Məhkəmə qərarları › İş №e-2-2(3-6)-387/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-387/2026

05.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-387/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarılma) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil İsmayıl oğlunun iştirakı ilə İddiaçı MMC-nin “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “icarə haqqının, cərimənin və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icarəyə verən) ilə “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı (icarəçi) arasında ##.##.2021-ci il tarixdə AV-***/**** saylı “Uzunmüddətli avtomobil icarəsi müqaviləsi” bağlanmış, müqavilənin 3-cü bəndinə əsasən, razılaşmanın müddəti avtomobilin təhvil verilmə günündən 24 ay müddətinə müəyyən edilmişdir.

2. Müqavilənin 3-cü bəndində həmçinin nəzərdə tutulmuşdur ki, əgər icarəçi müqavilə bitdiyi tarixdən sonra avtomobillərdən istifadəni davam etdirirsə, müqavilə növbəti 12 müddətinə uzadılacaq.

3. Müqavilənin 2-ci bəndinə görə, “Mitsubishi Pajero” markalı avtomobil aylıq 1350 manata, “Toyota Prado” markalı avtomobil aylıq 1350 manata, “Mitsubishi L200 Mid 4x4” markalı 2 ədəd avtomobil isə aylıq 1670 (min altı yüz yetmiş) manata icarəçiyə icarəyə verilir, əgər icarəçi vergilərdən azad deyilsə, qiymətlərə 18% ədv əlavə olunacaq, 2 aylıq depozit öncədən icarəçi tərəfindən ödənilməlidir.

4. Müqavilənin 5-ci bəndində nəzərdə tutulmuşdur ki, əgər icarəçi icarə müqaviləsini müqavilə imzalandıqdan sonra və ya icarə müddəti bitməmişdən əvvəl birtərəfli qaydada ləğv edərsə və ya razılaşmaya xitam verilmədən icarəyə götürülmüş avtomobillərin bir qismini müqavilə müddətinin bitməsindən əvvəl icarəyə verənə qaytararsa, icarəyə verənə icarə müqaviləsinin qalan müddətinin ödənilməli olan icarə haqları məbləğinin 50% məbləğini cərimə olaraq ödəyir.

5. Müqavilənin 6.4-cü bəndinə əsasən, icarəçinin təqsirli əməli nəticəsində icarə predmeti olan avtomobilə zərər dəydikdə və/və ya siğortaçı tərəfindən avtomobilə vurulmuş zərər siğorta ödənişi ilə qarşılanmadıqda, avtomobilə vurulmuş zərərə görə icarəçi icarəyəverən qarşısında tam olaraq öhdəlik daşıyır və bu cür zərərin qarşılığı icarəçi tərəfindən ödənilir.

6. Müqavilənin 8-ci bəndinə görə, icarəçi yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələri 15 iş günü müddətində ödəməlidir, əks təqdirdə cərimələr icarəyə verən tərəfindən ödəniləcək və icarəçiyə faktura ediləcəkdir.

7. Müqavilənin 10-cu bəndinə görə, ödəniş aylıq olmaqla, faktura təqdim edildikdən sonra 30 gün ərzində həyata keçirilməlidir. Əks təqdirdə, icarəyə verən icarəçiyə illik 12% cərimə tətbiq edəcəkdir. Bütün ödənişlər AZN ilə, Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə nağd və ya icarəyə verənin aşağıdakı bank hesabına bank köçürməsi ilə həyata keçiriləcəkdir.

8. Müqavilənin 17-ci bəndinə görə, razılaşma Azərbaycan qanunlarına əsasən şərh olunur və idarə edilir.

9. İcarə müqaviləsinə ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı Əlavələr razılaşdırılmış, icarəyə verilən avtomobillərin modeli, icarə müddəti, illik km. limiti, aylıq icarə haqqı barədə razılığa gəlinmişdir.

- ##.##.2022-ci il tarixli AV-105/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 1645 manat olmaqla 1 ədəd “Mitsubishi L200 Low 4WD” markalı avtomobil 24 ay müddətinə icarəçiyə icarəyə verilir.

- ##.##.2022-ci il tarixli AV-138/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 1550 manat olmaqla 1 ədəd “Toyota Prado” markalı avtomobil 24 ay müddətinə icarəçiyə icarəyə verilir.

- ##.##.2022-ci il tarixli AV-152/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 5 ədəd “Mitsubishi L200 MİD 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.

- ##.##.2022-ci il tarixli AV-182/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 2050 (iki min əlli) manat olmaqla 2 ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.

- ##.##.2022-ci il tarixli AV-187/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla 2 ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.

- ##.##.2022-ci il tarixli AV-192/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla 1 ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.

- ##.##.2022-ci il tarixli AV-220/2022 №li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 1720 manat olmaqla 1 ədəd “X1 GLS 2018” markalı avtomobil 24 ay müddətinə icarəçiyə icarəyə verilir.

- ##.##.2022-ci il tarixli AV-224/2022 №li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 1750 manat olmaqla 2 ədəd “Mitsubishi L200 MİD 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.

10. İcarəyə verən tərəfindən icarəçiyə ##.##.2024-cü il tarixli EBEB ****** nömrəli – 13 782,40 manat məbləğində, ##.##.2024-cü il tarixli EBEB ****** nömrəli - 3799,60 manat məbləğində, ##.##.2024-cü il tarixli EBEB ****** nömrəli - 623,18 manat məbləğində, ##.##.2024cü il tarixli EBEB ****** nömrəli - 3941,20 manat məbləğində, ##.##.2024-cü il tarixli EBEB ****** nömrəli - 3162,40 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2405 ******** nömrəli - 1617,58 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2405 ******** nömrəli - 1829,00 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2405 ******** nömrəli - 1829,00 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2405 ******** nömrəli - 3941,20 manat məbləğində, ##.##.2024-cü il tarixli - 64,80 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2407 ******** nömrəli - 4246,03 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2407 ******** nömrəli - 1398,49 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2412 ******** nömrəli -5310,00 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

11. İcarəçi tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən, icarəçi icarəyəverənə ##.##.2025-ci il tarixdə 9983,18 manat, ##.##.2024-cü ildə 20 975,83 manat vəsait ödəmişdir.

12. İcarəyə verən tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli qüsur aktına əsasən H****** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1680 manat, ##.##.2024-cü il tarixli qüsur aktına əsasən ** PT *** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1445 manat, ##.##.2024-cü il tarixli qüsur aktına əsasən ** PX *** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 2680 manat, ##.##.2024-cü il tarixli qüsur aktına əsasən ** PX *** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 2680 manat, ##.##.2024-cü il tarixli qüsur aktına əsasən ** PX *** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1239 manat, ##.##.2023-cü il tarixli qüsur aktına əsasən H****** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 3220 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. İddiaçı MMC (iddiaçı) “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, avtomobillərə vurulmuş zərərə görə ƏDV daxil 20 744,4 (iyirmi min yeddi yüz qırx dörd manat, qırx qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 38 862,95 (otuz səkkiz min səkkiz yüz altmış iki manat doxsan beş qəpik), inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 141,8 (yüz qırx bir manat səksən qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 623,8 (altı yüz iyirmi üç manat səksən qəpik) olmaqla cəmi 60 372,33 (altmış min üç yüz yetmiş iki manat otuz üç qəpik) manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən avtomobillərə vurulmuş zərərə görə ƏDV daxil 16 586,33 (on altı min beş yüz səksən altı manat, otuz üç qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 18 802,5 (on səkkiz min səkkiz yüz iki manat əlli qəpik), inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 190,8 (yüz doxsan manat səksən qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 623,8 (altı yüz iyirmi üç manat səksən qəpik), toplam 36 202,81 (otuz altı min iki yüz iki manat səksən bir qəpik) manatın alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialından 8984,52 manat icarə haqqı borcu, 5310 manat dəymiş zərərin əvəzi qismində vəsait, 86 manat inzibati xətaya görə tətbiq edilmiş cərimə üzrə ödənilmiş məbləğ, 440 manat dəbbə pulu, 134,46 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14 954,98 (on dörd min doqquz yüz əlli dörd manat doxsan səkkiz qəpik) manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 136,74 (bir yüz otuz altı manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi qət olunmuşdur.

16. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmaması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya baxışı

17. ## ### 2026-cı il tarixində “xxxx” MMC-nin qanuni nümayəndəsi tərəfindən elektron məhkəmə informasiya sisteminə ərizə və birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti daxil olmuş, ərizədə elektron məhkəmə sistemində baş vermiş texniki xəta səbəbi ilə verdikləri apellyasiya şikayətinin qeydə alınmamadığı qeyd edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 384.0.6. Apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- 19. Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı MMC-nin “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “icarə haqqının, cərimənin və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il qərardadı ləğv olunsun və iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən “xxxx” MMC-nin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar