Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-393/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindənverilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin halları
1. Icarəyə verən qismində İddiaçı ASC (X1) ilə icarəçi qismində X4 arasında ## ### 2021-ci il tarixli, ** nömrəli icarə müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən sahənin 60 kv.m hissəsi icarəyə verilmişdir;
3. 2-ci bəndinə əsasən icarə haqqı hər ay üçün ƏDV daxil 500 manat razılaşdırılmışdır;
4. 5-ci bəndinə əsasən icarə müqaviləsi ##.##.2021-ci ilə qədər bağlanılmışdır.
5. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
6. Icarəyə verən qismində İddiaçı ASC (direktor– Cavabdeh) ilə icarəçi qismində X4 arasında ## ##### 2022-ci il tarixli, ** nömrəli icarə müqaviləsi bağlanmışdır.
7. Həmin müqavilənin 1-ci bəndinə icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 120 kv.m hissəsini orada yerləşən və icarəyə verənə məxsus olan əşyalarla icarəçiyə icarəyə verir;
8. 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1000 manat məbləğində müəyyən olunmuşdur;
9. 5-ci bəndinə əsasən icarəçi tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması ## ##### 2022-ci il tarixindən başlanılacaqdır və hər ayın, 2022-ci ilin aprel ayı da daxil olmaqla 01-də axımı başlanan 5 təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “Icarəçi” tərəfindən bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “Icarəyə verən”ə nağd və ya bank hesabına köçürməklə ödəyir;
10. 14-cü bəndinə əsasən icarə haqqının müqavilədə nəzərdə tutulan son ödəniş günündən 1 ay ərzində ödənilməməsi, habelə hazırkı icarə müqaviləsinin hər hansı müddəasının icarəçi tərəfindən pozulması, “Icarəçi”nin hazırkı icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə icarəyə verən bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görə bilər. Icarə müqaviləsinin vaxtından əvvəl ləğvi “Icarəçi”ni müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlanıldığı bütün müddət üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir.
11. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı ASC ilə “xxxx” MMC arasında ## ###### 2024-cü il tarixli, **/**** saylı xidmət müqaviləsi bağlanılmışdır.
13. Müqavilənin predmetinə görə “Icraçı” (“xxxx” MMC) “Sifarişçi”yə (İddiaçı ASC) ## ###### 2021-ci il tarixdən ## #### 2024-cü il tarixədək maliyyə-təsərrüfat və kadr işlərinin təftişini həyata keçirməyi və sifarişçinin ilkin mühasibatlıq sənədlərinin düzgün tərtib edilməsinə nəzarət edilməsini, Sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqının, bu müqavilə ilə razılaşdırılmış şərtlərlə ödənilməsini öz öhdəsinə götürür.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı 4000 manat təşkil edir.
15. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə ## ###### 2024-cü il tarixindən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir.
16. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
17. ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “xxxx” MMC-nin hesabına 4000 manat pul köçürülmüşdür.
18. ## ### 2021-ci il tarixli, ** nömrəli icarə müqaviləsi üzrə 500 manat dəyərində ##.##.2021-ci il tarixli, EBBN ****** nömrəli elektron qaimə və 500 manat dəyərində ##.##.2021-ci il tarixli, EBB ****** nömrəli elektron qaimə ödəniş üçün təqdim edilmiş, ##.##.2022-ci il tarixli, №* saylı icarə müqaviləsi üzrə- 500 manat dəyərində 25-02-2022-ci il tarixli, EBBR ****** nömrəli elektron qaimə, 643,1 manat dəyərində 16-03-2022-ci il tarixli, EBBS ****** nömrəli elektron qaimə, 1000 manat dəyərində 15-04-2022-ci il tarixli, EBBU ****** nömrəli elektron qaimə, 383 manat dəyərində 28-04-2022-cI il tarixli, EBBV ****** nömrəli elektron qaimə, 1499 manat dəyərində 13-05- 2022-ci il tarixli, EBBW ****** nömrəli elektron qaimə ödəniş üçün təqdim edilmiş, ##.##.2022-ci il tarixli, №* saylı icarə müqaviləsi üzrə: 1000 manat dəyərində 29-08-2022-ci il tarixli, EBCC ****** nömrəli elektron qaimə ödəniş üçün təqdim edilmişdir. Ümumilikdə 6025 manat dəyərində e-qaimə ödəniş üçün təqdim edilmişdir.
19. 01 iyul, 29 iyul və 07 avqust və ## ###### 2024-cü il tarixlərində cavabdehə göndərilən pretenziya məktublarından görünür ki, sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi cavabdehdən tələb edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
20. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 7334,01 (yeddi min otuz dörd manat bir qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 93,35 (doxsan üç manat otuz beş qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh fəaliyyəti dövründə ##.##.2021-ci il tarixli №** saylı icarə müqaviləsi üzrə:- 30- 11-2021-ci il tarixli, EBBN ******* nömrəli elektron qaimə üzrə 500 manat,- 27-12-2021-ci il tarixli, EBBO ****** nömrəli elektron qaimə üzrə 500 manat, ##.##.2022-ci il tarixli, №* saylı icarə müqaviləsi üzrə- 31-01-2022-cü il tarixli, EBBQ ****** nömrəli elektron qaimə üzrə 200 manat,- 25-02-2022-cü il tarixli, EBBR ****** nömrəli elektron qaimə üzrə 176 manat,- 25-02-2022-ci il tarixli, EBBR ****** nömrəli elektron qaimə üzrə 500 manat,- 16-03-2022ci il tarixli, EBBS ****** nömrəli elektron qaimə üzrə 643,1 manat,- 15-04-2022-ci il tarixli, EBBU ****** nömrəli elektron qaimə üzrə 1000 manat,- 28-04-2022-cI il tarixli, EBBV ****** nömrəli elektron qaimə üzrə 383 manat,- 13-05-2022-ci il tarixli, EBBW ****** nömrəli elektron qaimə üzrə 1499 manat, ##.##.2022-ci il tarixli, №* saylı icarə müqaviləsi üzrə:- 29-08-2022 ci il tarixli, EBCC ****** nömrəli elektron qaimə üzrə 1000 manat,- 29-08-2022ci il tarixli, EBCC ****** nömrəli elektron qaimə üzrə 933 manat olmaqla, ümumilikdə 7334,01 (yeddi min otuz dörd manat bir qəpik) manat məbləğində borc yaranmışdır. Qeyd olunur ki, cavabdeh Cavabdeh 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Həmin qaimələrdə göstərilən məbləğlər sonuncu tərəfindən nağd formasında əldə olunmasına baxmayaraq, hazırkı vaxtadək sözügedən icarə ödənişləri ASC-nin hesabına köçürülməmişdir. Buna görədə həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Yuxarıda qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, heç bir ödəniş edilməmişdir.
22. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə elekton məhkəmə sisteminə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışında qeyd olunan X4 onun İddiaçı ASC-də işlədiyi dövrdə vəfat etmişdir. Tərtib olunmuş e-qaimələr üzrə heç bir borc olmamışdır. Təqdim olunan maliyyə arayışında göstərilən 2022-ci ilin yanvar ayı üzrə kommunal haqqı 200 manat, 2022-ci ilin fevral ayı üzrə kommunal haqqı 176 manat, 2022-ci ilin avqust ayı üzrə kommunal haqqı 933 manat Bakı şəhəri Nəsimi rayon Məhkəməsində ona qarşı qaldırılmış e-*(***)-****/**** saylı işdə təkrarən tələb olunur. Sonuncu işdə də maliyyə arayışı “xxxx” MMC tərəfindən tərtib olunub.
23. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
24. Iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 6025 (altı min iyirmi beş) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 93,35 (doxsan üç manat otuz beş qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, icarə müqaviləsini bağlayan icarəçi hal hazırda vəfat etmişdir. Lakin tələbləri təkcə icarə müqaviləsinin nəticələrindən irəli gələn öhdəlik əsasında yaranan borcdan, yəni icarə ödənişlərindən ibarət deyil. Eyni zamanda tələbləri Cavabdeh direktor olduğu dövrdə şirkətə dəyən zərərlə bağlıdır. Cavabdeh bağladığı müqaviləyə əsasən onun icraçı direktor olduğu dövrdə bütün məsuliyyət ona aiddir. 2021-ci ilin noyabr ayından 2024cü ilin iyul ayına qədər Cavabdeh direktor olmuş, yəni direktor təyin olunanda isə hesablarla, çıxarışlarla bağlı hər hansı bir təhvil təslim sənədi təqdim edilməmişdir. Bununla bağlı qarşı tərəfə dəfələrlə pretenziya məktubları göndərilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Yeni direktor təyin olunuqdan sonra 2024-cü ildə təftiş keçirilmiş və nəticədə məlum olmuşdur ki, şirkət hesabına 7330 manat məbləğində zərər dəyib. Audit isə keçirilməyib. Həmin dövrdə şirkətdə kassa olmayıb. Bununla bağlı zəruri sənədləri iş materiallarına əlavə edəcək.
26. “xxxx” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə fərdi sahibkar X4 arasında bağlanmış ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək olan dövr üzrə olan kommunal xərclərlə bağlı borc çıxıldıqda (31-01-2022-cü il tarixli, EBBQ ****** nömrəli, 25-02 2022-cü il tarixli, EBBR ****** nömrəli, 29-08-2022-ci il tarixli, EBCC ****** nömrəli eqaimələr üzrə), qalıq borc 6025 manat təşkil edir.
27. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
28. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hüququ pozulmuş şəxsə vurulmuş zərər, qanun və ya müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, tam həcmdə ödənilməlidir. Hüquqi şəxs adından çıxış edən və ya onun idarəetmə orqanlarında təmsil olunan şəxslər öz vəzifələrini icra edərkən vicdanla, peşəkar və məntiqli davranmalı, hüquqi şəxsin və iştirakçıların maraqlarını şəxsi maraqlarından üstün tutmalı, ehtiyatlı, ədalətli və qərəzsiz olmalıdırlar. Bu vəzifələrin pozulması nəticəsində hüquqi şəxsə zərər dəydikdə, nizamnamə kapitalında azı 5 faiz paya malik olan iştirakçının tələbi ilə həmin şəxs dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qanunvericilikdə bu məsuliyyətə səbəb olan hallar konkret göstərilmişdir. iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iddia tələbi ilk öncə icarə haqqlarının ASC-nin balansına ödənilməməsi ilə bağlı olmuşdur. Iddia tələbinin cavabdeh Cavabdeh qarşı icarə haqqının tutulması deyil, onun İddiaçı ASC-nin direktoru qismində hüquqi şəxsə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Bu isə birbaşa olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3 və 49.4.5-ci maddələrinin tətbiq dairəsinə daxildir. Yeni direktor təyin olunuqdan sonra 2024-cü ildə “xxxx” MMC tərəfindən təftiş keçirilmiş və nəticədə məlum olmuşdur ki, şirkət hesabına 7330 manat məbləğində zərər dəyib. Həmin dövrdə şirkətdə kassa olmayıb. Qeyd edək ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinə “2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər xxxx ASC-də kassa aparatının qeydiyyatda olub-olmaması barədə arayış”ın verilməsi ilə bağlı ##.##.2025 tarixli sorğusuna sonuncunun cavab məktubuna əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh direktor olduğu dövrdə kassa aparatının mövcud olmadığı qeyd olunmuşdur. Eyni zamanda bank hesabından çıxarışlarda da bir mənalı şəkildə görsənir ki, mübahisələndirilən məbləğlər ASC-nin bank hesabına daxil edilməmişdir. Cavabdeh Cavabdeh ASC-yə vurduğu zərər cari işlə kifayətlənmir. Bu da öz növbəsində bir daha sübut edir ki, cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində ASC-yə xeyli ziyan və zərər dəymişdir. Məhkəmə sübutetmə yükünü tamamilə iddiaçının üzərinə qoymuşdur, halbuki iddiaçı sübut etmişdir ki, mübahisəli məbləğlər ASC-nin bank hesabına daxil olmamışdır. Cavabdeh Cavabdeh isə bu vəsaitlərin hara yönəldiyini, kimə verildiyini və ya necə istifadə edildiyini sübut etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
31. Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 14.2.1 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
34. Maddə 21.1-ci Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
37. Maddə 49.4.5.hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.
38. Maddə 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.
39. Maddə 107.1-ci Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: ...
40. Maddə 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; ...
41. Maddə 107.6-cı Bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı ona 0ğfaiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
42. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
56. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. 57.
58. Işin faktiki hallarına əsasən cavabdeh Cavabdeh 2021-ci ildən 2024-cü ilin iyun ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. ##.##.2024-cü il il tarixli ümumi yığıncağın qərarı ilə direktor vəzifəsindən azad edilmişdir. İddiaçı ASC ilə fiziki şəxs X4 arasında Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 74 ünvanda yerləşən əmlakın icarəyə verilməsi barədə ##.##.2021-ci il tarixli və ##.##.2022 ci il tarixli icarə müqavilələri bağlanmışdır.
59. Iddiaçı cavabdehin direktor olduğu dövrlərə təsadüf edən icarədar tərəfindən ödənilmiş icarə haqlarının(və kommunal xidmət haqları) cavabdehə əlbəəl verildiyini və həmin vəsaitin hüquqi şəxsə təhvil verilmədiyini iddia etməklə vurulmuş ziyanın əvəzi olaraq 6025 manat tələb edir. Tələbini isə ##.##.2021-ci ildən ##.##.2024-cü ilədək “xxxx” MMC tərəfindən aparılmış maliyyə təsərrüfat təftişinin nəticələri ilə əsaslandırır.
60. Məhkəmə kollegiyası iddiaçı tərəfindən sübut kimi təqdim edilən “xxxx” MMC-nin sənədinə münasibətdə qeyd edilməlidir ki, həmin sənəd mahiyyət etibarilə audit rəyi hesab oluna bilməz. Belə ki, təqdim edilmiş materiallardan görünür ki, hüquqi şəxs üzrə müstəqil audit aparılmamış, yalnız daxili xarakterli təftiş həyata keçirilmiş və nəticədə sadəcə maliyyə arayışı tərtib olunmuşdur.
61. Qanunvericiliyin tələblərinə görə audit fəaliyyəti xüsusi prosedurlara uyğun həyata keçirilməli, audit yoxlamasının predmeti, həcmi, metodologiyası və nəticələri əsaslandırılmış şəkildə audit rəyində əks olunmalıdır. Təqdim edilmiş sənəddə isə bu tələblərə riayət olunması, yoxlamanın hansı əsaslarla və hansı sənədlər üzərində aparılması, konkret maliyyə əməliyyatlarının necə qiymətləndirilməsi öz əksini tapmamışdır.
62. Kollegiya həmçinin bildirir ki, qeyd olunan maliyyə arayışı hüquqi qüvvəsinə görə müstəqil və qəti sübut kimi qəbul edilə bilməz. Həmin arayışda göstərilən məbləğin formalaşma mexanizmi, konkret əməliyyatlar üzrə hərəkətlərin təhlili, eləcə də cavabdeh Cavabdeh həmin əməliyyatlarla birbaşa əlaqəsi və təqsiri əsaslandırılmamışdır.
63. Beləliklə, təqdim edilmiş təftiş xarakterli sənəd yalnız ümumi mülahizələrdən ibarət olmaqla, hüquqi şəxsin zərərə məruz qalmasını və bu zərərin cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində baş verməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz.
64. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
65. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan məhkəmə kollegiyası vurgulayır ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq
66. etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
67. Məhkəmə kollegiya eyni zamanda qeyd etmək istəyir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4.5-ci maddəsinə istinad edilməsi özüözlüyündə iddia tələbinin təmin edilməsi üçün kifayət etmir. Qeyd olunan norma hüquqi şəxs adından çıxış edən şəxsin yalnız o halda məsuliyyət daşıdığını nəzərdə tutur ki, onun tərəfindən hüquqi şəxsin əmlakının mənimsənilməsi faktı və bunun nəticəsində hüquqi şəxsə zərərin vurulması sübuta yetirilsin.
68. Iddiaçı sübuta yetirməlidir ki, hüquqi şəxsin əmlakının konkret olaraq mənimsənilmiş, həmin mənimsəmə cavabdeh tərəfindən həyata keçirilmiş, zərər məhz bu hərəkətlər nəticəsində yaranışdır. (səbəbli əlaqə).
69. Hazırkı iş üzrə isə iddiaçı yalnız müəyyən pul vəsaitlərinin ASC-nin bank hesabına daxil olmamasına istinad etmiş, lakin həmin vəsaitlərin cavabdeh Cavabdeh tərəfindən mənimsənildiyini təsdiq edən hər hansı birbaşa və ya dolayı sübut təqdim etməmişdir. Vəsaitlərin bank hesabına daxil olmaması faktı avtomatik olaraq onların cavabdeh tərəfindən mənimsənilməsi kimi qiymətləndirilə bilməz
70. Apellyasiya şikayətinə də iddiaçı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər iddia ərizəsində qeyd edilmişdir. Iddiaçının yalnız izahatına əsaslanaraq zərərin vurulması faktı təsdiq edilmədən, cavabdehin təqsirli olması kimi hallar müəyyən edilmədən iddiaçının deliktlə bağlı tələbi təmin edilə bilməz.
71. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.