Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-443/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı "sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kooperativin üzvünün informasiya əldə etmək hüququ, sənədlərin və məlumatların təqdim olunması) hakimlər X10 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı "sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Vergilər Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin ##.##.2025-ci il tarixli çıxarışına əsasən İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin 2 pay sahibi olaraq təsisçilərindən biridir.
2. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən Cavabdeh MTK-nın fəaliyyət dövrünə aid olan bütün redaksiyalarda olan nizamnamələr, MTK-nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr və dövlət reyestrindən çıxarışlar, MTK-nın fəaliyyətinə dair 2016-2024-cü illərə aid vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri (bütün əlavələrlə birlikdə); MTK-nın mütləq pay haqqı ödəmiş ortaq (assosiativ) üzvləri və əlavə pay haqqı ödəmiş üzvləri barədə məlumat, habelə həmin pay haqqı ödənişini təsdiq edən sənədlər; 2016-2024-cü illərdə MTK üzvlərinin ümumi yığıncaq qərarların surətləri Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot Idarəsi ## ###### 2026-cı il tarixində sorğuya cavab olaraq Cavabdeh MTK-Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə, həmin ərizəyə * nömrəli Əlavə, ## ######## 2016-ci il tarixli Cavabdeh Mənzil- Tikinti Kooperativindəki payların alqı-satqısı müqaviləsi, ## #### 2016-cı il tarixli Cavabdeh MTK-nın Nizamnaməsi, ## ######## 2016-cı il tarixli Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının protokolu, Cavabdeh MTK-nın 2-ci redaksiyada olan Nizamnaməsi, ##.##.2020-ci il tarixli Azərbaycan Respubliksaının Auditorlar Palatasının auditor rəyi, ## ###### 2020-ci il tarixli Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının protokolu, Cavabdeh MTK-nın 3-cü redaksiyada olan Nizamnaməsi, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş ( Cavabdeh MTK-nın ##.##.2016-cı il tarixli çıxarışı, Cavabdeh MTK-nın ##.##.2016-cı il tarixli çıxarışı, Cavabdeh MTK-nın ##.##.2020-ci il tarixli çıxarışı, Cavabdeh MTK-nın ##.##.2025-ci il tarixli çıxarışı), ## #### 2016-cı il tarixli X4 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X6 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X5 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X2 tərəfindən ödənişmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X3 tərəfindən ödənilmiş ödəniş qəbzi, Cavabdeh MTK-nın qeydiyyat şəhadətnaməsi məhkəməyə təqdim etmişdir.
4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi ## ###### 2026-cı il tarixində sorğuya cavab olaraq 2021-ci il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsi, 2021-ci il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinə (* №-li Əlavə, * №-li əlavə, * №-li Əlavə, * №-li Əlavə, 5 №li Əlavə), 2022-ci il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsi, 2022-ci il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinə(* №-li Əlavə, * №-li əlavə, * №-li Əlavə, * №-li Əlavə, 5 №li Əlavə), 2023-cü il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsi, 2023-cü il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinə (* №-li Əlavə, * №-li əlavə, * №-li Əlavə, * №-li Əlavə, 5 №li Əlavə), 2024-cü il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsi, 2024-cü il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinə(* №-li Əlavə, * №-li əlavə, * №-li Əlavə, * №-li Əlavə, 5 №li Əlavə) sənədləri məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Cavabdeh MTK-nın üzvü İddiaçı MTK-nın fəaliyyətinə dair 2016-2024-cü illərə aid vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri (bütün əlavələrlə birlikdə); (ii) MTK-nın mütləq pay haqqı ödəmiş ortaq (assosiativ) üzvləri və əlavə pay haqqı ödəmiş üzvləri barədə məlumat, habelə həmin pay haqqı ödənişini təsdiq edən sənədlər; (iii) 2016-2024-cü illərdə MTK üzvlərinin ümumi yığıncaq qərarları, o cümlədən yaşayış (qeyri-yaşayış) sahəsi verilməsinə dair qərarları; (iv) 2016-2024-cü illərdə MTK tərəfindən kooperativ ödənişi və dividend ödənilməsi barədə məlumat və həmin məlumatı təsdiq edən sənədlər; (i) MTK-nın fəaliyyətinə dair 2016-2024-cü illərə aid vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri (bütün əlavələrlə birlikdə); (ii) MTK-nın mütləq pay haqqı ödəmiş ortaq (assosiativ) üzvləri və əlavə pay haqqı ödəmiş üzvləri barədə məlumat, habelə həmin pay haqqı ödənişini təsdiq edən sənədlər; (iii) 2016-2024-cü illərdə MTK üzvlərinin ümumi yığıncaq qərarları, o cümlədən yaşayış (qeyriyaşayış) sahəsi verilməsinə dair qərarları; (iv) 2016-2024-cü illərdə MTK tərəfindən kooperativ ödənişi və dividend ödənilməsi barədə məlumat və həmin məlumatı təsdiq edən sənədlərin verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulması; 2) Iddia ərizəsinin verilməsi üçün (i) 100 manat dövlət rüsumu və (ii) 300 manat vəkil xərci olmaqla, cəmi 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi təmin edilməsini xahiş etmişdir.
6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – “Iddiaçı”) Cavabdehxxxx“MTK” və ya “Cavabdeh”) dəyəri 200002 manat olan 200002 ədəd paydan ibarət olan nizamnamə kapitalının hər birinin nominal dəyəri 1 manat, ümumilikdə 2 manat olan 2 payı ona məxsus olmaqla həmin MTK-nın üzvüdür (dövlət reyestrindən çıxarış əlavə olunur). Iddiaçı ##.##.2025-ci il tarixdə MTK-nın fəaliyyətinə dair aşağıdakı sənədlərin (bundan sonra – “Sənədlər”) təqdim edilməsi barədə Cavabdehə tələbnamə göndərmiş və Sənədlərin təqdim edilməsi üçün 2 gün müəyyən etmişdir (tələbnamə və onun çatdırılmasına dair qəbz əlavə olunur): (i) MTK-nın fəaliyyətinə dair 2016-2024-cü illərə aid vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri (bütün əlavələrlə birlikdə); (ii) MTK-nın mütləq pay haqqı ödəmiş ortaq (assosiativ) üzvləri və əlavə pay haqqı ödəmiş üzvləri barədə məlumat, habelə həmin pay haqqı ödənişini təsdiq edən sənədlər; (iii) 2016-2024-cü illərdə MTK üzvlərinin ümumi yığıncaq qərarları, o cümlədən yaşayış (qeyri-yaşayış) sahəsi verilməsinə dair qərarları; (iv) 2016-2024-cü illərdə MTK tərəfindən kooperativ ödənişi və dividend ödənilməsi barədə məlumat və həmin məlumatı təsdiq edən sənədlər. Buna baxmayaraq, Cavabdeh tələbnaməyə cavab verməmiş və tələb edilən sənədləri təqdim etməmişdir. Qeyd edilən hallar onu göstərir ki, Iddiaçının kooperativ üzvü kimi hüquqları Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 109-4.1.3-cü maddəsinə, habelə MTK-nın Nizamnaməsinin 5.4-cü bəndinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativ üzvünün hüququdur (Nizamnamə əlavə olunur). Bundan başqa, Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim Əli Rüstəmov) ##.##.2017-ci il tarixli *(***)-****/** nömrəli Qərarındakı hüquqi mövqeyinə əsasən, kooperativ üzvü kooperativin fəaliyyətinə dair məlumat almaq, onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququna malik olduğundan o, kooperativin idarəetmə orqanından maliyyə hesabatlarının ona təqdim edilməsini tələb edə bilər və bu tələb onun qanunvericiliklə nəzərdə tutulmuş kooperativin fəaliyyətinə dair məlumat almaq hüququnun mahiyyətindən irəli gəlir. Kooperativ üzvünün həmin hüquqların realizəsini tələb etmək və onların pozulmasından müdafiə hüququ vardır (qərar əlavə edilir). Beləliklə, məhkəmə tərəfindən Cavabdehin Iddiaçının Mülki Məcəllənin 109-4.1.3-cü maddəsində əks olunmuş hüquqlarını pozan və onların realizəsinə maneçilik törədən hərəkətləri hüquqazidd hesab edilməli və tələb olunan Sənədlərin Iddiaçıya verilməsi vəzifəsi Cavabdehin üzərinə qoyulmalıdır.
7. Cavabdehin nümayəndəsinin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən sənədlər mərhum Akif Nəbiyevin “xxxx” MTK-nın direktoru vəzifəsində fəaliyyət göstərdiyi dövrə aiddir. Hazırda isə həmin sənədlər “xxxx” MTK-nın faktiki sərəncamında mövcud deyildir, çünki Akif Nəbiyev tərəfindən bu sənədlər MTK-ya təhvil verilməmişdir. Bu baxımdan, məhkəmə tərəfindən iddiaçının iddia tələbi təmin edildiyi halda belə, qəbul ediləcək qətnamənin icrası faktiki olaraq qeyri-mümkün olacaqdır. “Icra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması haqqında qərar qəbul edir. Icra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmçinin iddiaçı iddia tələbində müvafiq sənədlərin təqdim edilməsi öhdəliyinin 3-cü şəxslər üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu tələb tamamilə absurd tələbdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə ziddir. AR MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Göründüyü kimi, qeyd edilən normalarda üçüncü şəxsin üzərinə hər hansı tələbin yönəlməsi imkanı nəzərdə tutulmamışdır, tələb cavabdehə yönəldilə bilər.
8. Iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasının onun iştirak olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında digər məhkəmə işində müdafiəçi qismində iştirakı zəruri olduğundan qeyd edilən iclasda iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmənin baxış iclasını təxir etməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi iddia ərizəsi rədd edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin 2 pay sahibi olaraq təsisçilərindən biridir (Vergilər Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin ##.##.2025-ci il tarixli çıxarışına əsasən). Beləliklə, hazırkı iddia tələbinin irəli sürməsi üçün iddiaçının sübyektiv hüququ mövcüddur. Məhkəmə gedişatı zamanı hazırlıq iclasında iştirak edən cavabdehin nümayədəsi bildirmişdir ki, təsisçilər doğma bacı-qardaşdırlar. Ataları rəhmətə getdikdən sonra şirkətdəki paylar vərəsələr arasında bölünmüşdür. Hazırda isə qardaşlar arasında mübahisə yaranmışdır. 2016-2024-cü illərdə şirkət Akif müəllim tərəfindən idarə olunmuşdur, həmin şəxs isə hazırda rəhmətə getmişdir. Vergi bəyənnaməsi ilə bağlı isə mühasib sistemdən çıxara bilsə sənədləri iddiaçıya təqdim edə bilərlər. Həmçinin digər sənədlərlə bağlı araşdırma aparacaq, mövcuddursa iddiaçıya təqdim edəcəkdir. Sonra isə cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən sənədlər mərhum Akif Nəbiyevin “xxxx” MTK-nın direktoru vəzifəsində fəaliyyət göstərdiyi dövrə aiddir. Hazırda isə həmin sənədlər “xxxx” MTK-nın faktiki sərəncamında mövcud deyildir, çünki Akif Nəbiyev tərəfindən bu sənədlər MTK-ya təhvil verilməmişdir. Bu baxımdan, məhkəmə tərəfindən iddiaçının iddia tələbi təmin edildiyi halda belə, qəbul ediləcək qətnamənin icrası faktiki olaraq qeyri-mümkün olacaqdır. Bundan əlavə, iddiaçının nümayəndəsinin vəsatətinə əsasən məhkəmə tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinə iddia tələbində göstərilən sənədlərin təqdim edilməsi ilə bağlı sorğu göndərilmiş və qeyd edilən Idarə tərəfindən MTK- ya aid mövcüd olan bütün sənədlər məhkəmə vasitəsi ilə iddiaçıya təqdim edilmişdir. Lakin, iddiaçı yenə də qanə olmayaraq, sonuncu iclas tarixi ilə məhkəməyə ərizə ilə müraciət edərək iddianın olduğu kimi təmin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı mövcüd olan sənədlərin təqdim edilməsini cavabdehdən tələb edə bilər. Vergi orqanı tərəfindən məhkəməyə təqdim edilən sənədlərin sırasında 2021-2024-cü illəri əhatə edən mənfəət (gəlir) vergisi bəyannamələri təqdim edilmişdir, iddiaçı isə 2016-cı ildən 2024-cü ilə gədər olanları tələb edir. Lakin, iddiaçı 2016-cı ildən etibarən mənfəət (gəlir) vergisi bəyannamələrinin və tələb etdiyi digər sənədlərin (vergi orqanı tərəfindən təqdim edilən sənədlərdən savayi) mövcüdluğunu hər-hansı qaydada sübuta yetirə bilməmişdir. Beləliklə, mövcüd olmayan və ya ehtimallara əsaslanaraq hər-hansı əlavə sənədlərin təqdim edlməsinin tələb edilməsi əsaslı hesab edilə bilməz, bu cür tələblərin təmin edilməsi isə məhkəmə qətnamələrin icrasının qeyrimümkünlüyü ilə nəticələnə bilər. Beləliklə, məhkəmə hesab edir ki, MTK-ya aid iddia ərizəsində göstərilən sənədlərdən mövcüd olan sənədlər məhkəmə vasitəsi ilə iddiaçıya təqdim edildiyi üçün, digər sənədlərin cavabdehdə mövcüdluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün iddia ərizəsi rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumunu və 300 manat vəkil xərci ödənilmişdir. Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 43, 49.4, 49.6, 109.1, 109.2, 109.5, 109.10, 109-2.1, 109-4.1, 109-4.1.2, 109-4.1.3, 109-4.1.8 -ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1, 111.1-ci maddələrinə istinad etmişdir.
12. İddiaçı nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüş və qeyd etmişdir ki, sənədlərin mövcudluğuna dair prezumpsiyanı təkzib edəcək hər hansı sübutun Cavabdeh tərəfindən təqdim edilməməsinə baxmayaraq, iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. MTK-nın mövcudluğu onun üzvlərinin olmasından irəli gəlir, həmin üzvlərin MTK fəaliyyətinə dair məlumat almaq hüququ vardır, yaşayış və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi fəaliyyəti ilə aktiv məşğul olan MTK-nın 10 il ərzində əmlak təqdim etməməsi mümkünsüzdür və belə fəaliyyətdən əldə edilən mənfəət üzrə kooperativ ödənişləri ödənilir və vergi ödənilməklə vergi bəyannamələri vergi orqanına verilməlidir. Tələb edilən sənədlərin Bankda, DVX-da və DƏDKR-in * saylı Bakı Ərazi Idarəsində saxlanması ehtimalı həmin qurumların da işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməsini və qətnamənin icrasını təmin etməkdən ötrü həmin sənədlərin verilməsi öhdəliyinin 3-cü şəxs olan qurumların da üzərinə qoyulmasını şərtləndirir.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
14. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
17. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
18. Maddə 109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər.
19. Maddə 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109- 4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
29. Kollegiya qeyd edir ki, apellyasya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir.
30. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
31. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
32. Işin müəyyən olunan və mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin 2 pay sahibi olaraq təsisçilərindən biridir.
33. Eyni zamanda Mülki Məcəllənin 109-4.1.2-ci maddəsində kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququ birbaşa təsbit olunmuşdur.
34. Bu isə hüquqi baxımdan onu ifadə edir ki, kooperativin üzvü və pay sahibi statusundan irəli gələrək İddiaçı kooperativin fəaliyyətinə dair məlumat almaq, onun maliyyə və digər sənədləri ilə tanış olmaq hüququna malikdir və həmin hüquq birbaşa qanunla təmin olunur.
35. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən yalnız sənədlərin cavabdehin faktiki sərəncamında olmamasına istinad edilməklə iddianın rədd edilməsi MPM-in işin hallarının tam və hərtərəfli araşdırılması prinsipinə uyğun hesab edilə bilməz.
36. Belə ki, kooperativ üzvü tərəfindən sənədlərin təqdim edilməsinin tələb olunması hallarında iddiaçı ilk növbədə kooperativin üzvü olmasını və sənədlərin təqdim edilməsi üçün cavabdehə müraciət etdiyini sübut etməlidir. Cavabdeh isə sənədlərin onun sərəncamında olmadığını bildirirsə, həmin sənədlərin hansı səbəbdən mövcud olmamasını, onların əvvəlki rəhbərlik tərəfindən təhvil verilməməsini və ya itirilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməlidir. O cümlədən sənədlərin çatışmazlığı barədə aktların, təhvil-təslim sənədlərinin, daxili araşdırma və ya audit materiallarının mövcudluğu qiymətləndirilməlidir. Yalnız bu hallar təsdiq olunduğu təqdirdə cavabdehin sənədlərin təqdim edilməsinin mümkünsüzlüyünə dair etirazı əsaslı hesab oluna bilər. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən sənədlərin onun sərəncamında olmamasını təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir.
37. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, məhkəmə sorğuları əsasında aidiyyəti dövlət orqanlarından müəyyən sənədlər əldə edilmişdir. Bu hal mübahisə predmeti olan sənədlərin mövcudluğunu təsdiq edir.
38. Kollegiya həmçinin iddiaçının aidiyyəti dövlət orqanlarının işə 3-cü şəxs qismində cəlb olunaraq onların üzərinə mübahisə predmeti olan sənədlərin təqdim edilməsi vəzifəsinin qoyulmasına dair dəlilini də əsassız hesab edir. Belə ki, həmin orqanlar mübahisəli maddi hüquq münasibətinin iştirakçısı deyillər və iş üzrə qəbul ediləcək məhkəmə aktı onların hüquq və vəzifələrinə birbaşa təsir göstərmir. Bundan başqa, iddia predmeti cavabdeh kooperativin sərəncamında olduğu iddia edilən sənədlərin təqdim edilməsindən ibarət olduğundan, üçüncü şəxslərin üzərinə ayrıca sənəd təqdimetmə öhdəliyinin qoyulması mübahisənin predmeti və tərəflərin prosessual statusu ilə uzlaşmır.
39. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin sorğuları əsasında aidiyyəti dövlət orqanları tərəfindən Cavabdeh MTK-ya aid bir sıra sənədlər, o cümlədən dövlət qeydiyyatı sənədləri, ümumi yığıncaq protokolları, nizamnamələr, audit rəyləri, çıxarışlar, ödəniş qəbzləri, vergi bəyannamələrinin bir qismi və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Belə olan halda həmin sənədlərin artıq təqdim edilmiş hissəsi üzrə iddia predmeti aradan qalxdığından, həmin hissədə iddia təmin oluna bilməz və rədd edilməlidir.
40. Beləliklə, şərh olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, iddianın rədd edilən hissəsi cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı sənədlərin bir qisminin təqdim edilməsi ilə bağlı olmuş, mübahisənin yaranmasına isə cavabdehin sənədləri iddiaçının müraciətinə baxmayaraq könüllü qaydada təqdim etməməsi səbəb olmuşdur. Bu baxımdan, MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat vəkil xidməti haqqı olmaqla, ümumilikdə 400 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təmin edilməlidir. Eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı "sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə 2016-2020-ci illərə aid vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri (bütün əlavələrlə birlikdə); MTKnın mütləq pay haqqı ödəmiş ortaq (assosiativ) üzvləri və əlavə pay haqqı ödəmiş üzvləri barədə məlumat (X5, X2, X3, X4 və X6 şəxsiyyət vəsiqəsinin sürətləri istisna olmaqla) habelə həmin pay haqqı ödənişini təsdiq edən sənədlər (## #### 2016-cı il tarixli X4 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X6 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X5 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X2 tərəfindən ödənişmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X3 tərəfindən ödənilmiş ödəniş qəbzi istisna olmaqla); 2016-2024-cü illərdə MTK üzvlərinin ümumi yığıncaq qərarları (## ######## 2016cı il tarixli, ##.##.2016-cı il tarixli, ## ###### 2020-ci il tarixli Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının protokolu istisna olmaqla), o cümlədən yaşayış (qeyri-yaşayış) sahəsi verilməsinə dair qərarları; (iv) 2016-2024-cü illərdə MTK tərəfindən kooperativ ödənişi və dividend ödənilməsi barədə məlumat və həmin məlumatı təsdiq edən sənədlərin iddiaçı İddiaçı təqdim edilməsi öhdəliyi qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat və 300 manat vəkil xərci Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Iddiaçı İddiaçı “Cavabdeh MTK-Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə, həmin ərizəyə * nömrəli Əlavə; ## ######## 2016-ci il tarixli Cavabdeh Mənzil-Tikinti Kooperativindəki payların alqı-satqısı müqaviləsi; ## #### 2016-cı il tarixli Cavabdeh MTK-nın Nizamnaməsi, Cavabdeh MTK-nın 2-ci redaksiyada olan Nizamnaməsi, Cavabdeh MTK-nın 3cü redaksiyada olan Nizamnaməsi; ##.##.2016-cı il tarixli, ##.##.2016-cı il tarixli, ##.##.2020ci il tarixli Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının protokolları; ##.##.2020-ci il tarixli Azərbaycan Respubliksaının Auditorlar Palatasının auditor rəyi; Cavabdeh MTK-nın ##.##.2016-cı il tarixli, ##.##.2016-cı il tarixli, ##.##.2020-ci il tarixli, ##.##.2025-ci il tarixli çıxarışları; ## #### 2016-cı il tarixli X4 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X6 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X5 tərəfindən ödənilmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X2 tərəfindən ödənişmiş ödəniş qəbzi, ## #### 2016-cı il tarixli X3 tərəfindən ödənilmiş ödəniş qəbzi; X5, X2, X3, X4 və X6 şəxsiyyət vəsiqəsinin sürətləri; Cavabdeh MTK-nın qeydiyyat şəhadətnaməsi; ##.##.2020-ci il tarixli və ##.##.2016cı il tarixli etibarnamələrin; Cavabdeh MTK-nın 2021-ci il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsi, (2021-ci il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinə * №-li Əlavə, * №-li əlavə, * №-li Əlavə, * №-li Əlavə, 5 №li Əlavə), 2022-ci il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsi, (2022-ci il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinə * №-li Əlavə, * №-li əlavə, * №-li Əlavə, * №-li Əlavə, 5 №li Əlavə), 2023-cü il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsi, (2023-cü il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinə * №-li Əlavə, * №-li əlavə, * №-li Əlavə, * №-li Əlavə, 5 №li Əlavə), 2024-cü il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinin (2024-cü il dövrü üzrə Mənfəət vergisinin bəyannaməsinə * №-li Əlavə, * №li əlavə, * №-li Əlavə, * №-li Əlavə, 5 №li Əlavə) təqdim edilməsi öhdəliyinin Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması hissəsində” iddia ərizəsi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat dövlət rüsumu Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.