Azərbaycan‒Respublikası‒adından Qətnamə Bakı‒şəhəri İş‒№‒e-2-2(3-6)-411/2026 07.05.2026 BAKI‒APELLYASIYA‒MƏHKƏMƏSI Hakimlər‒Ziya‒Allahverdi‒oğlu‒Şirinovun‒sədrliyi‒və‒məruzəsi‒ilə, Həsənov‒Elnur‒Məmmədsaat‒oğlu‒və‒X7‒ibarət‒tərkibdə, Ismayılova‒Elnarə‒Məyiş‒qızının‒katibliyi‒ilə, Iddiaçının‒nümayəndəsi‒Nümayəndə‒Müabriz‒oğlunun, Cavabdehin‒vəkili‒Vəkil‒iştirakı‒ilə, iddiaçı İddiaçı QSC-nin cavabdeh cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Işin halları
1. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh cavabdeh1 ## #### 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202283,89 ABŞ dolları əsas borc, 24650,78 ABŞ dolları cərimə, 9429,95 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin ## #### 2014-cü il tarixli *** nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, 52585,86 manat cərimə, faiz borcu 93594,70 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətlərindirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh1 məxsus ilkin satış qiyməti 259000 manat olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2- dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 223000 manat olan 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 222000 manat olan 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 514000 manat olan 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, **B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 326500 manat olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 581000 manat olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanda yerləşən qeyriyaşayış sahəsinə yönəldilsin, həmin ipoteka predmetləri hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına İddiaçı QSC-nin borcunun ödənilməsi hissəsində‒icraya‒göndərilmişdir.
2. ## ###### 2025-ci il tarixli, ****************** saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolda qeyd olunmuşdur ki, hərracın keçirilmə yeri:“Elektron hərrac” Portalı. Hərracın keçirilməsi üçün əsas: Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2024 tarixli icra sənədinə əsasən aşağıda qeyd edilən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılması. Hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.): Qeyri yaşayış binası - Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B. Hərraca çıxarılan əmlakın sahibi (əvvəlki mülkiyyətçisi - sahibi): cavabdeh1 Mirqasım oğlu Ipoteka saxlayanın (tələbkarın) adı: İddiaçı QSC Hərrac təşkilatçısı və “X3” barədə məlumatlar: “xxxx” MMC. Əmlakı əldə edən ipoteka saxlayanın adı, soyadı, ata adı, FIN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN-i: İddiaçı QSC. Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti: ilkin satış (likvid) qiyməti: 326 500.00 (üç yüz iyirmi altı min beş yüz manat) AZN, təkrar hərracdakı 15 faiz aşağı qiymət: 277525.00 (iki yüz yetmiş yeddi min beş yüz iyirmi beş manat) AZN, təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət: 208171.50 (iki yüz səkkiz min bir yüz yetmiş bir manat əlli qəpik) AZN. Nəticə: Hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əmlakı əldə etmişdir.
3. ##.##.2025-ci il tarixli, ****************** saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolda qeyd olunmuşdur ki, hərracın keçirilmə yeri:“Elektron hərrac” Portalı. Hərracın keçirilməsi üçün əsas: Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2024 tarixli icra sənədinə əsasən aşağıda qeyd edilən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılması. Hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.): Qeyri yaşayış sahəsi - Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b, 19. Hərraca çıxarılan əmlakın sahibi (əvvəlki mülkiyyətçisi - sahibi): cavabdeh1 Mirqasım oğlu Ipoteka saxlayanın (tələbkarın) adı: İddiaçı QSC Hərrac təşkilatçısı və “X3” barədə məlumatlar: “xxxx” MMC. Əmlakı əldə edən ipoteka saxlayanın adı, soyadı, ata adı, FIN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN-i: İddiaçı QSC. Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti: ilkin satış (likvid) qiyməti: 514000.00 (beş yüz on dörd min manat) AZN təkrar hərracdakı 15 faiz aşağı qiymət: 436900.00 (dörd yüz otuz altı min doqquz yüz manat) AZN təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət: 327718.69 (üç yüz iyirmi yeddi min yeddi yüz on səkkiz manat altmış doqquz qəpik) AZN. Nəticə: Hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı‒satış‒qiymətindən‒25‒faiz‒az‒olmayan‒qiymətlə‒əmlakı‒əldə‒etmişdir.
4. ## ###### 2025-ci il tarixli, ****************** nömrəli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolda qeyd olunmuşdur ki, hərracın keçirilməsi üçün əsas: Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2024 tarixli icra sənədinə əsasən aşağıda qeyd edilən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılması. Hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.): Qeyri yaşayış binası - Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B. Hərraca çıxarılan əmlakın sahibi (əvvəlki mülkiyyətçisi - sahibi): cavabdeh1 Mirqasım oğlu. Ipoteka saxlayanın (tələbkarın) adı: İddiaçı QSC. Hərrac təşkilatçısı və “X3” barədə məlumatlar: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti. Əmlakı əldə edən ipoteka saxlayanın adı, soyadı, ata adı, FIN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN-i: İddiaçı QSC. Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti: ilkin satış (likvid) qiyməti: 259000.00 (iki yüz əlli doqquz min manat) AZN təkrar hərracdakı 15 faiz aşağı qiymət: 220150.00 (iki yüz iyirmi min bir yüz əlli manat) AZN təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət: 165134.51 (bir yüz altmış beş min bir yüz otuz dörd manat əlli bir qəpik) AZN. Nəticə: Hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı satış qiymətindən‒25‒faiz‒az‒olmayan‒qiymətlə‒əmlakı‒əldə‒etmişdir.
5. ## ###### 2025-ci il tarixli, ****************** saylı “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolda qeyd olunmuşdur ki, Hərracın keçirilməsi üçün əsas: Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2024 tarixli icra sənədinə əsasən aşağıda qeyd edilən əmlakın icra məmurunun sifarişi əsasında elektron hərracda satılması. Hərracın predmeti olan əmlaka dair məlumatlar (əmlakın növü, modeli, markası və s.): Qeyri yaşayış binası - Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B. Hərraca çıxarılan əmlakın sahibi: cavabdeh1 Mirqasım oğlu. Ipoteka saxlayanın (tələbkarın) adı: İddiaçı QSC. Hərrac təşkilatçısı və “X3” barədə məlumatlar: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti. Əmlakı əldə edən ipoteka saxlayanın adı, soyadı, ata adı, FIN-i, hüquqi şəxs olduqda isə adı və VÖEN-i: İddiaçı QSC (**********). Hərracın predmeti olan əmlakın ilkin satış (likvid), təkrar hərracdakı 15 faiz aşağı və təklif qiyməti: ilkin satış (likvid) qiyməti: 581000.00 (beş yüz səksən bir min manat) AZN təkrar hərracdakı 15 faiz aşağı qiymət: 493850.00 (dörd yüz doxsan üç min səkkiz yüz əlli manat) AZN təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymət: 370436.88 (üç yüz yetmiş min dörd yüz otuz altı manat səksən səkkiz qəpik) AZN. Nəticə: Hərraclar baş tutmadığından ipoteka saxlayan tələbkar təkrar hərracdakı satış qiymətindən 25 faiz az‒olmayan‒qiymətlə‒əmlakı‒əldə‒etmişdir.
6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı QSC-yə ****************** nömrəli hərrac satışının herrac.gov.az portalında keçirilməsi üzrə texniki xidmətin dəyərinin ödənilməsi üçün MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri‒9831.5594‒manat‒olan‒elektron‒qaimə-faktura‒göndərilmişdir.
7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı QSC-yə ****************** nömrəli hərrac satışının herrac.gov.az portalında keçirilməsi üzrə texniki xidmətin dəyərinin ödənilməsi üçün MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri‒4954.0412‒manat‒olan‒elektron‒qaimə-faktura‒göndərilmişdir.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı QSC-yə ****************** nömrəli hərrac satışının herrac.gov.az portalında keçirilməsi üzrə texniki xidmətin dəyərinin ödənilməsi üçün MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri‒6245.15‒manat‒olan‒elektron‒qaimə-faktura‒göndərilmişdir.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı QSC-yə ****************** nömrəli hərrac satışının herrac.gov.az portalında keçirilməsi üzrə texniki xidmətin dəyərinin ödənilməsi üçün MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri‒11113.1102‒manat‒olan‒elektron‒qaimə-faktura‒göndərilmişdir.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 414.40 kvadrat metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev ** nömrəli qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir.‒
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 228.70 kvadrat metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir.‒
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 461.90 kvadrat metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir.‒
13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ümumi sahəsi 257.80 kvadrat metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
14. Iddiaçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 bank qarşısında götürdüyü kredit öhdəliklərini pozduğu üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında yerləşən 4B, 2B, 1B, 9B, 19B, B* nömrəli qeyri-yaşayış sahələrin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərcləri daxil ümumilikdə 32143,83 manat məbləğində vəsaitin (banka vurulmuş maddi ziyanın) və 186,43 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi‒barədə‒qətnamə‒qəbul‒edilməsini‒xahiş‒etmişdir.
15. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- */**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 1.048.732,41 (bir milyon sıfır qırx səkkiz min yeddi yüz otuz iki manat qırx bir qəpik) manat məbləğində borcun cavabdeh cavabdeh1 tutulması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında yerləşən 4B, 2B, 1B, 9B, 19B, B * nömrəli qeyri-yaşayış sahələrinə yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borcun bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə müvafiq icra şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün Yeni X3 vasitəsi ilə hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında yerləşən 4B, 1B, 9B, **B nömrəli qeyri-yaşayış sahələri müvafiq olaraq ## ###### 2025-ci il tarixli, ****************** saylı, ## ###### 2025-ci il tarixli, ****************** saylı, ##.##.2025-ci il tarixli ****************** saylı və ##.##.2025-ci il tarixli, ****************** saylı hərracın nəticələri barədə elektron yekun protokola əsasən “xxxx” QSC tərəfindən əldə edilmiş və əmlakların bankın mülkiyyətinə keçirilməsi ilə bağlı mülkiyyət çıxarışları alınmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında yerləşən 4B, 1B, 9B, 19B, nömrəli qeyri-yaşayış sahələrinin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərcləri daxil ümumilikdə 32143,86 məbləğində vəsait (banka‒vurulmuş‒maddi‒ziyan)‒bank‒tərəfindən‒həyata‒keçirilmişdir.‒
16. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 443, 443.2, 445.1, 448.1, 1096.1, 1097-ci‒maddələrinə‒istinad‒olunmuşdur.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən bütün sənədlər, həmçinin məhkəmə prosesləri haqqında məlumatlar cavabdeh1 məxsus əvvəllər aktiv olan ********** saylı VÖEN-ə göndərilmişdir. Əlavə olunmuş sənəddən də görünür ki, həmin VÖEN passivdi, yəni fəaliyyəti dayandırılıb. Ona görə də, cavabdeh1 ümumiyyətlə bu iş barədə məlumatı olmamış, həmçinin məhkəmənin proseslərini də bilməmişdir. Məhkəmə tərəfindən özünə məxsus telefon nömrəsinə SMS gəldikdən sonra belə bir işin olması barədə məlumatı olmuşdur. cavabdeh1 iddiaçının göstərdiyi hallarla razı deyildir. Ona görə də iddia ərizəsi ilə bağlı vəsatətlərini təqdim edə bilməmişdir. cavabdeh1 X1 Azərbaycan QSC qarşısında öhdəlikləri üzrə 6 ədəd əmlakını girov qoymuşdur. 4 əmlak hərraca çıxarılmış, digər 2 əmlakla bağlı heç bir hüquqi tədbir görülməmişdir. Iddia ərizəsinə əlavə edilən sübutlar sırasında yalnız hərracın keçirilməsi ilə bağlı xərclər və qarşı tərəfin ona göndərdiyi qaimələr təqdim edilmişdir. Iddiaçının sistemə əlavə etdiyi sənədlərdən hərrac üçün çəkilən xərclərin nədən ibarət olduğu, həmçinin qaimələrdə göstərilən şirkətin hərrac üçün göstərdiyi texniki xidmətlərin nədən ibarət olması barədə açıq məlumat verilməmiş, sənədlər əlavə olunmamışdır. Burada təqdim edilən sənədlər şirkətin göndərdiyi qaimələrdir. Qaimələr üzrə ödənişin edilibedilmədiyi, müqavilədə hansı işlərin görülməli olduğu qeyd edilmir. Bu səbəbdən iddia tələbi ilə razı deyil və heç bir sübut təqdim edilməməsi səbəbindən iddianın rədd edilməsini‒məhkəmədən‒xahiş‒edir.‒
18. Iddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsni və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının‒nümayəndəsinin‒iştirakı‒olmadan‒baxılmasını‒mümkün‒hesab‒etmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi‒ilə‒iddia‒rədd‒edilmişdir.
20. Iddiaçı İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın‒təmin‒edilməsini‒xahiş‒etmişdir.
APELYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apelyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayətinin iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hal-hazırda Azərbaycan Respublikasında hərrac prosesləri X3 vasitəsi ilə açıq auksion olaraq keçirilir. Qeyd edilən əmlaklar ilkin və təkrar hərrac prosesində satışı baş tutmadıqdan qanunvericiliyə uyğun olaraq əmlakların əldə edilməsi ilə bağlı X3 vasitəsi ilə ipoteka saxlayana təklif olunmuşdur. X3 vasitəsi ilə daxil olmuş və elektron qaimələrdə qeyd olunan hərrac nömrələri (135299462804631554, 134965123571085314, 135299481121157122, 134960299743997954) üzrə qeyd olunun xidmət haqqıları bank tərəfindən icra edildiyi ödəniş tapşırıqlarında öz əksini tapmışdır (ödəniş tapşırıqları və hərrac nömrələri‒qeyd‒edilmiş‒X3ndan‒ekran‒görüntüləri‒qoşmaya‒əlavə‒edilib)‒.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. ‒Apelyasiya‒şikayətinə‒qarşı‒etiraz‒daxil‒olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Müabriz oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş‒etdi.
24. Məhkəmə iclasında iştirak edən Cavabdehin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək,‒şikayətin‒təmin‒olunmamasını‒xahiş‒etdi. TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
25. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə‒şəraitində‒əldə‒edəcəyi‒gəlirlər‒(əldən‒çıxmış‒fayda)‒başa‒düşülür.‒
26. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin‒icrasının‒təmin‒edilməsi‒üsuludur.‒
27. 307.1. Ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər,‒ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın‒elektron‒poçt‒ünvanı‒göstərilməlidir.‒
28. 318.1. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir.‒
29. 319.3. Ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. Ipoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən‒tutulur.‒
30. 319.6. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipotekamüqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ‒ipoteka‒verənə‒qaytarılmalıdır.‒
31. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra‒edilməsi)‒başa‒düşülür.‒
32. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda‒bu‒qayda‒qüvvədə‒olmur.‒
33. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara‒uyğun‒müəyyənləşdirilir.‒
34. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi‒qoyulur.‒
35. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi‒bütün‒hallar‒üçün‒cavabdehdir.‒
36. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya‒kobud‒ehtiyatsızlığa‒görə‒məsuliyyətdən‒qabaqcadan‒azad‒etmək‒olmaz. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
37. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc;
38. 4.1.2.‒faizlər;
39. 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi;‒
40. 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 5. Ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir.‒
41. Maddə 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
42. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq‒müəyyən‒edilir.‒
43. Maddə 47.2. Ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq‒icra‒məmuru‒tərəfindən‒aşağıdakı‒qaydada‒bölüşdürülür:
44. 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranıngecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə‒(bu‒ödənişlər‒göstərilən‒ardıcıllıqla‒həyata‒keçirilir);
45. 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə;
46. 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə;‒
47. 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “Icra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə‒tutulmuş‒məbləğdə‒icra‒ödənişinin‒ödənilməsinə.‒
48. Maddə 47.2-1. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1- 2-ci və 62.20-ci maddələrinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə edildiyi halda əmlakın bazar qiyməti ipoteka ilə təmin edilmiş tələbin həcmindən artıq olduqda artıq olan vəsait bu Qanunun 47.2.1–47.2.4-cü maddələrinə uyğun‒olaraq‒bölüşdürülür.‒
49. Maddə 47.5. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa,‒artıq‒məbləğ‒ipoteka‒qoyana‒qaytarılmalıdır.
“Icra haqqında” Azərbaycan Respublikasının Qanunu:
50. Maddə 53.1-1. Üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmetini əldə etmək təklifini alan tələbkar 7 iş günü ərzində həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir və tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Əmlakın bazar qiyməti tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan‒sonra‒qalan‒pul‒məbləği‒borcluya‒qaytarılır.‒
51. Maddə 53.1-2. Tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun‒qərarı‒ilə‒rəsmiləşdirilir.‒
52. Maddə 61.1. Icra məmuru aşağıdakı halların baş verdiyi gündən 3 iş günü müddətində əmlakın elektron hərracda satılması üçün “Elektron icra” informasiya sistemi‒vasitəsilə‒sifariş‒formalaşdırır:
53. 61.1.1. bu Qanunun 53.2-1-ci maddəsində müəyyən edilən müddətdə borclunun müraciət‒etməməsi;‒
54. 61.1.2. borcluya əmlakın açıq bazarda satılması üçün verilmiş müddətdə əmlakın satılmaması;‒
55. 61.1.3. tələbkara təklif edilməli olmayan əmlaka dair qiymətləndirmənin nəticələri haqqında hesabatın icra məmuruna təqdim edilməsi, belə əmlakın qiyməti icra sənədində göstərildikdə isə icra sənədinin könüllü icrası üçün verilmiş müddətin başa çatması.
56. Maddə 62.20. Təkrar elektron hərracda satılmayan əmlak bu Qanunun 53.1-1-ci və 53.1-2-ci maddələrində göstərilən tələblər tətbiq olunmaqla onun bazar qiymətinin 65 faizi həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyən edilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə‒və‒ya‒digər‒orqana‒(notariusun‒icra‒qeydi‒isə‒tələbkara)‒qaytarılır.‒
57. Maddə 74.3. Ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada‒bölüşdürülür.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:
58. Maddə 63. Icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius‒tərəfindən‒bu‒barədə‒şəhadətnamə‒verilməsi‒ilə‒rəsmiləşdirilir.‒
59. Şəhadətnamə müvafiq əmlakın tələbkar tərəfindən qəbul edilməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkar tərəfindən imzalanaraq “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilən‒protokol‒əsasında‒verilir.
APELYASIYA BAXIŞININ HƏDLƏRI
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6cı‒və‒372.7-ci‒maddələri).
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən‒əsaslarla‒da‒ləğv‒edə‒və‒dəyişdirə‒bilər.‒
62. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin‒qanuniliyinin‒və‒əsaslılığının‒tam‒yoxlanılması‒təşkil‒edir.‒
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan‒istifadə‒etməlidir.‒
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut‒etməlidir.‒
65. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən‒ibarətdir.‒
66. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə‒iştirak‒edən‒şəxslərə‒aid‒edilir.‒
67. Maddə‒217.1.‒Məhkəmənin‒qətnaməsi‒qanuni‒və‒əsaslı‒olmalıdır.
68. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
APELYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya‒məhkəməsinin‒qətnaməsi‒dəyişdirilmədən‒saxlanılmalıdır.‒
70. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh1 ## #### 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202283,89 ABŞ dolları əsas borc, 24650,78 ABŞ dolları cərimə, 9429,95 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin ## #### 2014-cü il tarixli *** nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, 52585,86 manat cərimə, faiz borcu 93594,70 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətlərindirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh1 məxsus ilkin satış qiyməti 259000 manat olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanda yerləşən qeyriyaşayış sahəsinə, ilkin satış qiyməti 223000 manat olan 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 222000 manat olan 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanındakı qeyriyaşayış sahəsinə, ilkin satış qiyməti 514000 manat olan 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, **B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 326500 manat olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 581000 manat olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, *B nömrəli ünvanda yerləşən qeyriyaşayış sahəsinə yönəldilsin, həmin ipoteka predmetləri hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına İddiaçı QSC-nin borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün ##.##.2025-ci il tarixli icra vərəqəsi ilə icraya göndərilmiş, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X4 üzrə Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi b, 19, 1B, 4B, *B nömrəli qeyri-yaşayış sahələrinin elektron hərracı keçirilmiş, əmlaklar hərracda satılmadıqdan sonra tələbkar İddiaçı QSC həmin qeyri-yaşayış sahələrini təkrar hərracdakı‒satış‒qiymətindən‒25‒faiz‒az‒olmayan‒qiymətlə‒əldə‒etmişdir.
71. Iş materiallarına əlavə olunmuş 4 ədəd “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokollardan görünür ki, Abşeron rayon, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi B19, 1B, 4B, *B nömrəli qeyriyaşayış sahələrinin elektron hərracı üzrə hərrac təşkilatçıları “xxxx” MMC, “xxxx” MMC‒və‒“xxxx”‒MMC‒olmuşdur.
72. Məhkəmə kollegiya qeyd edir ki, elektron qaimələr sübutetmə baxımından tələb olunan‒hüquqi‒və‒faktiki‒əlaqəni‒təsdiq‒etmir.‒
73. Belə ki, təqdim olunmuş elektron qaimələr birbaşa hərracı təşkil edən subyektlər tərəfindən deyil, “xxxx” MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanmışdır. Halbuki, iddia edilən xərclərin cavabdehə aid əmlakların elektron hərracda satışı ilə bağlı yaranmasını təsdiq etmək üçün Iddiaçı “xxxx” MMC ilə hərracın təşkili və ya texniki xidmətlərin göstərilməsi barədə bağlanmış hər hansı müqaviləni, xidmət aktını, sifariş sənədini‒və‒ya‒digər‒mötəbər‒sübutu‒məhkəməyə‒təqdim‒etməmişdir.
74. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq‒normasının‒məzmunu‒nəzərə‒alınmaqla‒müəyyən‒edilir.
75. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi‒halları‒məhkəmə‒mövcud‒olmayan‒kimi‒rədd‒edə‒bilər
76. Eyni zamanda, elektron qaimələrdə göstərilən hərrac nömrələri (135299462804631554, 134965123571085314, 135299481121157122, 134960299743997954) iş materiallarında olan elektron hərrac protokollarında qeyd edilmiş nömrələrlə (141125716317401088, 141120893639553024, 141460054997299200, 141460077269053440) uyğunluq təşkil etmir. Bu ziddiyyət təqdim olunmuş qaimələrin məhz cavabdehə məxsus əmlakların satışına aid olması barədə iddianı şübhə altına alır və həmin sənədlərin predmet üzrə aidiyyətini aradan qaldırır.
77. Bundan əlavə, elektron qaimələrdə qeyd edilən “texniki xidmətlərin” konkret məzmunu, həcmi, hansı xidmətlərin göstərildiyi, həmin xidmətlərin hansı hüquqi əsasla və hansı əməliyyat üzrə təqdim edildiyi müəyyən edilmir. Təqdim olunmuş sənədlərdən xidmətlərin faktiki icrası, qəbul edilməsi və ya onların hərrac proseduru ilə‒birbaşa‒əlaqəli‒olması‒aydın‒görünmür.
78. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya‒məhkəməsinin‒qətnaməsinin‒ləğvi‒üçün‒əsas‒ola‒bilməz.‒
79. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini‒rəhbər‒tutaraq,‒məhkəmə‒kollegiyası
q ə t e t d i:
Iddiaçı‒İddiaçı‒QSC‒tərəfindən‒verilmiş‒apellyasiya‒şikayəti‒təmin‒edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli‒qətnaməsi‒dəyişdirilmədən‒saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə‒bilər.