Məhkəmə qərarları › İş №e-2-2(3-6)-383/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-383/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-383/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X15 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, Cavabdehin “xxxx” MMC-nin nümayəndəsi vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/** nömrəli malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 12. Müqavilənin 4.4-cü bəndinə əsasən satıcı alıcıya malları müvafiq qaimə-faktura (təhvil-təslim aktı) ilə təhvil verir. Malın alıcının anbarına qəbul edilmə tarixi, malın qəbul edilmə tarixi sayılır.

2. Müqavilənin 4.5-ci bəndinə əsasən malların təhvil-təslim zamanı qablaşdırılmasında zədə və ya qüsur olduğu halda alıcı tərəfindən satıcıya yerində dərhal irad bildirilməli, həmin məhsul aktlaşdırılmalı, qəbul edilməyib geri qaytarılmalı və yenisi ilə əvəz edilməsi haqqında Satıcıya müraciət edilməlidir.

3. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə Alıcıya verilən mallann ümumi məbləği Qaimə-Fakturada göstərilir.

4. Müqavilə tərəflərin imzası və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

5. Tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/** nömrəli alqı-satqı müqaviləsinə ##.##.2024-cü il tarixli, ** nömrəli əlavəyə əsasən həmin müqavilə üzrə 1 ədəd Printer (4 Epson i3200-U1 Heads markalı) adlı malın dəyəri ƏDV daxil olmaqla 35000 manat məbləğində müəyyənləşdirilmişdir.

6. İddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli, MT2501 ********* nömrəli 5000 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2501 ******** nömrəli, 5000 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2501 ******** nömrəli 24999,99 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

7. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə 4237,29 manat məbləğində, ##.##.2024-cü il tarixdə 4237,29 manat məbləğində, ##.##.2025-ci il tarixdə 8474,58 manat məbləğində, ##.##.2025-ci il tarixdə 4237,29 manat məbləğində ödənişlər edilmişdir.

8. İş materiallarında olan “xxxx” MMC (satıcı) ilə “İstanbul Reklam Market” MMC (alıcı) arasında imzalanmış ##.##.2025-ci il tarixli, ****** nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqavilənin ayrılmaz və tərkib hissəsi olan Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir

9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışa əsasən İddiaçı MMC-nin (VÖEN **********) təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı(əvvəlki) X9-50%- X3-50%, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı(hazırki) X9-60%- X3-40% təşkil edir, çıxarışın verilmə tarixi ##.##.2024-cü il.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonracavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat pulun və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC (VÖEN: **********) direktoru X6 ilə cavabdeh “xxxx” MMC (VÖEN: **********) arasında ##.##.2024-cü il tarixdə Bakı şəhərində bağlanmış **/** saylı malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı xxxx" MMC alıcı “xxxx” MMC(VÖEN: **********) tələb olunan malı satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılşadırılmış qaydada malın dəyərini sarıcıya ödəməyi öz öhtəsinə götürmüşdür. Bağlanmış müqaviləyə * saylı ##.##.2024-cü il tarixli əlavədən də aydın görünür ki, alıcı satıcıdan dəyəri 35000 (otuz beş min) olan „Printer (4 Epson i3200-U1 Heads)“ məhsulu almışdır. Məhsul cavabdeh tərəfindən qəbul edilmiş, qaimə təsdiq olunmuşdur. Cavabdehin məhsulu qəbul etməsinə baxmayaraq, bu günə qədər cavabdeh tərəfindən bir manat belə olsun ödəniş olunmamışdır. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da cavbdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş ƏDV daxil olmaqla 10000 ( on min) manat borcu vardır. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən cavabdehə tərəfimizdən pretenziya mətubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Hesab edirik ki, mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün deyildir.

12. Cavabdeh ##.##.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, ödənilmiş (ƏDV daxil) 25000 (iyirmi beş min) manat məbləğin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması; mənəvi ziyan olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 5000 (beş min) manatın və 195 (yüz doxsan beş) manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) direktoru X6 ilə “xxxx” MMC (VÖEN: **********) arasında ##.##.2024-cü il tarixdə Bakı şəhərində bağlanmış **/** saylı malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı xxxx" MMC alıcı “xxxx” MMC (VÖEN: **********) tələb olunan malı satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılşadırılmış qaydada malın dəyərini sarıcıya ödəməyi öz öhtəsinə götürmüşdür. Bağlanmış müqaviləyə * saylı ##.##.2024cü il tarixli əlavədən də aydın görünür ki, alıcı satıcıdan dəyəri 35000 (otuz beş min) olan „Printer (4 Epson i3200- U1 Heads)“ məhsulu almışdır. Daha sonra alınan yuxarıda adı qeyd edilən məhsulda nasazlıq yarandığından satıcıya bu barədə tərəfimizdən məlumat verilmişdir və məhsula baxış keçirib düzəltmək məqsədilə ## #### 2025-ci il tarixdə satıcı, yəni İddiaçı MMC tərəfindən bizdən məhsulu götürülmüşdür və indiyədək bizə geri qaytarılmamışdır. Buna baxmayaraq bizə qarşı formal və əssasız iddia qaldırmışdır. Göründüyü kimi, İddiaçı MMC aramızda bağlanmış alqı-satqı müqaviləsinə əməl etməyərək məhsulu bizə verməmiş, buna baxmayaraq bizdən əssasız olaraq ödəniş tələb etmişdir. Həmçinin, əldə etdiyimiz məlumata əsasən, bizdən düzəltmək məqsədilə götürdüyü məhsulu “İstanbul Reklam Market” MMC-ə satmışdır. Odur ki, MT2501 seriyalı ******** nömrəli qaiməyə əsasən tərəfimizdən İddiaçı MMC-ə ödənilmiş (ƏDV daxil) 25000 (iyirmi beş min) manat məbləğ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri ödənilməlidir. Həmçinin onuda qeyd etmək lazımdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhsul təhvil vermədiyinə görə, şirkətimizdə aldığımız məhsulla görməli olduğumuz işləri görə bilməmişik, bu işçilər eyni ilə müştərilər arasında gərginlik yaratmışdır və mənəvi olaraq bizi çox sarsmışdır. Elə bu səbəbdən də, mənəvi ziyan olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Onuda qeyd etmək lazımdır ki, məhkəmədə hüquqlarımızın müdafiəsi üçün vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmış, 5000 (beş min) manat ödəniş edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-cı il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

15. Əvvəlki məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verib ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia əsassızdır, belə ki, mal cavabdehə təhvil verildikdən sonra ümumiyyətlə həmin malda hər hansı qüsur olması barədə alıcı tərəfindən onlara hər hansı bildiriş, məlumat verilməmiş, mal tərəflərindən geri təhvil alınmamışdır. Əgər printer qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi cavabdehdən geri alınsa idi, iddia ərizəsi verilənə qədər cavabdeh həmin malın onlara qaytarılmasını tələb edərdi, qarşılıqlı iddiaçı bu barədə hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən qarşılıqlı iddianın rədd edilməsini xahiş edir.

16. Əvvəlki məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk iddia əsassızdır, rədd edilməlidir. Belə ki, printer onlara təhvil verildikdən bir müddət sonra onda problem aşkar edilmiş, bu səbəbdən bu barədə şifahi qaydada satıcıya məlumat verilmiş, ilk iddiaçı həmin printeri gəlib onlardan təmir etmək məqsədilə götürmüş, bu günə qədər də geri təhvil verməmiş, daha sonra tərəflərindən aşkar edilmişdir ki, həmin məhsul başqasına satılmış, hazırda printer digər hüquqi şəxsdədir. Bu səbəbdən tərəflərindən ödənilmiş vəsait onlara geri qaytarılmalıdır.

17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiasının təmin edilməsi,cavabdeh “xxxx” MMC-dən 10000 manat məbləğində pul, 120 manat dövlət rüsumu, ümumilikdə 10120 (on min bir yüz iyirmi) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi,iddiaçı “xxxx” MMCnin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi,qarşılıqlı iddia ərizəsi verilərkən çəkilmiş məhkəmə xərcləri (ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu və 5000 (beş min) manat hüquqi yardıma görə xərc) qarşılıqlı iddiaçı “xxxx” MMC-nin özünə aid edilməsi qət edilmişdir.

18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, **/** nömrəli malların alqı-satqısı haqqında müqavilənin bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş malın (01 ədəd printer) təhvil verilmiş,cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ümumilikdə 25000 manat vəsaitin ödənilimişdir. Qarşılıqlı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübut qismində məhkəməyə bir ədəd səsyazısı və şahid ifadəsi təqdim etmişdir. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısını sübut qismində nəzərə almamışdır. Belə ki, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasındakı izahatında həmin yazının cavabdehin nümayəndəsi Elçin Budaqov tərəfindən onlara ünvanlandığını bildirsə də, həmin səs yazısının Elçin Budaqova məxsus olması, hansı nömrədən göndərildiyi, hazırkı işlə bağlı olubolmaması müəyyən edilmir. Məhkəmə qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadəsini də malın məhz ilk iddiaçı tərəfindən onlardan geri alınması halını təsdiq edən mötəbər sübut qismində nəzərə almır .Belə ki, şahid təsisçisi və direktoru olduğu “İstanbul Reklam Market” MMC tərəfindən malın (printer) iddiaçı MMC-dən deyil, Elçin Budaqovun direktoru olduğu “xxxx” MMC tərəfindən alındığını bildirmiş, iddiaçı MMC-ni ümumiyyətlə tanımadığını göstərmiş, malın konkret olaraq kim tərəfindən onların ünvanına çatıdırılması barədə məhkəməyə hər hansı məlumat verməmiş, danışıqların Elçin Budaqovla aparıldığını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Elçin Budaqov iddiaçı MMC-nin nizamnamə kapitalında 40 faiz paya malik iştirakçısıdır, MMC-nin qanuni təmsilçisi 60 faiz paya malik olan digər iştirakçı H.Safızadadır. 45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Qarşılıqlı iddiaçı malın məhz iddiaçı MMC-nin sifarişi əsasında “xxxx” MMC tərəfindən “İstanbul Reklam Market” MMC-nin ünvanına çatdırıldığını bildirsə də, “xxxx” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## #### 2025-ci il tarixdə **-JC-*** qeydiyyat nişanlı evakuator vasitəsilə Xətai Ayaz İsmayılov 63 Ş.İ-dən Qala yolu Rahat Market ünvanına daşıma həyata keçirilməsi bildirilsə də, sifarişçinin kim olması barədə məlumatlarının olmadıqlarını göstərmiş, tərəflərindən sifarişin yazılı müqavilə və təhvil aktı ilə rəsmiləşdirilmədiyi müəyyən edilmiş, daşıma sifarişi barədə məhkəməyə təqdim edilmiş 01 ədəd səs yazıda isə sifarişçi özünü təqdim etməmiş, yalnız ünvanlar barədə məlumat verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ümumiyyətlə malda qüsur olması barədə satıcıya (ilk iddiaçı) bildiriş və ya məlumat verilməsi barədə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da malın qarşılıqlı iddiaçıdan məhz satıcı tərəfindən geri alınması halı öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddiaçı malın ondan ## #### 2025-ci il tarixdə götürüldüyünü, təmir edib geri qaytarılmalı olduğunu bildirsə də, qarşılıqlı iddia ərizəsi verildiyi ##.##.2025-ci il tarixə qədər keçən 5 ay ərzində bu halla bağlı qarşılıqlı iddia üzrə cavabdehə hər hansı irad bildirildiyini, hər hansı tələb irəli sürüldüyünü təsdiq edən sübut da təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi müqavilə üzrə ödənilmiş 25000 manat pulun geri qaytarılması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Qarşılıqlı iddiaçı iddia ərizəsində həmçinin mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun ödənilməli olması tələbini də irəli sürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” * nömrəli, ## ###### 2008-ci il tarixli Qərarına isitnad etməkdlə, qeyd etməklə hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Məhkəmə ilk iddia tələbini əsaslı hesab edərək, tərəflər arasında ##.##.2024-cü il tarixli, **/** nömrəli alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdeh 35000 manat dəyərində mal təhvil verilmiş, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya qismən – 25000 manat ödəniş edilsə də, qalıq 10000 manat əsas borc alıcı olan cavabdeh tərəfindən hazırkı günə qədər iddiaçıya ödənilməmişdir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 10000 manat məbləğində pul tutularaq ilk iddiaçıya ödənilməlidir.

19. Cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhsulun (printerin) cavabdehdən götürülməsi və geri qaytarılmaması faktı lazımi qaydada araşdırılmamış və hüquqi qiymətləndirilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid məhsulun (printerin) faktiki olaraq üçüncü şəxsin istifadəsində olduğunu və onun təhvil verilməsi ilə bağlı halları təsdiq edən məlumatlar vermişdir. Lakin məhkəmə şahidin ifadəsini yalnız iddiaçı ilə birbaşa əlaqəsinin olmaması əsası ilə qiymətdən salmış, ifadənin iş üzrə digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməsini həyata keçirməmişdir. Hesab edirik ki, tərəflər arasında mübahisə predmeti olan məhsulun (printerin) texniki vəziyyəti, onun qüsurlu olub-olmaması, eləcə də istifadəyə yararlılığı kimi hallar yalnız xüsusi biliklərə malik mütəxəssis tərəfindən müəyyən edilə bilərdi. Buna baxmayaraq, məhkəmə həmin halların araşdırılması üçün ekspertiza təyin etmək imkanına malik olduğu halda bu prosessual hərəkəti həyata keçirməmişdir . iş materiallarında mövcud olan səs yazısının və tərəflər arasında aparılmış yazışmaların həqiqiliyi və aidiyyəti məsələsi də məhkəmə tərəfindən tam araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçıya və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Nümayəndə apellyasiya şikayətinə müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

25. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

26. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 453.1. Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir.

31. Maddə 453.2. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.

32. Maddə 453.3. Əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz.

33. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

34. Maddə 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Maddə 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibətin mahiyyətini düzgün qiymətləndirməmiş, beləliklə də nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

40. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?

41. Məhkəmə kollegiyası xususi ilə qeyd etmək istəyir ki, “xxxx” MMC qarşılıqlı iddia tələbində 25.000 manat pul, mənəvi zərərə görə 5.000 manat və hüquqi yardımla bağlı çekimiş xərcin əvəzi olaraq 5.000 manat pulun tutulmasını xahiş etsə də,apellyasiya icraatı zamanı “xxxx” MMC-nin Nümayəndə ərizə ünvanlayaraq iddia tələbinən 5.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbindən imtina etdiyindən, qarşılıqlı iddia tələbi ödənilmiş 25.000 manat pul və hüquqi yardımla bağlı çekimiş xərcin əvəzi olaraq 5.000 manat pulun tutulması hissəsində qiymətləndiriləcək.

42. İddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/** nömrəli malların alqı-satqısı haqqında müqaviləyə və müqaviləyə əlavəyə əsasən Printerin (4 Epson i3200-U1 Heads markalı) qiyməti 35.000 manata müəyyən edilmişdir.

43. İş materillarında olan iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, **/** nömrəli malların alqı-satqısı haqqında müqaviləyə və müqaviləyə əlavəyə əsasən Printerin (4 Epson i3200-U1 Heads markalı) qiyməti 35.000 manata müəyyən edilmiş, iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli, MT2501 ********* nömrəli 5000 manat məbləğində, ##.##.2025ci il tarixli, MT2501 ******** nömrəli, 5000 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2501 ******** nömrəli 24999,99 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

44. Belə ki, İddiaçı MMC-e iddia tələbində də 25.000 (iyirmi beş min) manatın ödənildiyini, qalan 10.000 (on min) manatın cavabdehdən tutularaq ödənilməsini xahiş etdiyindən “ xxxx” MMC tərəfindən 25.000 (iyirmi beş min) ödənilməsi işin mübahisəsiz halını təşkil edir.

45. Daha sonra isə ##.##.2025-ci il tarixli alqı-satqı müqavilə və qiymət razılaşdırılma haqqında spesifikasiya əsasən isə İnjek Printer 3.2m,Eco Solvent printer installs 2 Epson i3200-E1 heads markalı printer “İstanbul Reklam Market” MMC-yə təhvil verilməsi razılaşadırılsa da, “İstanbul Reklam Market” MMC-nin direktoru Özgür Karslı Elçin Budaqov tərəfindən ona yalnış avadanlığın təhvil verildiyini, həmin avadanlığın qüsurlu olduğunu bildirmişdir.

46. Apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclas protokolu ilə Özgür Karslı müstəqil tələb irəli sürməyən şəxs qisməndə cəlb edilmiş, növbəti məhkəmə iclaısnda iştirakını təmin edilməsi məqsədi ilə məhkəmə bildirişi göndərilmiş, qəbzə imza edilməklə qəbul ediləsə də, məhkəmə iclasında iştirak etməmişdir.

47. Birinci insantsiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Özgür Karslı ifadəsində göstərmişdir ki, Elçin Budaqovla ## ###### 2025-ci il tarixdə printerin alınması barədə müqavilə bağlamış, ödənişlərin malı təhvil almazdan əvvəl həyata keçirmiş, avadanlıq 40-50 gün ərzində təhvil verilməsi nəzərdə tutulsa da 6 ay sonra təhvil verilmiş, daha sonra printerin tərəfindən işlənmiş mal olduğu müəyyən edilmişdir. İfadəsinin davamında malın Qala qəsəbəsindəki emalatxanalarına, evakuator vasitəsilə, gecə saatlarında, sellofan içində çatdırıldığını, rəsmi təhvil təslim edilmədiyini, avadanlığın hələ də onlarda olduğunu və düzgün işləmədiyini qeyd etmiş, müqavilə ilə bağlı danışıqları yalnız Elçin Budaqovla apardığını, malın gömrük və daşınma səbəbi ilə təhvil prosesinin uzadıldığını, yanlış avadanlığın verildiyini sonradan bildiklərini və Elçin Budaqovun bu faktı etiraf və qəbul etdiyini, hazırda 5000 AZN borclarının qaldığını, printeri quraşdırdıqlarını, lakin düzgün işləmədiyini, Elçin Budaqovun avadanlığı yenisi ilə əvəz edəcəyini bildirdiyini, iddiaçı MMC və cavabdeh MMC ilə hər hans bir əlaqəsinin olmadığını və malı yalnız Elçin Budaqovdan aldığını bildirmişdir.

48. İş materillarına əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2026-cı il tarixli qərara əsasən araşdırma zamanı izahatı alman X3 izahatında bildirmişdir ki, Elxan ona məxsus "xxxx" MMC-nin rəsmi bank hesabına 43.000 (qırx üç min) manat məbləğində pul vəsaiti köçürmüş, təxminən 2025-ci ilin aprel ayında Elxan sifariş edilmiş avadanlıqlardan biri olan lazerli çap aparatını onun iş yerindən götürərək istifadəsinə qəbul etmişdir. Təxminən bir il istifadə etdikdən sonra Elxan həmin avadanlığın satılmasını xahiş etmişdir. İzahata görə, o, həmin lazerli çap avadanlığını Elxandan götürdükdən sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində fəaliyyət göstərən "İstanbul Reklam" şirkətinə 25.000 (iyirmi beş min) manat məbləğində satmışdır. Satışdan əldə edilən vəsaitin 10.000 (on min) manatı Elxana məxsus "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Qalan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin isə "İstanbul Reklam" şirkəti tərəfindən izahat verən şəxsin hesabına tam köçürüldükdən sonra Elxana ödəniləcəyi bildirilmişdir. İzahata əsasən, digər çap avadanlığı hazırda izahat verən şəxsə məxsus iş yerində saxlanılır. Elxan həmin avadanlığın da satılaraq əldə olunacaq vəsaitin ona qaytarılmasını xahiş etmişdir. Elxana məxsus "xxxx" MMC-nin bank hesabına əlavə olaraq 10.000 (on min) manat məbləğində ödəniş həyata keçirilmiş, qalan 33.000 (otuz üç min) manat məbləğində vəsait digər avadanlıqlar satıldıqdan sonra Elxana təhvil veriləcəkdir.

49. Həmçinin qərarda müəyyən olunmuşdur ki, X2 gedən avadanlığı Qanuni nümayəndə məxsus şirkətdən götürmüş və İstanbul Reklam MMC başqa şirkət adından satışını həyata keçirmiş, lakin Qanuni nümayəndə həmin pulların köçürülməsi və ya nağd şəkildə ödənilməsi sübuta yetirilməsi mümkün olmamışdır.

50. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin internet vergi idarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatlarına əsasən “xxxx” MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndədur.

51. Göründüyü kimi X2 avadanlığı Qanuni nümayəndə rəhbərlik etdiyi “xxxx” MMC-yə məxsus şirkətdən götürərək “İstanbul Reklam” MMC adından satmış, lakin əldə olunan vəsaitin Qanuni nümayəndə (hazırki cavabdeh “xxxx” MMC-ə) ödənilməsi sübuta yetirilməmişdir.

52. Qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi vəkili Vəkil ##.##.2026-cı il tarixli məhkəmə iclasında İddiaçı MMC- ilə “xxxx” MMC-nin heç bir əlaqəsi olmadığını qeyd etsədə iş materillaırna əsasən “xxxx” MMC-nin direktoru X3, İddiaçı MMC-ndə isə X3 40% faiz paya malik olan təsisçidir.

53. Məhkəmə kollegiyası yuxarda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki, iddiaçı müqavilə üzrə cavabdehə verilməsi nəzərdə tutulan avadanlığı cavabdehə təhvil versədə, sonradan qüsurlu olduğundan cavabdehdən götürülmüş lakin geri verilməmiş, iddiaçı onu üçüncü şəxsə (“İstanbul Reklam” MMC) satmışdır.

54. Qeyd olunanlara əsasən müəyyən olunur ki, ilk iddia tələbi olaraq iddiaçı İddiaçı MMC-nin avadanlğının dəyəri 10.000 (on min) manat pulun tutulması iddiası əsassızdır.

55. X7 33.000 (otuz üç min) manat məbləğində vəsaiti Elxana qaytarılacağını etiraf etmişdir.

56. Hüquqi yardımın göstərilməsi haqqında ##.##.2025-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC -yə hüquqi yardım göstərilməsi ilə bağlı De Fando Vəkil Bürosu 5.000 manat xidmət haqqı müəyyən edilməklə razılığa gəlinmiş, ***OPX********** nömrəli ödəniş tapşırığına əsasən pul vəsaiti vəkil brüsounun hesabına köçürlümüşdür.

57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, “xxxx” MMC-nin qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti vermək üçün ödədikləri dövlət rüsumunun əvəzi olaraq 255 manat pul məbləği İddiaçı MMC-dən tutularaq cavabdehə ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-

58. ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli , “xxxx” MMC apellyasiya şikayəti təmin edilməli, iddiaçı İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı “ 10.000 min manat pulun tutulması tələbi rədd edilməli, “xxxx” MMC-nin 25000 (iyirmi beş min) manat məbləğin İddiaçı MMC-yə qaytarılması, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 5000 (beş min) manatın və 195 (yüz doxsan beş) manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsinə dair iddiası təmin edilməmilidir.

59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh “xxxx” MMC tərəfindən verilimiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli , e-*-*(***)-****/**** nömrəli qətnaməsi təmamilə ləğv edilsin. İddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddia tələbi rədd edilsin. “xxxx” MMC-nin 25000 (iyirmi beş min) manat məbləğin İddiaçı MMC-yə qaytarılmasına dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı MMC-dən 25000 (iyirmi beş min) manat pul, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 5000 (beş min) manat, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ödənilmiş 225 ( iki yüz iyirmi beş) manat dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar