Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-408/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin nümayəndəsi, vəkili X1 iştirakı ilə, Iddiaçı "xxxx" MMC-nin cavabdeh Cavabdeh qarşı ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad olunması”( müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti) tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*- *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Işin Halları
1. “Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən 2632.2 kv.m. ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin adına qeydiyyata alınmışdır.
2. ##.##.2024-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti tərəfindən borcalan LPO “xxxx” ASC-nin ipoteka saxlayan Mərkəzi Bank qarşısında ## ####### 2014-cü il tarixli KBO**-**** saylı kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə qalıq 3.428.798,62 (üç milyon dörd yüz iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat, altmış iki qəpik) manat əsas borcunun, ## ###### 2014-cü il tarixli KBQ14- **** saylı kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə qalıq 2.500.000 (iki milyon beş yüz min manat) əsas, 12.000 (on iki min manat) manat faiz borclarının təminatı kimi ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 2632.2 kv.m olan əmlak kompleksi kimi müəssisə ipoteka saxlayan Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. ##.##.2024-cü il tarixli Sazişə əsasən Mərkəzi Bank ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli, KB***-**** saylı kredit müqaviləsi üzrə sonuncunun 3.428.798,62 (üç milyon dörd yüz iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat, altmış iki qəpik) manat əsas borcu, ##.##.2014-cü il tarixli KBQ14- **** saylı kredit müqaviləsi üzrə sonuncunun 2.500.000,00 (iki milyon beş yüz min manat) manat əsas və 12.000,00 (on iki min manat) faiz borcu, ##.##.2016-cı il tarixli, ** saylı kredit müqaviləsi üzrə sonuncunun 10.000.000 (on milyon manat) manat əsas, 1.044.999,99 (birmilyon qırx dörd min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat faiz borcunun mövcud olduğu müəyyən edilmişdir.
4. Sazişin 2.2-ci bəndinə əsasən Tərəflər bu Sazişin 2.1.1 və 2.1.2-ci yarımbəndlərində göstərilən kredit öhdəliklərindən 845,000 manatın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti tərəfindən bu Sazişlə razılaşdırılmış qaydada Mərkəzi Banka ödənilməsinə, əgər ödənişlər razılaşdırılmış qaydada ödənilməzsə, qeyd olunan kredit öhdəliklərinin təminatı kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinə məxsus ipoteka predmetinin bu Sazişlə müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq hərrac yolu ilə satışa çıxarılmasına razıdırlar.
5. Sazişin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 845.000 manat məbləğində müəyyən edilir.
6. Sazişin 2.4-cü bəndinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti öhdəsinə götürür və digər tərəflər də buna razılaşırlar ki, hazırki Saziş imzalandığı gündən sonrakı 5 (beş) iş günü ərzində 70 417 (yetmiş min dörd yüz on yeddi) manat məbləğində vəsaiti birdəfəlik qaydada növbəti 11 ay ərzində hər ayın birinci iş həftəsi 70 417 (yetmiş min dörd yüz on yeddi) manat məbləğində vəsaiti (ümumilikdə 845.000 manat) bu sazişin 2.7-ci bəndində göstərilən rekvizitlər üzrə Mərkəzi Banka ödəyəcəkdir.
7. Sazişin 2.9-cu bəndinə əsasən Sazişin qüvvədə olduğu müddətdə ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə bu Sazişin 2.4- cü bəndində göstərilən məbləğ Mərkəzi Banka tam şəkildə ödənilməsi şərtilə digər şəxsə özgəninkiləşdirilə bilər.
8. 2.10-cu bəndinə əsasən bu Sazişin 2.4-cü bəndində uyğun olaraq ödənişlər tam şəkildə icra olunarsa yaxud ipoteka predmeti satılarsa qeyd olunan əmlakın ipotekasına “Ipoteka haqqında” qanunun 48-ci maddəsinə əsasən xitam veriləcəkdir.
9. ##.##.2024-cü il tarixli məktubla Mərkəzi Bank Cavabdeh, Ləğv Prosesində olan “xxxx” ASC və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti arasında notarial qaydada bağlanmış ##.##.2024-cü il tarixli Sazişin 2.9-cu bəndinə uyğun olaraq hazırki tarixə qalıq borc məbləğinin, yəni 704.166 manat vəsaitin Mərkəzi Bankın bank rekvizitləri üzrə tam şəkildə ödənilməsi şərtilə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2.632,2 kv.m. olan əmlak kompleksi kimi müəssisənin özgəninkiləşdirilməsinə etiraz edilmədiyini bildirmişdir.
10. ##.##.2024-cü il tarixli ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşən ümumi sahəsi 2.632,2 kv.m. olan əmlak kompleksi kimi müəssisəni 774.583 manata alıcı "xxxx" MMCyə satmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı “"xxxx" MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ipoteka saxlayan” cavabdeh Mərkəzi Bank, “Ipoteka qoyan” müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti və “xxxx” xxxx ASC-nin (ləğv prosesindədir) arasında bağlanmış IBO**-****/* nömrəli, ##.##.2024-cü il tarixli Ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan tam mülkiyyət hüququ üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində 001011002700-12301 reyestr nömrəsi, 1109020987 qeydiyyat nömrəsi ilə ##.##.2009-cu il tarixdə qeydiyyata alınmış (MH seriyalı ******* nömrəli Çıxarış) Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 kv.m ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. . Iddia onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi. 3097- ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 kv.m ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (bundan sonra mətndə Əmlak kompleksi) tam mülkiyyət hüququ üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində ##.##.2009-cu il tarixdə qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Iddiaçı "xxxx" MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirkəti arasında bağlanmış Daşınmaz Əmlakın AN-İ № ******* saylı, ##.##.2024-cü il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən yuxarıda qeyd olunan əmlak kompleksi "xxxx" MMC tərəfindən satın alınmışdır. Iddiaçı “xxxx” MMC ##.##.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə əldə etdiyi Əmlak kompleksi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün ##.##.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə (bundan sonra mətndə * saylı Bakı Ərazi Idarəsi) müraciət edilmişdir. * saylı Bakı Ərazi Idarəsininin ##.##.2025-ci il tarixli Bildirişinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş, və imtinanın əsas kimi isə mübahisə predmeti olan Əmlak kompleksinin Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra mətndə Mərkəzi Bank) xeyrinə ipoteka ilə yüklü edilməsi və hüquqların dövlət qeydiyyatına alınmasına dair ipoteka saxlayanın razılıq ərizəsinin təqdim edilməməsi göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə cavabdeh Mərkəzi Banka pretenziya ilə müraciət edilərək mübahisə predmeti olan Əmlak kompleksinin ipoteka yüklülüyündən azad edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh yuxarıda qeyd olunan pretenziyaya hər hansı bir cavab verməmişdir. Iddiaçı yuxarıda qeyd olunan Alqı-satqı müqaviləsi və ##.##.2024cü il tarixli Sazişi şərtlərinə uyğun olaraq IB0057766850_703382_240704 ödəniş nömrəli, ##.##.2024-cü il tarixli, IB005936536_703382_240808 ödəniş nömrəli, ##.##.2024-cü il tarixli, IB0060179597_703382_240816 ödəniş nömrəli, ##.##.2024-cü il tarixli, IB0061382248_703382_240906 ödəniş nömrəli,##.##.2024- cü il tarixli Ödəniş tapşırıqları, ** nömrəli, ##.##.2024-cü il tarixli , ** nömrəli, ##.##.2024-cü il tarixli, ** nömrəli, ##.##.2024-cü il tarixli, ** nömrəli, ##.##.2025-ci il tarixli, ** nömrəli, ##.##.2025-ci il tarixli və ** nömrəli, ##.##.2025-ci il tarixli Kredit köçürmələri ilə Mərkəzi Bankın Hesabına 845000 manat vəsait ödəmişdir.
13. Mərkəzi Bank ##.##.2025-ci il tarixli 6-1- **/*-*****/**** saylı məktubu ilə LPO “xxxx” ASCnin kredit borcunun ## ####### 20214-cü il tarixli KBO**-**** saylı kredit müqaviləsi üzrə 3.428.798,62 manat əsas borc, ## ###### 2014-cü il tarixli KBQ**-**** saylı kredit müqaviləsi üzrə 1.666.996,00 manat əsas borc məbləğində olduğunu bildirmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
15. Iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələbinin əsası kimi təqdim etdiyi yuxarıda qeyd olunan Müqavilələr, Saziş və 845000 manatın ödənilməsinə dair Ödəniş tapşırıqları birinci instansiya məhkəməsinin qətnaməsində sadalansada, məhkəmə həmin sübutların mahiyyətinə varmadan iddianın rədd olunmasına dair nəticəyə gəlmiş və nəticəsinin təsdiqi kimi cavabdehin Məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli 6-1- **/*-*****/**** saylı məktubuna istinad etmişdir. Məhkəmə qeyd olunan məktuba istinad edərkən həmin məktubda qeyd olunan kredit borclarına dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin hər hansı bir öhdəlik götürüb-götürməməsinə, qeyd olunan məktubda Mərkəzi Bankın LPO “xxxx” ASC-nin kredit borcunun ## ####### 2014-cü il tarixli KBO**-**** saylı kredit müqaviləsi üzrə 3.428.798,62 manat əsas borc,## ###### 2014-cü il tarixli KBQ**-**** saylı kredit müqaviləsi üzrə 1.666.996,00 manat əsas borc məbləğində olduğunu bildirməsinə və Ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış ##.##.2024cü il tarixli Sazişin şərtlərinə müvafiq olaraq “Ipoteka saxlayan ”Mərkəzi Bank,“xxxx” “xxxx” ASC-ninarasında bağlanmış ##.##.2024-cü il tarixli Sazişin 2.1.1 və 2.1.2-ci yarımbəndləri ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsşirkətinin Mərkəzi Bank qarşısında götürdüyü öhdəliyinin Daşınmaz Əmlakın AN- İ seriyalı, ******* nömrəli,##.##.2024-cü il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən yerinə yetirməsinə ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin cavabdeh Mərkəzi Bankın ##.##.2025ci il tarixli 6-1- **/*-*****/**** saylı məktubuna istinad etməklə iddianın rədd edilməli olmasına dair qənaəti əsassız olmuş, məhkəmə qeyd olunan qənaətinin maddi hüquqi əsası kimi istinad etdiyi “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 48.1ci maddəsini səhv təfsir etmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin nümayəndəsi vəkili X1 bankın razılı olmasa razılaşma olmayacağını bildirmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
19. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
21. Maddə 46.1. Ipoteka predmetinin açıq bazarda və ya hərracda, habelə elektron hərracda satışınadək (alqı-satqı müqaviləsi bağlananadək, tərəflərin razılığı əsasında həyata keçirilən hərracın nəticələri üzrə protokol imzalananadək, elektron hərracın nəticələri haqqında protokol tərtib olunanadək), yaxud “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilənədək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbin ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
22. Maddə 48.1. Ipotekaya aşağıdakı hallarda xitam verilir:
23. - 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
24. - 48.1.2. əsas öhdəliyə xitam verildikdə;
25. - 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə;
26. - 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
27. - 48.1.3-1. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda;
28. - 48.1.3-2. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə;
29. - 48.1.4. ipoteka predmeti məhv olduqda;
30. - 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
33. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
34. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iş üzrə mübahisəsiz hallar sırasında ##.##.2024-cü il tarixli ipoteka müqaviləsi xüsusi əhəmiyyət kəsb edir. Həmin müqaviləyə əsasən, ipoteka qoyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti tərəfindən borcalan LPO “xxxx” ASC-nin Mərkəzi Bank qarşısında mövcud kredit öhdəliklərinin təminatı kimi ona məxsus daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir.
35. Belə ki, qeyd olunan ipoteka müqaviləsi ilə ## ####### 2014-cü il tarixli, KBO**-**** saylı kredit müqaviləsi üzrə 3.428.798,62 manat məbləğində əsas borcun, eləcə də ## ###### 2014-cü il tarixli, KBQ**-**** saylı kredit müqaviləsi üzrə 2.500.000 manat əsas və 12.000 manat faiz borclarının təmin edilməsi nəzərdə tutulmuşdur. Bu hal onu göstərir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti ipoteka qoymaqla borcalanın öhdəliklərinin təminatçısı kimi çıxış etmişdir.
36. Eyni zamanda, iş materiallarında olan ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Mərkəzi Bank, Cavabdeh, ləğv prosesində olan “xxxx” ASC və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti arasında bağlanmış ##.##.2024-cü il tarixli Sazişin 2.9-cu bəndinə uyğun olaraq, qalıq borcun – yəni 704.166 manat məbləğində vəsaitin tam ödənilməsi şərti ilə ipoteka predmetinin özgəninkiləşdirilməsinə etiraz etmədiyini açıq şəkildə bildirmişdir.
37. Göstərilən hallar bir daha təsdiq edir ki, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, ipoteka ilə yüklü edilmiş əmlakın özgəninkiləşdirilməsi Mərkəzi Bank tərəfindən müəyyən şərtin – qalıq borcun ödənilməsinin – yerinə yetirilməsi ilə birbaşa əlaqələndirilmişdir. Bu isə öz növbəsində onu göstərir ki, borcun ödənilməsi halında ipoteka predmeti üzərində sərəncam verilməsi hüquqi baxımdan mümkün hesab edilmişdir.
38. Kollegiya qeyd edir ki, iş üzrə əsas araşdırılmalı məsələ məhz həmin şərtin – yəni 704.166 manat məbləğində qalıq borcun ödənilib-ödənilməməsini müəyyən etməkdən ibarətdir. Çünki ipoteka predmetinin özgəninkiləşdirilməsinə razılıq məhz həmin ödənişin həyata keçirilməsi ilə şərtləndirilmişdir.
39. Iş materillarına əlavə edilmiş ##.##.2024-cü il tarixli, IB005936536_703382_240808 ödəniş nömrəli, ##.##.2024-cü il tarixli, IB0060179597_703382_240816 ödəniş nömrəli, ##.##.2024-cü il tarixli, IB0061382248_703382_240906 ödəniş nömrəli,##.##.2024- cü il tarixli Ödəniş tapşırıqları, ** nömrəli, ##.##.2024-cü il tarixli , ** nömrəli, ##.##.2024-cü il tarixli, ** nömrəli, ##.##.2024-cü il tarixli, ** nömrəli, ##.##.2025-ci il tarixli, ** nömrəli, ##.##.2025-ci il tarixli və ** nömrəli, ##.##.2025-ci il tarixli Kredit köçürmələri ilə Mərkəzi Bankın Hesabına 845000 manat vəsait ödəmişdir.
40. Görünür ki, iddiaçı tərəfindən Mərkəzi Bankın hesabına müxtəlif tarixlərdə və müxtəlif ödəniş sənədləri əsasında ümumilikdə 845.000 manat məbləğində vəsait köçürülmüşdür. Təqdim edilmiş ödəniş tapşırıqları və kredit köçürmələri həmin ödənişlərin faktiki olaraq həyata keçirildiyini təsdiq edir və onların həqiqiliyi mübahisələndirilməmişdir.
41. Məhkəmə qeyd olunanlara əsasən işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.
42. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, ##.##.2024-cü il tarixli Ipoteka müqaviləsinə xitam verilməli, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən 2632.2 kv.m. ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka yüklülüyündən azad olunmalıdır.
43. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
Iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı "xxxx" MMC-nin cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti) ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad olunmasına dair iddiası təmin olunsun. ##.##.2024-cü il tarixli Ipoteka müqaviləsinə xitam verilsin, ipoteka predmeti olan tam mülkiyyət hüququ üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində 001011002700-12301 reyestr nömrəsi, 1109020987 qeydiyyat nömrəsi ilə ##.##.2009-cu il tarixdə qeydiyyata alınmış (MH seriyalı ******* nömrəli Çıxarış) Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 kv.m ümumi, 2630.6 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka yüklülüyündən azad olunsun. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat pul cavabdeh Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.