Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4540/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi ilə, Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MTK tərəfindən ##.##.2017-ci il tarixli və ##.##.2017-ci il tarixli müqavilə üzrə iddiaçıya verilməmiş 34,6 kv. metr (21,4 kv.m x 1550 manat + 13,2 kv.m. x 1507 manat) mənzil sahəsinin əvəzini naturada və ya hazırkı bazar dəyərinə uyğun olaraq 53062 manat pulun qaytarılması xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qeyd olunan qətnamədən cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin bir neçə gün sonra birinci instansiya məhkəməsi məktubla müraciət edərək, qətnamədə yol verilmiş yalnışlığın düzəldilməsi zərurəti yarandığından mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülk iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-4540/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4540/2026
22.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver