Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-378/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin Halları
1. İddiaçı QSC ilə cavabdeh1 (zamin cavabdeh2) arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır
2. Iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024- cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit verilmişdir.
3. Uzunmüddətli kredit və təminat və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır.
4. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə əsasən bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir.
5. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.
6. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür.
7. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
8. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.
9. Iddiaçı tərəfindən təqdim edilmiş cavabdehə məxsus hesabdan çıxarışdan və ##.##.2024-cü il tarixli köçürmədən görünür ki, 10000 manat məbləğində kredit cavabdehə məxsus bank hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
10. Iddiaçı İddiaçı QSC (bundan sonra-iddiaçı) cavabdehlər cavabdeh2, cavabdeh1 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 6797.04 manat məbləğində krеdit bоrcu, 919.76 manat məbləğində faiz bоrcu və 230.93 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7947 (yeddi min doqquz yüz qırx yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 99.48 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” QSC ilə cavabdeh1və zamin cavabdeh2 ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh1 «xxxx» QSC ilə bağladığı ##.##.2024cü il tarixli ***R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2025-ci il tarixdən banka qaytarmamışdır. cavabdeh1 götürdüyü krеdit bоrcundan 3202.96 manat ödəmiş, onun 6797.04 manat məbləğində kredit borcu qalmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 157 gün üçün hesablanmış faiz borcu 919.76 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 157 gün üçün hеsablanmış cərimə 230.93 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kreditvə təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
12. Iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, OUT-****/**/**-** saylı maliyyə arayışına görə cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə ##.##.2025-ci il tarixə olan əsas borcu 6597,06 manat, faiz borcu 1174,61 manat, cərimə borcu 312,41 manat, cəmi borc 8084,08 manat təşkil edir. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 218 gün.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsinə görə iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, ##.##.2024-cü il tarixli ***R********** saylı kredit razılaşması üzrə cavabdeh cavabdeh1 iddiaçı İddiaçı QSC-yə ekspertiza qarşısında qoyulmuş suallar üzrə ##.##.2025-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) və ##.##.2025-ci il tarixə (iddia ərizəsinin çatdırıldığı tarix) rəy verilən tarixə edilmiş bütün ödənişlər nəzərə alınmaqla ##.##.2025-ci il tarixinə əsas borcu 6953,86 manat, faiz borcu 784,92 manat, ##.##.2025- ci il tarixinə əsas borcu 6953,86 manat, faiz borcu 610,05 manat təşkil edir.
14. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli, OUT****/**/**-* nömrəli maliyyə arayışına əsasən cavabdeh1 ##.##.2024-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə ##.##.2026-cı il tarixə əsas borcu 6128,79 manat, faiz borcu 1639,08 manat, cərimə borcu 477,04 manat olmaqla, cəmi borcu 8244,91 manat təşkil edir. Cərimə hesablanmış gecikdirilən günlərin sayı: 348 gün.
15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh2, cavabdeh1 birgə (müştərək) qaydada 6128,79 manat əsas borc, 610,05 manat faiz borcu, 230,93 manat cərimə, 89,71 manat dövlət rüsumu, ümumilikdə 7059,48 (yeddi min əlli doqquz manat qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsi,iddia ərizəsi verilərkən ödənilmiş 9,77 (doqquz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu iddiaçı İddiaçı QSC-nin özünə aid edilməsi,cavabdehlər cavabdeh2, cavabdeh1 birgə (müştərək) qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutularaq AzərbaycanRespublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X1 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BIK CTREAZ22) ödənilməsi qət edilmişdir.
16. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)-6741/2025 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilimş hisəssində ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, çəkişmə prinsipinini pozulması ilə iddiaçının iştirakı olmadan işə baxılmışdır. Maddi imkanı kredit borcunu birdəfəyə qarşılayacaq qədər deyil, kredit borcu ağlabatan müddət çərçivəsində aylara bölünərsə hissə-hissə ödəyə bilər. Bu səbəbdən qətnamə ləğv edilməli iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərə barışıq təklif olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmumşdur.
19. Etiraz onunla əsaslandırılmışdır ki, borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Ödəniş planından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcunun hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də bank məhkəməyə müraciət edərək qalıq borcun, ona hesablanmış faiz və cərimə borclarının tələb edilməsində haqlı olmuşdur. Borc məbləği ##.##.2025-ci il tarixinə hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş, ekspert qarşısında həmin tarixə olan borc məbləğinin hesablanması barədə sual qoyulmuşdur. Ekspert də həmin tarixə olan borc məbləğinin hesablanması barədə rəy vermişdir. Məhkəmə tərəfindən faiz borcunun məbləği ekspert rəyinə uyğun tutulmuşdur. Cavabdeh tərəfindən məhkəmə dövründə həyata keçirilmiş ödənişlər də nəzərə alınmaqla əsas borcun məbləği azaldılaraq 6128.79 manat müəyyən edilmişdir. Cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilərək cavabdehin apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edirik.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Həmin məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
25. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
26. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
27. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
28. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
29. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 iddiaçı ilə bağladığı ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində məbləğində krеdit хətti açılmış, uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 ilə bağlanmış ##.##.2024- cü il tarixli ***R********** saylı krеdit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit verilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh cavabdeh2 zamin kimi müqaviləni imzalamış və o bank qarşısında öz üzərinə borclu ilə birgə məsuliyyət götürmüşdür. Cavabdeh cavabdeh1 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
37. Məhkəmə kollegiyası çəkişmə prinsipinin pozulmaıs ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, tərəfin məhkəmə iclasında iştirak etməməsi yalnız həmin tərəfin işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığı halda prosessual pozuntu kimi qiymətləndirilə bilər. Iş materiallarından tərəflərin məhkəmə iclasları barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırıldığı müəyyən olunduğu halda, tərəfin öz təşəbbüsü ilə məhkəmə iclasında iştirak etməməsi işə baxılmasına mane olmur və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.
38. Eyni zamanda, çəkişmə prinsipi tərəflərə öz mövqelərini bildirmək, sübut təqdim etmək və etiraz vermək imkanının yaradılmasını nəzərdə tutur. Iş materiallarından görünür ki, tərəflərə bu prosessual hüquqlardan istifadə etmək üçün kifayət qədər imkan verilmiş, onlar məhkəməyə izahat, etiraz və digər sübutlar təqdim etmişlər. Buna görə də çəkişmə prinsipinin pozulması barədə iddia işin materialları ilə təsdiq olunmur.
39. Kollegiya qeyd edir ki, apellyatorun maddi vəziyyətin ağır olması və kredit borcunun birdəfəlik ödənilməsinin mümkünsüzlüyü də qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Borclunun maddi vəziyyəti öhdəliyin mövcudluğunu aradan qaldırmır və məhkəmə qətnaməsinin qanuniliyinə təsir göstərmir. Bu hal yalnız icra mərhələsində ödənişin hissə-hissə həyata keçirilməsi və ya icranın üsul və qaydasının dəyişdirilməsi məsələsinin qiymətləndirilməsi üçün nəzərə alına bilər.
40. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən tərəflərə barışıq təklif edilməməsi özü-özlüyündə qətnamənin ləğvinə səbəb olan mühüm prosessual pozuntu hesab edilə bilməz. Barışıq hüququ tərəflərin sərbəst iradəsinə əsaslanan prosessual hüquqdur və məhkəmənin bu barədə təşəbbüs göstərməməsi qəbul edilmiş qətnamənin mahiyyət etibarilə qanunsuz olması nəticəsinə gətirmir.
41. Kollegiya qeyd edir ki, məhkəmə haqlı olıaraq ##.##.2024-cü il tarixli ***R********** saylı kredit razılaşması üzrə cavabdehlərdən tutulacaq faiz borcu məbləği ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.
42. Kollegiya xüsusi ilə vurğulamaq istəyir ki, cavabdeh cavabdeh1 apellyasiya şikatəyində də borcu olduğunu qəbul etmiş, hissə-hissə ödəyəcəyini bildirmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.