AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-397/2026 12.05.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: öhdəliyin yaranması əsasları, alqı-satqı müqaviləsi, işgüzar adətlər, öhdəliyin icra olunmaması, öhdəliyin üçüncü şəxs tərəfindən icrası, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıMMC-ninnümayəndəsi(direktoru)nümayəndə3, cavabdeh Cavabdeh MMC-ninnümayəndələrinümayəndə2vəX2iştiraklarıilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməniqəbuletdi: İşin halları
1. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında ##.##.2023-cü il tarixdə ********* nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndində göstərilmişdir ki, müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə satıcı tərəfindən müqaviləyə müvafiq əlavələrdə göstərilən malların sifarişlər əsasında alıcıya satılması, alıcı tərəfindən isə malın əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə onun dəyərininsatıcıyaödənilməsimüqaviləninpredmetinitəşkiledir.
2. Müqavilənin 2.2-ci bəndə əsasən, satıcı mala dair elektron qaimə-fakturanı tərtib edib tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə birgə alıcıya təqdim etməlidir; 2.3-cü bəndinə əsasən, elektron qaimə-fakturanın alıcı tərəfindən qəbul edildiyi gündən etibarən 14 təqvim günü ərzindəalıcıtərəfindənsatıcınınmüvafiqbankhesabınaköçürməqaydasındaödəniləcəkdir.
3. ##.##.2023-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə ** nömrəli Əlavəyə əsasən 400 ədəd, vahidinin qiyməti 17 manat olan, “Black Plastik” pallet 400x600 mm adlı malın ƏDV xaric dəyəri 6800 manat, 600 ədəd, vahidinin qiyməti 36 manat olan “Black Plastik” pallet 600x800 mm adlı malın ƏDV xaric dəyəri 21 600 manat olmaqla, ümumilikdə 28 400 manat razılaşdırılmışdır.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Əlavə 1-də qeyd olunan mallarla bağlı ödəniş edilməsi üçün dəyəri ƏDV daxil 33512,00 manat olan ## #### 2023-cüiltarixli,AZSP**-**nömrəli hesab-fakturagöndərilmişdir.
5. Cavabdeh MMC tərəfindən ##.##.2023-cü il tarixdə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinəhesab-fakturayaəsasən28400manatödənmişdir.
6. Cavabdeh MMC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvanlanmış ## ###### 2024-cü il tarixli pretenziya məktubunda aşağıdakılar göstərilmişdir: “...Müqaviləyə müvafiq olaraq, Şirkət tərəfindən ##.##.2023-cü il tarixdə Sizə CW**/SK-**** nömrəli Sifariş göndərilmiş və bu Sifarişə əsasən Sifarişdə göstərilən Malların dəyərinin Sizin tərəfinizdən elektron qaimə-faktura təqdim edildikdən sonra 100 (yüz) faizinin öncədən ödəniş formasında Sizə ödənilməsi, Sizin isə Şirkət tərəfindən ödəniş edildikdən sonra 14 gün ərzində Malları Şirkətə çatdırmanız razılaşdırılmışdır. ##.##.2023-cü il tarixdə Sizin tərəfinizdən AZSP **-** nömrəli hesab-faktura Şirkətə təqdim edilmiş, Şirkət isə bu hesab-faktura əsasında ##.##.2023-cü il tarixdə müvafiq bank hesabınıza ƏDV xaric 28 400,00 (iyirmi səkkiz min dörd yüz) manat məbləğində ödəniş etmişdir. Razılaşmaya əsasən, Malları ##.##.2023-cü il tarixdən sonra 14 gün ərzində, yəni ən geci ##.##.2023-cü il tarixinədək Şirkətə çatdırmalı olmanıza baxmayaraq, Mallar qeyd edilən müddət ərzində çatdırmamışdır. Bununla əlaqədar, elektron-poçt vasitəsilə danışıqlarımıza əsasən, Sizin tərəfinizdən bir neçə dəfə Malların çatdırılmasının yubanacağı, təqribən 10-## ###### 2023-cü il tarixi aralığında çatdırılma ediləcəyi bildirilmişdir. Lakin bu günədək Müqaviləyə və onun müvafiq Əlavələrinə əsasən çatdırılmalı olan Mallar Şirkətə çatdırılmamış, nəticədə Sizin Müqavilə üzrə öhdəliyiniz icra edilməmiş olaraq qalmışdır. Malların ən geci ## #### 2023-cü ildə Şirkətə çatdırılmalı olduğunu nəzərə alaraq, hazırda Malların çatdırılması Sizin tərəfinizdən 301 (üç yüz bir) gün gecikdirilmişdir. Məsələ pretenziya məktubu ilə həllini tapmadıqda dəymiş ziyanın və cərimə məbləğinin ödənilməsi üçün məhkəməyəmüraciətolunacaqdır”.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs direktoru ##.##.2024-cü il tarixdə həmin pretenziya məktubuna cavab ünvanlayaraq qeyd etmişdir ki, “məktubda qeyd etdiyiniz iddia və tələbləri qəbul edirik. Bildirmək istəyirik ki, hal-hazırda şirkətimizin bank hesabları dondurulduğu üçün məxaric, idxal əməlliyyatlarımızda çətinlik yaranıb. Bunları nəzərə almağınızı və müqavilə üzrə öhdəliklərimizin tam icrası üçün möhlət - ## ##### 2024-cüiltarixinədəkəlavəmüddətverməyinizixahişedirik”.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs direktoru İddiaçı MMC-yə ünvanladığı ##.##.2024-cü il tarixli məktubda aralarında həyata keçirilmiş müzakirələrin və anlaşmaların təsdiqləndiyini, əməkdaşlığın Plastik tara istehsalı və satışı, Taxta palletlərin alışı və satışı və Qablaşdırma məhsullarının alışı və satışı istiqamətləri üzrə həyata keçiriləcəyinibildirmişdir.
9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin elektron poçt ünvanından (elektron ünvan 1) elektron ünvan 2 ünvanına ##.##.2024-cü il tarixdə aşağıdakı məzmunda məktub göndərilmişdir: “Pərvanə xanım salam, Sifariş etdiyiniz palletləri daha operativ, logistika problemi yaşamadan çatdırmağımız üçün aşağıdakı kimi təklif vermək istəyirik: • 4000 ədəd pallet əvvəlki qaydada “xxxx" MMC adına rəsmiləşdirilsin. • Qalan 16 000 pallet bizim tərəfdaş şirkət olan İddiaçı MMC adına rəsmiləşdirilsin. Palletlərə 0.10 AZN endirim də olunacaq. Yəni yeni qiymət 6.6 (ƏDV xaric) AZN təşkil edəcək. Təklifimizin mümkünlüyü barədəməlumatverməyinizixahişedirik.İddiaçıMMC-ninrekvizitləriəlavədədir”.
10. 02.09.24-cü il tarixli *****LDOVH/MT-****H nömrəli sifariş sənədinə əsasən, Cavabdeh MMC (alıcı) tərəfindən İddiaçı MMC-yə (təhcizatçı) 104 016 manat dəyərində mal sifariş edilmişdir.
11. ##.##.2024-cü il tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 100 ədəd Taxta pallet 80x120 sm adlı mallar Hökməli anbarına, ##.##.2024-cü il tarixli malların təhviltəslim aktına əsasən 2953 ədəd və ##.##.2024-cü il tarixli malların təhvil-təslim aktına əsasən 201 ədəd Taxta pallet 80x120 sm adlı mallar Lökbatan anbarına təhvil verilmiş, Cavabdeh MMC tərəfdən də Davud Babayev, Kənan Heydərov adlı şəxslər həmin aktları imzaları ilə təsdiq etməklə mallarıqəbuletmişlər.
12. ## ####### 2024-cü il tarixli 3 ədəd qəbzlərə əsasən ümumi 5000 manat, ##.##.2025ci il tarixli ödəniş qəbzinə əsasən 1300 manat, ## ###### 2025-ci il tarixdə 2000 manat, ## ### 2025-ci il tarixdə 2000 manat və 500 manat olmaqla, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindənİddiaçıMMC-yəcəmi10800manatməbləğindəödənişedilmişdir.
13. MT2501 seriyalı ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 25 342,52 manat (21476,4 manat əsas+385,75 manat ƏDV) olan elektron qaimə-faktura təhvil verilən mallar üzrə ödənişedilməsiüçünİddiaçıMMCtərəfindənCavabdehMMC-nəgöndərilmişdir.
14. Cavabdeh MMC-nin “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## ### 2025ci il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “...Müqavilə əsasında sifariş üzrə palletlərin daha operativ və logistika problemi yaşanmadan çatdırılması üçün aşağıdakı təklifi vermisiniz: • 4000 ədəd pallet əvvəlki qaydada Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC adına rəsmiləşdirilsin. Geri qalan 16 000 pallet tərəfdaş şirkətiniz olan İddiaçı MMC adına rəsmiləşdirilsin. Palletlərə 0.10 AZN endirim tətbiq olunacaq. Yəni yeni qiymət 6.6 (ƏDV xaric) AZN təşkil edəcək. (İddiaçı MMC ilə tərəfdaşlıq razılaşması tərəfinizdən Şirkətə təqdim edilmişdir). Beləliklə, Müqavilə üzrə öncədən avans şəklində sizə ödənilmiş məbləğ müqabilində bizə çatdırılmalı olan məhsulların sifarişi, maildə qeyd etdiyiniz kimi, tərəfdaş şirkətiniz olan İddiaçı MMC adına verilmişdir. *****LDOVH/MT-****H nömrəli sifariş sənədinə uyğun olaraq, İddiaçı MMC tərəfindən ümumilikdə 3254 ədəd pallet Şirkətə çatdırılmış və Şirkət əməkdaşları tərəfindən təhvil alınmışdır. Hazırda İddiaçı MMC Şirkətə pretenziya məktubu ünvanlayaraq *****LDOVH/MT-****H nömrəli sifariş sənədi üzrə çatdırılmış 3254 ədəd palet müqabilində 23 542,15 (iyirmi üç min beş yüz qırx iki manat on beş qəpik) manat pulun Şirkət tərəfindən İddiaçı MMC-yə ödənilməsini tələb edir. Sifariş müqavilə üzrə öhdəliklərinizin icrası məqsədilə tərəfdaşınız İddiaçı MMC-yə verilmişdir və bu sifariş üzrə İddiaçı MMC tərəfindən dəyəri öncədən sizə ödənilmiş mallar Şirkətə çatdırılmışdır. Beləliklə, Şirkət tərəfindən ödəniş öhdəliyi öncədən sizə icra edilmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı MMC tərəfindən Şirkətə çatdırılmış malların (palletlər) Şirkət tərəfindən sizə Müqavilə üzrə avans yolu ilə ödənilmiş vəsait qarşılığında İddiaçı MMC ilə olan tərəfdaşlığınıza uyğun olaraq icra edildiyini və Şirkətin *****LDOVH/MT-****H nömrəli sifariş sənədi üzrə İddiaçı MMC tərəfindən çatdırılmış məhsullara münasibətdə hər hansı ödəniş öhdəliyinin qalmadığını, bununla bağlı İddiaçı MMC tərəfindən Şirkətə qarşı irəli sürülən iddia və tələblərə, o cümlədən pul tələbinə qarşı cavabdeh tərəfin siz olduğunuzu təsdiq etməyinizi sizdən xahiş edirik. Nəzərinizə çatdıraq ki, İddiaçı MMC tərəfindən Şirkətə qarşı irəli sürülən iddia və tələblərə görə Şirkətin düşdüyü zərəri və çəkdiyi xərclərin ödənilməsi ilə bağlı öhdəliyiniz yaranır”.
15. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru “xxxx" MMC-nin rəhbərinə ünvanladığı ## #### 2025-ci il tarixli məktubda aşağıdakıları bildirmişdir: “... “xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə qarşı 80019LDOVH/MT- ****H nömrəli sifariş sənədi üzrə çatdırılmış 3254 ədəd paletə görə irəli sürülmüş 23.542,15 AZN məbləğində pul tələbinə "xxxx” MMC hüquqi və maliyyə baxımından tam cavabdehdir. “xxxx" MMC tərəfindən ## #### 2023-cü il tarixinde bizə əvvəlcədən ödənilmiş 28 400,00 AZN avans məbləği plastik palletlərin tədarükü üçün nəzərdə tutulmuşdur. Lakin "xxxx” MMC müxtəlif səbəblərdən bu sifarişi icra edə bilmədiyindən, tərəfimizin təklifi əsasında sifarişin predmeti plastik palletlərdən taxta palletlərə dəyişdirilmişdir. Bu dəyişiklik əsasında, "xxxx” MMC ödənilmiş avans məbləği çərçivəsində taxta palletlərlə təmin edilmək şərti ilə yeni, ümumilikdə 15.760 ədəd taxta pallet sifarişi vermişdir. Tərəfimizdən təchiz edilməsi öhdəliyi götürülmüş malların çatdırılması, sizin yazılı razılığınız əsasında tərəfdaş şirkətimiz İddiaçı MMC vasitəsilə təşkil edilmişdir. Buna baxmayaraq, tərəfdaşımız "xxxx” MMC yalnız 3254 ədəd taxta palletin tədarükünü həyata keçirmiş və bundan sonra tərəfdaşlıq münasibətlərini birtərəfli qaydada dayandırmışdır. Cavabdeh MMC tərəfindən əvvəlcədən edilmiş avans ödənişi əsasında öhdəliklərin müəyyən hissəsi yerinə yetirilmiş, sifarişin dəyişdirilmiş forması (taxta palletlər) sizə çatdırılmış və bu hissə üzrə maliyyə öhdəliyiniz qismən tamamlanmışdır. Həmin sifarişin icrası çərçivəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən "xxxx” MMC-yə müxtəlif tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 17 585 (on yeddi min beş yüz səksən beş) AZN məbləğində ödəniş həyata keçirilmişdir. Hal-hazırda bu sifariş üzrə 4785 AZN məbləğində balans borcu qalmışdır. Qeyd olunan 17 585 AZN məbləğ “xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə paletlərin fiziki təchizatı üçün çəkilmiş bəzi xərcləri qarşılamaq məqsədilə ödənilmişdir. Bu baxımdan, Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı hər hansı əlavə ödəniş öhdəliyi yoxdur. Tərəfimizdən rəsmi olaraq təsdiq edirik ki, gələcəkdə “xxxx" MMC tərəfindən "xxxx” MMC-yə qarşı bu məsələ ilə bağlı irəli sürüləcək istənilən hüquqi və maliyyə tələbinə görə tam məsuliyyət Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə məxsusdur. Bu halda, sizi bu cür tələblərdən qorumağı vəmümkünöhdəlikləriözüzərimizəgötürməyiöhdəlikkimiqəbuledirik”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 25 342,15 manat əsas borcun, həmçinin ödənilmədiyi hər il üçün dəbbə pulunun cavabdehdən xeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında alqı-satqı müqaviləsi imzalanmış, malların təhvil-təslim aktında göstərilməklə Hökməli anbarına ##.##.2024-cü ildə 100 ədəd mal, Lökbatan anbarına ##.##.2024-cü ildə cəmi 2953 ədəd mal, Lökbatan anbarına ##.##.2024-cü ildə cəmi 201 mal göndərilmişdir. Cavabdehə MT2501 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli elektron qaimə-faktura göndərilmiş, lakin 25342,152manatödənişindiyədəködənilməmişdir.
18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 386.2, 389.1, 425.1, 442, 445, 445.7, 567-ci maddələrinə istinad olunmuşdur.
19. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) izahatlarında bildirmişdir ki, onlara e-mail vasitəsilə tender keçirilmədən sifariş verilmiş, onlar da həmin sifarişə əsasən anbara mal təhvil vermişlər, təhvil-təslim aktı tərtib edilmişdir. Qarşı tərəfin əməkdaşı tərəfindən ona daha sonra müqavilə verilməli idi. Cavabdeh ona bildirmişdir ki, mal onlara təcili lazımdır, malı çatdırsınlar, daha sonra müqavilə bağlanılacaqdır, lakin müqavilə hazırlanmamışdır. Növbəti malı göndərdikdə cavabdeh tərəf etiraz bildirərək malı qəbul etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin direktoru nümayəndə1 bu işi ona təklif etmiş və bildirmişdir ki, tendersiz qazanc əldə etmək olar. Müqavilə ilin sonuna kimi hazırlanmalı idi. “xxxx" MMC-nin direktoru ona 2025-ci ilin yanvar ayında cavabdeh tərəfə eqaimə göndərməyini bildirmiş, o, da göndərmişdir. Hazırda cavabdeh həmin pul məbləğinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən tələb etməli olduğunu bildirir. O, buna münasibətdə "xxxx” MMC tərəfindən “xxxx" MMC-yə pulun ödənilməsinə dair sübut təqdim etməsi barədə müraciət etmiş, lakin heç bir sübut ona təqdim edilməmişdir. nümayəndə1 ona ödədiyi ödəniş hazırkı münasibətlərə görə deyil, şəxsi borcu və digər münasibətlər əsasında yaranmış borc üzrə olan ödənişdir. Təqdim edilmiş ödəniş qəbzləri onun Cavabdeh MMC-yə sifariş üzrə verdiyi mallara görə deyildir. Hətta onların pulları ödənilmədiyi və müqavilə göndərilmədiyi üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin rəhbəri, yəni nümayəndə1 ##.##.2025-ci il tarixdə ona e-qaimənin vurulması və təhvil-təslim aktının tərəfə göndərilməsi barədə müraciət etmişdir. nümayəndə1 inkar etsə də, onların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə başqa münasibətləri də olmuş və ödənişlər məhz həmin münasibətlər üzrə yaranmış borc öhdəliyinə görədir. ##.##.2025-ci il tarixli yazışma zərurət yaranmadığından məhkəməyə təqdim edilməmişdir. Həmçinin onun cavabdehin əməkdaşları ilə də e-mail yazışmaları olmuşdur. Belə ki, avqust ayından Şəhla Quliyeva ilə yazışmalar var və orada tərəflər arasında müqavilə bağlanılması mövzusunda danışıqlar aparılmışdır. Onların “xxxx" MMC ilə qeyri-rəsmi münasibətləri və öhdəlikləri olmuşdur, edilən ödənişlər bununla bağlıdır. Ümumi məbləğ 104 000 manat təşkil etmiş, iddia etdikləri həcmdə mallar cavabdehə verilmiş, həm ödəniş olmadığından, həm də qarşı tərəfin mala ehtiyacının olmadığını deməsi ilə bağlı malın qəbulunu dayandırmışlar. "xxxx” MMC ilə əməkdaşlığı olmamış, bir sifariş olmuş, sifariş birbaşa ona edilməmiş, ilk əvvəl sifariş layihəsi göndərilmiş, “xxxx" MMC-nin rəhbəri "xxxx” MMC tərəfindən verilmiş rəsmi sifarişi onun e-mailinə yönləndirmiş, aralarındakı razılığa əsasən Şəhla Quliyeva və Pərvanə xanım sifarişi göndərmiş və qısa müddət ərzində də müqavilənin hazırlanıb göndəriləcəyini bildirmişlər. Sifariş yerində bizim şirkətin adı qeyd edilmiş, sifariş birbaşa "xxxx” MMC-nin adına verilmişdir. “xxxx" MMC-nin direktoru ilə bundan başqa da münasibəti olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ona bildirdi ki, "xxxx” MMC tərəfindən ödəniş ediləcəkdir. "xxxx” MMC tərəfi ilə aralarında müqavilə olmasa da, rəsmi sifariş olmuşdur. Malın verilməsi işin mübahisəsiz halıdır. Emin müəllim tərəfindən ona ödənilən məbləğ başqa münasibətlər üzrə ödənilmişdir. ##.##.2025-ci il tarixdə Emin müəllimlə onun arasında rəsmi yazışma vardır. Həmin yazışmaya əsasən Emin müəllim pul məbləğinin cavabdehdən tələb etməyiniqeydetmişdir.
20. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “İddiaçı ilə cavabdeh arasında indiyədək heç bir müqavilə bağlanmamış, cavabdeh tərəfindən bilavasitə iddiaçıya hər hansı məhsul sifariş edilməmişdir. Sifarişi cavabdeh ## ###### 2023-cü il tarixində iddiaçının tərəfdaşlıq etdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə (VÖEN: **********) ********* nömrəli alğı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə CW**/SK-**** nömrəli sifariş göndərilmiş və bu sifarişə əsasən sifarişdə göstərilən malların dəyərinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən elektron qaimə-faktura təqdim edildikdən sonra 100 (yüz) faizinin öncədən ödəniş formasında TARA-ya ödənilməsi, TARA-nın isə cavabdeh tərəfindən ödəniş edildikdən sonra 14 gün ərzində malları cavabdehə çatdırması razılaşdırılmışdır. ##.##.2023-cü il tarixdə TARA tərəfindən AZSP **-** nömrəli hesab-faktura cavabdehə təqdim edilmiş, Cavabdeh isə bu hesabfaktura əsasında ##.##.2023-cü il tarixdə TARA-nın bank hesabına ƏDV xaric 28 400,00 (iyirmi səkkiz min dörd yüz) manat məbləğində ödəniş etmişdir. Bundan sonra TARA-ya dəfələrlə şifahi və yazılı müraciətimizə baxmayaraq, Müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Nəticədə, tərəfimizdən ## ###### 2024-cü il tarixində TARA-ya öhdəliklərin icrası barədə pretenziya məktubu ünvanlanıb. TARA ## ###### 2024-cü il tarixində pretenziya məktubumuza cavab yazaraq irəli sürdüyümüz iddia və tələbləri qəbul etmiş, öhdəliklərinin icrası üçün ## ##### 2024cü il tarixinədək möhlət istəmişdir. Daha sonra, TARA ## ###### 2024-cü il tarixində rəsmi mail üzərindən Cavabdehə müraciət edərək Müqavilə əsasında sifariş üzrə palletlərin daha operativ və logistika problemi yaşanmadan çatdırılması üçün TARA-ya yönəldilmiş və artıq dəyəri ödənilmiş sifarişin TARA-nın tərəfdaş şirkəti olan “xxxx" MMC adına rəsmiləşdirilməsini təklif etmiş və Azkarbonla aralarında bununla bağlı əməkdaşlıq olduğunu vurğulamışdır. Müvafiq olaraq TARA iddiaçı ilə tərəfdaşlığının təsdiqi kimi ## ###### 2024-cü il tarixində TARA ilə iddiaçı arasında bağlanmış tərəfdaşlıq razılaşmasını Cavabdehə təqdim etmiş və Müqavilə üzrə verilmiş sifarişlər əsasında Cavabdehə çatdırılmalı olan, dəyəri öncədən ödənilmiş malların (palletlər) TARA əvəzinə sözügedən tərəfdaşlıq razılaşmasına uyğun iddiaçı tərəfindən əvəzsiz olaraq icra ediləcəyini bildirmişdir. (həmin maillər etirazın qoşmasına əlavə edilir) Beləliklə, Müqavilə üzrə öncədən avans şəklində TARA-ya ödənilmiş məbləğ müqabilində bizə çatdırılmalı olan məhsulların sifarişi TARA-nın mailində qeyd edildiyi kimi, tərəfdaşlıq razılaşması əsasında TARAnın yaratdığı rabitə ilə iddiaçı adına verilmişdir. Bildirmək istəyirik ki, *****LDOVH/MT-****H nömrəli sifariş sənədi üzrə çatdırılmalı olan malların (palletlər) dəyəri öncədən ödəniş (avans) formasında tam şəkildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə ödənilmişdir. Bir daha diqqətinizə çatdıraq ki, *****LDOVH/MT-****H nömrəli sifariş TARA-nın Cavabdehə olan yazılı təklifi/xahişi və təqdim etdiyi tərəfdaşlıq razılaşması əsasında TARA.az vasitəsilə “xxxx" MMC-yə verilmişdir və bu zaman cavabdeh ilə İddiaçı arasında birbaşa heç bir əlaqə qurulmamışdır. Bu isə öz növbəsində İddiaçının öncədən edilmiş ödəniş müqabilində TARA əvəzinə cavabdehə məhsul çatdırdığının fərqində olduğunun təsdiqidir. Beləliklə, sifariş üzrə ödəniş öhdəliyi Cavabdeh tərəfindən avans yolu ilə öncədən icra edilmişdir və hazırda Cavabdehin iddiaçıya qarşı heç bir müqavilə öhdəliyi mövcud deyildir. Onu da qeyd edək ki, TARA ilə olan yazılı və şifahi danışıqlar zamanı TARA həmin Mallara görə ödənişləri İddiaçıya mərhələli şəkildə icra etdiyini, borc məbləğinin çox hissəsinin ödənildiyini bildirərək ödəniş qəbzlərini təqdim etmişdir (həmin qəbzlər işə əlavə edilir). İddiaçı isə bu faktı təkzib etməmişdir. Həmin ödənişlərin təyinatı məhz Bravoya təchiz edilən mallardır. Lakin bununla yanaşı, hazırki vəziyyətdən belə görünür ki, İddiaçı faktiki vəziyyəti gözardı edərək və məhkəmənin nəzərində yanlış təsəvvür yaratmaqla həm TARA-dan, həm də Cavabdehdən eyni Mallara görə iki dəfə ödəniş almaq niyyətindədir. Bu isə İddiaçının əsassız varlanmasına gətirib çıxarır (yazışmalar etirazın qoşmasına əlavə edilir). Həmçinin Cavabdeh məsələ ilə bağlı İddiaçı ilə telefon danışığı ilə əlaqə yaratmağa çalışsa da, İddiaçı birmənalı şəkildə danışıqlardan boyun qaçırmış, fakta deyil sənədə əsaslandığını vurğulamışdır. Görünür faktların müzakirəsi onun məqsədi üçün əlverişli deyil, o vəziyyətdən sui-istifadə edərək ikiqat ödəniş almaq niyyətindədir. Bildirək ki, Cavabdeh hazırda 500-dən çox təchizatçı və podratçı ilə müqavilə əsasında əməkdaşlıq etməkdədir. Cavabdeh bağladığı bütün müqavilələr, habelə verdiyi bütün sifariş tapşırıqları üzrə ödəniş və digər öhdəliklərini bu günədək heç bir gecikmə olmadan icra etmişdir və indiyədək heç bir təchizatçı tərəfindən "Bravo ödənişimi etmir" əsası ilə iddia irəli sürülməyib. Nəticədə, Cavabdehlə İddiaçı arasındahərhansımüqaviləvəmüqaviləöhdəliyiolmamışdır.İddiaçıözrazılığıilətərəfdaşı olduğu TARA-nın Cavabdehə olan borcu əvəzinə öncədən dəyəri tam şəkildə ödənilmiş məhsulların (Mal) çatdırılmasını etmişdir, bundan sonrakı hesablaşmanı isə TARA ilə etməlidir, çünki onun Bravoya mal təchiz etməsində məhz Tara vasitəçi olmuşdur, özü ayrı qaydada təchizatçı kimi Bravo ilə əlaqə qurmamış, tenderdən keçib təchizatçı seçilməmiş, Bravo ilə əməkdaşlıqla bağlı heç bir müqaviləsi olmamışdır. Hal-hazırda Cavabdehin iddiaçıya icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. İddiaçı isə faktiki vəziyyəti və Tara ilə hesablaşmalı olduğunu aydın şəkildə başa düşməsinə və hətta ödənişin çox hissəsini artıq Taradan almış olmasına baxmayaraq, faktları təhrif edib əsassız və ədalətsiz şəkildə iddia ərizəsi ilə Bravoya qarşıməhkəməyəmüraciətetmişdir.
21. Cavabdehin nümayəndəsi izahatında həmçinin bildirmişdir ki, onlar hesab etmirlər ki, nisyə mal almışlar və ya hazırda hansısa şirkətə borcları vardır. Sifarişin ilk öncə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC adına gəlməsi mübahisəsiz haldır. Tərəfin qeyd etdiyi yazışma iş materiallarına əlavə edilməmişdir. İddiaçı tərəfin bildirdiyi hallar mülahizələrdən ibarətdir. Belə ki, kimsə sənə ödəniş edirsə, sən “həmin ödənişin təyinatını bilmirəm” deyirsənsə bu o deməkdir ki, bilib gizlədilən təyinatdır. Şəhla xanım iddiaçı ilə iş icraçısı kimi əlaqə saxlamışdır. Tərəfin bildirdiyi bu halla da bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəf mülahizələrini sübut etməlidir. Onlar iddiaçını Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC sayəsində tanımışlar və özü də bunu çox gözəl bilir. İddiaçının müqavilə bağlamadan mal verməyi belə, buna sübutdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ödənişləri iddiaçı tərəfə göndərərkən onların şirkətinin adını qeyd etmişdir. Bununla bağlı sübutlar e-sistemə əlavə edilmişdir. Lakin iddiaçı tərəf həmin ödənişlərin başqa təyinat üzrə ödənilməsini heç bir şəkildə sübut edə bilmir. Həmin ödənişlər məhz onlara təchiz olunan mala görə olmuşdur. Heç kəsin heç kəsə sənəddə olmayan 17 000 manat borcu yarana bilməz. İddiaçı tərəf onlara e-qaimə göndərib tələb irəli sürdükdə, onlar bu tələbi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə yönəltmişlər və bundan sonra Emin müəllim "xxxx” MMC-yə hissə-hissə ödənişlər etməyə başlamışdır. Xronoloji ardıcıllıq bu formada olmuşdur. Təchizat komandası elə hesab etmişdir ki, ödənişini etdikləri malları təhvil almışlar. 25 342,15 manat dəyərində malların təhvil alınması işin mübahisəsiz halıdır, onlar heç zaman öhdəlikdən yayınmamışlar. İddiaçının nümayəndəsi Tofiq müəllim mediasiya prosesinə gəlməyərək danışıqların aparılmasının tərəfdarı olmamışdır. Onların "xxxx” MMC ilə ödəniş şərtlərini razılaşdırdıqları hər hansı sənədin olmadığını məhkəmənin nəzərinə çatdırmaq istəyir, tələb əsassız tələbdir. Təhvil-təslim aktlarında göstərilən mallar onlara verilmişdir, iş üzrə əməkdaşlıq məktubları vardır. Aralarında 3 tərəfli razılaşma yoxdur. Hazırkı işin nəticəsinə uyğun olaraq onlar reqres qaydada Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən tələb edə bilərlər, lakin işin lüzümsuz uzadılmamasının tərəfdarıdılar. Eyni sifariş üzrə onlardan 2 qat artıq məbləğ tələb edilir. Pretenziya məktubuna dərhal cavab məktubu göndərilmişdir. E-qaimənin geri qaytarılmaması barədəonun məlumatıyoxdur, maliyyəşöbəsi tərəfindən təsdiq edilmişdir.
22. Cavabdehin nümayəndəsi cavabdehin əsl cavabdeh qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə əvəz olunması barədə vəsatət vermiş,lakiniddiaçınınnümayəndəsibunarazılıqvermədiyindənvəsatəttəminedilməmişdir.
23. Məhkəmənin ##.##.2025-ci il tarixli protokol-qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin müstəqil tələb irəli sürməyən üçüncüşəxsqismindəişəcəlbolunmasıqəraraalınmışdır.
24. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsi (direktoru) izahatında bildirmişdir ki, onların "xxxx "MMC ilə 3-4 illik əməkdaşlıqları vardır. Sadəcə 2023-cü ildə başqa bir sifariş olmuş, müəyyən səbəblərə görə həmin sifarişi təmin edə bilməmişlər. 1 il müddət keçdikdən sonra tərəflə danışıb razılaşmışlar ki, əvəzində başqa mallar versinlər. Həmin ərəfədə onların özlərində maliyyə çətinlyi olduğundan "xxxx” MMC-yə bu sifarişi birgə icra etmələrini təklif etmişdir. Bütün danışıqlar, şifahi razılaşmalar onların şirkəti üzərindən olmuşdur. "xxxx” MMC indiyə kimi "xxxx "MMC-nin əməkdaşlarını tanımamışdır. Ödənişlər ona ödənilmişdir, tərəfindən də "xxxx” MMC-yə ödənilməsi tam dəqiq yadında deyildir. Tahir müəllimlə danışmışdır ki, ödənişləri o, ödəməli idi. Vergilər tərəfindən hesablarına sərəncam qoyulduğundan məcbur 3 tərəfli əməkdaşlıq edirdilər. Onlara 100 000 manatlıq sifariş verilmişdi, 28 400 manat da avans ödənilmişdir. Bu avans başqa bir məhsula görə ödənilən avans məbləği idi. Sadəcə həmin məhsulu cavabdehə təmin edə bilmədiklərindən, 1 ildən sonra başqa sifarişlə əvəzlənməsi, taxta-paletlərin verilməsi barədə razılığa gəlmişlər. Taxta-paletlərlə bağlı rəsmi razılıqları, müqavilələri olmamışdır. Sifariş üzrə daha sonra heç bir ödəniş edilməmiş və sifarişi dayandırmışlar. Malı başqa yerdən tədarük edib "xxxx” MMC-yə satmışlar. O, özü Tahir müəllimə verdiyi taxta-paletlərə görə 12 800 manat ödəniş etmiş və hazırda 4785 manat borcu qalmışdır. Onların Tofiq müəllimlə başqa bir razılaşmaları olmuş, iddiaçı ilə hardansa ucuz qiymətə taxta palet alıb üzərinə faiz məbləği qoyub cavabdeh tərəfə satmaq istəmişlər. İddiaçıya ödənişləri edəndə bildirmişdir ki, ödənilən məbləğ "xxxx” MMC tərəfindən edilən ödənişdir. Bununla bağlı ödəniş qəbzləri də vardır. Həmçinin o, iddiaçıya nağd formada 2000 manat ödəniş vermişdir. Sifarişlər onun vasitəsilə "xxxx” MMC-nin adına gəlmişdir. Ödəniş verilməsi üçün ona öncədən "xxxx” MMC tərəfinfən avans ödənilmişdir. Satılan malların bir hissəsinin ödənişini etmişdir. İddiaçı MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında onlara verilən sifarişləri başqa bir yerdən daha ucuz qiymətə alıb baha qiymətə "xxxx” MMC-yə satılması barədə razılıq olmuşdur. Onun "xxxx"MMCyə ödədiyi məbləğ satılan paletlərə görə idi, ödəniş qəbzləri də vardır. O, ilk öncədən Tahir müəllimə etdiyi ödənişlərin "xxxx” MMC tərəfindən verilən sifarişlər üzrə satılan paletlərə görə olduğunu bildirmişdir. Bu münasibətlərdən əlavə onların "xxxx” MMC ilə müqavilə münasibətləri olmamışdır. Öncədən sifarişlərin onlar tərəfindən icra olunması barədə razılığa gəlmişlər, sadəcə onların vergi problemlərinə görə bunu onlar realizə edə bilməmişlər. O, iddiaçının kartına ödəniş qəbzlərinə əsasən 1300 manat, 2000 manat, 2000 manat, 2000 manat, 2000 manat, 1000 manat, 500 manat və 2000 manat da nağd formada ödəniş etmişdir. Hazırda onun iddiaçıya 4285 manat borcu qalmışdır. Təhvil-təslim tam olaraq avqust ayından başlayıb sentyabr ayında yekunlaşmışdır.
25. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, “xxxx" MMC-dən 10 676,4 manat əsas borc, 3865,75 manat ƏDV məbləği olmaqla, ümumilikdə 14542,15 (on dörd min beş yüz qırx iki manat 15 (on beş) qəpik) manatın, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133,63 (yüz otuz üç manat 63 (altmış üç) qəpik) manatın tutulub “xxxx" MMC-nə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
26. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi mal göndərmə müqaviləsi üzrə cavabdehin üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC vasitəsilə sifarişi əsasında iddiaçı tərəfindən cavabdehə 25 342,15 manat dəyərində müvafiq olaraq 100 ədəd, 2953 ədəd və 201 ədəd “80x120 sm” ölçüdə taxta palletlər təhvil verilmiş, cavabdeh tərəf həmin aktları imzaları ilə təsdiq etməklə qəbul etmiş, iddiaçı tərəfindən göndərilən malların dəyərinin ödənilməsi üçün dəyəri 25 342,15 manat olan elektron qaimə-faktura göndərilmişdir. Hər iki tərəf bu faktı təsdiq etmişdir və bu, işin mübahisələndirilməyən halı kimi qiymətləndirilmişdir.
İddiaçı tərəf iddia tələbində satdığı malların dəyəri olan 25 342,15 manat pulun ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf isə iddiaçı və üçüncü şəxslə aralarında olan razılaşmaya əsasən cavabdeh tərəfindən əvvəlcədən üçüncü şəxsə ödənilmiş 28 400 manat avans əvəzində iddiaçının həmin taxta palletləri verdiyini, ödənişin üçüncü şəxs tərəfindən iddiaçıya ödənilməli olduğunu bildirmişdir.
İddiaçının Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən cavabdehə satdığı taxta palletlərin dəyərini, 25 342,15 manat pulu tələb etmək hüququ vardır.
Lakin bununla belə, üçüncü şəxsin nümayəndəsinin izahatından məlum olmuşdur ki, cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin bir hissəsi, 10 800 manatı üçüncü şəxsin direktoru nümayəndə1 tərəfindən icra edilmiş, iddiaçının direktorunun şəxsi kartına nağd şəkildə göndərilmişdir. Üçüncü şəxsin direktoru nümayəndə1 iddiaçının direktorunun kartına göndərdiyi 10 800 manatdan əlavə 2000 manat da nağd şəkildə sonuncuya ödədiyini bildirmiş, ancaq bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş və iddiaçının nümayəndəsi də 2000 manat nağd ödənilməsini təsdiq etməmişdir. Buna görə də üçüncü şəxsin iddiaçıya cəmi 10 800 manat ödəniş etməsi öz təsdiqini tapmışdır.
Düzdür, iddiaçının nümayəndəsi həmin 10 800 manat ödənişin onunla nümayəndə1 arasında olan başqa öhdəlik üzrə ödənildiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları (tərəflər arasında hər hansı müqavilə, hər hansı malların və ya xidmətlərin təhvil-təslim aktı, elektron qaimə və s.) məhkəməyə təqdim etməmişdir. nümayəndə1 özü də həmin ödənişin məhz cavabdehin iddiaçı qarşısında olan öhdəliyi üzrə ödədiyini etiraf etmişdir.
Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətdən və işin faktiki hallarından öhdəliyin icrasının cavabdehin özündən asılı olduğu hal, habelə bunun Mülki Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hal müəyyən olunmadığından tərəflər arasındakı razılaşma üzrə cavabdehin öhdəliyi şəxsən icra etmək vəzifəsi yoxdur.
Odur ki, Mülki Məcəllənin 431-ci maddəsinə əsasən, tərəflər arasındakı razılaşma üzrə öhdəliyi cavabdehin əvəzinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs də icra edə bilər, hətta, hazırkı halda cavabdehin razılığı olmasına baxmayaraq buna cavabdehin razılığı tələb edilmir, eyni zamanda bu halda iddiaçı ilə bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
Cavabdeh tərəf etirazının əsası kimi üçüncü şəxsin direktoru nümayəndə1la aralarında olan razılaşmaya əsasən iddiaçının satdığı taxta palletlərə görə ödənilməli olan vəsaitin, onun əvvəlcədən üçüncü şəxsə ödədiyi vəsaitdən avans kimi çıxılmalı olduğunu, iddiaçıya üçüncü şəxs tərəfindən ödəniş edilməli olduğunu, iddiaçının da bundan xəbəri olduğunu bildirsə də, bu fakt öz təsdiqini tapmamış, iddiaçı ilə cavabdeh arasındakı razılaşma üzrə cavabdehin öhdəliyinin üçüncü şəxsə verilməsi barədə məhkəməyə sübutlar təqdim edilməmiş və iddiaçının nümayəndəsi aralarında belə bir razılıq olmadığını bildirmişdir.
Halbuki, Mülki Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər cavabdeh (borclu) ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız iddiaçının (kreditorun) icazəsi ilə etibarlı olur. Həmçinin həmin Məcəllənin 522.5-ci maddəsinə əsasən iddiaçı (kreditor) icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş cavabdeh şübhə olduğu halda borcluya münasibətdə iddiaçını (kreditoru) vaxtında təmin etmək öhdəliyi daşıyır.
Beləliklə məhkəmə, qanunvericilik normalarını, cavabdehin öhdəliyini tam icra etmədiyini, iddiaçının öhdəliyin icrasını, satdığı malların qalan dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, təhvil verilən mallar üzrə 10 800 manat ödəniş edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən tələb etdiyi 25 342,15 manat borcun ƏDV xaric 21 476,4 manat əsas hissəsindən ödənilmiş 10 800 manatı çıxaraq qalan 10 676,4 manat əsas borc və 3865,75 manat ƏDV məbləği olmaqla, ümumilikdə 14 542,15 manat hissəsində iddia tələbi əsaslıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alıb hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 170 manat dövlət rüsumunun 133,63 manat əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 425.1-ci, 425.2-ci, 431.1-ci, 522.1-ci, 522.2-ci, 522.3-cü, 522.4-cü, 522.5-ci, 567-ci, 600.1-ci, 600.4-cü,627.1-ci, 630.1-ci, 631.1-ci, 637.2-cimaddələrinəistinadetmişdir.
28. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, iş üçün mühüm əhəmiyyət kəsbedənhallarıaydınlaşdırmayaraqqanunsuznəticəyəgəldiyiniirəlisürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
29. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı, izahatlar
30. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, müstəqil tələb irəli sürməyən üçüncüşəxsinnümayəndəsiisəməhkəməyəgəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindənasılıolmayaraq,işgüzaradətsayılır.
32. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
33. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
37. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.
38. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzaradətlərəvəyaadətənirəlisürüləndigərtələblərəmüvafiqsurətdəhərəkətetməlidir.
40. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilərvə buna borclunun razılığı tələb edilmir.Bu haldakreditorla bağlanmış müqaviləyə dəyişiklikedilməsitələbolunmur.
41. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə,qəbuletməyəbilər.
42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.
43. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyününnəticələriüçünkreditorqarşısındaməsuliyyətdaşıyır.
44. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsindəo,əvvəlkiborclunuəvəzedir.
45. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldəedilərsə,buyalnızkreditorunicazəsiiləetibarlıolur.
46. Maddə 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğvedəbilərlər.İcazəverməkdənimtinaedilərsə,öhdəlikverilmişsayılmır.
47. Maddə 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə,hesabedilirki,icazəverməkdənimtinaolunmuşdur.
48. Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazəverməkdənimtinaetdiyihaldadaeyniqaydaqüvvədəolur.
49. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
50. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
51. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin427-cimaddəsinəuyğunmüəyyənləşdirilmişmüddətdəhəyatakeçir.
52. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmişmalınqaytarılmasınıtələbedəbilər.
53. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdənötrüşərtləşdirilmişmüddətdəvəyamüddətlərdəalıcıyaverməyiöhdəsinəgötürür.
54. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyatakeçirilir.
55. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələbedəbilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
60. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
64. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehisəfaktikiolaraqqətnaməninqeydolunanhissəsinimübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
65. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hüququntətbiqedilməsindəsəhvburaxmış,maddihüquqnormasınıdüzgüntəfsiretməmişdır.
66. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları vəhüquqiəsasıaraşdırılmalıdır.
67. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
68. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisənibitirməkolar.
69. İddiaçı, cavabdehlə arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını və bu müqavilə üzrə cavabdehə mal göndərdiyini, lakin cavabdehin malın dəyərini ödəmədiyini irəli sürür; cavabdeh isə buna etiraz edərək bildirir ki, iddiaçı ilə arasında alqı-satqı münasibəti mövcud olmamış, iddiaçı, onun müqavilə bağladığı və dəyərini əvvəlcədən ödədiyi malları təchiz etməli olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin öhdəliyini icraetməyiüzərinəgötürərəkonamüvafiqmalıgöndərmişdir.
70. Kollegiya ilk növbədə qeyd edir ki, qanunvericilikdə hər hansı müqavilə ilə bağlı forma tələbi olduğu halda, müqavilə həmin formaya riayət edilməklə bağlanmalıdır - əks təqdirdə həmin müqavilənin etibarsızlığı irəli sürülə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (“Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının ## #### 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” ## ##### 2004-cü il tarixli Qərarı).
71. İşin hallarından görünür ki, tərəflər arasında nə yazılı, nə də şifahi alqı-satqı (mal göndərmə) müqaviləsi bağlanmamışdır; işin müəyyən olunan halları ondan ibarətdir ki, müvafiq müqavilə cavabdehlə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış, müqavilənin predmetini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən müqaviləyə müvafiq əlavələrdə göstərilən malların sifarişlər əsasında cavabdehə satılması, cavabdeh tərəfindən isə malın əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə onun dəyərinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nə ödənilməsi təşkil etmiş, malın dəyəri ümumilikdə 28 400 manat razılaşdırılmış, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə “xxxx" MMC-nə hesab-fakturaya əsasən 28 400 manat ödənilmiş, “xxxx" MMC öhdəliyini uzun müddət icra edə bilmədiyindən öhdəliyinin bir hissəsinin İddiaçı MMC tərəfindən icra olunacağı barədə cavabdehə təklif vermiş, cavabdeh təklifi qəbul etdiyi üçün İddiaçı MMC tərəfindən malların bir qismi cavabdehə çatdırılmış və bu malların müqabilində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC iddiaçıya qismən ödəniş həyata keçirmiş, ödənişin qalıq hissəsi iddiaçıya ödənilmədiyi üçüno,cavabdehəqarşıhazırdabaxılaniddiatələbiniirəlisürmüşdür.
72. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmadığı qənaətinə gələrkən kollegiya onu da nəzərə alır ki, hətta iddiaçının alqı-satqı müqaviləsi bağlamaq iradəsinin mövcudluğu ehtimal olunsa belə, cavabdehin bu cür iradəsinin olmadığı aşkardır; bu isə o deməkdir ki, tərəflərin iradə ifadəsinin vahidliyi olmamışdır və bu səbəblə alqı-satqı müqaviləsinin bağlandığındanbəhsediləbilməz.
73. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusunaistinadənqəbuledir.
74. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin alqı-satqı (mal göndərmə) müqaviləsi ilə bağlı müddəaları deyil, öhdəliyin üçüncü şəxs tərəfindənicrasınınhüquqinəticələriiləbağlımüddəalarınəzərdənkeçiriləbilər.
75. Həmin müddəalar isə iddia tələbinin əsaslı olmadığı qənaətinə gəlməyi şərtləndirir; belə ki, cavabdehin müqavilə üzrə borclusu olan “xxxx" MMC cavabdehlə (kreditorla) razılaşma çərçivəsində öhdəliyini üçüncü şəxsə (iddiaçıya) ötürmüş (iddiaçının razılığı ilə), bununla da iddiaçı əvvəlki borclunu (“xxxx" MMC-ni) əvəz etmiş və icra etdiyi öhdəlik məhz əvvəlki borclunun öhdəliyiolmuşdur.
76. Nəzərə alınmalıdır ki, cavabdehin “xxxx" MMC qarşısında icra edilməmiş öhdəliyi olmamışdır – bu səbəblə də məhkəmənin Mülki Məcəllənin 522-ci maddəsinə verdiyi təfsir işin hallarınauyğundeyildir.
77. Kollegiya məhkəmə xərclərinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83,41 (səksən üç manat41qəpik)ondanalınıb“xxxx" MMC-nəödənilməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
Apellyasiyaşikayətitəminolunsun. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “xxxx" MMC-dən 10 676,4 manat əsas borc, 3865,75 manat ƏDV məbləği olmaqla, ümumilikdə 14542,15 (on dörd min beş yüz qırx iki manat 15 (on beş) qəpik) manatın, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133,63 (yüz otuz üç manat 63 (altmışüç)qəpik)manatıntutulub“xxxx"MMC-nəödənilməsi”hissəsindələğvedilsin. İddiatələbihəminhissədədətəminolunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği “xxxx" MMC-nin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 83,41(səksənüçmanat41qəpik)“xxxx"MMC-dənalınıb“xxxx" MMC-nəödənilsin. Qətnamədən “xxxx" MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov