Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-425/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı cavabdeh Cavabdeh X7rşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, əsas borca illik 5% ilə hesablanan məbləğ, ekspert rəyi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçın nümayəndəsi X3 iştirakı ilə iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçın cavabdeh Cavabdeh X7rşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. ##.##.2019-cu il tarixli *************** №-li kredit xətti müqaviləsinə müvafiq olaraq İddiaçıəhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən Cavabdeh X7 36 ay müddətinə, illik 7 % olmaqla, 300 000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. ##.##.2019-cu il tarixli *************** №-li kredit xətti müqaviləsinə ##.##.2020-ci il tarixli ** №-li, ##.##.2020-ci il tarixli ** №-li və ##.##.2020-ci il tarixli ** №-li əlavə sazişlər bağlanmışdır.
3. Kredit nüqaviləsi və əlavə sazişlər üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0,1979 ha torpaq sahəsində yerləşən *** nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə ##.##.2019-cu il tarixli ***************/SIM №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır.
4. Kredit nüqaviləsi və əlavə sazişlər üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə ##.##.2020-ci il tarixli 100400974547319/IM-* №-li ipoteka müqaviləsi bağlanmışdır.
5. Kredit nüqaviləsi və əlavə sazişlər üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı, cavabdeh və X2 arasında sonuncuya məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73 kv.m olan qeyri-yaşayış binasının ipoteka qoyulması barədə ##.##.2020-ci il tarixli 100400974547319/IM-* №-li ipoteka müqaviləsi bağlanmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə 210347,86 ABŞ dolları əsas borc, 22626,42 ABŞ dolları məbləğində faiz borcu, 10000,29 ABŞ dolları məbləğində penya, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 2223,52 ABŞ doları borcu müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsinin ləğv tarixi ##.##.2022-ci il müəyyən edilməklə qətnamə faiz borcu və dəbbə pulu hissələrində dəyişdirilmiş, faiz borcu 101,02 ABŞ dolları, dəbbə pulu 6318 ABŞ dolları qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ipoteka predmetlərinin satılmasından əldə ediləcək vəsait hesabına tutulacaq kredit müqaviləsi üzrə faiz borcunun və dəbbə pulunun məbləğləri hissəsində dəyişdirilərək, tutulacaq kredit müqaviləsi üzrə faiz borcu 101,02 ABŞ dolları və dəbbə pulu 6318 ABŞ dolları manat məbləğində müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Ekspert ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən, ##.##.2022ci il tarixdən ##.##.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğ 16467,61 ABŞ dolları, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək isə 22056,64 ABŞ dolları təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. Iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı cavabdeh Cavabdeh X7rşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc məbləğinə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixinədək illik 5 % dərəcəsi ilə hesablanmış 30545,23 ABŞ dolları, ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək illik 15 % dərəcəsi ilə hesablanmış 2 217,28 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 32762,51 ABŞ dolları məbləğində pulun və ödənilmiş 257,09 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli *************** №-li kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 7 % olmaqla, 300 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın kredit xətti müqaviləsi (o cümlədən ##.##.2020-ci il tarixli ** №-li, ##.##.2020-ci il tarixli ** №-li və ##.##.2020-ci il tarixli ** №-li əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0,1979 ha torpaq sahəsində yerləşən *** nömrəli binanın 1 və 2ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin ipoteka qoyulması barədə ##.##.2019-cu il tarixli ***************/SIM №-li sonrakı ipoteka müqaviləsi (həmin müqaviləyə ##.##.2020-ci il tarixli ** №-li, ##.##.2020-ci il tarixli ** №-li və ##.##.2020-ci il tarixli ** №-li əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla); Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə ##.##.2020-ci il tarixli 100400974547319/IM-* №-li ipoteka müqaviləsi (həmin müqaviləyə ##.##.2020-ci il tarixli ** №-li və ##.##.2020-ci il tarixli ** №-li əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; iddiaçı, cavabdeh və X2 arasında sonuncuya məxsus olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73 kv.m olan qeyri-yaşayış binasının ipoteka qoyulması barədə ##.##.2020-ci il tarixli 100400974547319/IM-* №-li ipoteka müqaviləsi (həmin müqaviləyə ##.##.2020-ci il tarixli ** №-li və ##.##.2020-ci il tarixli ** №-li əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) bağlanmışdır. Borcalan tərəfindən kredit xətti müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı «kredit xətti müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi» iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və ilkin satış qiyməti 720 000 manat müəyyən edilməklə ##.##.2019-cu il tarixli ***************/SIM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən *** nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (1-ci ipoteka predmeti) və ilkin satış qiyməti 30000 manat müəyyən edilməklə ##.##.2020-ci il tarixli ***************/IM-* nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdehə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinə (2-ci ipoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışından əldə olunan vəsaitlər hesabına ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə borcalanın 210347,86 ABŞ dolları məbləğində əsas borc, 22626,42 ABŞ dolları məbləğində faiz borcu, 10000,29 ABŞ dolları məbləğində penya, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 2223,52 ABŞ doları, cəmi 245 697,8 ABŞ dolları borcun ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 405 manat, dövlət rüsumuna görə 666,08 manat və mediasiya xərcinə görə 400 manatın cavabdehlər Cavabdeh X7 və X2 birgə qaydada iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı xeyrinə tutulması qət edilmişdir. Borcalan həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*- *(***)-***/**** nömrəli qətnaməsi ipoteka predmetlərinin satılmasından əldə ediləcək vəsait hesabına tutulacaq kredit müqaviləsi üzrə faiz borcunun və dəbbə pulunun məbləğləri hissəsində dəyişdirilərək, tutulacaq kredit müqaviləsi üzrə faiz borcu 101,02 ABŞ dolları və dəbbə pulu 6318 ABŞ dolları manat məbləğində müəyyən edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Borcalan həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Lakin buna baxmayaraq, cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə banka kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə penya ödəməlidir ki, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək (qətnamənin qəbul olunduğu tarix) bu məbləğ 2 217,28 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa, kredit xətti müqaviləsi üzrə əsas borc Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli qətnaməsinin qəbul olunduğu ##.##.2023-cü il tarixdən uzun müddət sonra (##.##.2025-ci il tarixdə) qaytarıldığından bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən bank ##.##.2022-ci il tarixdən əsas borcun ödənildiyi ##.##.2025-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5 %) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra ##.##.2022-ci il tarixdən əsas borcun ödənildiyi ##.##.2025-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 30545,23 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli BO-XO-##.#.****-*** nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.
12. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ##.##.2025-ci il tarixldə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, lakin növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçıəhmdar Cəmiyyəti İddiaçı ilə Cavabdeh X7 arasında ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə əsas borca illik 5 % dərəcəsi ilə hesablanmış 30545,23 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh Cavabdeh X7 tutularaq iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul cavabdeh Cavabdeh X7 tutularaq iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı ödənilməsi, ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdeh Cavabdeh X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X8, 210005, VÖEN – 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyan Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnamələrinə əsasən müəyyən edilmişdir ki: iddiaçı ilə cavabdeh arasında ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % ödənilməsi şərtilə, 300 000 ABŞ dolları məbləğində kredit verilmişdir. ##.##.2020-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında kredit xətti müqaviləsinə ** nömrəli əlavə saziş bağlanmış və sazişə əsasən kredit xətti limiti 50000 ABŞ dolları məbləğində artırılaraq 350 000 ABŞ dolları müəyyən edilmişdir. Sonra tərəflər arasında kredit xətti müqaviləsinə ##.##.2020ci il tarixli ** nömrəli əlavə saziş bağlanmaqla kredit xətti müqaviləsi üzrə kreditləşmə müddəti 12 ay artırılmışdır (##.##.2023-cü il tarixədək). Daha sonra ##.##.2020-ci il tarixli ** nömrəli əlavə sazişə əsasən kredit üzrə hesablaşma qaydası yenidən dəyişdirilərək ##.##.2020-ci il tarixdən etibarən ilk 4 ay ərzində hesablanmış faizlərin və 4500 ABŞ dollarından az olmayan məbləğdə əsas borcun ödənilməsi, sonrakı kreditləşmə müddəti ərzində isə hər ay əsas borcun qalıq məbləğinin bərabər hissələrlə qaytarılması və hesablanmış faizlərin ödənilməsi razılaşdırılmışdır. Konstitusiya Məhkəməsi mülki qanunvericiliyin normalarından çıxış edərək göstərmişdir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Başqa sözlə, müqavilənin qüvvədə olduğu müddət ərzində yol verilmiş pozuntuya görə məsuliyyət müqavilənin müddətinin başa çatmasına görə aradan qalxmır. Lakin müqavilə xitam olunduqdan (müddətin başa çatması, ləğvi və ya müqavilədən bir tərəfli imtina olunması) sonra qüvvədə olmayan müqavilə şərtinə istinad edilməklə dəbbə pulunun hesablanmasının hüquqi əsası yoxdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi adıçəkilən Qərarda qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Iş materialları ilə müəyyən olunmuşdur ki, ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə ##.##.2022-ci il tarixdən birtərəfli qaydada ləğv edilmişdir. Başqa sözlə, ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçı tərəfindən cərimə müqavilə müddətindən sonrakı dövr üçün hesablanmışdır ki, bunun da hüquqi əsası mövcud deyildir. Odur ki məhkəmə cərimə məbləğinin tutulması hissəsində iddianın rədd edilməsini zəruri sayır. Məhkəmə qanuni faizə münasibətdə göstərir ki, Mülki Məcəllənin 21.2 və 21.3-cü maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. Mülki Məcəllənin 528-ci maddəsində öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 399.3 və 399.4-cü maddələrinin tələblərinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməsi üçün maneə deyildir. Məhkəmə qanuni faiz məbləğinin müəyyən edilməsinə münasibətdə göstərir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək əsas borca illik 5 faizlə hesablanmış 2223,52 ABŞ dolları tutulduğundan həmin dövr üçün təkrarən illik 5 faizin tutulması mümkün deyildir. Qalan müddət üçün qanuni faiz məbləğinin müəyyən edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Ekspert ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğ 16467,61 ABŞ dolları, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək isə 22056,64 ABŞ dolları təşkil edir. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxılmasının mümkün olmadığı nəzərə alınaraq, ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə əsas borca illik 5 % dərəcəsi ilə hesablanmış 30545,23 ABŞ dolları məbləğində pul cavabdeh Cavabdeh X7 tutularaq iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə borc qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 177,93 manat məbləğində pul, ********** nömrəli qəbzə əsasən 79,16 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Ekspert ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir. Iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həll qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləğini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul cavabdeh Cavabdeh X7 tutularaq iddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı, ekspertiza xərci olaraq 100 manat cavabdeh Cavabdeh X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.3, 399.3, 399.4, 425.1, 425.2, 443.1, 443.2, 445.7, 448.2, 462.1, 528-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * nömrəli Qərarına istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə Ekspert ##.##.2025ci il tarixli */**** nömrəli ekspert rəyinə əsaslanır. Həmin rəyə görə ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan məbləğ 16467,61 ABŞ dolları, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək isə 22056,64 ABŞ dolları təşkil edir. Lakin rəyin özünə baxanda (3-5-ci səhifələr: cədvəlin 5-ci sütunu) məlum olur ki, ekspert borcu bəyan etdiyi (və Məhkəmənin tələb etdiyi kimi) 5% dərəcəsi ilə deyil, 7% dərəcəsi ilə hesablayıb. Halbuki, qətnamənin özündə deyilir: “29. Məhkəmə yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər”.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
20. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
30. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
36. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
37. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).
45. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
46. Işin faktiki halları ilə müəyyən olunur ki, ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi iddiaçı tərəfindən ##.##.2022-ci il tarixdə birtərəfli qaydada ləğv edilmiş, hazırkı mübahisə də məhz həmin tarixdən sonrakı dövr üçün cavabdehin istifadə etdiyi pul vəsaitinə görə illik 5 % dərəcəsi ilə əldə çıxmış faydanın hesablanması ilə bağlı olmuşdur.
47. Birinci instansiya məhkəməsində illik 5% dərəcəsi ilə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən ##.##.2019-cu il tarixli *************** nömrəli kredit xətti müqaviləsi üzrə ##.##.2023-cü il tarixinədək olan dövr üçün ##.##.2022-ci il tarixindən etibarən illik 5 % dərəcəsi ilə hesablanmış əldə çıxmış fayda məbləğinin 16.467,61 ABŞ dolları, ##.##.2025-ci il tarixinədək olan dövr üçün isə ##.##.2023-cü il tarixindən etibarən illik 5 % dərəcəsi ilə hesablanmış əldə çıxmış fayda məbləğinin 22.056,64 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir.
48. Apellyasiya şikayətində hesablamaların 5 % deyil, 7 % dərəcəsi ilə aparıldığı göstərilsə də, məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, işin faktiki halları və ekspert rəyinin ümumi məzmunu ilə müəyyən olunur ki, ekspert rəyinin cədvəl hissəsində “7,00 %” qeyd edilsə də, ekspert hesablamaları müqavilənin ##.##.2022-ci il tarixdə birtərəfli qaydada ləğv edilməsindən sonrakı dövr üzrə məhz 5 % dərəcəsi əsasında aparmışdır. Rəyin nəticə hissəsində də hesablamaların “5 % dərəcəsi ilə hesablanmaqla” aparıldığı birbaşa göstərilmişdir.
49. Bu baxımdan, ekspert rəyinin cədvəl hissəsində “7,00 %” qeydinin göstərilməsi texniki xarakterli uyğunsuzluq kimi qiymətləndirilməli, həmin hal ekspert rəyinin nəticələrinin qeyri-mötəbər hesab olunması üçün əsas kimi qəbul edilməməlidir.
50. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1
51. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator əldən çıxmış faydanın məbləğinin düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən ekspert rəyini şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır.
52. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
54. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Cavabdeh Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
1 Ali Məhkəmə, Iş № 2-2(102)-553/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49