzrlü hesab edilə bilməz. AR Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin normanın mənasından da aydın olur ki, prosessual müddətin bərpası üçün iki dispozitiv şərt tələb olunur: birinci, tərəfin şikayəti qanunla müəyyən edilmiş müddət ötdükdən sonra verməsi və ikincisi, ötürülmüş müddətin məhkəmə tərəfindən üzürlü hesab edilməsi.. Kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 4İddiaçı2-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.İddiaçı.1, 4İddiaçıİddiaçı, 4İddiaçı2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh “Turan Trade İmporter” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15.İddiaçı7.2İddiaçı26-cı il tarixli, e-2-2(113)- 9566/2İddiaçı25 saylı tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar