Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-398/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Firmasının cavabdeh “xxxx” MMC-yə qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: icarə müqaviləsi, icarə haqqı, dəbbə pulu) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, Iddiaçı “xxxx” Firmasının cavabdeh “xxxx” MMC-yə qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları:
1. Əmlak Məsələləri Dövlət Xidmətі Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 2260.79 kvadrat metr olan Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi “xxxx” Firmasının xüsusi mülkiyyətindədir.
2. “xxxx” Firması ilə “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, ** nömrəli icarə müqaviləsinin: - 1.1-ci bəndinə əsasən hazırkı müqavilə ilə “Icarəyə verən mülkiyyətində olan qeyriyaşayış sahəsini (Bakı şəh, Sabunçu ray. Zabrat qəsəbəsi ünvan 2 ünvanda yerləşən 1000 kv.m. olan "Ticarət Mərkəzi "sahəsini) ləvazimatları (avadanlıqları) ilə birlikdə "Icarəçi"nin sahiblik və xxxxifadəsinə verməyi, "Icarəçi” isə öz növbəsində həmin əmlakı qəbul edib bu əmlakdan müqavilədə göstərilmiş təyinatı üzrə xxxxifadə etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən icarə predmeti “Icarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən xxxxifadə olunmaq üçün icarəyə götürülür. - 2.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən aylıq icarə haqqı 12700 (on iki min yeddi yüz) manat (ƏDV daxil) məbləğində müəyyən edilmişdir. - 2.2-ci bəndinə əsasən icarə haqqı üzrə ödəniş "Icarəyə verən" tərəfindən elektron-qaimə faktura təqdim edildikdən sonra 5 bank günü ərzində "Icarəçi” tərəfindən köçürmə yolu ilə həyata keçirilir. - 2.3-cü bəndinə əsasən "Icarəyə verən" obyekti təmirsiz təhvil verir, "Icarəçi" cari təmir işlərini öz üzərinə götürdüyü səbəbdən icarə haqqı ##.##.2024-cü ildən ödənilməyə başlanacaqdır. - 3.4-cü bəndinə əsasən müqavilə ləğv olunduqda və ya müddəti bitdikdə, əmlakın təbii köhnəlmə (amortizasiya) nəzərə alınmaqla təhvil verildiyi vəziyyətdə geri alır. - 3.7-ci bəndinə əsasən əmlakın əsaslı təmir edilməsi zərurəti yarandığı zaman "Icarəçi” əmlakı öz hesabına əsaslı təmir etməlidir. - 4.2-ci bəndinə əsasən "Icarəyə verən"in yazılı razılığı ilə fəaliyyət zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırır və kiçik konstruktiv yenidən qurma işləri aparır. - 4.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə əmlakdan xxxxifadə edibetməməsindən asılı olmayaraq icarə haqqını mütəmadi olaraq vaxtında ödəyir. - 4.7-ci bəndinə əsasən "Icarəçi” icarəyə götürülən əmlakın cari təmirini həyata keçirir. - 5.1-ci bəndinə əsasən müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və 10 (on) il müddətinə ##.##.2034 il qədər qüvvədədir. Hər 3 (üç) ildən bir icarə haqqının məbləğı dəyişə bilər. - 5.2-ci bəndinə əsasən hazırkı müqaviləyə aşağıdakı hallarda xitam verilir: 5.2.1. Тərəflərin qarşılıqlı razılığı ilə; 5.2.2. Müqavilənin təsir müddəti bitdikdə. - 6.1-ci bəndinə əsasən "Icarəyə verən” icarə predmetini hazırki müqavilənin 6.2-ci bəndində göstərilənlərin təmin olunması şərtilə təhvil-təslim aktı əsasında "Icarəçi"yə təqdim etməlidir. - 6.2-ci bəndinə əsasən icarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhviltəslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti, təhvil-təslim aktının tərtib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır. - 7.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənişini gecikdirməyə görə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimə ödəməlidir.
3. Iddiaçı tərəfindən cavabdehə icarə haqqı üzrə ödəniş edilməsi üçün MT2437 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12 700 manat, MT2408 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12700 manat, MT2409 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12700 manat, MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12 700 manat, MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12 700 manat, MT2412 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 12 700 manat, MT2501 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2502 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2501 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2504 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2505 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2506 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 12 700 manat, MT2507 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 12 700 manat olan elektron qaimə-fakturalar göndərilmişdir.
4. ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya icarə haqqı üzrə əsas borc üzrə 10762,71 manat, ##.##.2024-cü il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, ##.##.2024-cü il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, ##.##.2024-cü il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2024-cü il tarixdə əsas borc üzrə 10762,71 manat, ##.##.2024-cü il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ##.##.2025-ci il tarixdə ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2025-ci il tarixdə əsas borc üzrə 4762,71 manat, 6000 manat, həmin tarixdə ƏDV borcu üzrə 1937,29 manat, ##.##.2025-ci il tarixdə əsas borc üzrə 10762,71 manat, ƏDV borcu üzrə 1937,29 manat məbləğində ödənişlər edilmişdir.
5. ##.##.2025-ci il tarixli ************ saylı mədaxil qəbzindən görünür ki, iddiaçı 669 manat dövlət rüsumu ödəmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. Iddiaçı “xxxx” Firması iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən ##.##.2024-cü ildən bu günədək keçən bir il ərzində 17300 manat olmaqla (30.000 manatdan olan kəsirlər üzrə) 207.600 manatın və yekun məhkəmə aktı (qərar, qətnamə, qərardad) çıxarılan günədək olan bir aylıq kirayə haqqı 30.000 manatdan hesablanmaqla olan məbləğin, cavabdehə həmin ticarət obyektini təmir etmək məqsədi ilə verilmiş 4 aylıq qabaqlayıcı müddətə görə hər ay 30.000 manat olmaqla 120.000 manat kirayə haqlarının, müqavilənin 7.1-ci bəndinə əsasən icarə haqqının ödənişini gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə hesabı ilə 50.000 manatın, məhkəmə üçün ödənilmiş 669 manatın, cəmi 378.269 manatın birdəfəlik olaraq cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, fəaliyyəti xxxxiqamətində Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi ünvan 1 ünvanda yeni sahibkarlıq obyekti olaraq xxxx yanacaq doldurma məntəqəsi inşa etməklə fəaliyyətə başlamışlar, tam mülkiyyət hüququ üzrə onlara məxsusdur. Cavabdehlə arasında ## #### 2024-cü il tarixində 03 N-li icarə müqaviləsi rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən tərəfindən, mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 1 ünvanda yerləşən 1000 kv.m olan Ticarət Mərkəzi” (sahəsi) cavabdehə icarəyə verilmişdir. Icarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən icarə haqqı 12.700 manat müəyyən edilmişdir. Icarə Müqaviləsinin 2.3-cü bəndinə əsasən tərəfindən “Icarəyə verən” müqavilə predmeti olan ticarət obyekti təmirsiz təhvil verilir, cavabdeh (Icarəçi) cari təmir işlərini öz üzərinə götürdüyü səbəbindən icarə haqqları ##.##.2024-cü il tarixində başlanması razılaşdırılmışdır. Icarə müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə tərəflər və ya onların nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minməsi, müqavilə müddətinin 10 il, yəni 2034-cü ilədək qüvvədə olması və hər üç ildən bir müqavilənin icarə haqqının məbləğinin dəyişə bilməsi barədə razılığa gəlinmişdir. Icarə müqaviləsinin 7.1-ci bəndinə əsasən icarə haqqının ödənişinin gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən qabaqcadan rəsmi xəbərdarlıq edilmədən, müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəlikləri icra etmədən, müqavilə predmeti olan ticarət obyektini təmir etmədən birtərəfli qaydada obyekti tərk etmişdir. Bildirir ki, aralarında bağlanmış müqavilə onların bizness planlarına daxil olmaqla həmin obyektin gələcək inkişaf planı nəzərə alınmaqla icarə haqqı 12.700 manat müəyyən edilmişdir. Halbuki həmin ərazidə olan, eyni növdən olan ticarət obyektlərinin icarə haqqı 25.000-30.000 manat arası dəyişir. Yəni həmin obyektin cavabdehə müqavilədə göstərilən qiymətlə verilməsi onlar üçün obyektin təmir edilməsi ilə gəlir əldə edilməsi məqsədi ilə hesablanaraq verilmişdir. Cavabdeh tərəfindən isə öhdəlik icra edilməmişdir. Eyni zamanda bütün hallarla yanaşı müqavilənin imzalanma tarixi ## #### 2024-cü il tarixində olsa, da müqavilədə icarə haqlarının ##.##.2025-ci il tarixində hesablanması nəzərdə tutulmuşdur. Cavabdehə 4 aylıq qabaqlayıcı müddətin verilməsinin də məqsədi cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edəcəyinin qarşılığı olmuşdur. Cavabdeh öhdəliyi icra etmədiyi üçün müqavilə predmeti olan ticarət obyekti təmirsiz qalmaqla bazar qiymətini itirmişdir. Tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh məktuba heç bir münasibət bildirilməyərək üzərinə düşən öhdəliklərdən yayınmışdır.
8. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə xxxxinad olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 4 aylıq icarə haqqı borcu üzrə 50.800 manat pul və ödənilmiş dövlət rüsumunun 242,40 manatın əvəzinin tutularaq iddiaçı “xxxx” Firmasının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə iddia tələbinin birinci hissəsi - ##.##.2024-cü ildən bu günədək keçən bir il ərzində aylıq 17.300 manat olmaqla (30.000 manatdan olan kəsirlər üzrə) 207.600 manatın və yekun məhkəmə aktı (qərar, qətnamə, qərardad) çıxarılan günədək olan bir aylıq kirayə haqqı 30.000 manatdan hesablanmaqla olan məbləğin cavabdehdən tutulması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi icarəyə verdikləri obyektin aylıq icarə haqqı dəyərinin əslində 30.000 manat olduğunu, sadəcə cavabdeh obyekti təmir edəcəyi üçün icarə haqqını 12700 manata razılaşdıqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübutu təqdim etməmiş, həmçinin icarə müqaviləsində bu barədə qeyd göstərilməmişdir. Odur ki, məhkəmə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, ** nömrəli icarə müqaviləsinin 2.1-ci bəndi ilə icarə haqqı məbləğinin ƏDV daxil 12.700 manat razılaşdırıldığını, həmin bəndə hər hansı dəyişiklik edilmədiyini və müqavilədə icarə haqqının bazar qiymətinə uyğun yenidən hesablanması barədə şərtin nəzərdə tutulmadığını, iddiaçının isə həmin obyektin aylıq icarə dəyərinin 30.000 manat olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsini, müqavilə azadlığı prinsipinə əsasən tərəflərin müqavilənin şərtlərini qarşılıqlı razılaşma ilə müəyyən etdiklərini, müqavilənin tərəflər üçün məcburiliyini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə iddianın ikinci hissəsi - cavabdehə həmin ticarət obyektini təmir etmək məqsədi ilə verilmiş 4 aylıq qabaqlayıcı müddətə görə hər ay 30.000 manat olmaqla 120000 manat kirayə haqlarının ödənilməsi ilə bağlı qeyd etmişdir ki, müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş güzəşt xarakterli müddətin məqsədi obyektin xxxxifadəyə hazırlanması olmuşdur. Cavabdeh həmin öhdəliyi icra etmədiyindən, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş iqtisadi faydanı əldə etmək imkanından məhrum olmuşdur. Buna görə də həmin müddət üzrə ödənilməyən icarə haqqı müqavilə şərtinin dəyişdirilməsi kimi deyil, öhdəliyin lazımi qaydada icra edilməməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Ona görə də, icarəçi tərəfindən cari təmir işlərinin görülməməsi müqavilə üzrə öhdəliyinin pozulması kimi qiymətləndirilməli və cari təmirə görə verilmiş 4 aylıq güzəşt müddətinin aylıq icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə, iddiaçı həmin 4 aylıq müddəti də 30.000 manat kimi hesablasa da, məhkəmə bir daha yuxarıda qeyd edildiyi kimi bu barədə sübutların olmadığını əsas gətirərək qeyd edir ki, həmin dövr üzrə müqavilə ilə razılaşdırılmış icarə haqqı məbləğində 4 aylıq icarə haqqı borcu (12.700 x 4=50.800), 50.800 manat müəyyən edilməlidir.
12. Məhkəmə iddia tələbinin üçüncü hissəsi - müqavilənin 7.1-ci bəndinə əsasən icarə haqqının ödənişini gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə hesabı ilə 50.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı icarə haqqı ödənişinin gecikdirilməsinə görə gecikdirilmiş gün üçün cərimə borcu tələb etsə, hər iki tərəf izahatlarında etiraf etmişlər ki, obyekt icarədə olduğu 1 il 1 ay üzrə mütəmadi olaraq icarə haqqı ödənişləri həyata keçirilmiş, tərəflərin bununla bağlı hər hansı mübahisələri olmamışdır. Eyni zamanda iddiaçının razılaşdırılmış 12.700 manat icarə haqqından əlavə, hər ay üçün əlavə 17.300 manat icarə haqqı tələbi təmin edilməmişdir. Bundan başqa iddiaçının obyektin təmir edilməsi ilə şərtləndirilmiş 4 aylıq icarə haqqına görə cərimə borcunun hesablanması üçün hüquqi əsas mövcud deyildir. Çünki cavabdeh icarədə olduğu 1 il 1 ay ərzində iddiaçı həmin 4 aylıq müddəti cavabdehdən tələb etməmiş, müqavilə ilə müəyyənləşdirilmiş müddətdə icarə haqqının ödənilməməsi tərəflərin razılaşması əsasında baş verdiyindən həmin dövr üzrə gecikmə faktı mövcud olmamışdır. Ona görə də iddia həmin hissədə təmin edilə bilməz.
13. Həmin qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının 4 aylıq təmir müddəti üçün hesabladığı 120000 manat məbləğində kirayə haqqı tələbini qismən təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Qərarın bu hissəsi aşağıdakı əsaslarla qanunsuz hesab edilməlidir: 1. "Təmir" anlayışının və görülmüş işlərin yanlış tövsifi. Məhkəmə tərəfindən obyektdə aparılan təmir işləri rəflərin quraşdırılması, arakəsmələrin (alçıpan) yığılması və elektrik xətlərinin çəkilməsi kimi faktiki işlər "dəyişiklik" və ya "yaxşılaşdırma" hesab edilməmişdir. Lakin ticarət təyinatlı obyektin fəaliyyətə hazır vəziyyətə gətirilməsi üçün görülən bu işlər məhz cari təmir və funksional yaxşılaşdırma mahiyyəti daşıyır. Məhkəmənin bu işləri görmədən keçməsi və obyektin təmir olunmadığı qənaətinə gəlməsi obyektiv reallığı əks etdirmir. 2. Iddiaçının uzunmüddətli sükutu və "Vicdanlılıq" prinsipi. Məqbul sayılan 4 aylıq təmir müddəti bitdikdən sonra tərəflər arasında 1 il 1 ay ərzində normal kirayə münasibətləri davam etmiş, ödənişlər vaxtlı-vaxtında icra edilmişdir. Əgər iddiaçı tərəf təmir işlərinin müqaviləyə uyğun aparılmadığını hesab edirdisə, bu barədə dərhal iradını bildirməli idi. Iddiaçının 13 ay ərzində heç bir etiraz etmədən ödənişləri qəbul etməsi, yalnız obyektin boşaldılması barədə xəbərdarlıq aldıqdan sonra (##.##.2025-ci il tarixli məktubla) "təmir olunmayıb" iddiasını irəli sürməsi onun fəaliyyətində qeyri-səmimiliyi göstərir. Bu, Mülki Məcəllənin vicdanlılıq prinsipinin pozulmasıdır. 3. Maddi sübutların və faktiki vəziyyətin təhrifi. Qarşı tərəf iddia edir ki, təmirin aparılmamasını yalnız obyektə baxış keçirərkən aşkar etmişdir. Lakin iddiaçı obyektin sahibi kimi bu müddət ərzində vəziyyətdən xəbərdar olmaya bilməzdi. Uzun müddət susaraq kirayə haqlarını qəbul edən, lakin müqaviləyə xitam verilərkən keçmiş 4 aylıq güzəşt müddətinin pulunu tələb edən tərəfin bu hərəkəti əsassız varlanma cəhdidir. Nəticə etibarilə, məhkəmə tərəfindən faktiki görülmüş işlərin "təmir" kimi qiymətləndirilməməsi və iddiaçının 13 aylıq sükutunun hüquqi nəticə doğurmaması qərarın qanunsuzluğunu şərtləndirir. Məhkəmə cavabdehin elektrik yuvalarını və digər avadanlıqları sökərək obyekti "təhvil aldığı vəziyyətdə" qaytarmasını öhdəliyin icra edilməməsi kimi qiymətləndirmişdir. Lakin bu yanaşma tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə birbaşa ziddir. Həmin bəndə əsasən, kirayəçi müqavilə bitdikdə əmlakı "təbii köhnəlmə nəzərə alınmaqla verildiyi vəziyyətdə" geri qaytarmalıdır. Obyekt təmirsiz və boş vəziyyətdə təhvil alındığı üçün, onun boş və ilkin vəziyyətdə qaytarılması müqavilə öhdəliyinin pozulması deyil, əksinə, müqavilə şərtinə dəqiq riayət olunmasıdır. Kirayəçinin öz vəsaiti hesabına qurduğu və sökülməsi mümkün olan avadanlıqları (elektrik yuvaları, rəflər və s.) aparması onun mülkiyyət hüququndan irəli gəlir. Məhkəmə heç bir mütəxəssis rəyinə və ya tikinti ekspertizasına xxxxinad etmədən, görülən işlərin (alçıpan, elektrik xətləri) 1 həftəyə yekunlaşa biləcəyi qənaətinə gəlmişdir. Betonun tökülməsi, onun quruması və sərtləşməsi (xüsusilə qapalı və relvefi mürəkkəb məkanda) təbiəti etibarilə bir necə həftəlik texnoloji vaxt tələb edir. Məhkəmənin xüsusi biliyə malik olmadan tikinti işlərinin müddətini "az" hesab etməsi prosessual qaydaların pozulmasıdır. 4 aylıq güzəşt müddəti hər iki tərəfin iradəsi ilə, işin həcmi nəzərə alınaraq ağlabatan müddət kimi müqavilədə təsbit edilmişdir. Cavabdeh obyekti fəaliyyətə hazır vəziyyətə gətirmiş və 1 il 1 ay ərzində müntəzəm olaraq kirayə haqlarını ödəmişdir. Iddiaçı bu müddət ərzində nəzərdə tutduğu bütün iqtisadi mənfəəti tam həcmdə əldə etmişdir. Əgər obyekt təyinatı üzrə xxxxifadəyə yararlı olmasaydı (təmir edilməsəydi), cavabdeh orada 13 ay fəaliyyət göstərə və iddiaçıya gəlir qazandıra bilməzdi. Məhkəmənin 4 aylıq güzəşt müddətini "ödənilməyən kirayə haqqı" kimi bərpa etməsi müqavilə sərbəstliyi prinsipinə ziddir. Təmin işləri görülmüş, obyekt xxxxifadəyə verilmiş və kirayə verən bu vəziyyəti 1 ildən artıq müddətdə qəbul edərək ödənişləri almışdır, indi, müqavilə xitam olunduqdan sonra "təmir bəyənilmədi" arqumenii ilə keçmişə yönəlik ödəniş tələb etmək hüquqi sui-xxxxifadədir. Məhkəmə ona təqdim olunmuş sübutları (eyni zamanda iş üzrə əhəmiyyətli olan materialları) obyektiv, hərtərəfli qiymətləndirilməlidir. Iş materiallarından görünür ki, məhkəmə təqdim olunmuş vıdeogörüntü və digər materialları yetərincə tədqiq etməmiş və nəticədə subyektiv qiymətləndirmə aparmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz:
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və elektron məhkəmə informasiya sxxxxemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər.
17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: – 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs – borclu başqa şəxsin – kreditorun xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; – 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları xxxxisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; – 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; – 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; – 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; – 404.2-ci maddəsinə əsasən, müqavilənin təfsiri zamanı bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; – 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, şərtləşdirilmiş vaxtda və yerdə, öhdəliyin şərtlərinə və qanunun tələblərinə uyğun hərəkət etməlidir; – 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hərəkətlərdən çəkinməlidirlər; – 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyini icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliyini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; – 441.4-cü maddəsinə əsasən, digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyi halda belə, öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, həmin tərəf öz öhdəliyini icra etməlidir; – 441.5-ci maddəsinə əsasən, Mülki Məcəllənin 441.2–441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir; – 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə icra edilməsi başa düşülür; – 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda isə bu qayda tətbiq edilmir; – 443.2-ci maddəsinə əsasən, zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; – 448.1-ci maddəsinə əsasən, Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilmədikdə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; – 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır; – 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir və icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını ödəməyə borcludur; – 700.3-cü maddəsinə əsasən, Mülki Məcəllənin icarə haqqında fəslinin müddəalarından ayrı qayda irəli gəlmədikdə, torpaq icarəsi xxxxisna olmaqla, icarəyə əmlak kirayəsi haqqında müddəalar müvafiq surətdə tətbiq edilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
– 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi xxxxinad etdiyi halları sübut etməlidir. – 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. – 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, ** nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqavilə ilə iddiaçıya məxsus 1000 kv.m sahəsi olan qeyri-yaşayış obyekti cavabdehin 10 il müddətinə sahiblik və xxxxifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndi ilə aylıq icarə haqqı ƏDV daxil 12.700 manat müəyyən edilmiş, 2.3-cü bəndi ilə isə obyektin təmirsiz təhvil verilməsi və cari təmir işlərinin icarəçi tərəfindən həyata keçirilməsi nəzərə alınaraq icarə haqqının ##.##.2024-cü ildən ödənilməsinə başlanılması razılaşdırılmışdır.
25. Müqavilənin 2.3-cü bəndi ayrıca və müqavilənin digər şərtlərindən təcrid olunmuş qaydada deyil, müqavilənin ümumi məqsədi, müddəti, tərəflərin qarşılıqlı öhdəlikləri və iqtisadi maraqları ilə əlaqəli şəkildə təfsir olunmalıdır. Həmin bənddə icarə haqqının dörd ay müddətində ödənilməməsi icarəçiyə səbəbsiz və əvəzsiz verilmiş güzəşt deyil, onun üzərinə cari təmir işlərini həyata keçirmək öhdəliyinin qoyulması ilə şərtləndirilmiş qarşılıqlı müqavilə güzəşti olmuşdur.
26. Tərəflər obyekti 10 illik müddətə icarəyə verməyi nəzərdə tutduqlarından, icarəyə verənin obyektin icarəçi tərəfindən fəaliyyətə hazırlanacağına, müqavilə müddəti ərzində lazımi vəziyyətdə saxlanılacağına və təmir işlərinin nəticələrinin uzunmüddətli müqavilə münasibətlərinin iqtisadi məqsədinə xidmət edəcəyinə dair gözləntisi obyektiv və müqavilənin məzmunundan irəli gələn gözlənti olmuşdur. 4 aylıq icarə haqqından imtina məhz uzunmüddətli münasibət çərçivəsində icarəçinin öz üzərinə götürdüyü təmir öhdəliyinin iqtisadi qarşılığı kimi nəzərdə tutulmuşdur.
27. Müqavilənin bağlanmasından cəmi 13 ay sonra cavabdehin müqavilənin 5.2-ci bəndində göstərilmiş hallardan kənar qaydada obyekti tərk etməsi, özünün quraşdırdığı konstruksiya və avadanlıqları sökərək aparması və obyekti yenidən ilkin təmirsiz vəziyyətə gətirməsi nəticəsində icarəyə verən müqavilə bağlayarkən əsaslı olaraq gözlədiyi qarşılıqdan məhrum olmuşdur. Cavabdehin belə davranışı nəticəsində müqavilənin 2.3-cü bəndində nəzərdə tutulan iqtisadi tarazlıq pozulmuşdur.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, icarəçi eyni zamanda həm 4 ay müddətində icarə haqqı ödəmədən obyektdən xxxxifadə etmək, həm də bu güzəştin müqabilində üzərinə götürdüyü öhdəliyin nəticəsini müqavilə münasibətləri başa çatarkən tamamilə aradan qaldırmaq hüququna malik sayıla bilməz. Belə yanaşma müqavilənin qarşılıqlı xarakterinə zidd olmaqla, icarəçiyə müqavilənin yalnız onun üçün əlverişli nəticələrindən xxxxifadə etməyə, həmin nəticələrin əldə olunmasını şərtləndirən qarşılıqlı öhdəlikdən isə yayınmağa imkan vermiş olardı.
29. Müqavilənin 3.4-cü bəndində əmlakın müqavilə başa çatdıqda təbii köhnəlmə nəzərə alınmaqla təhvil verildiyi vəziyyətdə geri qaytarılması nəzərdə tutulsa da, həmin müddəa müqavilənin 2.3 və 4.7-ci bəndlərində icarəçinin üzərinə qoyulmuş cari təmir öhdəliyini hüquqi nəticəsiz edən norma kimi təfsir oluna bilməz. Müqavilənin 3.4-cü bəndi əmlakın qaytarılması zamanı onun qorunmalı olan ümumi vəziyyətini, 2.3 və 4.7-ci bəndləri isə icarəçinin üzərinə düşən konkret təmir və saxlama öhdəliyini tənzimləyir.
30. Başqa sözlə, müqavilənin 3.4-cü bəndi icarəçinin öz vəsaiti hesabına quraşdırdığı və müstəqil əşya xarakteri daşıyan avadanlığı götürmək hüququnu xxxxisna etməsə də, bu hüquq müqavilə ilə verilmiş dörd aylıq güzəştin qarşılığı olan təmir nəticələrinin tamamilə aradan qaldırılmasına və obyektin yenidən təmirsiz vəziyyətə gətirilməsinə əsas vermir. Müqavilənin ayrı-ayrı şərtlərinin elə təfsirinə yol verilə bilməz ki, həmin təfsir müqavilənin digər şərtlərini əhəmiyyətsiz və icrası tələb olunmayan müddəalara çevirsin.
31. Birinci instansiya məhkəməsinin obyektə yerində baxış keçirməsi, tərəflərin təqdim etdikləri videogörüntüləri və digər sübutları müqayisəli şəkildə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparıldığı bildirilən işlər əsasən onun kommersiya fəaliyyətinin təşkilinə xidmət edən, sökülüb aparılması mümkün olan rəflərdən, arakəsmələrdən, elektrik yuvalarından və digər müvəqqəti elementlərdən ibarət olmuş, cavabdeh obyekti tərk edərkən həmin elementləri sökərək aparmış və obyektdə icarəyə verənin xeyrinə qalan təmir nəticəsi saxlamamışdır.
32. Cavabdehin obyektdə 13 ay ərzində kommersiya fəaliyyəti göstərməsi və sonrakı dövrlər üzrə aylıq icarə haqqını ödəməsi onun dörd aylıq güzəştin müqabilində üzərinə götürdüyü təmir öhdəliyini lazımınca yerinə yetirdiyini təsdiq etmir. Sonrakı dövrlər üzrə ödənilmiş icarə haqları həmin aylarda obyektdən xxxxifadənin qarşılığı olmuş və 4 aylıq güzəşt dövrü üzrə nəzərdə tutulmuş ayrıca qarşılıqlı öhdəliyi əvəz etməmişdir.
33. Iddiaçının müqavilə münasibətləri davam etdiyi müddətdə cavabdehə irad bildirməməsi də təmir öhdəliyinin lazımınca icra edilməsinin qeyd-şərtsiz qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Müqavilə 10 il müddətinə bağlandığından icarəyə verənin icarəçinin obyektdən uzunmüddətli xxxxifadə edəcəyinə və görülmüş təmirin nəticələrini saxlayacağına inanması ağlabatan olmuşdur. Cavabdehin təmir nəticələrini sökərək aparacağı və obyekti ilkin vəziyyətdə qaytaracağı yalnız müqaviləyə vaxtından əvvəl faktiki xitam verilərkən tam şəkildə aşkar olmuşdur.
34. Bu baxımdan iddiaçının müqavilə münasibətlərinin davam etdiyi dövrdə etiraz etməməsi onun gələcəkdə baş verəcək pozuntudan qabaqcadan imtina etməsi və ya cavabdehin təmir nəticələrini aradan qaldırmasına razılıq verməsi kimi təfsir edilə bilməz. Hüquqdan imtina və ya öhdəliyin bağışlanması barədə nəticə tərəfin aydın və birmənalı iradəsinə əsaslanmalıdır. Iş materiallarında iddiaçının 4 aylıq güzəşti təmir öhdəliyindən asılı olmayan əvəzsiz güzəşt kimi qəbul etdiyini təsdiq edən belə iradə müəyyən edilmir.
35. Əksinə, cavabdehin uzunmüddətli icarə müqaviləsi üzrə ona verilmiş iqtisadi üstünlükdən xxxxifadə etdikdən sonra müqavilə münasibətlərinə qısa müddət ərzində birtərəfli qaydada xitam verməsi, təmir nəticələrini aradan qaldırması və eyni zamanda güzəşt müddətinin əvəzsiz qalmasını tələb etməsi əvvəlki davranışı ilə ziddiyyət təşkil edir. Tərəf öz davranışı ilə qarşı tərəfdə yaratdığı əsaslı etimadı sonradan həmin tərəfin zərərinə dəyişə bilməz. Bu cür davranış öhdəliklərin vicdanlı icrası tələbi ilə uzlaşmır.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ödənilməsi müəyyən edilmiş 50.800 manat yeni və müqavilədə nəzərdə tutulmayan icarə haqqının geriyə qüvvə ilə hesablanması kimi deyil, cavabdehin yerinə yetirmədiyi qarşılıqlı öhdəliyin tərəflərin özləri tərəfindən müəyyənləşdirilmiş iqtisadi ekvivalentinin bərpası kimi qiymətləndirilməlidir.
37. Tərəflər cari təmir öhdəliyinin müqabilində icarəçini 4 aylıq icarə haqqından azad etməklə həmin öhdəliyin iqtisadi qarşılığını özləri müəyyən etmişlər. Buna görə də təmir öhdəliyinin iqtisadi ekvivalentinin müəyyən olunması üçün ayrıca tikinti ekspertizası keçirilməsinə və görülməli işlərin bazar dəyərinin hesablanmasına zərurət olmamışdır. Məhkəmə təmir işlərinin faktiki bazar dəyərini müəyyən etmir, müqavilə ilə razılaşdırılmış güzəştin məbləğini əsas götürməklə pozulmuş müqavilə tarazlığını bərpa edir.
38. Cavabdehin ekspertiza keçirilməməsi ilə bağlı dəlili də əsaslı hesab edilə bilməz. Hazırkı mübahisədə həll edilməli məsələ betonun quruma müddəti, ayrı-ayrı tikinti işlərinin texnoloji davamlılığı və ya görülmüş işlərin smeta dəyəri deyil, icarəçinin ona verilmiş dörd aylıq güzəştin müqabilində üzərinə götürdüyü öhdəliyi müqavilənin məqsədinə uyğun yerinə yetiribyetirməməsidir. Bu məsələ tərəflərin müqaviləsi, təhvil vəziyyəti, videogörüntülər, yerində baxışın nəticələri və tərəflərin sonrakı davranışları əsasında həll edilə bilər.
39. Tutulmuş məbləğin mütənasibliyi də nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının bazar icarə haqqının aylıq 30.000 manat olması və dörd ay üçün 120.000 manat tutulması barədə tələbini təmin etməmiş, yalnız tərəflərin müqavilə ilə razılaşdırdıqları aylıq 12.700 manat məbləğini əsas götürmüşdür. Bununla da cavabdehin məsuliyyəti müqavilə ilə müəyyən edilmiş güzəştin iqtisadi həddi ilə məhdudlaşdırılmışdır.
40. Bu halda 50.800 manatın iddiaçının xeyrinə tutulması onun əsassız varlanmasına səbəb olmur. Əks nəticəyə gəlindiyi təqdirdə cavabdeh 4 ay ərzində əvəzsiz xxxxifadədən faydalanmış, həmin güzəştin müqabilində üzərinə götürdüyü öhdəliyin nəticəsini isə aradan qaldırmış olardı. Bu isə müqavilə üzrə risk və faydaların tam şəkildə icarəyə verənin üzərinə qoyulması, icarəçinin isə qarşılıqsız iqtisadi üstünlük əldə etməsi ilə nəticələnərdi.
41. Beləliklə, müqavilənin şərtləri bütövlükdə, onun 10 illik müddəti, tərəflərin qarşılıqlı öhdəliklərinin iqtisadi əlaqəsi, obyektin təhvil verildiyi və geri qaytarıldığı vəziyyət, cavabdehin müqaviləyə cəmi 13 ay sonra faktiki olaraq birtərəfli qaydada xitam verməsi və təmir nəticələrini aradan qaldırması birlikdə qiymətləndirildikdə, cavabdehin 4 aylıq güzəştin müqabilində üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi müəyyən olunur.
42. Buna görə də birinci instansiya məhkəməsi cavabdehdən dörd aylıq müqavilə güzəştinin iqtisadi ekvivalenti olan 50.800 manatın tutulması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları düzgün müəyyən etmiş, işdə olan sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və nəticə etibarilə mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.