Məhkəmə qərarları › İş №e-2-2(3-6)-417/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-417/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərardad Bakışəhəri İş№e-2-2(3-6)-417/2026 19.05.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “TVM İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddiadan imtina, icraata xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıMMC-ninnümayəndəsinümayəndə1iştirakıilə İddiaçı MMC-nin “TVM İnşaat” MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqərardadıqəbuletdi: İşin halları

1. “TVM İnşaat” MMC (sifarişçi) və İddiaçı MMC (icraçı) arasında ##.##.2023-cü il tarixdə tikinti işlərinin icrası barədə müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə icraçı, “Cəbrayıl rayonu inzibati ərazisində Qarabağ meşəçilik və təlim mərkəzinin tikintisi” layihəsi çərçivəsində sifarişçinin tələbi ilə müqaviləyə Əlavə № *-də göstərilən tikinti işlərinin layihədə nəzərdə tutulan müddətdə və keyfiyyət standartlarına uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə icra olunmuş işləri qəbul edib onun dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdələrinəgötürmüşlər.

2. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər təhvil verilmiş işlərə dair tərəflər arasında tərtib edilmiş akt əsasında hazırlanan aralıq ödənmə sertifikatına əsasən 10 (on gün)günərzindəhəyatakeçiriləcəkdir.

3. Müqavilənin 2.5-ci bəndinə görə, müqavilənin dəyəri, iş həcmləri və qiymət cədvəli müqaviləyəƏlavə1-dəgöstərilmişdir.

4. Müqavilənin 4.1-ci bəndinə əsasən, işlər hissə-hissə olmaqla sifarişçi tərəfindən təqdim edilənqrafikəuyğunolaraqicraedilərəktəhvilveriləcək.

5. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı əsasında sifarişçi tərəfindənicraçıya96000manatödənilmişdir.

6. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki,sifarişçitərəfindənicraçıya150000manatödənilmişdir.

7. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki,sifarişçitərəfindənicraçıya127118,64manatödənilmişdir.

8. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki,sifarişçitərəfindənicraçıya100000manatödənilmişdir.

9. Sifarişçi ilə icraçı arasında imzalanmış akta görə, 2023-cü ilin iyun ayında icraçı tərəfindən210103,92manatməbləğindəişicraedilmişdir.

10. Sifarişçi ilə icraçı arasında imzalanmış akta görə, 2023-cü ilin iyul-avqust aylarında icraçıtərəfindən301006,74manatməbləğindəişicraedilmişdir.

11. Sifarişçi ilə icraçı arasında imzalanmış akta görə, 2023-cü ilin sentyabr-oktyabr aylarındaicraçıtərəfindən1144694,85manatməbləğindəişicraedilmişdir.

12. İcraçı tərəfindən sifarişçiyə ##.##.2023-cü il tarixdə EBDK ****** nömrəli, 210103,92 manat məbləğində, ##.##.2023-cü il tarixdə EBDN ****** nömrəli, 301 006,74 manat məbləğində, ##.##.2023-cü il tarixdə EBDT ****** nömrəli, 1144 694,85 manat məbləğində elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. İddiaçı MMC (iddiaçı) İddiaçı MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən görülmüş işlər üzrə malın ƏDV-siz ümumi dəyəri qismində 336 886,07 (üç yüz otuz altı min səkkiz yüz səksən altı manat yeddi qəpik) manat, malın ƏDV məbləği üzrə 60 639,09 (altmış min altı yüz otuz doqquz manat doqquz qəpik) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 688 (altı yüzsəksən səkkiz) manat olmaqla, ümumilikdə 398213,16 (üç yüz doxsan səkkiz min iki yüz on üç manat, on altı qəpik) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasınıxahişetmişdir.

14. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, tərəflər arasında “iyun 2023”, “iyul-avqust 2023” və “sentyabr-oktyabr 2023” dövrü üzrə tərtib edilmiş aktlar əsasında iddiaçı tərəfindən yekunlaşdırılmış işlər cavabdeh tərəfindən təhvil alınmış, “Cəbrayıl rayonu inzibati ərazisində Qarabağ meşəçilik və təlim mərkəzinin salınmasına” dair tikinti işlərinin görülməsinə ##.##.2023-cü il tarixli EBDK serialı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDN serialı ****** nömrəli və ##.##.2023-cü il tarixli EBDT serialı ****** nömrəli qaimə-fakturalara əsasən malın ƏDV-siz ümumi dəyəri olaraq 1403 225,01 (bir milyon dörd yüz min üç min iki yüz iyirmi beş manat on qəpik) manat və malın ümumi ƏDV məbləği 252580,5 (iki yüz əlli iki min beş yüz səksən manat əlli qəpik) manat sərf edilmişdir. Lakin “Cəbrayıl rayonu inzibati ərazisində Qarabağ meşəçilik və təlim mərkəzinin tikintisi” layihəsi çərçivəsində İddiaçı MMC tərəfindən aparılmış tikinti işləri üzrə “TVM İnşaat” MMC tərəfindən bank ödəniş məlumatlarına əsasən malın ƏDV-siz ümumi dəyəri qismində 1066 338,94 (bir milyon altmış altı min üç yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat və malın ƏDV məbləği üzrə 191 941,01 (bir yüz doxsan bir min doqquz yüz qırx bir manat bir qəpik) manat ödəniş edilmişdir. “TVM İnşaat” MMC tərəfindən ## ### 2023-cü il tarixli xxxx-TVM-2023/05/14 nömrəli “Tikinti işlərinin icrası barədə” müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilməmişdir və nəticədə malın ƏDV-siz ümumi dəyəri qismində 336 886,07 (üç yüz otuz altı min səkkiz yüz səksən altı manat yeddi qəpik) manat və malın ƏDV məbləği üzrə 60 639,09 (altmış min altı yüz otuz doqquz manatdoqquzqəpik)manatborcuyaranmışdır.

15. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasının yeri (vaxtı) barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməiclasınagəlməmişdir.

16. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, “TVM İnşaat” MMC-dən 336 886,07 (üç yüz otuz altı min səkkiz yüz səksən altı manat yeddi qəpik) manat, ƏDV məbləği üzrə 60 639,09 (altmış min altı yüz otuz doqquz manat doqquz qəpik) manat, cəmi 397525,16 manat məbləğində əsas borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 688 manatın İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinətutulmasıqətolunmuşdur.

17. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 İddiaçı MMC ilə cavabdeh ## ### 2023-cü il tarixli, № xxxx-TVM-2023/05/14 nömrəli “Tikinti işlərinin icrası barədə” müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Cəbrayıl rayonu inzibati ərazisində Qarabağ meşəçilik və təlim mərkəzinin tikintisi” layihəsi çərçivəsində İcraçı, sifarişçinin tələbi ilə müqaviləyə əlavə №*-də göstərilən tikinti işlərinin layihədə nəzərdə tutulan müddətdə və keyfiyyətdə standartlara uyğun olaraq yerinə yetirməyi, sifarişçi isə icra olunmuş işləri qəbul edib onun dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər təhvil verilmiş işlərə dair tərəflər arasında tərtib edilmiş akt əsasında hazırlanan aralıq ödənmə sertifikatına əsasən 10 (on gün) gün ərzində həyata keçiriləcək. Tərəflər arasında “iyun 2023”, “iyul-avqust 2023” və “sentyabr-oktyabr 2023” dövrü üzrə tərtib edilmiş aktlar əsasında iddiaçı tərəfindən yekunlaşdırılmış işlər cavabdeh tərəfindən təhvil alınmışdır. “Cəbrayıl rayonu inzibati ərazisində Qarabağ meşəçilik və təlim mərkəzinin salınmasına” dair tikinti işlərinin görülməsinə ##.##.2023-cü il tarixli EBDK serialı ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDN serialı ****** nömrəli və ##.##.2023-cü il tarixli EBDT serialı ****** nömrəli qaimə-fakturalara əsasən görülmüş işlərin ƏDV-siz ümumi dəyəri olaraq 1 403 225,01 (bir milyon dörd yüz üç min iki yüz iyirmi beş manat on qəpik) manat və malın ümumi ƏDV məbləği 252 580.5 (iki yüz əlli iki min beş yüz səksən manat əlli qəpik) manat olsa da, İddiaçı MMC tərəfindən aparılmış tikinti işləri üzrə “TVM İnşaat” MMC-nə bank ödəniş məlumatlarına əsasən malın ƏDV-siz ümumi dəyəri qismində 1 066 338,94 (bir milyon altmış altı min üç yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat və malın ƏDV məbləği üzrə 191 941,01 (bir yüz doxsan bir min doqquz yüz qırx bir manat bir qəpik) manat ödəniş edilmişdir. “TVM İnşaat” MMC tərəfindən ## ### 2023-cü il tarixli, № xxxx-TVM-2023/05/14 nömrəli “Tikinti işlərinin icrası barədə” müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilməmişdir və nəticədə müqavilə üzrə görülən işlərin dəyəri olaraq ƏDV-siz ümumi dəyəri qismində 336 886,07 (üç yüz otuz altı min səkkiz yüz səksən altı manat yeddi qəpik) manat və malın ƏDV məbləği üzrə 60 639,09 (altmış min altı yüz otuz doqquz manat doqquz qəpik) manat borcu yaranmışdır.

 İddiaçı tərəfindən qeyd edilən dəyərdə işlərin yerinə yetirilməsi təhvil-təslim aktları ilə sübuta yetirildiyindən və cavabdeh tərəfindən podrat müqaviləsi üzrə şərtləndirilən muzdun tam ödənilmədiyi iş materialları ilə təsdiqini tapdığından iddia təmin edilməlidir.

18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1-civə448.1-ci, 752.1-ci, 753.3-cümaddələrinəistinadetmişdir.

19. Qətnamədən cavabdehin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, cavabdeh tərəfindən iddiaçıya ödənişlərin edildiyi, iddiaçının bütün ödəniş sənədlərini məhkəməyə təqdim etmədiyi, mövcud borc məbləğinin azaldığı, məhkəmə tərəfindən ümumi borc məbləğinindüzgünhesablanmadığıarqumentləriiləəsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

20. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.

Apellyasiya baxışı, izahat

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi isə iddiadan imtina etdiklərini bildirməklə işin icraatına xitam verilməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-cimaddəsininqaydalarıiləmüəyyənolunur.

23. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadlaeynizamandaişüzrəicraataxitamverir.

24. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbulolunmuşsahakimişüzrəicraataxitamverir.

25. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğvedib,buMəcəllənin261-cimaddələrinəmüvafiqolaraqişüzrəicraataxitamverəbilər.

Məhkəmə kollegiyasının mövqeyi

26. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının səlahiyyətli şəxsinin iddiadan imtina məzmunlu ərizəsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsiləğvedilməkləişinicraatınaxitamverilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin261,397-398, 405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏRARA ALDI:

İddiaçıİddiaçıMMC-nin nümayəndəsininiddiadan imtinasıqəbuledilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğvedilərəkişinicraatınaxitamverilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləritərəflərinözünəaidolunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinəkassasiyaşikayətiveriləbilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar