Məhkəmə qərarları › İş №e-2-2(3-6)-390/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-390/2026

29.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-390/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi barədə arayışın verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün silinməsi, ##.##.2015-ci il tarixli *************** saylı kredit müqaviləsi və ##.##.2017-ci il tarixli *************** nömrəli kredit müqaviləsi üzrə borcların tam olaraq ödənilməsinə dair arayışın iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi barədə arayışın verilməsi və s.” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə görə, cavabdehə qarşı borcun qanunsuz silinməsi, öhdəliyə xitam verilməsi və s. tələblərə dair iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Öz mövqeyini əsaslandırmağa çalışan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, hazırkı iddia məhkəmədə baxılmalı deyildir və bu səbəbdən hakim iş üzrə icraata xitam verməlidir. Belə mövqedən çıxış edən məhkəmə, digər tərəfdən borcun qanunsuz hesablanması (düzgün silinməməsi) ilə əlaqədar icra şöbəsinin (icra məmurunun) hərəkətlərindən şikayət verilməklə, eyni tələblə bağlı məsələnin məhz məhkəmədə həll edilməli olduğunu qərardadda qeyd etmişdir. İrəli sürülmüş iddia tələbinin məhkəmədə baxılmalı olmaması hakim tərəfindən ümumiyyətlə əsaslandırılmamış və qərardad ilə iddiaçının məhkəməyə müraciət hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddia tələbinin faktiki əsasını o təşkil edir ki, tərəflər arasında ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra – iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən ödənişlər edilmiş, lakin həmin ödənişlər cavabdeh tərəfindən düzgün silinməmiş, nəticədə hər iki kredit müqaviləsi üzrə borc qalmışdır. İş materiallarından görünür ki, ASC Cavabdeh ilə İddiaçı MMC arasında ##.##.2015-ci il tarixli *************** nömrəli 1-ci kredit müqaviləsi üzrə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 5 000 000 manat kredit verilmiş, daha sonra ##.##.2017-ci il tarixli *************** nömrəli 2-ci kredit müqaviləsi üzrə bank tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 120 ay olan 1 500 000 manat kredit verilmişdir. İddiaçı Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh cavabdehlər İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqavilələri üzrə borcun ipoteka predmetlərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şəki Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-2- *(***)-***/**** nömrəli qətnaməsi ilə Cavabdehəhmdar Cəmiyyəti “Xalq” Bank ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2015-ci il tarixli *************** saylı kredit müqaviləsi üzrə 3 754 944,21 manat əsas, 139 245,56 manat faiz və 41,561.8 manat cərimə borcu, ##.##.2017-ci il tarixli *************** nömrəli kredit müqaviləsi üzrə 1 500 000 manat əsas, 57 000 manat faiz və 40,750 manat cərimə borcunun iddiaçı Cavabdehəhmdar Cəmiyyəti Cavabdehn xeyrinə tutulmasını təmin etmək məqsədi ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsi qərara alınmış, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- */**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Şəki Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-2- *(***)-***/**** nömrəli qətnaməsi əmlak kompleksinin likvid dəyəri hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)/**** nömrəli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ##.##.2024-cü il tarixdə edilən ödənişlər ##.##.2015-ci il tarixli *************** saylı kredit müqaviləsi üzrə 259 009,29 manat faiz borcuna, 402 445,7 manat cərimə borcuna, 3 168 967,38 manat əsas borca, ##.##.2017-ci il tarixli *************** nömrəli kredit müqaviləsi üzrə 993 967,74 manat əsas borca, 101 625 manat faiz borcuna, 53041,67 manat cərimə borcuna silinmişdir. Hazırkı mübahisə bilavasitə Şəki Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi qəbul edildikdən sonra edilən ödənişlərin silinməsi ilə bağlı yaranmışdır. Borcun düzgün silinməsi və arayışın verilməsi tələbləri də müstəqil xarakterə malik olmayıb biri-digərinin məntiqi nəticəsi olmuşdur. Məhkəmə qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsinin borclu tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi məhz icra icraatında həll edilməli məsələdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair # ##### 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il ## ####### tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ## ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin ## ####### 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. İşə məhkəmədə baxılması hazırkı mərhələdə mümkün deyildir. Lakin qeyd edilən məsələ icra icraatında öz həllini tapmadıqda, məhkəmə qərarlarının icrası qaydasında icraat üzrə aidiyyəti məhkəməyə müraciət edilməlidir. Başqa sözlə, məhkəmə qərarında bir tərəfdən işə məhkəmədə baxılmalı olmaması, digər tərəfdən işə məhkəmə qərarlarının icrası qaydasında icraat üzrə aidiyyəti məhkəmədə baxılması mövqeyinin qeyd edilməsinə dair dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı tələbə məhkəmə (iddia icraatı) qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməldir. İcra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin kommersiya işinin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə kollegiya məhkəmənin qərardadında və apellyasiya şikayətində qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar