Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1180/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları: Iddiaçı «xxxx» MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Əliməmməd qızından ödəniş üzrə 2865 manat məbləğində əsas borc, 7807.18 manat avtomobilə çəkilmiş xərc, həmçinin borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1184 manat, ümumilikdə 11.856.18 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı avtomobilə şəkilmiş xərc olaraq 7807.18 manat vəsaitin sərf olunduğu göstərilsə də, ##.##.2026-cı il tarixdə, məhkəmə hazırlıq iclasında hakim Nicat Ağabəyovun xahişi ilə iddiaçının nümayəndəsi müvafiq olaraq ##.##.2025-ci il və ##.##.2025-ci tarixli Icra edilmiş xidmətlərə dair aktlar əsasında çəkilmiş xərcləri bir daha hesablamış, nəticədə avtomobilin 5912.6 manat xərc çəkildiyi məlum olmuş, buna förə də, iddiaçının nümayəndəsinə həmin hissədə iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə verməsi təklif olunmuş, bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirib cavabdeh Cavabdeh Əliməmməd qızından ödəniş üzrə 2865 manat məbləğində əsas borc, 5912.59 manat avtomobilə çəkilmiş xərc, həmçinin borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1184 manat, ümumilikdə 9961.59 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” MMC (“Satıcı”) və cavabdeh Cavabdeh Əliməmməd qızı (“Alıcı”) arasında avtomobil alqı- satqısına dair ##.##.2023-cü il tarixli B-***-AAE- ** saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Changan CS5S PLUS markalı, buraxılış ili 2022 olan (VIN:LS5A3DKEXA716284 - boz metalik), yeni və 0 km yürüş olan avtonəqliyyat vasitəni cavabdeh tərəfindən avtomobilin dəyəri tam ödənilənədək onun sahibliyi və istifadəsinə vermişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 4.090 manat ilkin ödəniş edildikdən sonra nəqliyyat vasitəsinin dəyərini təşkil edən 63.250 manat məbləğində pul vəsaitinin isə ##.##.2023-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 986 manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra öhdəliklərini vaxtında icra etsə də, növbəti aylarda onun tərəfindən ödəniş həyata keçirilməmişdir. Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşları tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən (yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə iki aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə), ##.##.2025-ci il tarixli məktubla iddiaçı tərəfindən Müqavilənin 3.2.6-cı bəndinə əsasən ##.##.2023-cü il tarixli B-***-AAE-** saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra ##.##.2025-ci il tarixində “xxxx” MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir edilməklə 7807.18 manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində “xxxx” MMC-yə real zərər (delikt) dəymişdir. Eyni zamanda, cavabdeh tərəfindən son edilən ödəniş tarixindən avtomobilin geri götürüldüyü tarixinədək ödənişlər tam şəkildə həyata keçirilməmiş və nəticə etibarı ilə aprel, may ayları üzrə 2865 manat məbləğində əsas borcu, avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün çəkilmiş xərclərin ümumi məbləği 7807.18 manat, həmçinin borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1184 manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə cavabdeh Cavabdeh Əliməmməd qızı tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin “xxxx” MMC qarşısında ümumilikdə 11,856.18 manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. Iddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə “xxxx” MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli B-***-AAE-** saylı müqaviləsinin 3.2.2, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X4 aylıq ödənişinin 1 faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştiraklarının alınmadığını göstərib işi başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə artıq bir neçə dəfə eyni məzmunlu ərizələrlə iddiaçının məhkəməyə müraciət etdiyini, onların xahişinə əsasən məhkəmə hazırlıq iclasları dəfələrlə təxirə saldığını, lakin buna baxmayaraq bir dəfə istisna olmaqla məhkəmə iclaslarına dəfələrlə nümayəndələrini göndərmədiyini, məhkəmə iclaslarında iştirak etməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə sübutlarını təqdim etmədiklərini, qəsdən işin qanunla müəyyən edilmiş müddətində baxılmasına mane törətmələrini, işə baxılma müddətinin ##.##.2026-cı il tarixdə bitdiyini, iddiaçının nümayəndəsinin üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etmədiyini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ##.##.2026-cı il tarixdə, məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə eərək onun təmin olunmasını xahiş etmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh iddiaya qarşı etiraz verərək etirazını onunla əsalandırmışdır ki, 2023-cü ilin yanvar ayında “xxxx” MMC-dən ilkin ödəniş 4500 manat olmaqla 60 aylıq Changan CS55 PLUS dövlet qeydiyyat nişani ** AK *** olan avtomobili 60 aylıq kreditlə götürmüşdür. Həmin avtomobili 26 ay istifadə etmiş və aylıq 1000 manat kredit ödəmişdir. Lakin sonrakı vaxtlarda maddi imkanı pisləşdiynə görə krediti 2 ay ödəyə bilməmişdir. Buna görə Şirkətlə aralarında mübahisə yaranmış, o, onlara təklif etmişdir ki, ona vaxt verilsinlər, maşını geri götürməsinlər, o, pulu ödeyəcəkdir. Lakin onlar onunla razilaşmamış və ##.##.2025 ci il tarixdə şirkətin əməkdaşlari həmin avtomobili yaşadığı binanın qarşısından, əri X2 təhvil alıb getmişlər. Həmin vaxt onlar onun tərəfindən avtomobilə hər hansı bir maddi ziyan vurulmasi ilə bağlı, eləcə də heç bir təhvil - təslim aktı yazmamış və avtomobil istifadəsinə olduğu zaman yalnız avtomobilin ön süsəsi azyaşlı uşağının əlindəki su şüşəsi ilə vurulması nəticəsində çatlamışdır. Şirkət avtomobili onlardan alandan sonra ona avtomobilə vurduğu ziyanla bağlı hər hansı yazılı məlumat verilməmiş, yalnız 9 aydan sonra onun haqqında məhkəmədə əsassız iddia qaldırmış, hazırda o, iddiaçıya 2865 manat borcludur, qalan tələb olunan məbləği isə qəbul etmir. Çünki, o, avtomobilə hər hansi bir ziyar vurmamış, avtomobil ondan alındıqdan sonra başqa şəxs tərəfindən istifadə edilmiş, ona bununla bağlı cərimə və bal yazilmış, cərimə ödənilsə də, bal hələ də qüvvədədir. Iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edib əsasən etirazında yazılanlara uyğun izahat vermişdir. Lakin etirazında yazılanlardan fərqli olaraq borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1184 manat məbləğ pulun da iddiaçıya borclu olduğunu etiraf etmişdir. Onu da bildirmişdir ki, iddiaçı tələb etdikləri borcu könüllü qaytarmayacağı təqdirdə həmin tələblə bağlı məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Əlavə olaraq bildirmişdir ki, avtomobil onun ərindən təhvil alındıqdan sonra başqa şəxs tərəfindən idarə olunmuş, buna görə də məhkəməyə təqdim etdiyi sənəddən də görünür ki, həmin avtomobili idarə edən şəxs onu idarə edərək cərimələnmişdir. Məhkəməyə təqdim etdiyi qəbzdən də görünür ki, Changan markalı avtomobilin ön şüşəsinin satış qiyməti 290 manatdır. Bundan əlavə iddiaçının ona ünvanlandığı göstərilmiş müvafq olaraq ##.##.2025 və ##.##.2025-ci il tarixli xəbərdarlıq və məktub ona təqdim edilməmiş, onlardan yalnız iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xəbər tutmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Muradağa Qasımov), iddiaçı «xxxx» MMC-nin cavabdeh Cavabdeh qarşı daxili öhdəlik üzrə yaranan borcun və dəymiş ziyan üzrə pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh 2865 manat məbləğində əsas borc, 290 manat avtomobilə çəkilmiş xərc, həmçinin borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1184 manat, ümumilikdə 4339 (dörd min üç yüz otuz doqquz) manat məbləğində pul alınaraq, iddiaçı «xxxx» MMC-nə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 125.57 manat dövlət rüsumunun 78.97 manatı iddiaçıya, 46.60 manatı cavabdehə aid edilməsi, cavabdeh Cavabdeh 46.60 manat dövlət rüsumu alınaraq, iddiaçı «xxxx» MMC-yə verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı «xxxx» MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu barədə əsaslı səbəb göstərməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı «xxxx» MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış avtomobilin alqı-satqısı üzrə B-001- AAE-** №-li müqavilədən görünür ki, satıcı “xxxx” MMC müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan CS 55 Plus, buraxılış ili 2022 olan (VIN: LS4ASE2E7NA328846, boz metal) avtomobilin dəyəri tam ödənilənədək texniki saz halda alıcı Cavabdeh istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini həmin müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Iş materiallarında olan ##.##.2022-ci il tarixli (halbuki 2023 göstərilməli idi) təhvil-təslim aktından görünür ki, Changan CS 55 Plus, (VIN: LS4ASE2E7NA328846) avtomobil qüsursuz və saz vəziyyətdə “xxxx” MMC tərəfindən Cavabdeh təhvil verilm Cavabdeh həmin avtomobili təhvil almışdır. Iş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, tərəflər arasında bağlanmış ##.##.2023 cü il tarixli avtomobilin alqısatqısı üzrə B-001-AAE-** №-li müqavilə üzrə ##.##.2025-ci il tarixindən etibarən cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmiş, ## ### 2025 ci il tarixinə olan əsas borc 2865 manat, cərimə borcu 1774 manat təşkil edir. Ödənişin həyata keçirilməsi məsələsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin, sözügedən müraciətlər heç bir müsbət nəticə verməmiş və onun tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, “xxxx” MMC tərəfinən ##.##.2025-ci il tarixdən etibarən ##.##.2023 cü il tarixli avtomobilin alqı-satqısı üzrə B-001-AAE-** №-li müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Həmin xəbərdarlıq məktubunun Cavabdeh çatdırılıbçatdırlmaması ilə bağlı kuryerin sənədindən görünür ki, həmin sənəddə hər hansı bir qeyd və cavabdehin xəbərdarlıq məktubunun alınması ilə bağlı imzası yoxdur. Iş materiallarında olan xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ## #### 2025 ci il tarixdə “xxxx “ MMC-nin servis mərkəzində ##.##.2023 cü il tarixli, B-001-AAE-** №-li “Avtomobil alqı-satqısı” üzrə müqaviləsi üzrə cavabdehin istifadəsində olmuş Changan CS 55 PLUS markalı (VIN: LS4ASE2E7NA328846) nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmış və yoxlamanın nəticələrinə uyğun olaraq müvafiq Təmir Aktı tərtib edilmişdir. Texniki yoxlanışın keçirilməsi zamanı cavabehin iştirak etməyi barədə onlar tərəfindən ona ## #### 2025 ci il tarixli məktubun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən ## #### 2025 ci il tarixdə keçirilmiş yoxlanışda iştirakı təmin edilməmiş və gəlməməyinin səbəbləri barədə onlara heç bir məlumat verməmişdir. Qeyd olunanları nəzərə alaraq, Təmir Aktının bir nüsxəsini həmin məktubun qoşmasında ona göndərdiklərini bildirməklə, sözügedən Aktla tanış olmağını və hər hansı narazılığın olacağı təqdirdə 3 iş günü ərzində onlara yazılı şəkildə bildirməyi xahiş edilmiş, əks təqdirdə, sözügedən Təmir Aktında qeyd olunanların cavabdeh tərəfindən qəbul edilmiş hesab ediləcəyi və Aktda göstərilən məbləğ, habelə müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbindən nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 9900 manat məbləğində dəymiş zərərin əvəzi ondan tələb ediləcəyi, Təmir Aktında qeyd olunanlarla, habelə nəqliyyat vasitəsinin dəyərdən düşməsinə dair zərər məbləği ilə razı olmayacağı təqdirdə, tərəflərin razılığına uyğun olaraq işə müstəqil qiymətləndirici, ekspert cəlb edilməsinin mümkünlüyü bildirilmişdir. Həmin məktubun Cavabdeh çatdırılıb-çatdırlmaması ilə bağlı kuryerin sənədindən görünür ki, həmin sənəddə hər hansı bir qeyd və məktubun cavabdeh tərəfindən alınması ilə bağlı imzası yoxdur. Iş materiallarında olan ##.##.2025-ci il tarixli Təmir aktından görünür ki, Changan CS 55 PLUS markalı (VIN: LS4ASE2E7NA328846) nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6507 manat vəsait tələb olunur. Iş materiallarında olan ##.##.2025-ci il tarixli Icra edilmiş xidmətlərə dair aktından görünür ki, Changan CS 55 PLUS markalı (VIN: LS4ASE2E7NA328846) nəqliyyat vasitəsi üzərində işlər və ehtiyyat hissələrinə görə 1894.59 manat hesablanmışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli Icra edilmiş xidmətlərə dair aktından görünür ki, Changan CS 55 PLUS markalı (VIN: LS4ASE2E7NA328846) nəqliyyat vasitəsi üzərində işlər və ehtiyyat hissələrinə görə 4018.01 manat hesablanmışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «xxxx» MMC məhkəmədə idida qaldırmaq üçün dövlət büdcəsinə 125.57 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində iddianın təmin edilməyən hissəsini, yəni avtomobilin təmirinə çəkilən xərclə bağlı hissədə mübahisələndirərək iddianın həmin hissədə tam təmin edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı Təmir aktında göstərilənlərə əsasən cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində avtomobilə ziyanın dəydiyi qənaətinə gəlmişdir. Lakin həmin Təmir aktını mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin Təmir aktı cavabdehin hüquqları kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Belə ki, həmin akt tərtib edilməmişdən əvvəl iddiaçı bir sıra zəruri hərəkətlər etməli olduğu halda, bunu etməmişdir. Belə ki, iddiaçı avtomobilin cavabdehə təhvil verildiyini təsdiq edən təhvil-təslim aktını iddia ərizələrinə əlavə etsə də, həmin avtomobilin cavabdehdən geri, təhvil alınmasına dair təhvil-təslim aktını iddia ərizələrinə əlavə etməmiş, ya da ki, onun nümayəndəsi məhkəməyə gələrək həmin aktı məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin avtomobilin saz və ya qeyri saz vəziyyətdə geri, təhvil alındığını müəyyən etmək olmur. Həmin avtomobilin nasaz vəziyyətdə geri təhvil alındığını sübut etmə yükü isə iddiaçının üzərinə düşür. Lakin, belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh avtomobilin geri təhvil alındığı zaman saz vəziyyətdə olduğunu, yalnız onun azyaşlı uşağının təqsiri üzündən onun ön şüşəsinin çatladığını bildirmişdir. Bu səbəbdən də, iddaçının avtomobilə dəymiş ziyanla bağlı 5912.59 manat məbləğində pulun tələbinə dair iddiası qismən, yəni cavabdehin etiraf etdiyi həcmdə, 290 manat məbləğində əsaslıdır. Iddiaçının avtomobilə dəymiş ziyanın hesablanması ilə bağlı istinad etdiyi və cavabdehə ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ## #### 2025-ci il tarixdə “xxxx ” MMCnin servis mərkəzində ##.##.2023-cü il tarixli, B-001-AAE-** №-li “Avtomobil alqı-satqısı” üzrə müqaviləsi üzrə cavabdehin istifadənizdə olmuş Changan CS 55 PLUS markalı (VIN: LS4ASE2E7NA328846) nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmış və yoxlamanın nəticələrinə uyğun olaraq müvafiq Təmir Aktı tərtib edilmişdir. Texniki yoxlanışın keçirilməsi zamanı cavabdehin iştirak etməyi barədə iddiaçı tərəfindən ona ## #### 2025-ci il tarixli məktubun göndərilməsinə baxmayaraq, cavabdehin iddiaçı tərəfindən ## #### 2025-ci il tarixində keçirilmiş yoxlanışda iştirakı təmin edilməmiş və gəlməməyi səbəbləri barədə onlar heç bir məlumat verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Təmir Aktının bir nüsxəsini həmin məktubun qoşmasında ona göndərirlər. Sözügedən Aktla tanış olmağını və hər hansı narazılığı olacağı təqdirdə 3 iş günü ərzində onlara yazılı şəkildə bildirməyi xahiş edilmişdir. Əks təqdirdə, sözügedən Təmir Aktında qeyd olunanlar cavabdeh tərəfindən qəbul edilmiş hesab ediləcək və Aktda göstərilən məbləğ, habelə müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbindən nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 9900 manat məbləğində dəymiş zərərin əvəzi ondan tələb ediləcəkdir. Bildirirmişlər ki, Təmir Aktında qeyd olunanlarla, habelə nəqliyyat vasitəsinin dəyərdən düşməsinə dair zərər məbləği ilə razı olmayacağı təqdirdə, cavabdehin tərəflərin razılığına uyğun olaraq işə müstəqil qiymətləndirici ekspert cəlb edilməsinin mümkün olduğu göstərilmişdir. Kollegiya göstərilən məktubla əlaqədar qeyd edir ki, zahirən iddiaçının avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı tələbin qanuna uyğun olduğu kimi görünür. Çünki, iddiaçının qeyd etdiyi kimi onlar ##.##.2025-ci il tarixdə avtomobilə texniki baxış keçiriləcəyi barədə cavabdehi xəbərdar etmiş, cavabdeh həmin texniki baxışda iştirak etmədiyinə görə, onun iştirakı olmadan həmin baxış keçirilib avtomobilə dəymiş ziyan müəyyən edilmiş, daha sonra həmin ziyan aktı cavabdehə göndərilmiş, cavabdeh ziyan aktına etiraz etmədiyinə görə, iddiaçı cavabdehin həmin ziyan aktında göstərilmiş məğləğlə razı olduğu qənaətinə gələrək, həmin məbləğin tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin məktubla bağlı məhkəmə iclasında cavabdeh bildirmişdir ki, ona nə ##.##.2025-ci il tarixdə avtomobilə texniki baxış keçiriləcəyi barədə şifahi və ya rəsmi olaraq məlumat verilməmiş, ona ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan yalnız ona qarşı iddia qaldırıldıqdan sonra xəbər tutmuşdur. Iddiaçı özünün ##.##.2025-ci il tarixli məktubunda cavabdehi ##.##.2025-ci il tarixdə keçirilmiş avtomobilə texniki baxışla bağlı xəbərdar etdiyini göstərsə də, ##.##.2025-ci il tarixdə cavabdehə ünvanladığı məktubu və həmin məktubun rəsmi olaraq cavabdehə çatdırılmasını təsdiqləyən sübutunu iddia ərizəsinə əlavə etməmiş, eləcə də, nümayəndəsi məhkəməyə gələrək onu məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, eləcə də iddiaçının cavabdehə ünvanladığı ##.##.2025-ci il tarixli məktubu da cavabdehə çatdırılmamış hesab olunmalıdır. Belə ki, ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş kuryerin qəbzində həmin məktubun cavabdehə və ya digər onun ailə üzvünə təqdim edilməsinə dair qeyd yoxdur. Cavabdeh özü də həmin məktubun ona çatdırılmadığını bildirmişdir. Belə olan halda, ##.##.2025-ci il tarixli məktubda göstərilmiş ziyanla bağlı cavabdehin razı olduğu qənaətinə gəlmələrinə dair iddiaçının göstərdiyi ilə məhkəmə razılaşmır. Kollegiya avtomobilə dəymiş ziyanın qismən, 290 manat məbləğində təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunmuş hallara görə, yəni avtomobil təhvil alındığı zaman təhvil-təslim aktı tərtib edilmədiyinə, bu səbəbdən də avtomobilin saz və ya nasaz vəziyyətdə təhvil alındığını müəyyən etmək mümkün olmadlğına, texniki baxışın keçirilməsi, eləcə də texniki baxış keçirildikdən sonra ziyan aktı cavabdehə rəsmi olaraq təqdim olunmadığına görə, məhkəmə həmin ziyan aktını mötəbər sübut kimi qəbul etməmişdir. Belə olan halda, cavabdehin özünün etirafından görünür ki, avtomobilin ön şüşəsinin satış qiyməti 290 manatdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı ziyanla bağlı qalan hissədə 290 manat həddində təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən apelyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir, müəyyən edilmiş zərərin məbləğini qanuni və ədalətli hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Iddiaçı «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1180/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1180/2026
28.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver