Məhkəmə qərarları › İş №e-2-2(3-6)-437/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-437/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-437/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdehlər Şahinli Duyğuya və cavabdeh1 MMC-yə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən itina, apellyasiya icraatına xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdeh1 MMC-yə və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh1 MMC-nin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə cavabdeh1 MMC (borc alan) arasında ##.##.2022-ci il tarixdə OnGTC-********LE/**** saylı “Bank xidmətlərinin göstərilməsinə dair X2”nun ##.##.2022-ci il tarixli, 1.0.* nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmış, həmin sənədin “Müqavilənin predmeti” adlı hissəsində nəzərdə tutulmuşdur ki, “Bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, standby akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur”.

2. X2nun “Bank hesabı” adlı hissəsinin 1.1-ci maddəsinə əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür.

3. X2nun “Bank hesabı” adlı hissəsinin 5.1-ci maddəsinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir

4. Həmin hissənin 5.2-ci maddəsinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir.

5. X2nun 4-cü hissəsinin 3.1-ci maddəsinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir; 3.2-ci bəndinə əsasən, maddəsinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir; 3.4-cü bəndinə əsasən, faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır; 3.5ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir. Həmin hissənin 3.6-cı maddəsinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir; 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Həmin hissənin 3.12ci maddəsinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin IV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

6. Bank xidmətlərinin göstərilməsinə dair X2nun ##.##.2022-ci il tarixli, 1.0.* nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə ##.##.2022-ci il tarixli razılaşmanın məzmunundan görünür ki, cavabdeh1 MMC bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X2nun bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən ##.##.2022-ci il tarixli, 1.0.* nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, bank ilə müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikəri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. Bank müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər. Müştəri təsdiq edir ki, onun banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə banka yazılı məlumat verməmişdirsə, bank əlavə və dəyişikliklər barədə məlumatın müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, müştəri daim bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. Razılaşmada izahı verilməyən anlayışlar müqavilədə ifadə olunduğu mənanı daşıyır. Razılaşma ilə müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə razılaşmanın müddəalarına üstünlük verilir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır.

7. ##.##.2023-cü il tarixli, DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə ##.##.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 47986 (qırx yeddi min doqquz yüz səksən altı) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilməsi razılaşdırılmışdır.

8. İddiaçı ASC ilə Duygu Sahinli arasında imzalanmış ##.##.2023-cü il tarixli, DG************* nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə cavabdeh1 MMC arasında razılaşdırılmış ##.##.2023-cü il tarixli, DC********-** saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Duygu Sahinli bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

9. ##.##.2025-ci il tarixli PB/PBL-OUT-*****-**** nömrəli maliyyə arayışından görünür ki, cavabdeh1 MMC-nin ##.##.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri – DC********-** saylı maliyyələşdirmə üçün ərizə üzrə 12 171,33 manat əsas borc, 303,08 manat faiz borcu, 882,27 manat cərimə borcu olmaqla, cəmi 13 356,68 manat (gecikmə günü: 218 gün) təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı ASC (iddiaçı) cavabdeh1 MMC-yə və cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən birgə qaydada DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12 171,33 manat (on iki min bir yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 303,08 manat (üç yüz üç manat səkkiz qəpik) faiz borcu, 882,27 manat (səkkiz yüz səksən iki manat iyirmi yeddi qəpik) cərimə olmaqla, cəmi 13 356,68 manat (on üç min üç yüz əlli altı manat altmış səkkiz qəpik) borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 130,07 manat (bir yüz otuz manat yeddi qəpik) dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh1 MMC (“borcalan”) arasında ##.##.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2nun ##.##.2022-ci il tarixli 1.0.* nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-********LE/**** saylı Razılaşma imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda X2 çərçivəsində tərəflər arasında: - ##.##.2023-cü il tarixli, DC********-** saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana ##.##.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti ərzində illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 47986 manat (qırx yeddi min doqquz yüz səksən altı) məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Borclunun bank qarşısında olan DC********-** saylı Maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Duygu Sahinli arasında ##.##.2023-cü il tarixli, DG************* saylı zaminlik müqaviləsi bağlanmış, lakin borcalan qeyd edilən öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın ##.##.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12171,33 manat əsas borc, 303,08 manat faiz borcu, 882,27 manat cərimə borcu olmaqla, cəmi 13356,68 manat təşkil edir.

12. Məhkəmənin ## ######## 2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Məhkəmə Ekspertizası Mərkəzi) həvalə olunmuşdur.

13. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında olan cavabdeh cavabdeh1 MMC tərəfindən iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## ### 2023-cü il tarixli DC00301613- ** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh cavabdeh1 MMC-nin (suallarda göstərilən tarixlərə) iddiaçı banka olan borcu ##.##.2025-ci il (müqavilə müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 13675,33 manat, faiz borc üzrə 871,80 manat; ##.##.2025-ci il (maliyyə arayışında qeyd olunan) tarixə: əsas borc üzrə 13 675,33 manat, faiz borc üzrə 999,06 manat müəyyən edilir. Rəydə həmçinin qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış ## ### 2023-cü il tarixli, DC********-** saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da iddiaçı bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cərimə borcu hesablanmadı.

14. Məhkəmənin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh2 birgə qaydada DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12 171,33 (on iki min yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 303,08 manat (üç yüz üç manat səkkiz qəpik) faiz borcu, 650 (altı yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,8 manat (yüz iyirmi yeddi manat səksən qəpik) olmaqla, ümumilikdə 13 252,21 manat (on üç min iki yüz əlli iki manat iyirmi bir qəpik) məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 147,40 manat (yüz qırx yeddi manat qırx qəpik) hissəsinin cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 birgə qaydada, 2,60 manat (iki manat altmış qəpik) hissəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ013601**********3944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, hesab: AZ34CTRE**********0002088501) köçürülməsi qət edilmişdir.

15. Qətnamədən cavabdeh1 MMC nümayəndəsi apellyasiya şikayəti verərək onun dəyişdirilməsini, cərimə məbləğinin tutulması hissəsində iddianın təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

17. İddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, cavabdeh cavabdeh1 MMC-nin qanuni nümayəndəsi elektron sistem vasitəsilə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqavilə ürzə yaranmış borcun ödənilməsi səbəbi ilə apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

19. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

20. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 MMC-nin öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh1 MMC-nin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və cavabdeh1 MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar