Məhkəmə qərarları › İş №e-2-2(3-6)-414/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-414/2026

01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-414/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Iddiaçı “xxxx” MMC Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 qarşı pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Iddiaçı “xxxx” MMC Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 əsas borc üzrə 11303 manat, faiz borcuna görə 1932.73 manat, cərimə borcuna görə 182.51 manat, cəmi 13418.24 manat məbləğində borcun və 130.26 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKTnın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 müştərək qaydada 10949.82 manat məbləğində əsas borcun, 482.41 manat məbləğində faiz borcunun, 182.51 manat dəbbə pulunun və ödənilmiş dövlət rüsumu kimi 126 manat məbləğin tutularaq iddiaçı “xxxx” MMC Qeyri-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və iclasda iştirak etməmələri barədə məlumat verməmişdirlər. Məhkəmə tərkibi apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ləğv edilməli və iddiaçı “xxxx” MMC Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.Kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Iş materiallarından isə görünür ki, hazırkı mübahisə «xxxx» X1-Bank Kredit Təşkilatı ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ************** saylı kredit müqaviləsindən irəli gəlir. Həmin müqavilə kredit təşkilatı ilə kredit alan qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdeh1 arasında bağlansa da, sözügedən müqavilənin cavabdeh1 tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanması öz təsdiqini tapmır. Faktlar: ##.##.2023-cü il tarixli kredit ərizə formasından görünür ki, həmin formada “fərdi kreditlər üçün” olduğu qeyd edilmiş, həmçinin kreditin məqsədi hissəsində “soyuducu almaq üçün” ifadəsi göstərilmişdir. Bundan əlavə, cavabdeh1 VÖEN-i ərizə formasında yer almamışdır. ##.##.2023-cü il tarixli, ************** nömrəli kredit müqaviləsində həmçinin müqavilənin “Tərəflərin ünvanları və imzaları” bölməsində kredit alan cavabdeh1 VÖENi göstərilməmişdir. Eləcə də müqavilədə həmin müqavilənin cavabdeh1 həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmasına dəlalət edən hər hansı şərt yer almamışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən isə 15000 manat məbləğində kredit kredit alana onun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, eləcə də həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Göründüyü kimi, cavabdeh1 verilmiş kredit fərdi sahibkara sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, eləcə də həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Aşağıda istinad edilən normanın məzmunundan isə aydın olur ki, ailə-kəndli təsərrüfatının fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edilmir. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.3-cü maddəsinə görə ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** saylı Qərarının: 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, hazırkı iş üzrə mübahisə iddiaçı «xxxx» X1-Bank Kredit Təşkilatının sahibkarlıq fəaliyyəti ilə bağlı olsa da, cavabdeh cavabdeh1 fərdi sahibkar kimi fəaliyyətindən irəli gəlməsi iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığından kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəməyə aiddir. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırkı halda şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=1b7VFSSjqLM=" cavabdeh cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ləğv edilməklə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. Iddiaçı “xxxx” MMC Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh1 qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar