Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-401/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “X2 Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: : mübahisənin məhkəməyə aidiyyati, məhkəmə qaydasında baxılmalı olmayan tələb, icraata xitam verilməsi) məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı cavabdeh “X2 Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (çayxana) iddiaçının istifadəsindədir və həmin ünvan üzrə iddiaçıya ****** saylı abonent kodu verilmiş, eləcə də cavabdeh tərəfindən su və kanalizasiya xəttinə qoşulmuşdur (“Abunə haqqında məlumat”a əsasən iddiaçı ilə ##.##.2007-ci il tarixdə müqavilə bağlanmışdır).
2. ##.##.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyd edilən qeyri-yaşayış sahəsinə dair ****** nömrəli akt tərətib edilmişdir. Aktda iddiaçıya məxsus obyektin restoran-çayxana kimi fəaliyyət göstərdiyi və obyektdə qeyri-qanuni su xəttinin aşkar edildiyi, sudan qeyri-qanuni istifadə olunmasının foto-video görüntüyə alınması qeyd edilmişdir. Həmin akt əsasında iddaçıya 4104 manat (2052 manat sudan, 2052 manat isə çirkab suyundan qanunsuz itifadəyə görə) borc hesablanmışdır. Iddiaçı tərəfindən həmin borcdan, cəmi 70 manat (60 və 10 manat olmaqla) ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. Iddiaçı ****** saylı aktın ləğv edilməsi, həmin akt əsasında abonent hesabına əlavə edilmiş 4104 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-əhali qrupu üzrə ****** saylı kodla abonent qeydiyyatındadır. ünvan 1 saylı ünvanda çayxana-kafe təyinatlı obyekti fəaliyyət göstərir. Obyektin su təminatında günlük fasilə olduğundan suyu maşınla gətizdirib yeraltı anbara vurdurmaqla şirin su mənbəyi kimi həmin anbardan istifadə edirlər. Yeraltı anbardakı su fasilələrlə digər yerüstü anbarlara və çənlərə vurulur. ##.##.2024-cü ildə cavabdehin X3 Sistemlərinin Istismar Idarəsinin iki əməkdaşı sudan istifadənin və “sudan istifadə qaydalarına” riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə qanunsuz olaraq obyektə daxil olub, gizli olaraq yerüstü anbara vurulan suyun təzyiqini video görüntüyə alaraq guya qanunsuz sudan istifadə halının müəyyən edilməsini aşkar ediblər. Amma onlar qanunsuz qoşulmanın mənbəyini müəyyən etməyiblər, əgər müəyyən edə bilsəydilər həmin suyun yeraltı su anbarından vurulmasını bilərdilər və ya qanunsuz qoşulmadırsa həmin mənbənin tapılaraq bağlanılmasını video görüntüyə alardılar. Nəticədə onlar tərəfindən qanunsuz akt tərtib edilib, həmin vaxtı obyektdə olmayan əməkdaşların adları aktda qeyd edilib. Həmin əməkdaşlar pozuntunu əyani olaraq görmədən akta yalan imzalar qeyd ediblər. Tərtib olunmuş ****** saylı aktın məzmunundan belə məlum olur ki, su itkisinə görə 2052 manat, çirkaba görə də eyni məbləğ qeyd edilməklə cəmi 4104 manat qanunsuz borc yazılıb. Cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənilməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Saibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin forması və aparılması qaydası haqqında” Əsanamənin tələblərinə əsasən onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər və baxışlar) o cümlədən, müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterində qeyd olunmalıdır. Mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən ona məxsus obyektdə su təchizatı və ya kanalzasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablanıldığından həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyində reyster qeydiyyatına alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənilməsi və sahibkarların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. “Kargüzarlığın aparılması qaydası haqqında” Təlimatın 81-ci maddəsinə görə, akt onun tərtibində iştirak edən şəxslər tərəfindən imzalanılmalıdır. Iki əməkdaş qanunsuz olaraq, xəbərdar etmədən və iki hal şahidinin iştirakı olmadan ona məxsus obyektdə gizli yoxlama aparır, guya qanunsuz hesab etdiləri xəttin mənbəyini bilmədən və aşkar etmədən sudan qanunsuz istifadə halını müəyyən edirlər, sonradan akt tərtib edərək orada iştirak etməyən əməkdaşların adını akta qeyd etməklə qanunsuz hərəkətlərə yol veriblər.
5. Iddiaçının nümayəndəsi məhkəmə baxışında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, suyu onlar maşınla su idarəsindən alıb su özlərinə məxsus su quyusuna tökür, oradan da başqa bir su quyusuna vurulur. Suyun maşılrala daşınmasına dair video çəkiliş də var. Cavabdeh isə elə zənn etmişdir ki, su kənar xətt vasitəsi ilə istifadə edilir. Suyu ayda bir-iki dəfə alıb gətirmişlər. Bəzi halalrda su idarəsinin öz sürücüləri, bəzi hallarda isə başqa sürücülər vasitəsi ilə gətirilmişdir. Hazırda da, sayğac işləmir.
6. Cavabdehin nüayənəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya məxsus qeyri-yşayış sahəsində sudan istifadə qaydalarının yoxlanılması barədə məlumat əvvəcədən dövlət qeydiyyatına alınmışdır. Iddiaçı da aktın tərtib edilməsində iştirak etmişdir. Iddiaçı suyu su maşını ilə su idarəsindən aldığını deyir, lakin bunun üçün şəxsin yazılı müraciəti olur, idarə tərəfindən sürücü ayrılır və bundan sonra müraciət edən şəxsə su daşınır. X3 Sistemlərinin Istismar Idarəsi tərəfindən verilmiş arayışda iddiaçıya məxsus obyektə 2024-cü ildən sonra su xidməti göstərilmədiyi qeyd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Işin mübahisəsiz halıdır ki, tərəflər arasında su təchizatı ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. “Abunə haqqında məlumat”da tərəflər arasında ##.##.2007-ci il tarixdə müqavilə bağlanldığı qeyd edilmişdir. Həmçinin, iddiaçıya məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən qeyri-yaşyış sahəsinə su sayğacının quraşdılması və 2012-2024-cü ilədək su sərfiyatı ilə bağlı dövriyyənin olması tərəflərin qeyd edilən öhdəlik hüquq münasibələrinə daxil olması və hal-hazıradək davam etdirilməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Nazirlər Kbinetinin ##.##.2014-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəalarından da görünür ki, istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək və s. cavabdehin, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək və s. iddiaçının öhdəliklərinə daxildir. Tərəflər arasındakı mübahisə ##.##.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyd edilən qeyri-yaşayış sahəsinə dair 951095 nönrəli akt və onun nəticəsi (dəymiş zərərə görə hesablanmış borc vəsaiti) ilə bağlıdır. Aktda iddiaçıya məxsus obyektin restoran-çayxana kimi fəaliyyət göstərdiyi və obyektdə qeyriqanuni su xəttinin aşkar edildiyi qeyd edilmiş, buna görə dəymiş zərərin əvəsi kimi iddiaşıya 4104 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması ayrı-ayrılıqda iki məsələyə hüquqi qiymət verilməsindən asılıdır. Onlardan birincisi ##.##.2024-cü il tarixli, 951095 nönrəli aktın tərtib edilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi qaydaya əməl etmək, ikincisi aktda qeyd edilən sudan istifadə qaydalarının pozulması faktının olubolmamasıdır. Işin faktiki halları və işdə olan sübutlar əsasında müəyyən edilir ki, ##.##.2024-cü il tarixli, ****** nömrəli aktın tərtib edilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi qaydaya əməl edilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlərdə hər hansı yoxlamanın aparaılmasının qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlcədən müvafiq dövlət orqanında qeydiyyata alınması tələb edilir. Iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsində sudan istifadə qaydalarının ##.##.2024-##.##.2024-cü il tarixlərdə (3 gün) plandankənar yoxlanılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin forması və aparılması qaydası haqqında” Əsanamənin tələblərinə uyğun olaraq IG242256954 nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən birinci qaydaya qanunla müəyyən edilmiş qaydada əməl edilmişdir. Ikinci, yəni ##.##.2024-cü il tarixli, ****** nömrəli aktda qeyd edilən sudan istifadə qaydalarının pozulması məsələsinə gəldikdə, iddiaçı bunu tamamilə inkar edərək onun tərəfindən sudan qeyri-qanuni istifadə edilmədiyini bildirir və dəlilini onunla əsaslandırır ki, sayğac işləməsə də, o, suyu həm cavabdeh idarənin yerli qurumundən, həm də başqa şəxslərdən öz pul vəsaiti hesabına alır və su quyusuna tökərək oradan istifadə edir. Cavabdehin əməkdaşları isə su quyusundan istifadə edilən həmin suyun kənar xətt vasitəsi ilə istifadə edilməsini zənn edərək sözü gedən akt əsasında ona əlavə borc hesablamışlar. Məhkəmə qeyd edir ki, iddiaçı istifadə edilən suyun özünün pul vəsaiti hesabına alınması barədə dəlilini təsdiq edəcək (bununla bağlı məhkəmə iclası təxirə salınaraq şərait yradılsa da) sübutlarını məhkəmyə təqdim edə bilməmişdir. Iddiaçı suyun bir qismini cavabdehin yerli idarəsindən aldığını iddia etsə də, X3 Sistemlərinin Istismar Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışda ünvan 2 ünvanında “Şəfa” restoranı kimi fəaliyyət göstərən obyektə onlar tərəfindən 2024-cü ildən hal-hazıradək daşınma yolu su xidməti göstərilməməsi qeyd edilmişdir. Həmçinin, iddiaçı suyun digər şəxslərdən alınması ilə bağlı sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, ##.##.2024-cü il tarixli, ****** nömrəli akt əsasında hesablanmış borcdan iddiaçı tərəfindən, cəmi 70 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.
9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 4.1, 6.14, 6.16, 6.17, 6.18, 7.1, 7.2, 7.8-ci bəndlərini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərini tətbiq etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək mübahisələndirilən məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
12. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəm iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
14. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
17. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
22. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
23. Maddə 261.0.1. Iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
24. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
25. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
26. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
27. Maddə 387.2.8. Iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
28. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
Apellyasiya baxışının həddi
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
32. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh “X2 Xidməti” PHŞ-yə qarşı “aktın ləğv edilməsi” tələbi üzrə işin icraatına xitam verilməlidir.
33. Belə ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (§ 15). Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (§ 22). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (§ 23), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (§ 24).
34. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özüözlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.
35. Baxılan iş üzrə iddiaçının mübahisələndirdiyi akt müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin hesablanmasına əsas yaradan sübut qismində çıxış edir. Həmin akt özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) hüquq və vəzifələr doğurmur, iddiaçının qanuni mənafelərinə xələl gətirmir.
36. Mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər. Iddiaçının iddia ərizəsi sözügedən hissədə də məhz həmin sübutun mötəbər olmadığı ilə əsaslandırılmışdır.
37. Şübhəsiz ki, mübahisələndirilən akt özündə müəyyən məlumatları əks etdirdiyi üçün hər hansı faktın müəyyən olunması və ya hüququn qeydə alınması zamanı ayrılıqda və ya digər sənədlərlə məcmu halda əsas kimi çıxış edə bilər. Lakin bu əlamət də istənilən sənədin, aktın, iradə ifadəsinin etibarsızlığı (ləğvi) barədə məsələnin ayrıca məhkəmə icraatı qaydasında yoxlanılmasına əsas vermir. Qeyd olunan halda maraqlı tərəf təqdim olunan sənədlər əsasında müəyyən edilmiş hüquqi nəticələri (borcun silinməsi, aparılmış qeydə düzəliş edilməsi və s.) mübahisələndirməli və bu zaman hüquqi nəticənin yaranması üçün əsas olmuş sənədlərin (misal üçün mədaxil orderinin, maliyyə arayışının, aktın və s.) həqiqi olmadığını, qeyri-mötəbər və ya saxta olduğunu və s. halları sübut etməlidir.
38. Işin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, “aktın ləğv edilməsi” tələbi məhkəmədə baxılmalı tələb kimi qiymətləndirilə bilməz.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi “iddiaçı İddiaçı cavabdeh “X2 Xidməti” PHŞ-yə qarşı “aktın ləğv edilməsi” tələbi üzrə iddianın rədd edilməsi” hissəsində ləğv olunsun. Iddiaçı İddiaçı cavabdeh “X2 Xidməti” PHŞ-yə qarşı “aktın ləğv edilməsi” tələbi üzrə işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.