AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-427/2026 19.05.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İsmayılov Nurəddin Maşalla oğlunun cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və CəfərovSəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİsmayılovNurəddinMaşallaoğlununiştirakıilə İsmayılov Nurəddin Maşalla oğlunun “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları
1. İsmayılov Nurəddin Maşalla oğlu (icraçı) və “xxxx” MMC (sifarişçi) arasında bağlanmış ## #### 2025-ci il tarixli **/** nömrəli xidmət müqaviləsinə əsasən, icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsiniöhdəsinəgötürmüşdür.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş işlərin icraçı tərəfindənicraolunmasıtərəflərarasındaimzalanantəhvil-təslimaktıiləmüəyyənolunur.
3. Müqavilənin 2.1.3-cü bəndinə əsasən sifarişçi, göstərilmiş xidmətə görə müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulmuş ödənişi müqavilənin şərtinə uyğun şəkildə həyata keçirir.
4. Müqaviləyə ##.##.2025-ci il tarixli ** nömrəli əlavə ilə xidmət haqqının təhvil-təslim aktı təhvil verdikdən sonra 30 təqvim günü ərzində ödənilməsi razılaşdırılmış, xidmətin məzmunu kimi “Hyundai Robex” markalı 14 T 359 dövlət qeydiyyat nişanlı ekskavatorla torpaq qazıntı işləri şərtləşdirilmişdir.
5. 2025-ci ilin iyul ayında tərtib olunmuş təhvil-təslim aktına görə, icraçı ƏDV daxil 1633,8manatdəyərindəişitəhvilvermiş,sifarişçihəminişiqəbuletmişdir.
6. 2025-ci ilin avqust ayında tərtib olunmuş təhvil-təslim aktına görə, icraçı ƏDV daxil 9122,3manatdəyərindəişitəhvilvermiş,sifarişçihəminişiqəbuletmişdir.
7. 2025-ci ilin avqust ayında tərtib olunmuş digər təhvil-təslim aktına görə, icraçı ƏDV daxil5809,2manatdəyərindəişitəhvilvermiş,sifarişçihəminişiqəbuletmişdir.
8. 2025-ci ilin avqust ayında tərtib olunmuş digər təhvil-təslim aktına görə, icraçı ƏDV daxil7019,49manatdəyərindəişitəhvilvermiş,sifarişçihəminişiqəbuletmişdir.
9. 2025-ci ilin avqust ayında tərtib olunmuş digər təhvil-təslim aktına görə, icraçı ƏDV daxil9076,92manatdəyərindəişitəhvilvermiş,sifarişçihəminişiqəbuletmişdir.
10. 2025-ci ilin avqust ayında tərtib olunmuş digər təhvil-təslim aktına görə, icraçı ƏDV daxil9883,76manatdəyərindəişitəhvilvermiş,sifarişçihəminişiqəbuletmişdir.
11. ##.##.2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli elektron qaiməyə görə, İsmayılov Nurəddin Maşalla oğlu ilə “xxxx” MMC arasında görülmüş işlərin və ya göstərilmiş xidmətlərinümumiməbləği5809,25manat(ƏDVdaxil)təşkiledir.
12. ##.##.2025-ci il tarixli MT2509 seriyalı ******** nömrəli elektron qaiməyə görə, İsmayılov Nurəddin Maşalla oğlu ilə “xxxx” MMC arasında görülmüş işlərin və ya göstərilmiş xidmətlərinümumiməbləği7019,48manat(ƏDVdaxil)təşkiledir.
13. ##.##.2025-ci il tarixli MT2509 seriyalı, ******** nömrəli elektron qaiməyə görə, İsmayılov Nurəddin Maşalla oğlu ilə “xxxx” MMC arasında görülmüş işlərin və ya göstərilmiş xidmətlərinümumiməbləği1633,78manat(ƏDVdaxil)təşkiledir.
14. ##.##.2025-ci il tarixli MT2509 seriyalı, ******** nömrəli elektron qaiməyə görə, İsmayılov Nurəddin Maşalla oğlu ilə “xxxx” MMC arasında görülmüş işlərin və ya göstərilmiş xidmətlərinümumiməbləği9122,34manat(ƏDVdaxil)təşkiledir.
15. ##.##.2025-ci il tarixli MT2510 seriyalı, ******** nömrəli elektron qaiməyə görə, İsmayılov Nurəddin Maşalla oğlu ilə “xxxx” MMC arasında görülmüş işlərin və ya göstərilmiş xidmətlərinümumiməbləği9883,75manat(ƏDVdaxil)təşkiledir.
16. ##.##.2025-ci il tarixli MT2510 seriyalı, ******** nömrəli elektron qaiməyə görə, İsmayılov Nurəddin Maşalla oğlu ilə “xxxx” MMC arasında görülmüş işlərin və ya göstərilmiş xidmətlərinümumiməbləği9076,91manat(ƏDVdaxil)təşkiledir.
17. İcraçı tərəfindən sifarişçiyə ##.##.2025-ci il tarixdə pretenziya məktubu ünvanlanmış, 18055,46 manat əsas, 3249,98 manat ƏDB borcu olmaqla cəmi 21305,44 manat borcun 10 günmüddətindəödənilməsitələbolunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
18. İsmayılov Nurəddin Maşalla oğlu (iddiaçı) “xxxx” MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağladığı ## #### 2025-ci il tarixli xidmət müqaviləsi üzrə cavabdehdən 3249,98 manat ƏDV daxil 21 305,44 manatın, 154 manat dövlət rüsumunun, 400 manat vəkilə ödənilmiş xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ## #### 2025-
19. **/** nömrəli xidmət müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən icraçı ci il tarixli özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəliyini götürmüşdür. Müqaviləyə əsasən adları təhvil-təslim aktları və elektron-qaimələrdə qeyd edilən xidmət göstərilmiş və təhvil verilmişdir. Təqdim olunan sənədlərdən də göründüyü kimi, xidmətin dəyərinin ödənilməsi üçün aşağıda qeyd edilən elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir: ##.##.2025 tarixli MT2509 seriyalı ******** nömrəli, əsas məbləğ 1384,56, ƏDV 249,22, cəmi 1633,78 manat; ##.##.2025 tarixli MT2509 seriyalı ******** nömrəli, əsas məbləğ 7730,8, ƏDV 1391,54, cəmi 9122,35; ##.##.2025 tarixli MT2509 seriyalı ******** nömrəli, əsas məbləğ 4923,1, ƏDV 886,16, cəmi 5809,26; ##.##.2025 tarixli MT2509 seriyalı ******** nömrəli, əsas məbləğ 5948,71, ƏDV 1070,77, cəmi 7019,48; ##.##.2025 tarixli MT2510 seriyalı ******** nömrəli əsas məbləğ 8376,06, ƏDV 1507,69, cəmi 9883,75; ##.##.2025 tarixli MT2510 ******** nömrəli, əsas məbləğ 7692,3, ƏDV 1384,61, cəmi 9076,91. Yuxarıda qeyd edilən qaimələr üzrə cavabdehin 36 055,53 manat əsas borc, 6 489,99 manat ƏDV borcu, ümumilikdə 42545,52 manat öhdəliyi yaranmışdır. Lakin tərəflər arasında imzalanmış ## #### 2025-ci il tarixli xidmət müqaviləsinin 2.1.3-cü maddəsində göstərilən şərtlərə əməl edilməmişdir və müqavilə şərtlərinə əsasən ##.##.2025-ci il tarixindən 18 055,46 manat əsas borc, 3249,98 manat ƏDV borcu, ümumilikdə 21 305,44 manat qalıq borcu vardır. İddiaçı tərəfindən ##.##.2025-ci il tarixində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar yaranmış borc məbləğinin ödənilməsi tələbi barəsində cavabdehə pretenziya göndərilmiş və mövcud borcun ödənilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindənborcödənilməmişdir.
20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “Amal Group” podratçı qismində çıxış etmiş, cavabdeh subpodatçı olmuşdur. İsmayılov Nurəddin Maşalla oğlu da podratçı tərəfindən işə cəlb edilmiş, cavabdehlə müqavilə bağlamışdır. İddiaçı tərəfindən 18 000 manat dəyərində iş görülmüş, həmin işlərin dəyəri ödənilmişdir. Lakin cavabdehin direktoru ilə iddiaçı arasında yaxın münasibət olduğundan cavabdehin direktorunun faksimile imzası və möhürü iddiaçıda olmuşdur. Sonuncu, cavabdehi xəbərdar etməklə sənədləri imzalamalı və möhürləməli olduğu halda belə etməmiş, cavabdehə xəbər vermədən sənədləritəsdiqetmişdir.Hazırkıborcdaməhzbeləyaranmışdır.
21. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinintəminedilməsiqətolunmuşdur.
22. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
İddiaçı ## #### 2025-ci il tarixli **/** nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin qalıq dəyəri olan 3249,98 manat ƏDV daxil 21305,44 manat məbləğində pulun tutulmasını tələb edir.
Cavabdehin xidmətlərin göstərilmədiyi, faksimile imza və möhürün iddiaçıda olduğu, bu səbəbdən təhvil-təslim aktlarının imzalandığını bildirməsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Bu mənada cavabdehin xidmətləri qəbul etməsi yalnız onun qanuni təmsilçisinin imzası ilə əlaqələndirilə bilməz. Elektron qaimələrin ləğv edilmək üçün qaytarılmaması, ötən dövr ərzində maliyyə-mühasibatlıq hesabatları tərtib edilərkən göstərilməyən xidmət üçün elektron qaimənin mövcudluğunun aşkar olunmaması, bu barədə keçən dövr ərzində hər hansı etiraz göndərilməməsi ağlabatan deyildir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli 2 ədəd elektron qaimə istisna olmaqla digər elektron qaimələrə istinadla ƏDV ödənişləri edilmişdir.
Cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti ilə “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlardan cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə yalnız ##.##.2025 – ##.##.2025-ci il tarixlərində ölkə ərazisində olmadığı təsdiq edilmişdir. Halbuki təhvil-təslim aktlarına hüquqi şəxsin möhürü vurulmuşdur. Qeyd edilən möhürün isə müqavilə üzrə kontragentə verilməsi ağlabatan deyildir.
Cavabdehin qəbul etdiyi müqavilə və təhvil-təslim aktları da imzanın faksimilesindən istifadə edilməklə təsdiq edildiyindən tərəflərin faksimile imzadan istifadəsinin yol verilməsinə razılığının olduğu qənaətinə gəlinir.
Xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 331.3cü, 425-ci, 427.3-cü, 442-ci, 448.1-ci, 448.2-ci, 448.3-cü, 752.1-ci, 753.1-ci maddələrinə istinad etmişdir.
24. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin yalnız formal sənədlərə (akt və qaimələrə) istinad etməsi, işin real icrasını və faktiki qəbulunu araşdırmadığı, mübahisənin predmeti olan sənədlərin, imzalarının həqiqiliyi, möhürlərin tətbiqi, sənədlərin kim tərəfindən tərtib edilməsinin xüsusi bilik tələb edən məsələlər olduğu,qeydedilənlərləbağlıekspertizatəyinetmədiyiarqumentləriiləəsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz
25. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı, verilən izahat
26. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabadeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassızolduğunubildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdətutulanhallardavəqaydadayolverilir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələbetməkhüququvardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyənedəndigərşərtlərinpozulmasıbaşadüşülməlidir.
36. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,sifarişçiisəpodratçıyarazılaşdırılmışmuzdödəməyiöhdəsinəgötürür.
37. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəziniödəməlidir.
38. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həminişlərəhansısamarağıolsun.
39. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adiistifadəüçünyararlıolduğuhaldaqüsurlardanazadsayılır.
40. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbuletməkaçıq-aşkarmümkündeyildirsə,qüsurlarabərabərtutulur.
41. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçıözseçimiiləyaqüsuruaradanqaldırabilər,yadayeniməmulathazırlayabilər.
42. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçıhəminicradanimtinaedəbilər.
43. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçiqüsuruözüaradanqaldırıbçəkdiyixərclərinəvəziniödəməyitələbedəbilər.
44. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbuledilmişsayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarsübutlarhesabolunur.
48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıiləmüəyyənedilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
52. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
53. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarınauyğungəlməməsi.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
58. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqiəsasıaraşdırılmalıdır.
59. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçünisə4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
60. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktlarınməcmusunaistinadənqəbuledir.
61. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
62. İşin müəyyən olunan halı ondan ibarətdir ki, İsmayılov Nurəddin Maşalla oğlu (icraçı) və “xxxx” MMC (sifarişçi) arasında bağlanmış ## #### 2025-ci il tarixli **/** nömrəli xidmət müqaviləsi üzrə icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin akt vəmüqaviləiləmüəyyənetdiyiişlərindəyərininödənilməsiniöhdəsinəgötürmüşdür.
63. İddiaçının nümayəndəsinin bildirməsinə görə aktlarda nəzərdə tutulmuş işlər yerinə yetirilmiş, cavabdehə təhvil verilmiş və müvafiq elektron qaimələr göndərilmiş, lakin cavabdeh xidmətmüqaviləsiüzrə3249,98manatƏDVdaxil21305,44manatıödəməmişdir.
64. Cavabdeh isə işlərin iddiaçı tərəfindən faktiki olaraq icra edilməsinin və cavabdeh tərəfindən qəbul olunmasının sübuta yetirilmədiyini, məhkəmənin bu halı araşdırmadığını irəli sürür.
65. Bu baxımdan kollegiyanın qənaətinə görə, hazırkı mübahisə üzrə sübutetmənin predmetini ## #### 2025-ci il tarixli **/** nömrəli xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən işlərin yerinəyetirilib-yetirilməməsitəşkiledir.
66. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cürhallarınsübutayetirilməsiüçüntərəflərinməhkəməyədəliltəqdimetmələrizəruridir.
67. Hazırkı mübahisənin tərəfləri ## #### 2025-ci il tarixli müqavilədə işlərin görülməsi ilə bağlı konkret prosedur müəyyən etmişlər; belə ki, işlərin icraçı tərəfindən icra olunması təhviltəslimaktıiləmüəyyənolunurvətəhvil-təslimitəsdiqedənmüvafiqqaiməsifarişçiyəgöndərilir.
68. İddiaçı tərəfindən iddianın faktiki əsası kimi təqdim edilən 6 ədəd təhvil-təslim aktı və elektron qaimə müqavilə üzrə aktlarda nəzərdə tutulmuş işlərin iddiaçı tərəfindən yerinə yetirildiyinivəcavabdehtərəfindənqəbuledildiyinitəsdiqedir.
69. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin göstərilməməsi ilə bağlı iddiaçıya bu zamana qədər etiraz edilməmiş, elektronqaimələrmübahisələndirilməmişdir.
70. Faksimile imzadan istifadə ilə bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallardavəqaydadayolverilir.
71. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imzaəlimzasıiləbərabərhüquqiqüvvəyəmalikdir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: tərəflər, onu şəxsən imzalamaqla; mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); elektron imzadan istifadə etməklə; şəxsi imzanın başqa analoqundanistifadəetməklə.
73. Qeyd edilənlərdən aydın olur ki, qanunvericilik faksimile imzadan istifadə ilə bağlı hər hansısa məhdudiyyət müəyyən etməmişdir. Faksimile imzadan istifadənin başlıca məqsədi sənədlərin vaxtında imzalanmasını təmin etməkdir. Cavabdehə məxsus faksimile imzanın iddiaçıda və ya digər şəxslərdə olması cavabdehin məsuliyyəti daxilində olan və cavabdeh tərəfindənsübutedilməliolanməsələdir.
74. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyatakeçirilən,məhzmüstəqilbirfəaliyyətdir.
75. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi aktların və mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçıməhkəməyəmüraciətetdikdənsonratəkzibetməsivicdanlılıqprinsipinəziddir.
76. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsiüçünəsastəşkiletmir.
77. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbinolub-olmamasınabağlıdeyildir.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası QƏT ETDİ:
Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** saylı kommersiya mübahisəsi üzrə qəbuletdiyi########2026-cıiltarixliqətnaməsidəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorunözünəaidolunsun. Qətnamədən “xxxx” MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov