Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-416/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi üzrə borcun tutulması, borcun məbləğinin müəyyən edilməsi, zaminlik müqaviləsi, sübutetmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. İddiaçı ASC (bank) ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixli KBMK*******B*** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən hazırkı əlavə Bank və Borcalan arasında bağlanmış ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi X2 (bundan sonra “Müqavilə” adlanacaq) ayrılmaz tərkib hissəsi hesab olunur. 2-ci bəndinə əsasən bank aşağıdakı xüsusi şərtlərlə Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür: 2.2. Kreditin məqsədli təyinatı:dövriyyə vəsaitinin artırılması 2.3. Kreditin müddəti: 24 ay 2.4. Kreditin məbləği: 27000 manat 2.6. Kredit üzrə illik faiz dərəcəsi: 20% 2.7. Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: Bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə 5 (beş)% 2.8. FIFD: 21.07 % Müqavilə bankın və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı ASC (kreditor) ilə cavabdeh3 və cavabdeh2 (zamin) arasında ##/##/2023-cü il tarixli Z-KBMK*******B*** saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin borc alanın kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı əlavəsi. 1.11-ci bəndinə əsasən zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalanla eyni həcmdə, birgə məsuliyyət daşıyır. 1.12-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə və ya hüquqi şəxs ləğv edildikdə zaminlik qüvvəsində qalır. 2.4.3-cü bəndinə görə bu müqavilənin 1.2-ci bəndində qeyd olunmuş müqavilədə nəzərədə tutulmuş digər hallarda; kreditor kredit müqaviləsi üzrə əsas və faiz borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı hesabından tuta (silə) bilər. Müqavilə kreditorun imzası və möhürü ilə, zaminin isə imzası ilə təsdiq edilmişdir.
3. Kreditləşmənin xüsusi şərtlərinə dair ##/##/2023-cü il tarixli KBMK2675196B117 müqaviləyə ** saylı əlavənin ödəniş cədvəlinə əsasən cavabdehlər cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 27000 manat, faizin məbləği 5989.62 manat, cəmi ödəniləcək məbləğ 32989.62 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır.
4. ##.##.2024-cü il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki, 13645 manat məbləğində pul cavabdehlər tərəfindən nağdlaşdırılmışdır.
5. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı kredit müqaviləsi üzrə cavabdeh1 ##.##.2025-ci il tarixə 12284.27 manat əsas borc, 745.88 manat faiz borcu olmaqla cəmi 13030.15 manat kredit borcu təşkil edir.
6. İddiaçı ASC tərəfindən cavabdeh1 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ## ###### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən cavabdeh1 İddiaçı ASC-yə ##.##.2025-ci il tarixə əsas kredit borcu 13629.73 manat, faiz borcu 181.73 manat, ## ### 2025-ci il tarixə əsas borc 12452.33 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 (bundan sonra – cavabdehlər ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 12284.27 AZN əsas; 745.88 AZN faiz; cəmi 13030.15 AZN borcun və ödənilmiş 129.09 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 27 000 AZN məbləğində kredit verilmişdir. cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə Bank arasında ##/##/2023-cü il tarixli Z-KBMK*******B*** saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. cavabdeh1 kredit verilərkən cavabdeh3 ilə Bank arasında ##/##/2023-cü il tarixli ZKBMK*******B*** saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13629.73 AZN əsas; 181.73 AZN faiz; cəmi 13811.46 AZN borcun və ödənilmiş 129.09 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 12452.33 (on iki min dörd yüz əlli iki manat otuz üç qəpik) manat məbləğində əsas borc, 181.73 (yüz səksən bir manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumu kimi 127.90 (yüz iyirmi yeddi manat doxsan qəpik) manat məbləğin tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi, qalan hissədə iddia rədd edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC ilə cavabdehlər cavabdeh1 arasında bağlanmış ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh1 müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 27000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdehlər cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Cavabdehlər cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə cavabdeh1 ##.##.2025-ci il tarixə (pretenziya məktubunun gödnərildiyi tarixə) əsas borcu 13629.73 manat, faiz borcu 181.73 məbləğində olması, qərardad qəbul olunan tarixə əsas borc ödənişlər nəzərə alınmaqla 12452.33 manat müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Beləliklə, əsas borc üzrə son qalıq borcu, faiz borcu üzrə tərəfə pretenziya göndərilən tarixə uyğun faiz borcu əsas götürülməklə, ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı kredit müqaviləsi üzrə 12452.33 manat əsas və 181.73 manat məbləğində faiz borcu cavabdehlərdən bankın xeyrinə tutulmalıdır. Iş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (bank) ilə cavabdeh1 arasında bağlanmış ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (bank) ilə cavabdeh3 və cavabdeh2 arasında ##/##/2023-cü il tarixli Z-KBMK*******B*** saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zaminlər cavabdeh3 və cavabdeh2 borc alan cavabdeh1 ## #### 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Məhkəmə zamin cavabdeh3 və cavabdeh2 ## #### 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında ##/##/2023-cü il tarixli KBMK*******B*** saylı Kredit müqaviləsi üzrə borc alan cavabdeh1 bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 129.09 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş 127 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467-ci maddələrini, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarını tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni ekspertiza keçirilməklə həmin ekspertizanın rəyinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq rəydə ekspert iddaçı tərəfindən hesablanan faiz və dəbbə pullarını onların təqdim etdiyi maliyyə arayışı əsasında müəyyən etmiş və yalnız dəbbə pullarını hesablamayaraq rəy vermişdir. Lakin ekspert qarşısında qoyulan ən əsas sual faiz borclarının düzgün hesablanıb-hesablanmamısı idi. Belə ki, iddiaçı bank maliyyə arayışında hansı məbləğləri yazmışdırsa ekspert də, həmin məbləğləri əsas götürmüş, gecikmənin günlərini və gecikmə günlərinə görə hesablanmış faizlərin necə hesablanması barədə araşdırma aparmamışdır. Iddiaçı bank iddia ərizəsində gecikmə faizləri barədə başqa məbləğlər yazsa da, ekspertizaya təqdim etdikləri maliyyə arayışında ərizəyə nisbətdə azaldılmış rəqəmlər göstərmiş, ekspert də, əlavə araşdırma aparmadan birbaşa həmin maliyyə arayışına istinad edərək rəy vermişdir. Bu da öz növbəsində ekspertin üzərinə düşəni araşdırmaq və yenidən hesablamaq vəzifəsini icra etmədiyini göstərir. Bundan başqa iddiaçı bank cavabdeh cavabdeh1 tərəfindən ödənişlər edilsə də, həmçinin zaminlərdən də, ödənişlərə görə tutulmalar etmişdir. Lakin bankla danışıqlar zamanı bildirilmişdir ki, yalnız cavabdeh1 tutulmalar edilsin, həmin tutulmalar zaminlərə yönləndirilməsin. Məhkəmə dəbbə pulunu təmin etməklə iddiaçı bankın əsassız varlanmasına səbəb olur, buna görə də qətnamədə müəyyən olunmuş dəbbə pulu silinməlidir. Belə ki, dəbbə pulunun cavabdehdən tutulması ona maddi ziyan vurur və qarşı tərəfin əsassız varlanmasına səbəb olur. Iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrində konkret olaraq dəbbə pulunun hansı məbləğdə olması göstərilməmiş, həmçinin hesablanma mexanizmi və əsasları müəyyən edilməmişdir. Məhkəmə yalnız iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi dəbbə pulunu əsaslı görərək təmin etmiş, halbuki ekspert öz rəyində həmin hissəyə ümumiyyətlə toxunmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
20. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır
28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
35. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
38. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
41. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
49. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
50. Belə ki, apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh cavabdeh1 kredit müqaviləsi üzrə borcu olduğunu mübahisələndirməmiş, yalnız borcun məbləği ilə razılaşmamışdır.
51. Borcun düzgün hesablanmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ## ###### 2025-ci il tarixli, *-**-**/*- */****/**** saylı ekspert rəyinə əsasən cavabdeh1 İddiaçı ASC-yə ##.##.2025-ci il tarixə əsas kredit borcu 13629.73 manat, faiz borcu 181.73 manat, ## ### 2025-ci il tarixə əsas borc 12452.33 manat müəyyən edilmişdir.
52. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1
53. Məhkəmə kollegiyası qeyd edir ki, borcun düzgün hesablanmaması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən ekspert rəyini şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır.
54. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəbbə pulu ilə bağlı dəlili mahiyyəti üzrə əsassızdır. Çünki apellyator dəbbə pulunun hesablanmasını və tutulmasını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən dəbbə pulunun tutulması barədə tələb irəli sürülməmiş, birinci instansiya məhkəməsi tərəfindən də dəbbə pulunun tutulmasına dair nəticəyə gəlinməmişdir.
55. Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, xxxx” ASC (bank) ilə cavabdeh3 və cavabdeh2 arasında bağlanmış ##/##/2023-cü il tarixli Z-KBMK*******B*** saylı zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında
1 Ali Məhkəmə, Iş № 2-2(102)-553/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49 zamin olan cavabdehlər cavabdeh3 və cavabdeh2 borclu olan cavabdeh cavabdeh1 ilə birgə məsuliyyət daşıyır (§ 31-33).
56. Belə olan halda əsas, faiz borcunun əsas borclu ilə yanaşı zaminlərdən də müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
59. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.