AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-440/2026 19.05.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, gecikdirilmiş müddət üçün faiz borcu, cərimə, borcunun düzgün hesablanmaması, apellyasiyanın həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyiilə İddiaçı QSC-nin cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları
1. İddiaçı QSC (bank) ilə cavabdeh1 (kredit alan) və cavabdeh3, cavabdeh2 (zaminlər) arasında ##.##.2022-ci il tarixdə ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış,müqavilənin:
- 2.1-ci bəndinə əsasən, Bank müqavilə ilə müəyyən şərtlər əsasında uzunmüddətli kreditxəttiniaçır; - 2.2-ci bəndinə əsasən, kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı - sahibkarlıq faəliyyətinin maliyyələşdirilməsi, uzunmüddətli kredit xəttinin məbləği 800 000 manat, kreditin maksimum müddəti 120 ay, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 faiz, FİFD-in yuxarı həddi 30 faiz, aylıq ödənişinyuxarıhəddi50000manattəşkiletmişdir; - 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçünkreditalaniləbirgəvətamməsuliyyətdaşıyır; - 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bumüqaviləyəqoşulabilərlər; - 4.9-cu bəndinə əsasən bank, kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini kreditalandantələbedir; - 11.1-ci bəndinə əsasən, zamin, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısındakreditalaniləbirlikdəbirgəməsuliyyətdaşıyır; - 11.4-cü bəndinə əsasən, zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kreditalanınbütünöhdəlikləriniicraetməyiözöhdəsinəgötürür; - 11.7-ci bəndinə əsasən, zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kreditalaniləbirgəvətamməsuliyyətdaşıyır; - 13.10-cu maddəsinə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənədək müqaviləqüvvədədir.
2. ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh1 və bank arasında bağlanan ##.##.2022-ci il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmada razılaşdırılmışdır ki, kreditin müddəti 36 ay, illik faiz dərəcəsi 22%, kreditin məbləği ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30 000manattəşkiledir.
3. Bankın kreditin verilməsi – köçürmə barədə çıxarışına əsasən, cavabdeh1 hesabına ##.##.2022-ci il tarixdə 30 000 manat pul köçürülmüş, çıxarış cavabdeh1 tərəfindən imzalanmışdır.
4. cavabdeh1 məxsus hesabdan çıxarışa əsasən, ##.##.2022-##.##.2025-ci illəri əhatə edəndövrüzrəümumimədaxil85375,91manat,məxaric85375,91manattəşkiletmişdir.
5. Bank tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdeh1 ***R********** saylı ##.##.2022-ci il tarixli kredit razılaşması üzrə ##.##.2025-ci il tarixə əsas borcu 10 465,12 manat, faiz üzrə borcu 847,44 manat, cərimə borcu 491,38 manat olmaqla cəmi borcu 11 803,94 manat təşkil edir, o cümlədən cərimə hesablanmış gecikdirilən günlərinsayı139gündür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı QSC (iddiaçı) cavabdeh3, cavabdeh2 və cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ##.##.2022-ci il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 10465,12 manat məbləğində krеdit bоrcu, 847,44 manat məbləğində faiz bоrcu və 491,38 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11 803,94 manatın, 125,41 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasınıxahişetmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh1 və zaminlər cavabdeh3, cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh1 120 ay müddətinə 800 000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin müqavilə əsasında cavabdeh1 ##.##.2022-ci il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30 000 manat məbləğində kredit verilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh1 götürdüyü krеdit bоrcundan 19534,88 manat ödəmiş, 10465,12 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 139 gün üçün hesablanmış faiz borcu 847,44 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 139 gün üçün hеsablanmış cərimə 491,38 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tamməsuliyyətdaşıyır.
8. Cavabdeh cavabdeh1 iddiaya etiraz etmiş, etirazını onunla əsaslandırmışdır ki, ## ####### 2022-ci ildə bankdan ümumilikdə 40 000 manat pul götürülmüş, ilkin olaraq 30 000 manat qeyd olunsa da, 30 000 manatdan az məbləğ 2 ay müddətində hissə-hissə verilmiş, təxminən bir aydan sonra təkrar 10 000 manat pul yazılsa da, yenə 10 000 manatdan az pul verilmişdir. Kreditin götürülmə səbəbi miras qalan qeyri-yaşayış obyektinin təmiri və yenidən qurulması olmuşdur. Bankdan götürülən pulu vaxtı-vaxtında ödəmiş, hətta 10 000 manatı vaxtından əvvəl qaytarmışdır. 2024-cü ilin yanvarında səhhətində qəfil pisləşmə olmuş və müalicəsi üçün küllü miqdarda pul xərclənmişdir. 2025-ci ilin fevral ayında Banka yazılı və şifahi müraciət etmiş və ona yeni qrafikin açılmasını, vaxtın uzadılmasını və aylığın azaldılmasını xahiş etmişdir. Lakin müraciəti heç bir nəticə verməmişdir. Banka olan borcunu ödəməkdən boyun qaçırmır,sadəcəvaxtınuzadılmasınıvəaylığınazaldılmasınıxahişedir.
9. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh cavabdeh1 ərizə ünvanlayaraq ürzlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasında iştirak edəndigərcavabdehlərisəcavabdeh1etirazərizəsininməzmununauyğunizahatvermişlər.
10. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ##.##.2025-ci il tarixli rəyində göstərmişdir ki, ##.##.2025-ci il tarixə əsas borc12345,12manat,faizborcu1191,45manattəşkiledir.
11. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada 10 465.12 manat əsas borc, 847,44 manat faiz borcu, 491,38 manat dəbbə pulu olmaqla, cəmi 11803,94 (on bir min səkkiz yüz üç manat doxsan dörd qəpik) manatın, 125,41 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərcinin tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininhesabınaköçürülməsiqətolunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni işin faktiki hallarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə ##.##.2022-ci il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30 000 manat məbləğində kredit verilmiş, cavabdeh krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka öhdəsinə götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə zaminlər kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin olunması məqsədi ilə borclunun öhdəliklərini yerinə yetirməməsi nəticəsində əmələ gələn borc üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyacaqlarını üzərinə götürmüşlər. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmiş, cavabdeh isə kredit məbləğinin bir qismini ödəməsinə baxmayaraq qalan məbləğin ödənişini həyata keçirməmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulması tələbi ilə çıxış edir.
İş materiallarından görünür ki, tərəflər arasında bağlanan ##.##.2022-ci il tarixli müqavilənin müddətinin 36 ay müəyyən edilməsinə baxmayaraq, iddiaçı ##.##.2025ci il tarixdə borcalana pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə əsas, faiz və cərimə borcunun qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (##.##.2025-ci il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb etməkdə haqqlıdır. Əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyində göstərilən əsas borc və faiz borcu məbləği iddia tələbində qeyd olunan məbləğdən daha yuxarı həddə müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10465.12 manat əsas və 847.44 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə hesab edir ki, borclunun müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
Eyni zamanda məhkəmə cavabdeh3 və cavabdeh2 ilə bağlanan ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxslər borclu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 386.1, 399.1-ci, 443.1-ci, 425.1-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 739.1-ci, 739.2-cimaddələrinəistinadetmişdir.
14. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə qarşı verdiyi yazılı etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymətvermədiyini,ziddiyyətlisübutlarəsasındaqərarçıxardığınıirəlisürmüşdür.
Apellyasiya şikayətinə etiraz
15. İddiaçı bankın nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş,qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişolunmuşdur.
Apellyasiya baxışı
16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış apellyator ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya şikayətinin təminolunmasınıxahişetmiş,digərcavabdehlərdəməhkəməyəgəlməmişlər.
17. İddiaçı bankın nümayəndəsi ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və qətnamənindəyişdirilmədənsaxlanılmasınıxahişetmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
22. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.
24. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsi.
25. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icraedilməzsə,bu,gecikdirməsayılmır.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcluonunriskdairəsinədaxilolanöhdəliklərinicraedilmədiyibütünhallarüçüncavabdehdir.
27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütünəsaslımənafelərinəzərəalınır.
28. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsindəayrıqaydanəzərdətutulmayıbsa,kreditorqarşısındabirgəməsuliyyətdaşıyırlar.
29. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələbetməkhüququnamalikdirsə,onlarbirgəborclulardır.
30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdardaolaneyninövlüəşyalarşəklindəborcverənəqaytarmağıöhdəsinəgötürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərəalırki,onlarişdətərəflərintələblərinimüəyyənedənfaktlarlavəhallarlaəlaqədardır.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
36. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsinyazılı qaydada verilən əsaslandırılmışvəsatəti və ya öz təşəbbüsü ilə ekspertizatəyinedəbilər.
37. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsindəmüəyyənedilmişqaydalarüzrəməhkəmələrtərəfindənqiymətləndirilir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyətiüzrədüzgünolanqətnaməsiyalnızformalmülahizələrəgörələğvediləbilməz.
Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlarəsasındamahiyyətiüzrəbaxır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
43. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayətverməmişdigərşəxslərinhüquqlarınınəsassızməhdudlaşdırılmasıilənəticələnəcəkdir”.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsin mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. Cavabdehlər cavabdeh3 və cavabdeh2 şikayət vermədiklərindən, qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, iddiaya etiraz ərizəsinin məzmunundan iddianı qismən qəbul etdiyi aydın olan əsas borclunun şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və zaminlərin şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi qanunvericiliyin mənasına uyğun deyildir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh1 apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir; çünküo,yalnızümumiifadələrləsübutlarınınnəzərəalınmadığınıirəlisürmüşdür.
Məhkəmə kollegiyasının mövqeyi
45. Kollegiya, birinci instansiya məhkəməsinin cavabdeh1 yönəlmiş iddia tələbi üzrə gəldiyinəticəvəmüvafiqhissədəhüquqiəsaslandırmailərazılaşır.
46. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, məhkəmənin “təqdim olunan sübutları nəzərə almadığı” arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiyaməhkəməsinə,nədəapellyasiyainstansiyasınaheçbirsübuttəqdimetməmişdir.
47. Səhhətində yaranmış problemlə əlaqədar öhdəliklərini icra edə bilmədiyi barədə apellyatorun irəli sürdükləri ilə bağlı isə kollegiya qeyd edir ki, borcalanın səhhətinin pisləşmiş olmasıiddiaçıqarşısındayaranmışöhdəliklərindənonuazadetmir.
48. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgünolanqətnaməsiyalnızformalmülahizələrəgörələğvediləbilməz.
50. Apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
cavabdeh1 apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsimübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiyaşikayətiveriləbilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov