Məhkəmə qərarları › İş №e-2-2(3-6)-423/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-423/2026

30.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-423/2026 30.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı və göndərmə müqaviləsi, sübutetmə, satınalma müqaviləsi, pul öhdəliyinin icrasının gecikdirilməsi, gecikdirmə nəticəsində dəymiş zərər, əldən çıxmış fayda, dəbbə pulu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi (vəkili)Vəkiliştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” barədə ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “dəymiş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında ##.##.2024-cü il tarixdə **/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndində təsbit olunmuşdur ki, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavədə (X6) (bundan sonra birlikdə “Əlavələr”) göstərilmiş cihazların, avadanlıqların, ehtiyat hissələrinin (bundan sonra birlikdə “Mallar”, ayrılıqda “Mal” adlandırılacaq) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı isə sadalanan malları müqavilədə və ona dair əlavələrində nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmişməbləğini(qiyməti)satıcıyaödəməyiöhdəsinəgötürür.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, alıcının (və ya onun nümayəndəsinin) satıcıya (və ya onun nümayəndəsinə) telefon (zəng və ya proqram tətbiqi yolu ilə), elektron poçt və ya kuryer (poçt) vasitəsilə sifariş etdiyi malların növü, miqdarı, çeşidi, sayı, ölçüsü, standartı, zəmanət və çatdırılma müddəti hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilən, müqaviləninayrılmazhissəsisayılanƏlavələrdəmüəyyənedilir.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqaviləyə Əlavələrdə başqa hal nəzərdə tutulmayıbsa, malların alıcıya çatdırılması satıcının hesabına nəql edilməsi yolu ilə həyata keçiriləcək.

4. Müqavilənin 2.2-ci bəndinə əsasən, qarşılıqlı razılaşma ilə satıcı müqavilə müddəti ərzindəmallarıbirvəyabirnecəpartiyailətəhvilverəbilər.

5. Müqavilənin 2.3-cü bəndinə əsasən, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Malların təhvil verilməsi məqsədilə aparılan yoxlamalar zamanı aşkar edilmiş xırda və aradan qaldırılması mümkün olan malların keyfiyyətindəki qüsur və çatışmazlıqlar aşkar olunduğu halda onu alıcının seçimi ilə razılaşdırılmış müddət ərzində yenisi ilə əvəz etmək və ya qiyməti mütənasib olaraq azaltmaq və ya onun dəyərinin alıcıya geri qaytarılmasını təmin etmək, eləcə də bu barədə alıcıya müvafiq təsdiqedici sənədi təqdim etmək. Təhvil-Təslim aktında qeyd olunan qüsur və çatışmazlıqlar 1 ay müddətində aradan qaldırılmadıqda Satıcı 6.3-cü maddə üzrə məsuliyyətdaşıyır.

6. Müqavilənin 2.4-cü bəndinə əsasən, qüsurun satıcının təqsiri ucbatından əmələ gəldiyi təsdiqlənərsə, o, malları alıcının tələbinə əsasən yenisi ilə əvəz etməyi və yaxud dəymiş ziyanı ödəməyiöhdəsinəgötürür.

7. Müqavilənin 2.5-ci bəndinə əsasən, malların Təhvil-Təslim Aktı imzalandığı və quraşdırılıb tam işlək vəziyyətdə təhvil verildiyi andan malların təsadüfən və ya qəsdən məhv olmasıvəyazədələnməsiriskialıcıyakeçir.

8. Müqavilənin 2.6-cı bəndinə əsasən, alıcı gizli olan və ya Təhvil-Təslim imzalandığı və quraşdırılıb tam işlək vəziyyətdə təhvil verildiyi zaman aşkar edilməsi mümkün olmayan qüsurların sonradan aşkar edilməsi üzrə satıcıya 15 iş günü ərzində məlumat bildirməlidir. Satıcı bu halda 1 ay müddətində aşkar edilmiş belə qüsurları aradan qaldırmalı, yenisi ilə əvəz etməli və ya belə mallarındəyərinialıcıyageriödəməlidir.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı tərəfindən sifariş olunmuş malların dəyəri müqaviləninayrılmaztərkibhissəsisayılanƏlavələrdəmüəyyənedilir.

10. Müqavilənin 3.2-ci bəndinə əsasən, satılan malların qiymətində, miqdarında və konfiqurasiyasında dəyişiklik yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.

11. Müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilə üzrə təqdim ediləcək mallar müqabilində alıcı tərəfindən satıcıya ödəniləcək ümumi məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 906860,76 (doqquz yüz altı min yeddi səkkiz yüz altmış manat 76qəpik)(bundansonraMüqaviləqiymətiadlanacaq)təşkiledir.

12. Müqavilənin 3.4-cü bəndinə əsasən, müqavilə üzrə avans ödənişi nəzərdə tutulmamışdır.

13. Müqavilənin 3.6-cı bəndinə əsasən, təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmalarıntutuşdurulmasıaktıtərtibolunabilər.

14. Müqavilənin 3.7-ci bəndinə əsasən, tərəflərin hər biri xidmət həyata keçirdiyi bankda bütün bank komissiyalarını və digər ödənişlər üzrə xərcləri müstəqil şəkildə ödəyir. Malların dəyərinə Azərbaycan Respublikasının qanunvericiyi ilə nəzərdə tutulmuş bütün vergi və məcburi ödənişlərdaxildir.

15. Müqavilənin 3.8-ci bəndinə əsasən, müqavilənin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində Satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhviltəslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ Təchizatçıya ödənilir.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən, Satıcının öhdəlikləri aşağıdakılardır: 4.1.1. alıcıya keyfiyyətli və yararlı Malları satmaq; 4.1.2. alıcıya üçüncü şəxslərin hüquqlarından azad Mallar təqdim etmək; 4.1.3. sifarişçinin sifarişi ilə malların alıcıya müvafiq qaydada təhvil verilməsini təmin etmək; 4.1.4. malların təyinatına uyğun istifadə üçün yararlılığına və keyfiyyətinə dair zəmanət vermək; 4.1.5. malların təhvil-təslim anına qədər onların təsadüfən zədələnməsi və ya məhv olmasına görə məsuliyyət daşımaq; 4.1.6. malların çatdırılması zamanı onların məhv olması, habelə onların miqdarı, çeşidi və keyfiyyətində alıcı ilə əvvəlcədən razılaşdırılmamış çatışmazlıqlar aşkar olunduqda, onları alıcının seçimi ilə razılaşdırılmış müddət ərzində yenisi ilə əvəz etmək və ya qiyməti mütənasib olaraq azaltmaq və ya onun dəyərinin alıcıya geri qaytarılmasını təmin etmək, eləcə də bu barədə alıcıya müvafiq təsdiqedici sənədi təqdim etmək; 4.1.7. mallar alıcıya təhvil verdikdə və bu Müqavilədə nəzərdə tutulan sənədlər satıcı tərəfindən alıcıyaverilir.

17. Müqavilənin 4.2-ci bəndinə əsasən, satıcının hüquqları aşağıdakılardır: 4.2.1. müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək; 4.2.2. Alıcı müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından azı 1 (bir) ay əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə birtərəfliqaydadaimtinaetmək.

18. Müqavilənin 4.3-cü bəndinə əsasən, alıcının öhdəlikləri aşağıdakılardır: 4.3.1. Müqavilənin şərtlərinə uyğun tədarük olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək; 4.3.2. Müqaviləyə əsasən tədarük olunan Malların miqdarı, çeşidi, keyfiyyəti və digər şərtlərinin Satıcı tərəfindən pozulması halları barədəSatıcını3(üç)işgünüərzindəməlumatlandırmaq.

19. Müqavilənin 4.4-cü bəndinə əsasən, alıcının hüquqları aşağıdakılardır: 4.4.1-ci Malların tərəflər arasında razılaşdırılmış standartlara və keyfiyyətə uyğun olmasını tələb etmək; 4.4.2. Müqavilə şərtlərinə uyğun malların salamatlığını, keyfiyyətini, miqdarını və çeşidini müşayiətedici sənədlər əsasında yoxlamaq və həmin yoxlama zamanı aşkar edilmiş hər hansı qüsurlar və ya uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə satıcıya yazılı bildiriş vermək; 4.4.5. Satıcı alıcıya Əlavələrdə müəyyənləşdirildiyindən az miqdarda mallar verdikdə, çatışmayan miqdarda malların verilməsini tələb etmək, belə malların dəyərini ödəməmək və ya malların dəyəri ödənilmişdirsə, artıq ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək; 4.4.6. Satıcının təhvil verdiyi malların göstəriciləri və keyfiyyətində hər hansı bir qüsur və/və ya çatışmazlıq ortaya çıxarsa, həmin mal(lar)ı yenisi ilə əvəz edilməsini və yaxud dəymiş ziyanın ödənilməsini tələb etmək;

20. Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədəolanqanunvericiliyəuyğunolaraqtətbiqediləcək.

21. Müqavilənin 6.2-ci bəndinə əsasən, mallar alıcıya təhvil-verildikdən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə, alıcı ödənişi gecikdirdiyi hər günə görə 10% (on faiz) məbləğində dəbbə pulu ödəməlidir, lakin dəbbə pulunun məbləği ödəniləcək məbləğin5%-dən(beşfaiz)çoxolmayacaq,

22. Müqavilənin 6.3-cü bəndində nəzərdə tutulmuşdur ki, X4 qeyd olunan malları alıcı son istifadəçi ilə bağlanan satınalma müqaviləsinə əsasən satın alır. Malların çatdırılmasına görə son istifadəçi tərəfindən alıcıya tətbiq edilən bütün cərimə və sanksiyalar həmin an alıcı tərəfindən satıcıya birbaşa tətbiq ediləcək.

23. Müqavilənin 6.4-cü bəndinə əsasən, heç bir tərəf, müqavilənin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsindən yaranan əldən çıxmış fayda, o cümlədən heç bir məhdudiyyət qoyulmadan hər hansı bir gəlirin itirilməsinə görə məsuliyyət daşımır. Bu şərt müqaviləninxitamındansonradaqüvvədəqalır.

24. Müqavilənin 6.5-ci bəndinə əsasən, bir tərəf digər tərəfə müvafiq tərəf tərəfindən müqavilənin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsindən yaranan və ya bununla bağlı olaraq meydana çıxan məqbul vəkil haqları və xərcləri, həmçinin, cərimələr də daxil olmaqla istənilən və bütün növ iddialar, itkilər, tələblər, hərəkətlər, məsrəflər və xərclər nəticəsində dəyənyalnız faktiki zərəri ödəməlidir.

25. Müqavilənin 6.6-cı bəndinə əsasən, müqavilə üzrə cərimələrin ödənilməsi tərəfləri bu Müqaviləüzrəöhdəlikləriniyerinəyetirməkvəzifəsindənazadetmir.

26. Müqavilənin 12.1-ci bəndinə əsasən, müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi (əgər varsa) tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliyini icraedənədəkqüvvədəqalır.

27. Tərəflər arasında bağlanmış ## ######## 2024-cü il tarixli X6 əsasən, 8 adda malın ƏDVdaxilqiyməti906860,76manatmüəyyənedilmişdir.

28. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə *************** №-li “Malların təhvil qəbul aktı”na əsasən ƏDV daxil 101 152,86 manat məbləğində mallar ## ###### 2024-cü il tarixində, *************** №-li “Malların təhvil-qəbul aktları”na əsasən ƏDV daxil 6616,53 manat məbləğində mallar ## ###### 2024-cüiltarixindətəhvilverilmişdir.

29. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların təqdim edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli MT2412 serialı ******** nömrəli 101 152,85 manat məbləğində, ##.##.2024cü il tarixli MT2411 seriyalı ******** nömrəli 6616,53 manat məbləğində e-qaimələr göndərilmişdir.

30. contact@xxxx.az elektron poçt ünvanından narmin@xxxx.net ünvanına ##.##.2024-cü il tarixdə göndərilmiş məktubda aşağıdakılar göstərilmişdir: “Narmin xanım, Anar müəllim ilə görüş zamanı müzakirə etdiyimiz məktubları nə “Bruker”, nə də “Target” şirkətləri təqdim etməkdən imtina edirlər. Qısa izah bundan ibarətdir ki, Ermənistana və Azərbaycana silah göndərilməsinə ambarqoqoyulub.”

31. contact@xxxx.az elektron poçt ünvanından narmin@xxxx.net ünvanına ##.##.2024-cü il tarixdə göndərilmiş məktubda aşağıdakılar göstərilmişdir: “Narmin xanım, salam. Müqavilədə 4cü mövqedə olan “HazMatİD Elite”, “X2 Chemical İdentifier” cihazın techizinin naməlum müddətə təxirəsalınmasıiləəlaqədarməktubuəlavəedirəm”.

32. narmin@xxxx.net elektron poçt ünvanından contact@xxxx.az ünvanına ##.##.2024-cü il tarixdə göndərilmiş məktubda aşağıdakılar göstərilmişdir: “Salam Ramazan bəy. Məktubların olmaması vəziyyəti çətinləşdirir. Bu mövzuya bağlı müdriyyətin qərarı bilindikdə Sizə bildirəcəyəm. Zəhmət olmasa bildirərdiniz: Rəsmi mail-lər mövcuddurmu? İstənilərsə təqdim edə biləcəksinizmi? Alternativ məhsullar təsdiqləndiyi təqdirdə gətirilməsində hər hansı problem olacaqmı?.İstehsalçıiləhal-hazırkıstokvəziyyətiaydınlaşdırılıbmı?.”

33. narmin@xxxx.net elektron poçt ünvanından contact@xxxx.az ünvanına ##.##.2024-cü il tarixdə göndərilmiş məktubda aşağıdakılar göstərilmişdir: “Salam Ramazan bəy. Bu cihaz əvvəlki danışıqlarda gətirilə bilən məhsullar siyahısında idi. Məktubda tarix ## #### 2024 göstərilib. Zəhmət olmasa bildirərdiniz, indiyədək bu informasyanı bizimlə paylaşılmama səbəbi nədir?Hal-hazırdahansıalternativtəklifedirsiniz?.”

34. İddiaçı MMC-nin direktoru tərəfindən ##.##.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoruna aşağıdakı məzmunda məktub ünvanlanmışdır: “Hörmətli Anar müəllim, Məlumat üçün bildiririk ki, ... aşağdakı malların təchizində çətinliklərlə üzləşilib, o cümlədən “Raid-M 100 plus”, “Bruker”, “Hand”-held Chemical Agent dedector (mövqe №*), “Target F500”, “Radionuclide İdentifyine Device (RİD” (möve №*) və “Dozimetr radiometr poiskovıy MKS-PM1401K-3P (möve №*). Sözügedən malların istehsalçıları ilə danışıqlar nəticəsində müəyyən olunmuşdur ki, Avropa Birliyinin Azərbaycana qarşı tətbiq etdiyi və hazırda qüvvədə olduğu hərbi və ikili təyinatla mallara dair embarqosu səbəbindən, sözügedən malların ölkəmizə təchiz olunması mümkün deyil. Bunları nəzərə alaraq, həmin malların analoqları təklif edilir. Qiymət təklifi və texniki təsvirləri * nömrəli Qoşmada qeyd olunmuşdur. “HazMatİD Elite”, “X2 Chemical İdentifier (mövqe №*) avadanlığın istehsalı üçün lazımi kritik komponentlərin təchizində ciddi problemlər yaranıb və sözügedən malın 2024-cü ilin sonuna qədər təchizi mümkün deyil. İstehsalçının rəsmi məktubu * nömrəli Qoşmada nəzərinizəçatdırılır”.

35. narmin@xxxx.net elektron poçt ünvanından contact@xxxx.az ünvanına ##.##.2024-cü il tarixdə göndərilmiş məktubda aşağıdakılar göstərilmişdir: “Salam Ramazan bəy. Zəhmət olmasa, müqavilə üzrə digər məhsulların çatdırılması ilə bağlı dəqiq tarixi qeyd edin. Xatırladım ki,müqaviləşərtlərinəəsasənçatdırılmamüddəti##.##.2024tarixinəkimidir”.

36. narmin@xxxx.net elektron poçt ünvanından contact@xxxx.az ünvanına ##.##.2024-cü il tarixdə göndərilmiş məktubda aşağıdakılar göstərilmişdir: Salam Ramazan bəy. Əlavədə Sizə PTX tərəfindən göndərilən cavab məktubunu diqqətinizə çatdırıram. Qeyd edim ki, müqavilə üzrə məhsulların çatdırılması mütləqdir. Əks halda İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən şirkətimizə tətbiq olunacaq cərimə İddiaçı MMCşirkətinəyönəldiləcəkdir.Zəhmətolmasaməktublatanışolubmünasibəıtbildirin”.

37. narmin@xxxx.net elektron poçt ünvanından contact@xxxx.az ünvanına ##.##.2025-ci il tarixdə göndərilmiş məktubda aşağıdakılar göstərilmişdir: Salam Ramazan bəy. Bu yazışmalar 2023-cü ilə aiddir. 2024-cü ildə edilən yazışmaları göndərin zəhmət olmasa. Həmçinin enbarqo tətbiqedilənməhsullarıqeydedin”.

38. contact@xxxx.az elektron poçt ünvanından narmin@xxxx.net ünvanına ##.##.2025-ci il tarixdə göndərilmiş məktubda qeyd olunmuşdur ki, “Narmin xanım, “Bruker” ümumiyyətlə bu malın sorğusuna cavab vermir – uzun cəhdlərdən sonra Qazaxıstandakı nümayəndə vasitəsilə müəyyəncavablarəldəolunur.Yazışmaəlavəedilir”.

39. contact@xxxx.az elektron poçt ünvanından narmin@xxxx.net ünvanına ##.##.2025-ci il tarixdə göndərilmiş məktubda qeyd olunmuşdur ki, “Narmin xanım, bir-neçə dəfə email ilə sorğu edilib – istehsalçı export lisenziyasının olmadığını bildirib. Telefona ümumiyyətlə cavab vermirlər”.

40. narmin@xxxx.net elektron poçt ünvanından contact@xxxx.az ünvanına ##.##.2025-ci il tarixdə göndərilmiş məktubda aşağıdakılar göstərilmişdir: Salam Ramazan bəy. Göndərilən yazışmalar 2022-2023-cü illərə aiddir. Zəhmət olmasa, qalıq sifarişlərdən təhvil veriləcək məhsullarla bağlı dəqiq tarixi, enbarqo tətbiq edilən məhsullarla bağlı isə istehsalçıdan rəsmi sənədtəqdimedin”.

41. Cavabdeh MMC (Təchizatçı) ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (Satınalan Təşkilat) arasında bağlanmış SM-**/**/**-** saylı ##.##.2024-cü il tarixli “Malların satınalma müqaviləsi”nə əsasən, Təchizatçı reaktivlərin, cihazların, avadanlıqların, ehtiyat hissələrinin Qiymət cədvəli (VI Bölmə) bölməsində müəyyənləşdirilmiş vergilər və digər xərclər daxil 1986 889,93 manat məbləğinə və İcra qrafiki (VII Bölmə) bölməsində müəyyənləşdirilmiş müddətdə göndərməyi və əlaqədar xidmətləri göstərməyi (tətbiq olunarsa), satınalan təşkilat isə müqavilənin nəticələrini (malları və əlaqədar xidmətləri) təhvil alıb dəyərini müqaviləiləmüəyyənedilmişşərtlərlətəchizatçıyaödəməyiöhdəsinəgötürür.

42. “xxxx” ASC (Qarant) tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş bank qarantiyası ilə Qarant, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (Benefisiar) ilə Cavabdeh MMC (Prinsipal) arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən Prinsipalın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 200000 manat məbləğində Benefisiarın ilk yazılı tələbiəsasındaödənilməsinintəminatıolaraqgerigötürülməyənqarantiyavermişdir.

43. Həmin qarantiyada nəzərdə tutulmuşdur ki, Benefisiar Qaranta qarşı yönəlmiş tələbində müqavilənin benefisiar tərəfindən təsdiq edilmiş surətini əlavə etməklə və həmin müqavilə üzrə Prinsipalın öhdəliklərini pozmasının nədən ibarət olmasını təsdiqləyən sənədləri əlavə etməklə, Prinsipalın Müqavilənin hansı şərtlərini pozmasına göstərməlidir. Tələb və ona əlavə olunmuş qeyd edilən sənədlər Qarantın ofisinə təqdim edildikdə tələbin və ya göstərilən məbləğin Benefisiar tərəfindən sübut olunmasını, əsaslandırılmasını, əlavə heç bir sənəd tələb etmədən Qarant 3 iş günü ərzində Benefisiarın hesabına ödəniş etməyi öhdəsinə götürür. Benefisiar bu qarantiya üzrə ona məxsus olan qaranta qarşı tələb irəli sürmək hüququnu başqa şəxsəverəbilməz.

44. Cavabdeh MMC (Təchizatçı) ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (Satınalan Təşkilat) arasında bağlanmış SM-**/**/**-** saylı ##.##.2024-cü il tarixli müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə məbləği 30000 manatdan çox olduqda Təchizatçı müqaviləni imzaladıqdan sonra 5 iş günü ərzində Satınalan təşkilata müqavilə məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində və müqavilənin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 iş günü çox qüvvədə olan icra təminatını təqdim edir; 22.1-ci bəndinə əsasən, müqavilənin ümumi şərtlərinin 27-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Təchizatçı malların hər hansı birini və ya hamısını tamamlanma tarixinə (tarixlərinə) qədər çatdırmazsa və ya əlaqədar xidmətləri müqavilə ilə müəyyən edilmiş müddətdə göstərməzsə, Satınalan təşkilat müqavilə üzrə özünün bütün digər müdafiə vasitələrinə xələl gətirmədən maddi zərər kimi müqavilə məbləğindən gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərin qiymətinin müqavilənin xüsusi şərtlərinin 20-ci hissəsində göstərilən faizi qədər faktiki tamamlanma tarixinə qədər hər gün müqavilənin xüsusi şərtlərinin 21-ci hissəsində göstərilən maksimum faiz həddinə (10 faizi keçməmək şərtilə) qədər çıxa bilər. Maksimum həddə çatdıqdan sonra Satınalan təşkilat müqavilənin ümumi şərtlərinin 29-cu hissəsinə uyğun olaraq müqaviləni ləğv edə bilər; 22.2-ci bəndinə əsasən, müqavilənin ümumi şərtlərinin 9.2-ci bəndində nəzərdə tutulan sertifikat təqdim edilməyən malların məbləğinin 20 faiz həcmində Təchizatçıya cərimə tətbiq olunur; 22.3-cü bəndinə əsasən, müqavilə üzrə əlaqədar xidmətlərin göstərilməsi üzrə Qanunun 33.14-cü maddəsinə əsasən güzəştli düzəlişin tətbiq edildiyi hər bir işçiyə münasibətdə Təchizatçının təqdim etdiyi təklifinə daxil edilən arayışda qeyd edilən məbləğin ödənilməsi barədə həmin işçinin bank hesabına köçürülməni təsdiq edən bank tərəfindən verilmiş çıxarışı təqdim edilməyən əmək haqqı fondu məbləğinin 20 faiz həcmində Təchizatçıya cərimə tətbiq olunur; 22.4-cü bəndinə əsasən, satınalan təşkilat müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, Təchizatçı ödənilməsi gecikdirilmiş məbləğlərə görə müqavilənin xüsusi şərtlərinin 22-ci hissəsi ilə müəyyən edilmiş məbləğdə cərimə sanksiyalarıtətbiqedəbilər.

45. Həmin müqavilənin “Xüsusi şərtləri”nin 20-ci bəndində nəzərdə tutulmuşdur ki, gecikdirilmiş mallara və ya göstərilməmiş xidmətlərə görə cərimənin gündəlik faizi 0,1 %-dir, 21-ci bəndinəgörəisə,maksimumfaizhəddi10%-dir.

46. Həmin müqaviləyə * nömrəli Əlavəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti ilə Cavabdeh MMC arasında 154 adda malın cəmi qiyməti 1986 889,93 manatməbləğindəmüəyyənedilmişdir.

47. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən Cavabdeh MMC-yə ## ###### 2024-cü il tarixdə ünvanlanmış bildirişdə aşağıdakılar göstərilmişdir: Cavabdeh MMC ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti arasında bağlanılmış ## ###### 2024-cü il tarixli SM-**/**/**-** nömrəli satınalma müqaviləsinin * nömrəli əlavəsi - “İcra qrafiki”ndə malların təhvil verilmənin son tarixi ## ###### 2024-cü il tarixində bitəcəkdir. Eyni zamanda nəzərə alınmalıdır ki, müqavilənin 22.1-ci bəndinə əsasən, Təchizatçı malların hər hansı birini və ya hamısını tamamlanma tarixinə (tarixlərinə) qədər çatdırmazsa, Satınalan təşkilat müqavilə üzrə özünün bütün digər müdafiə vasitələrinə xələl gətirmədən maddi zərər kimi tamamlanma tarixinə qədər hər gün müqavilə məbləğindən gecikdirilmiş malların qiymətinin 0,1 faizi həcmində, maksimum 10 faiz həddinə qədər cərimə tətbiq edə bilər. Maksimum həddə çatdıqdan sonra Satınalan təşkilat müqavilənin ümumi şərtlərinin 29-cu hissəsinə uyğun olaraq müqaviləni ləğv edə bilər. Bundan başqa, sözügedən müqavilənin 7.1-ci bəndinə və həmin müqavilənin xüsusi şərtlərinin 13-cü hissəsinə əsasən tərəfinizdən “Yelobank” vasitəsilə 200 000 (iki yüz min manat, 00 qəpik) AZN məbləğində ##.##.2024-cü il tarixli *-AS/****-** nömrəli icra təminatı (bank qarantiyası) təqdim edilmişdir. Sözügedən bank qarantiyasına müvafiq olaraq Təchizatçı müqavilə şərtlərini pozduğu təqdirdə, müqavilə müddətinin bitməsindən, yəni cari ilin dekabr ayının 25-dən sonra Xidmətin əsaslandırılmış müraciəti əsasında Təchizatçı tərəfindən icra təminatı qismində banka qoyulmuş həmin vəsait də Xidmətin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən xəbərdarlıq edirik ki, 2024-cü il ###### ##-dək müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyiniz təqdirdə icra təminatı qismində banka qoyulan vəsait Xidmətin hesabına köçürüləcək, habelə müqavilə üzrə təhvil verilməmiş malların qiymətinin 10 faiz həddinə qədər Cavabdeh MMC-yə cərimə tətbiq ediləcəkdir. Nəzərə alınmalıdır ki, cərimə məbləği könüllü olaraq ödənilməzsə, Təchizatçı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək və müqavilə ləğvediləcəkdir”. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən “xxxx” ASCnin İdarə

48. Heyətinin sədrinə və Cavabdeh MMC-nin direktoruna ## ###### 2025-ci il tarixində ünvanlanmış məktubda bildirilmişdir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti arasında bağlanılmış ## ###### 2024-cü il tarixli SM-##/##/2024-25 nömrəli satınalma müqaviləsinin * nömrəli əlavəsi - “İcra qrafiki”ndə malların təhvil verilməsinin son tarixi olaraq 2024-cü ilin ## ######ı müəyyən edilmişdir. Lakin bu müddət ərzində Təchizatçı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməyərək, ümumilikdə 65 adda malı Satınalan təşkilata təhvil verməmişdir. Sözügedən müqavilənin 7.1-ci bəndinə və həmin müqavilənin xüsusi şərtlərinin 13-cü hissəsinə əsasən tərəfinizdən 200 000 (iki yüz min manat, 00 qəpik) AZN məbləğində ## ######## 2024-cü il tarixli *-AS/****-** nömrəli icra təminatı (bank qarantiyası) təqdim edilmişdir. Həmin bank qarantiyasında göstərilir ki, Təchizatçı müqavilə şərtlərini pozduğu təqdirdə Satınalan təşkilatın əsaslandırılmış müraciəti əsasında Təchizatçı tərəfindən icra təminatı qismində banka qoyulmuş qeyd olunan vəsait Satınalan təşkilatın hesabınaödənilməlidir”.

49. Bank hesabından çıxarışa əsasən, Cavabdeh MMC-nin hesabından 200 000 manat məbləğindəvəsaitöhdəliyinvaxtındayerinəyetirimədiyinəgörəsilinmişdir.

50. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təsdiq olunmuş ##.##.2025-ci il tarixli siyahıda göstərilən məlumata əsasən, Cavabdeh MMC tərəfindən Xidmətə (Satınalan Təşkilata) 64 adda mallar verilməmişdir, həmin malların ümumi dəyəri ƏDV daxil 1194857,47 manatdır – siyahıdan aydın olur ki, sözügedən 64 adda maldan 6-sı İddiaçı MMC-nin Cavabdeh MMC-nə təhvil verməli olduğu mallardır və həmin 6 adda malların dəyəri 767796,32manattəşkiletmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

51. İddiaçı MMC (ilkin iddiaçı) Cavabdeh MMC-yə (ilkin iddia üzrə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ## ######## 2024-cü il tarixli **/**** saylı alqı-satqı müqaviləsi üzrə cavabdehdən 107769,39 manat məbləğində əsas borcun, əsas borca hesalanmış 45343,09 manat cərimənin – cəmi 153 112,48 manatın və 443,11 manat məbləğində dövlət rüsumunun xeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.

52. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ## ######## 2024-cü il tarixində **/**** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən satıcı “X6”nda sadalanan cihazların, avadanlıqların, ehtiyat hissələrinin razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qeyd edilən müqavilədə və ona dair razılaşdırılmış Əlavədə nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş məbləği (qiyməti) satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə əsasən, imzalanmış qarşılıqlı razılaşma ilə satıcı müqavilə müddəti ərzində malları bir və ya bir neçə partiya ilə təhvil verə bilər. Müqvilənin 2.3-ci bəndinin tələbinə əsasən isə aatıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Müqavilənin şərtlərinə uyğun olaraq ## ###### 2024-cü il və ## ###### 2024cü il tarixlərində ƏDV daxil 107769,39 manat dəyərində avadanlıqlar müvafiq olaraq ***********/**** saylı təvhil-təslim aktı ilə və ***********/**** saylı təhvil-təslim aktı ilə Cavabdeh Şirkətinə təhvil verilsə də, bu günə kimi həmin avadanlıqların dəyəri İddiaçı MMC-nin hesabına ödənilməmiş və ödənişlərin edilməməsi barədə İddiaçı MMC-nə hər hansı bir rəsmi məlumat verilməmişdir. Müqavilənin 4.1.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyətli və yararlı malları satmalı, 4.2.1-ci bəndinin tələbinə əsasən həmin müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etməlidir. Eyni zamanda müqavilənin 4.3.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində satıcı qaiməfakturada göstərilən mallarla alıcını təchiz etməyi, alıcı isə ona təhvil verilmiş malların kеyfiyyətini yoхladıqdan sonra onların dəyərini müqavilədə göstərilən müddətdə və məbləğdə satıcıya ödəməlidir. Müqavilənin 6.2-ci bəndinin tələbinə əsasən mallar alıcıya təhvil verildikdən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə, alıcı ödənişi gecikdirdiyi hər günə görə 10% (on faiz) məbləğində dəbbə pulu ödəməlidir, lakin dəbbə pulunun məbləği ödəniləcək məbləğin 5%-dən (beş faiz) çox olmayacaqdır. Baxmayaraq ki, cavabdehə təhvil verilmiş avadanlıqlar üzrə yaranmış borcun ödənilməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən ## #### 2025-ci il tarixdə, MYB-**/**** saylı məktubla Cavabdeh Şirkətinə müraciət olunmuş, lakin Cavabdeh Şirkəti tərəfindən qəbul edilmiş avadanlıqların dəyəri hələ də məlum olmayan səbəbdən ödənilməmişdir İddiaçı MMC tərəfindən müqavilənin şərtləri pozulmamış, öhdəlik İddiaçı MMC tərəfindən icra olunmuş, lakin müqavilənin şərtləri Cavabdeh Şirkəti tərəfindən aşkar surətdə pozulmuş, müqavilənin şərtlərinə uyğun olaraq avadanlıqların müəyyən bir qismi Cavabdeh Şirkətinə təhvil verilsə də, bu günə kimi həmin avadanlıqların dəyəri İddiaçı MMC-nin hesabına ödənilməmişdir. Göstərilən səbəbə görə də İddiaçı MMC tərəfindən prеtеnziya məktubu ilə Cavabdeh Şirkətinə müraciət olunmuş, lakin nəticəsi olmamışdır. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmək zərurəti yaranmışdır. Müqavilənin şərtlərinə əsasən ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixlərində ƏDV daxil 107769,39 manat dəyərində avadanlıqlar təhvil-təslim aktı ilə Cavabdeh Şirkətinə təhvil verildiyindən həmin avadanlıqların dəyəri İddiaçı MMC-nin hesabına ödənilməmiş, ödənişlərin gecikmə günü 252 gün təşkil etmişdir ki, bu da İddiaçı MMC-nə müqavilənin şərtələrinə uyğun olaraq ƏDV daxil 45343,09 manat cərimənitələbetməkhüququnuyaradır.

53. Cavabdeh MMC isə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı MMC tərəfindən icra olunmamış müqavilənin icrasının təmin olunması, dəymiş zərərə görə 200 000 (iki yüz min) manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə 90 600 (doxsan min altı yüz) manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 590 (beş yüz doxsan) manat dövlət rüsumu olmaqla, cəmi 291 090 (iki yüz doxsan bir min doxsan) manatın İddiaçı MMC-dən tutulub ona ödənilməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.

54. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə imzalanmış **/**** nömrəli ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavədə “X6”nda göstərilmiş cihazların, avadanlıqların, ehtiyat hissələrinin razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı isə yuxarıda sadalanan malları müqavilədə və ona dair əlavələrində nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş məbləğini (qiyməti) satıcıya ödəməyi öhdələrinə götürmüşlər. “X6”na əsasən, “xxxx" MMC tərəfindən 8 (səkkiz) adda malın təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərdə İddiaçı MMC tərəfindən cəmi 2 (iki) adda mal təhvil verilmiş, 6 (altı) adda mal bu günə kimi təhvil verilməmişdir. Müqavilə üzrə alınan mallar 3cü şəxsə (son istifadəçiyə) satılması üçün nəzərdə tutulduğundan, son istifadəçi ilə satınalma müqaviləsi imzalanmış və malların satış qiymətləri son istifadəçiyə təqdim edilmişdir. Lakin İddiaçı MMC tərəfindən müqavilənin şərtləri pozularaq mallar təhvil verilmədiyi səbəbindən Cavabdeh MMC həmin malları son istifadəçiyə təqdim edə bilməmişdir. Nəticədə, "xxxx" MMC malların vaxtında çatdırılmaması görə 200 000 (iki yüz min) manat məbləğində cərimə ödəmişdir. Müqavilənin 6.3-cü bəndinə əsasən, X4 qeyd olunan mallar alıcı son istifadəçi ilə bağlanan satınalma müqaviləsinə əsasən satın alır. Malların çatdırılmasına görə son istifadəçi tərəfindən alıcıya tətbiq edilən bütün cərimə və sanksiyalar həmin an alıcı tərəfindən satıcıya birbaşa tətbiq ediləcək. Bundan başqa, İddiaçı MMC-dən alınmış malların satışından Cavabdeh MMC 90 600 (doxsan min altı yüz) manat məbləğində gəlir əldə etməli idi, lakin İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulması səbəbindən “xxxx" MMC həmin gəlirdən məhrum olmuşdur. Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə zərəri tam həcmdə ödəyəcək. Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək. Qeyd etmək zəruridir ki, sonradan məlum olmuşdur İddiaçı MMC müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirə bilməyəcəyini əvvəlcədən bildiyi halda, bu barədə “xxxx" MMC-ni vaxtında məlumatlandırmamış və əksinə, avadanlıqların təchizatını tam həcmdə və müqavilə şərtlərinə uyğun şəkildə təmin edəcəyini vəd etmişdir. Bu əsasdatərəflərarasındamüqaviləimzalanmışdır

55. İlkin iddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunmasını, qarşlıqlı iddianın rədd olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mallar təhvil-təslim aktına əsasən cavabdehə verilmiş, malların təhvili müqavilənin 2.2-ci maddəsinə əsasən tənzimlənmişdir. Cavabdeh tərəflə müqavilə icra edilənədək qüvvədə qalmalıdır. Müqaviləyə əsasən mallar təhvil verildikcə ödəniş olunmalı idi, müqavilədə ödəniş məsələləri xüsusi tənzimlənməmişdir. Cavabdeh tərəfə 107 000 manat məbləğində mal təqdim olunmuş, qarşı tərəf malı almış, 3-cü tərəfə satmış və heç bir ödəniş etməmişdir. Avropa iddiaçıya malları satmağı qadağan etdiyi üçün 3 adda analoq malı Amerikadan gətirmişlər. Bu barədə cavabdeh tərəfə pretenziyalar göndərsələr də, heç bir geri dönüş edilməmişdir. Tərəflər arasında olan müqavilədə avans ödənişi nəzərdə tutulmamışdır. Cavabdeh tərəf onlardan aldığı malları 3-cü tərəfə satacağını bildirməmiş, müqavilədə də belə hal qeyd olunmamışdır.

56. İlkin iddia üzrə cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 107 769,39 manat məbləğində mal cavabdehə verilmiş, lakin ödəniş etməmişlər. Çünkü bütün mallar onlara iddiaçı tərəfindən təhvil verilməmişdir. Müqavilənin 3.8-ci maddəsinə əsasən, müqavilənin icrası tam başa çatdıqdan sonra cavabdeh tərəfindən ödəniş olunmalı, tərəflər arasında son haqq-hesab edilməli idi. Öhdəlikləri olan üçüncü tərəf onlardan malların ölkəyə gətirilməsinin mümkün olmaması ilə bağlı rəsmi məktub istəmiş, onlar e-mail vasitəsilə iddiaçının nümayəndəsi Ramazan bəydən bu sənədi istəsələr də, sənəd təqdim olunmamışdır. Tenderdə onlar iki şirkət adından iştirak etmişlər. Malların çox hissəsi iddiaçı şirkət tərəfindən təchiz olunmuşdur və iddiaçı şirkət də yaxşı bilir ki, tenderin başlama və bitmə müddəti 1 illikdir, mallar gecikdirilmədən təhvil verilməlidir. İddiaçı tərəf malları onlara 25 dekabr tarixinə qədər təhvil verməli idi. Təhvil verilmə ilə bağlı müqavilədə hal nəzərdə tutulmamışdır. Qarşı tərəf tender qarantiyası ilə icra təminatını qarışdırır. Üçüncü tərəflə olan müqaviləyə əsasən cavabdeh ## ###### 2024-cü il tarixinə qədər malları təhvil verməli idi. Daha sonra icra müddəti ## ##### 2025-ci il tarixinə qədər uzadılmışdır. İddiaçı tərəf malları vaxtında təqdim etmədiyinə görə cavabdeh üçüncü tərəflə olan müqaviləyə əsasən 200 000 manat məbləğində cərimə olunmuşdur. Hesab edirlər ki, həmin 200 000 manat məbləğ və əldən çıxmış fayda iddiaçı tərəfindən ödənməlidir. Üçüncü tərəflə olan müqavilədə 65 adda malı cavabdeh həmin 3-cü şəxsə təhvil verilməli idi, həmin mallardan iddiaçı tərəfindən isə 8 adda mal təhvil verilməli idi. Hesab edirlər ki, daha çox məbləğdə mal iddiaçı tərəfindən təchiz olunmalı olduğuna görə cəriməni iddiaçı tərəf ödəməlidir. Onlar sayca çox mal təqdim etməli olsalar da, iddiaçının təqdim etməli olduğu malların qiymətləri daha bahadır. Üçüncü tərəfə olan öhdəliyini gecikdirməsəbəbləridigərtərəflərdənmallarıngectəqdimolunmasıiləbağlıdır.

57. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin olunması, Cavabdeh MMC-dən 107 769,39 manat əsas borc, 5388 manat dəbbə pulu olmaqla cəmi 113 157,39 manat borc məbləğinin və dövlət rüsumunun əvəzi olaraq 403 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianınrəddolunmasıqətedilmişdir.

58. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 İddiaçı ilə cavabdeh arasında **/**** nömrəli ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavədə göstərilmiş cihazların, avadanlıqların, ehtiyat hissələrinin razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı isə sadalanan malları müqavilədə və ona dair Əlavələrdə nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzində müəyyənləşdirilmiş məbləğini (qiyməti) satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

 İlkin iddia üzrə birinci tələb malların təhvil verilməsinə görə 107 769,39 manat məbləğində əsas borcun tutulmasıdır. İddiaçı bildirir ki, tərəflər arasında ## ######## 2024-cü il tarixində **/**** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən 2 adda mal təhvil-təslim aktına əsasən cavabdeh tərəfə təqdim olunmuşdur, qarşı tərəf malı almış, 3-cü tərəfə satmış, lakin iddiaçıya heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi bildirmişdir ki, 107 769,39 manat məbləğində iki ədəd mal onlara həqiqətən verilmişdir, lakin müqaviləyə əsasən təqdim edilməli olan bütün səkkiz maldan yerdə qalan 6 adda mal təhvil verilmədiyi və ödənişlər bütün mallar təqdim edildikdən sonra ödənilməli olduğu və 6 adda malların təqdim edilməməsinə görə cavabdeh üçüncü şirkət tərəfindən cərimələndiyi üçün iki malın ödənişini iddiaçıya ödəməmişdir.  Məhkəmə cavabdeh tərəfin arqumentləri ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. 3.7-ci bəndinə əsasən tərəflərin hər biri xidmət həyata keçirdiyi bankda bütün bank komissiyalarını və digər ödənişlər üzrə xərcləri müstəqil şəkildə ödəyir. Malların dəyərinə Azərbaycan Respublikasının qanunvericiyi ilə nəzərdə tutulmuş bütün vergi və məcburi ödənişlər daxildir. 3.8-ci bəndinə əsasən müqavilənin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində Satınalan təşkilata təchizatçı arasında son haqqhesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ Təchizatçıya ödənilir.

 Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan müqavilə bəndlərinin məzmunundan cavabdehin bildirdiyi “ödənişlər yalnız bütün mallar təqdim edildikdən sonra edilməlidir” birmənalı nəticəyə gəlmək mümkün deyil. Əksinə, müqavilənin 3.6-ci maddəsindən görünür ki, təchiz edilmiş mallar üzrə aparılmış ödənişlərin qarşılıqlı hesablaşmaların aparılması belə nəzərdə tutulub. Müqavilənin 3.8-ci bəndi isə sadəcə son haqq-hesab məsələlərini tənzimləyir. Digər tərəfdən, cavabdehin bu cür arqument ilə çıxış etməsi belə fikir formalaşdırır ki, müqavilə üzrə nəzərdə tutulmuş 8 adda mallardan hər-hansı biri belə təqdim edilmədikdə alıcı tərəfindən ödəniş edilməyəcək. Lakin qeyd edilən hallar müqaviləyə və alqı-satqı münasibətlərini tənzimləyən mülki qanunvericilik normalarına tamamilə ziddir, cavabdehin ilkin iddiaya olan etiraz arqumentləri əsassız və qanunsuz hesab edilməlidir.

 Buna görə də, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və e-qaimələr ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 107 769,39 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

 İlkin iddia üzrə iddiaçının müqavilənin 6.2-ci maddəsinə istinad edərək 45 343,09 manat həcmində dəbbə pulunun cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iki adda malların cavabdehə ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərində təhvil verilməsi, cavabdeh tərəfindən isə bir ildən artıq müddət ərzində ödənişlərin edilməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

 Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (107 769,39 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan tutulacaq dəbbə pulu 5388 manat məbləğində müəyyən edilməli, ilkin iddia üzrə cavadehdən iddiaçının xeyrinə tutulmalıdır.

 Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qarşlıqlı iddiaçı icra olunmamış müqavilə üzrə dəymiş zərərə görə 200 000 manat, əldən çıxmış faydaya görə 90 600 manat məbləğində pulun İddiaçı MMC-dən tutulmasını tələb edir.  Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə müddət və ya malların çatdırılması üçün müddət nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsində Cavabdeh MMC ilə üçüncü şəxs arasında bağlanmış müqaviləyə (SM**/**/**-** saylı ##.##.2024-cü il tarixli) heç bir istinad yoxdur. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə qarşılıqlı iddiaçı ilə 3-cü şəxs ilə bağlanmış müqavilədən sonra imzalanmışdır. Əgər İddiaçı MMC-dən alınacaq mallar bilavasitə göstərilən 3-cü şəxsə satılması üçün alınırdısa, həmin müqavilənin müəyyən şərtləri (müddətlər və s.) hazırkı iş üzrə tərəflər arasında imzalanmış müqaviləyə uyğunlaşdırıla bilərdi. Digər tərəfdən, hətta zənn edilsə belə ki, məhz İddiaçı MMC-dən alınacaq mallar qarşılıqlı iddiaçının 3-cü şəxs kimi göstərdiyi quruma satılması üçün alınırdı, lakin iş materiallarından görünür ki, 3cü şəxsin Cavabdeh MMC-yə tətbiq etdiyi 200.000 manat cərimə qarşılıqlı iddia üzrə cavabdehin təhvil vermədiyi yalnız 6 adda əşyaya görə deyil, daha çox - 65 adda olan (cəmi 154 adda olan mallardan) əşyaya görə tətbiq edilmişdir.

 Qarşılıqlı iddia üzrə digər tələb - əldən çıxmış faydaya görə 90 600 manata münasibətdə məhkəmə vurğulamışdır ki, Tərəflər arasında imzalanmış Müqavilənin 6.4-cü bəndinə əsasən heç bir Tərəf, Müqavilənin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsindən yaranan əldən çıxmış fayda, o cümlədən heç bir məhdudiyyət qoyulmadan hər hansı bir gəlirin itirilməsinə görə məsuliyyət daşımır. Bu şərt Müqavilənin xitamından sonra da qüvvədə qalır. Göründüyü kimi tərəflər müqavilə şərti ilə əldən çıxmış faydaya görə qarşılıqlı məsuliyyəti istisna etmişlər. (MM-nin 443.1 maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur).

 Beləliklə, həm qeyd edilən müqavilə şərtinə əsasən, həm işin qeyd edilən bütün digər hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi bu hissədə də rədd edilməlidir.

59. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 390.1-ci, 442-ci, 443.1-ci, 443.2-ci, 443.4-cü, 443.7-ci, 448.1-ci, 448.2-ci, 567-ci, 568.1-ci, 575.1ci, 579.1-ci, 599.1-ci, 600.1-ci, 600.4-cümaddələrinəistinadetmişdir.

60. Qətnamədən qarşılıqlı iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və qarşılqılı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “..Üçüncü şəxslə bağlanmış müqavilənin İddiaçı MMC-yə təqdim edilməsi öhdəliyi mövcud olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə üçüncü şəxslərlə bağlanan müqavilələrin təqdim olunması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Bundan əlavə, belə məlumatların təqdim edilməsi kommersiya sirrinin açıqlanması kimi qiymətləndirilə bilərdi. Eyni zamanda, İddiaçı MMC-nin bu haldan guya tamamilə məlumatsız olması və müqavilədə bu məsələnin əks etdirilməməsi reallığa uyğun deyildir. Belə ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli №**/**** saylı alqı-satqı müqaviləsinin 6.3-cü bəndində açıq şəkildə müəyyən edilmişdir ki, X4 göstərilən mallar Alıcı tərəfindən son istifadəçi ilə bağlanmış satınalma müqaviləsinə əsasən əldə edilir. Həmçinin həmin bəndə əsasən, malların çatdırılması ilə bağlı son istifadəçi tərəfindən Alıcıya tətbiq edilən cərimə və sanksiyalar Alıcı tərəfindən birbaşa Satıcıya tətbiq olunur. Bu isə İddiaçı MMC-nin üçüncü şəxsin mövcudluğundan əvvəlcədən xəbərdar olduğunu təsdiq edir. Bundan əlavə məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh MMC ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti arasında bağlanmış ##.##.2024-cü il tarixli SM- **/**/**-** saylı satınalma müqaviləsinə əsasən Təchizatçı tərəfindən malların (reaktivlər, cihazlar, avadanlıqlar və ehtiyat hissələri) ümumi dəyəri 1986 889,93 manat olmaqla müəyyən edilmiş müddətdə təhvil verilməsi, Satınalan təşkilat tərəfindən isə həmin malların qəbul edilərək müqavilə şərtlərinə uyğun ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş * nömrəli Əlavəyə əsasən ümumilikdə 154 adda malın təqdim edilməsi nəzərdə tutulmuşdur. Qətnamədə həmçinin göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən 64 adda mal Satınalan təşkilata təhvil verilməmiş və bu əsasla üçüncü şəxs tərəfindən tətbiq edilən 200.000 manat məbləğində cərimənin yalnız 6 adda mala deyil, daha geniş – 64 adda mala aid olduğu qeyd edilmişdir. Lakin bu mövqe ilə bağlı bildirilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə əsasən, İddiaçı MMC bu kimi hallarla bağlı məsuliyyəti əvvəlcədən öz üzərinə götürmüşdür; təhvil verilməmiş 64 adda maldan 6-sı birbaşa İddiaçı MMC-yə məxsus olmuşdur. Həmin 6 adda malın ümumi dəyəri 799 091,37 manat təşkil edir ki, bu da təhvil verilməmiş malların ümumi dəyərinin, yəni 1194 857.47 manatın yarıdan çox faizini təşkil edir. Müqavilə tərəflər tərəfindən imzalanarkən, İddiaçı MMC 6.3-cü maddə üzrə belə halın baş vermə ehtimalını əvvəlcədən nəzərə almış, bu şərtlərlə razılaşaraq müqaviləni imzalamış və müvafiq öhdəliyi könüllü şəkildə üzərinə götürmüşdür. Eyni zamanda, cərimənin məbləği malın sayından asılı olmayaraq sabit qaydada müəyyən edilmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə öhdəliklərini tam və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərəri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tam həcmdə ödəməlidir. Həmçinin müqavilədə nəzərdə tutulmayan məsuliyyət növləri də qüvvədə olan qanunvericiliyə əsasən tətbiq edilir.”.

Apellyasiya şikayətinə qarşı etiraz

61. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş,qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişolunmuşdur.

Apellyasiya baxışı, izahatlar

62. Məhkəmə iclaslarında iştirak edən apellyatorun nümayəndələri (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, ilkin iddiaçının nümayəndəsiisəşikayətinəsassızolduğunubildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

63. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindənasılıolmayaraq,işgüzaradətsayılır.

64. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

65. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

66. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədəzərərinəvəzinindahaazmiqdardaödənilməsinəzərdətutulmasın.

67. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldəedəcəyigəlirlər(əldənçıxmışfayda)başadüşülür.

68. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

69. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

70. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.

71. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.

72. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.

73. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzaradətlərəvəyaadətənirəlisürüləndigərtələblərəmüvafiqsurətdəhərəkətetməlidir.

74. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

75. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qaydaqüvvədəolmur.

76. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğunmüəyyənləşdirilir.

77. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısındaməsuliyyətdaşıyır.

78. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyününnəticələriüçünkreditorqarşısındaməsuliyyətdaşıyır.

79. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

80. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

81. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

82. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin427-cimaddəsinəuyğunmüəyyənləşdirilmişmüddətdəhəyatakeçir.

83. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmişmalınqaytarılmasınıtələbedəbilər.

84. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdənötrüşərtləşdirilmişmüddətdəvəyamüddətlərdəalıcıyaverməyiöhdəsinəgötürür.

85. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyatakeçirilir.

86. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələbedəbilər.

87. Maddə 637.3. Göndərmə müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı hissələrlə göndərilməsi nəzərdə tutulduqda, alıcı malları, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,komplektədaxilolansonuncuhissəyollandıqdan(seçildikdən)sonraödəyir.

88. Maddə 641.1. Əgər mal göndərən göndərmə müqaviləsində nəzərdə tutulan miqdarda malları göndərməzsə və ya pis keyfiyyətli malların dəyişdirilməsinə və ya malların komplektinin tamamlanmasına dair alıcının tələblərini müəyyənləşdirilmiş müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı var ki, göndərilməmiş malları başqa şəxslərdən əldə edərək buna çəkdiyibütünzərurivəağlabatanxərclərimalgöndərənəaidetsin.

89. Maddə 641.2. Mal göndərən tərəfindən malların tam göndərilmədiyi və ya malların qüsurlarının aradan qaldırılmasına və ya malların komplektinin tamamlanmasına dair alıcının tələblərinin yerinə yetirilmədiyi hallarda alıcının malları başqa şəxslərdən əldə etməyə çəkdiyi xərclərbuMəcəllənin645.1-cimaddəsindənəzərdətutulanqaydalarauyğunhesablanır.

90. Maddə 645.1. Əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbinisatıcıyaqarşıirəlisürəbilər.

91. Maddə 645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşıirəlisürəbilər.

92. Maddə 645.3. Əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər.

93. Maddə 645.4. Malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisəyə gələn şəraitdə adətən alınmış qiymət cari qiymət sayılır. Əgər həmin yerdə cari qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan əvəz ola bilən cari qiymət, malın nəql edilməsi xərclərindəki fərqnəzərəalınmaqla,tətbiqediləbilər.

94. Maddə 645.5. Bu Məcəllənin 645.1.-645.4-cü maddələrində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş tərəfi digər tərəfə vurulmuş başqazərərinəvəziniödəməkdənazadetmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

95. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

96. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

97. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

98. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

99. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın.

100. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

101. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

102. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

104. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunmamasıiləbağlıhissəsiapellyasiyabaxışınınpredmetideyildir.

Məhkəmə kollegiyasının mövqeyi

105. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsasıaraşdırılmalıdır.

106. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

107. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisənibitirməkolar.

108. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktlarınməcmusunaistinadənqəbuledir.

109. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

110. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında ## ######## 2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əlavə edilmiş X6 əsasən satıcı İddiaçı MMC tərəfindənalıcıCavabdeh MMC-yə8addamalıntəchizolunmasınəzərdətutulmuşdur.

111. İşin mübahisəsiz halıdır ki, həmin müqavilə üzrə nəzərdə tutulmuş malların yalnız bir hissəsi – ümumi dəyəri 107 769,39 manat təşkil edən 2 adda mal alıcıya təhvil verilmiş, qalan mallarisətəhvilverilməmişdir.

112. Həmin 2 adda malların dəyərinin ödənilmədiyi də işin mübahisələndirilməyən halıdır; bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə əsas borcun tutulmasıhissəsindədüzgünnəticəyəgəlmişdir.

113. Belə ki, Mülki Məcəllənin alqı-satqı münasibətlərini tənzimləyən normalarına görə satıcı tərəfindən təhvil verilmiş malın dəyərinin ödənilməsi alıcının əsas müqavilə öhdəliklərindən biridir və müqavilə üzrə digər malların təhvil verilməməsi alıcını faktiki qəbul etdiyi malların dəyərini ödəmək vəzifəsindən azad etmir. Qarşı tərəfin müqavilə öhdəliklərini tam icra etməməsi alıcıya müvafiq hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı versə də, bu hal, qəbul edilmiş mallarınəvəzininödənilməməsiüçünmüstəqiləsashesabolunabilməz.

114. Bununla belə kollegiya, ilkin iddia üzrə dəbbə pulunun tutulması hissəsində birinci instansiyaməhkəməsininnəticəsiilərazılaşmır.

115. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.8-ci bəndinə əsasən müqavilənin icrası tam başa çatdıqdan, bunu təsdiq edən sənədlər tərtib olunduqdan və son haqq-hesab aparıldıqdansonrayekunməbləğintəchizatçıyaödənilməsinəzərdətutulmuşdur.

116. Yuxarıda qeyd olunduğu kimi, müqavilə üzrə nəzərdə tutulmuş 8 adda maldan yalnız 2 adda mal təhvil verilmiş, qalan 6 adda mal isə satıcı tərəfindən ümumiyyətlə təchiz edilməmişdir. Başqa sözlə, müqavilənin icrası tamamlanmamış, tərəflər arasında yekun təhvil-təslim və son haqq-hesabmərhələsibaşverməmişdir.

117. Bu şəraitdə alıcının ödəniş öhdəliyinin yaranma anı ilə bağlı müqavilə şərtlərinin müxtəlif cür təfsir olunması obyektiv olaraq mümkün olmuşdur və alıcının müqavilənin 3.8-ci bəndinəistinadetməsiaçıq-aşkarəsassızvəyavicdansızdavranışkimiqiymətləndiriləbilməz.

118. Mülki hüquqi məsuliyyət tədbiri olan dəbbə pulunun tətbiqi üçün borclunun öhdəliyi vaxtında icra etməməsi şübhəsiz müəyyən edilməlidir - hazırkı halda isə tərəflər arasında ödənişin tələbolunabiləcəyivaxtlabağlıəsaslıhüquqimübahisəmövcudolmuşdur.

119. Xüsusilə nəzərə alınmalıdır ki, İddiaçı MMC özü müqaviləni əhəmiyyətli hissədə pozmuşdurvətəhvilverilməmişmallarqiymətbaxımındanmüqaviləninəsashissəsinitəşkiledir.

120. Bu kontekstdə kollegiyanın qənaətinə görə, satıcının müqaviləni özü əhəmiyyətli dərəcədə pozduğu halda alıcıdan dəbbə pulu tələb etməsi mülki qanunvericiliyin vicdanlılıq və ədalətprinsipləriiləuzlaşmır.

121. Həmçinin qeyd olunmalıdır ki, 2024-cü ilin sentyabr-oktyabr aylarından etibarən tərəflər arasında ciddi mübahisə yaranmış, alıcı təchizatın mümkün olub-olmadığını öyrənməyə çalışmaqla yanaşı, rəsmi təsdiqləyici sənədlər tələb etmiş, təchizat riskləri barədə narahatlığını bildirmişdir.

122. Başqa sözlə, alıcının ödəniş etməməsi sadəcə borcdan yayınma deyil, davam edən müqaviləmübahisəsininnəticəsiolmuşdur.

123. Tərəflər arasında bağlanmış müqavilənin 3.8-ci bəndinin (§ 15) məzmunu da, ən azı alıcıda belə bir gözlənti yarada bilərdi ki, yekun hesablaşma müqavilənin tam icrasından sonra aparılacaq.

124. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, müvafiq hissədə qətnamə ləğv olunmalı,ilkiniddiaçınındəbbəpulununtutulmasınadairiddiasırəddedilməlidir.

125. Qarşılıqlıiddiatələbinəmünasibətdəisəkollegiyaaşağıdakılarıqeydedir.

126. Qarşılıqlı iddiaçının əsas dəlili ondan ibarətdir ki, satıcı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə o, son istifadəçi ilə bağladığı satınalma müqaviləsi üzrə 200 000 manat məbləğində maliyyə sanksiyasına məruz qalmış, həmçinin 90 600 manat məbləğində gəlirdən məhrum olmuşdur. Apellyatorun qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinəəsasənhəminməbləğlərsatıcıdan(ilkiniddiaüzrəiddiaçıdan)tutulmalıdır.

127. Mülki qanunvericilik öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsinin başa düşüldüyünü (§ 74) və öhdəliyini icra etməyən borclunun kreditora dəymişzərərinəvəziniödəməyəborcluolduğunu(§ 75)təsbitedir.

128. Zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürən şəxs zərərin mövcudluğunu, onun məbləğini, qarşı tərəfin davranışı ilə zərər arasında səbəbli əlaqəni və qanunda və ya müqavilədə nəzərdətutulduğuhallardaqarşıtərəfinməsuliyyətiniyaradandigərhallarısübutetməlidir.

129. Başqa sözlə, müqavilə məsuliyyətinin tətbiqi üçün yalnız öhdəliyin pozulması faktının mövcudluğu kifayət etmir. Bununla yanaşı, tələb edilən zərərin həqiqətən yarandığı, həmin zərərin məhz müqavilənin pozulmasının birbaşa nəticəsi olduğu və tələb olunan məbləğin konkret hesablamalarlamüəyyənedildiyisübutayetirilməlidir.

130. İşin müəyyən olunan halına görə, Cavabdeh MMC tərəfindən əldə edilən mallar son istifadəçi olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (Satınalan Təşkilat) ilə bağlanmış satınalma müqaviləsinin icrası məqsədilə alınmış, bu xüsusat tərəflər arasında bağlanmışmüqavilənin6.3-cübəndindəbirbaşaəksolunmuşdur.

131. Müqavilənin 6.3-cü bəndinin məzmunu o qənaətə gəlməyə əsas verir ki, tərəflər müqavilə bağlayarkən son istifadəçi ilə mövcud münasibətlərin nəticəsində yarana biləcək məsuliyyət risklərini əvvəlcədən nəzərə almış və həmin risklərin satıcı (İddiaçı MMC) tərəfindən daşınacağıbarədərazılığagəlmişlər.

132. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən cərimənin yalnız İddiaçı MMC tərəfindən təhvil verilməyən mallara görə deyil, ümumilikdə 64 adda malın təhvil verilməməsinəgörətətbiqolunduğunaistinadetmişdir.

133. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə tam əsaslı deyildir; belə ki, iş materiallarından görünür ki, son istifadəçiyə (Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə) təhvil verilməmiş malların ümumi dəyəri 1194 857,47 manat olmuş, həmin məbləğin 767 796,32 manatını isə məhz İddiaçı MMC tərəfindən təchiz edilməli olan, lakin təhvil verilməyən mallartəşkiletmişdir.

134. Deməli, son istifadəçi qarşısında yaranmış məsuliyyətin əhəmiyyətli hissəsi məhz İddiaçı MMC-ninmüqaviləöhdəlikləriniyerinəyetirməməsiiləsəbəbliəlaqəliolmuşdur.

135. Eyni zamanda iş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən Cavabdeh MMC-nə tətbiq edilmiş 200 000 manat məbləğində cəriməməbləğiicratəminatıüzrəbankqarantiyasıəsasındatutulmuşdur.

136. Lakin son istifadəçi ilə bağlanmış satınalma müqaviləsinin 22.1-ci bəndinə əsasən gecikdirilmiş mallara görə tətbiq edilə biləcək cərimənin yuxarı həddi təhvil verilməmiş malların dəyərinin10faizindənartıqolabilməz.

137. Başqa sözlə, iş üzrə müəyyən olunmuş 1194 857,47 manat məbləğində təhvil verilməmiş malların dəyəri nəzərə alındıqda tətbiq oluna biləcək maksimum cərimə məbləği 119 485,75manattəşkiletmişdir.

138. Bu səbəblə, qarşılıqlı iddiaçı tərəfindən tələb olunan 200 000 manat məbləğində zərərin tam həcmdə İddiaçı MMC-nin üzərinə qoyulması mümkün deyildir - çünki müqavilə üzrə real və hüquqi baxımdan əsaslandırılmış zərər məhz 119 485,75 manat məbləğində müəyyən edilməlidir.

139. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən təhvil verilməyən malların dəyəri təhvil verilməmiş bütün malların ümumi dəyərinin təxminən 64,3 faizini təşkil etmişdir; belə olan halda, son istifadəçi qarşısında yaranmış məsuliyyətin məhz həmin hissəsi İddiaçı MMC-nin müqavilə öhdəliklərini yerinə yetirməməsinin nəticəsi kimi qiymətləndirilməli, 119 485,75 manat məbləğində real zərərin 64,3 faizi 76 829,34 manat təşkil etdiyindən, qarşılıqlı iddia həminməbləğhəddindəəsaslıhesabolunmalıdır.

140. Kollegiya, qarşılıqlı iddiaçının “90 600 manat məbləğində əldən çıxmış faydanın tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır; çünkü tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndində açıq şəkildə müəyyən edilmişdir ki, tərəflər müqavilənin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində yaranan əldən çıxmış faydaya,ocümlədəngəlirinitirilməsinəgörəməsuliyyətdaşımırlar.

141. Müqavilə azadlığı prinsipi tərəflərə qanunla qadağan edilməyən şərtləri müqavilədə nəzərdətutmaqhüququverdiyindənhəminmüddəatərəflərüçünməcburixarakterdaşıyır.

142. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumlarının 500 manat hissəsi İddiaçı MMC-dən alınıb Cavabdeh MMC-nə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərarqəbuledərkənməhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.

143. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətiqisməntəminolunsın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamə Cavabdeh MMC-dən 5388 manat dəbbə pulunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, habelə Cavabdeh MMC-nin “dəymiş zərərə görə 200 000 (iki yüz min) manatın və ödənilmiş 590 (beş yüz doxsan) manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-dən tutulub ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissələrdələğvedilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-dən dəbbə pulunun tutularaq ona ödənilməsi” tələbi həminhissədədətəminolunmasın. Cavabdeh MMC-nin “dəymiş zərərə görə 200 000 (iki yüz min) manatın İddiaçı MMC-dən tutulubonaödənilməsi”tələbiqisməntəminedilsin. İddiaçı MMC-dən 76 829,34 (yetmiş altı min səkkiz yüz iyirmi doqquz manat 34 qəpik) manat tutulub Cavabdeh MMC-nəödənilsin. Həminiddiatələbiqalanhissədətəminolunmasın. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 300 (üçyüz)manatİddiaçıMMC-dənalınıbCavabdeh MMC-nəödənilsin. Qətnaməmübahisələndiriləndigərhissələrdədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200(ikiyüz)manatİddiaçıMMC-dənalınıbCavabdeh MMC-nəödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar