Məhkəmə qərarları › İş №e-2-2(3-6)-446/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-446/2026

10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-446/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər sədrliyi və məruzəsi ilə, X2 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi - katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikasının Iqtisadiyyat Naizirliyi yanında Dövlət Vergi Xidməti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmaqla) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli № *** saylı və ##.##.2024-cü il tarixli № *** saylı borc müqavilələrinə əsasən 2554336,53 manat ödənilməmiş borcun və məhkəmə üçün ödənilmiş 2068 manat dövlət rüsumu, cəmi 2556404,53 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2023-cü il tarixli № *** saylı borc müqaviləsi bağlanmışdır. Həmin Müqavilə əsasında iddiaçı cavabdehin “xxxx” firmasına ##.##.2019-##.##.2023-cü il tarixləri arasında yaranmış 988268.47 ABŞ dolları məbləğində borcunun ödənilməsi məqsədilə Cavabdeh MMC-yə həmin məbləğdə borc vermişdir. Həmin borc müqaviləsi əsasında 1680056,40 AZN (yəni 988268.47 ABŞ dolları) məbləğində borc vəsaiti ##.##.2024-cü il tarixinə qədər qaytarılması şərti ilə cavabdeh Cavabdeh MMC-yə verilmişdir. Bundan əlavə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-nin “xxxx” firmasına ##.##.2023-##.##.2024-cü il tarixləri arasında yaranmış 514282.43 ABŞ dolları məbləğində borcun ödənilməsi məqsədilə cavabdeh Cavabdeh MMC-yə həmin məbləğdə borc vermişdir. Bu məqsədlə iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli № *** borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsi əsasında 874280,13 AZN (yəni 514282.43 ABŞ dolları) məbləğində borc vəsaiti ##.##.2024-cü il tarixinə qədər qaytarılması şərti ilə cavabdeh Cavabdeh MMC-yə verilmişdir. Lakin cavabdeh Cavabdeh MMC müqavilə şərtlərinə əməl etməyərək ##.##.2024-cü il tarixinə qədər iddiaçı İddiaçı olan 2554336,53 manat məbləğində borcunu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borc vəsaiti bugünədək ödənilməmişdir. Həmçinin cavabdehə rəsmi qaydada pretenziya da göndərilmişdir. Cavabdehin borclu olduğu pul vəsaitini qaytarmaqdan yayınması üçün heç bir əsas yoxdur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, borcun verilməsinin sübutu olaraq məhkəməyə yalnız borc müqavilələri təqdim edilmişdir. Hazırkı məhkəmə işi üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Ilkin olaraq, prosessual qanunvericiliyin tələblərinə əsasən hazırkı iş kommersiya mübahisəsi deyildir və bu səbəbdən mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün tələb olunan şərt mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasıdır. Hazırkı mübahisə isə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamış və sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Işin mahiyyəti ilə bağlı bildirirlər ki, məhkəməyə borcun verilməsinin sübutu qismində təqdim olunan iki ədəd müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Belə formada müqavilə təkcə 2023-2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə, notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. Məhkəmənin nəzərə almalı olduğu digər bir fakt isə borc müqaviləsi üzrə nəzərə tutulan vəsaitin verilməsi faktını təsdiq edən bank əməliyyatları, kassa sənədləri, mühasibat uçotu sənədləri təqdim edilməmişdir. Bu sənədlər olmadığı halda müqavilədə nəzərə tutulan vəsaitin həqiqətən cavabdehə verildiyi sübut olunmur. Qeyd olunanlar bu əməliyyatın real maliyyə dövriyyəsinə və ya aktiv hərəkətinə uyğun gəlməməsi, maliyyə fırıldağı və ya vəsaitlərin mənşəyinin gizlədilməsi (pul yuyulması) riski daşıyır. Belə vəziyyət əməliyyatın həqiqi iqtisadi məzmununa şübhə yaradır və bu əməliyyatın maliyyə fırıldağı (vəsaitlərin mənşəyinin gizlədilməsi və ya süni borc öhdəliyi yaradılması) məqsədi ilə həyata keçirildiyi ehtimalını doğurur. Iddia olunan 2.554.336,53 manat məbləğinin təsisçinin şəxsi vəsaiti kimi təqdim edilməsi, lakin bu məbləğin formalaşma mənbələri barədə sübutların təqdim edilməməsi, vəsaitlərin mənşəyinin müəyyənləşdirilməsini - yəni həmin vəsaitlərin qanuni mənbədən formalaşmasının yoxlanılması - işin obyektiv araşdırılması üçün zəruridir. Hesab edirlər ki, məhkəmə icraatına üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 maliyyə əməliyyatlarında şübhəli göstəricilərin mövcudluğu barədə təhlil və məlumatı təmin edən xüsusi dövlət orqanı kimi cəlb oluna bilər. Iş üzrə əməliyyatın şübhəli xarakter daşıması ehtimalı olduğundan, bu barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməli və həmin orqanın rəyi və ya məlumatı işə əlavə olunmalıdır. Əməliyyatın iqtisadi məzmunu müəssisənin real maliyyə vəziyyəti ilə uzlaşmadığından, bu əməliyyat şübhəli əməliyyat əlamətləri daşıyır. Belə əməliyyatların qiymətləndirilməsi səlahiyyəti Maliyyə Monitorinqi Xidmətinə məxsusdur. Hazırkı məhkəmə işi üzrə iddia tələbinin təmin edilməsi vergi orqanlarının qanuni mənafeyinə ziddir və iddiaçı tərəfindən belə bir iddianın qaldırılması son nəticədə təsisçisi olduğu cavabdeh müəssisənin vergi öhdəliklərinin icrasından yayınmağa şərait yaradacaqdır. Aparılmış araşdırma zamanı aşağıdakı riskli hallar müəyyən edilmişdir: 1. Müqavilədə borcların geri ödənilməməsinə görə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Hansı ki, bu tip müqavilələrdə vəsaitin geri qaytarılmasını təşviq etmək üçün faiz hesablanması alətindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. 2. Müəssisənin faktiki nizamnamə kapitalı təsisçi tərəfindən verilən borclardan dəfələrlə azdır. Bu isə müəssisənin maliyyə sabitliyinin olmaması deməkdir. Hansı ki, maliyyə vəziyyəti bu cür olan bir şirkətə borc vermək məqsədəuyğun hesab edilmir. Qeyd edilən hallar müvafiq vəsaitlərin borc məbləği kimi deyil, müəssisənin faktiki olaraq nizamnamə kapitalı kimi hərəkət etdiyini deməyə əsas verir. Belə olan halda isə təsisçilərin şirkətə qoyduğu pul borc yox, kapital kimi qəbul oluna bilər və bu zaman həmin vəsaitlərin geri qaytarılması dividend kimi qiymətləndirilə bilər. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2026-cı il tarixdə yazılı etirazlarına əlavə təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, işin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən borcun verilməsinin sübutu olaraq məhkəməyə bir sıra sənədlər təqdim edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən təqdim olunan sənədlərin heç biri borcun verilməsini və müəssisə tərəfindən borcun alınmasını təsdiq etmir. Ilk növbədə iddiaçı tərəfindən təqdim olunan Iran şirkətinin ##.##.2025-ci il tarixli məktubu ilə bağlı bildirirlər ki, həmin məktubun forması və məzmununa nəzər saldıqda, bu məktubun şirkət tərəfindən göndərildiyini və məzmunundakı məlumatların həqiqətə uyğunluğunu təsdiq etmək qeyrimümkündür. Məktubun Azərbaycan Respublikasına necə gəlib çıxdığı da naməlumdur, hansı ünvandan gəlib, Azərbaycanda yazılıb və ya digər ölkədə - bunlar hamısı naməlumdur. Məktub adi kağız üzərində ingilis dilində yazılmışdır. Halbuki beynəlxalq iqtisadi münasibətlərdə iştirak edən şirkətin onun rekvizitlərini əks etdirən özünəməxsus rəsmi məktub formasının olmaması aydın deyil. Həmin məktub naməlum şəxslər tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Lakin qanunvericiliyə əsasən bu tərcümə peşəkar mütəxəssis tərəfindən edilməli və notarial qaydada təsdiqlənməli idi. Həmçinin Iran şirkətinin məktubunun özü mötəbərlilik baxımından Iranın rəsmi orqanları tərəfindən təsdiqlənməli idi. Bütünlüklə qeyd etməliyik ki, məktub sübut qismində qəbul ediləcəksə, o elə bir formada və məzmunda olmalıdır ki, onun forması və məzmumunun məhkəmə tərəfindən eyniləşdirilməsi imkanları mövcud olsun. Hazırda isə bu heç bir ilkin uçot sənədi və mənbəyi olmayan məlumatları əks etdirən adi bir kağız parçasıdır və orada istənilən şəxs heç bir məsuliyyət daşımadan istənilən məlumatları qeyd edə bilər. Lakin bu məlumatlar sübut qismində çıxış edə bilməz. Məktubun məzmununda qeyd olunanlar da reallıqla uzlaşmır. Məktubda qeyd olunur ki, “Iran Islam Respublikasının banklarının sanksiya altında olması səbəbindən ixrac etdiyimiz malların ödənişi nağd şəkildə qəbul olunur”. Məktubda həmçinin qeyd olunur ki, göndərilmiş malların ödənişinin 308.669,00 USD məbləğlik hissəsi “X1 Kompani" MMC tərəfindən ödənilmiş, qalıq məbləğ isə Azərbaycanda malları aparan sürücülər və şirkətimizin rəhbər şəxslərinə İddiaçı tərəfindən nağd qaydada tam şəkildə ödənilmişdir.”. Burada suallar yaranır ki, Cavabdeh MMC 308.669,00 USD məbləğini Iran Şirkətinə hansı qaydada ödəmişdir. Bununla bağlı ilkin uçot sənədi hesab olunan rəsmi ödəniş sənədləri vardırmı?. Digər məsələ isə qalan məbləğ hansı sürücülərə və şirkətin hansı rəhbər şəxslərinə harada, necə və hansı qaydada, hansı formada rəsmiləşdirilməklə ödənilib. Ödənişi qəbul edən şəxslər həmin vəsaitləri Azərbaycan Respublikası ərazisindən necə çıxarıb. Ölkədən çıxarılan bu maliyyə vəsaiti gömrükdə bəyan olunubmu? Həmçinin sürücülərə və şirkətin hansı rəhbər şəxslərinə nağd pul vəsaitləri hansı qaydada verilib və bu əməliyyat necə rəsmiləşdirilib? Bütün bunlar ciddi suallardır və məhkəmə tərəfindən araşdırılmalı olan hallardır. Qeyd olunanlara əsasən, Iran şirkəti tərəfindən təqdim edildiyi iddia olunan məktub iş üzrə sübut qismində çıxış edə bilməz. Həmçinin qanunvericiliyin tələblərinə əsasən bu məktub heç bir halda borcun verilməsini təsdiq edən sübut ola bilməz. Digər sənədlər kimi təqdim olunan “idxal bəyannamələri və invoyslar” malların idxalını və Cavabdeh MMC-yə satışını təsdiq edən sənədlər qismində çıxış edə bilər. Bu sənədlər borcun verilməsini təsdiq edən sənəd qismində çıxış edə bilməz. Təqdim olunan bank hesabından çıxarış isə təsisçiyə məxsus bank hesabının çıxarışıdır və həmin şəxsin digər hesabları arasında olan vəsaitlərin hərəkətini əks etdirir. Bu çıxarış borcun verilməsi və alınması barədə məlumatları özündə əks etdirmədiyindən sübut qismində çıxış edə bilməz. Təqdim olunan mənfəət vergisi bəyannamələri də borcun verilməsini təsdiq etmir. Əksinə bu bəyannamələrə nəzər saldıqda görünür ki, hər ilin sonuna müəssisənin böyük məbləğdə sərbəst mənfəəti olmuşdur və belə olan halda, yəni özünün əlində kifayət qədər böyük məbləğdə maliyyə vəsaiti olan müəssisənin öz təsisçisindən borc alması məntiqsizdir və ağlabatan deyildir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən Cavabdeh MMC-də səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş yoxlama aktı da borcun verilməsini təsdiq edən sənəd qismində çıxış edə bilməz. Bununla bağlı həmçinin qeyd edilir ki, iddiaçının təqdim etdiyi yoxlama aktı (##.##.2024-cü il tarixli) ilkin versiyadır və təsdiqlənmiş son versiya ilə məzmunu fərqlidir. Bu yoxlama aktının imzalanmış son versiyası (##.##.2024-cü il tarixli) məhkəmənin sorğusuna əsasən məhkəməyə rəsmi məktubla təqdim edilmişdir. Həmin yoxlama aktında borcun verilməsi ilə bağlı hər hansı bir fakt öz əksini tapmamışdır. Bunlarla yanaşı, Cavabdeh MMC-nin 2020-2024-cü illər üzrə təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə əsasən müəssisənin kifayət qədər yüksək məbləğlərdə mənfəət əldə etdiyi və bu mənfəətdən vergini ödədikdən sonra böyük məbləğdə sərbəst mənfəətinin qaldığı müəyyən olunur. Müəssisənin özünün kifayət qədər maliyyə vəsaitləri olduğu halda təsisçisindən borc alması heç bir iqtisadi məntiqə uyğun deyildir. Bu da borc münasibətlərinin reallığını şübhə altına alan hallardan biridir. Həmçinin müəssisənin kifayət qədər yüksək məbləğdə sərbəst mənfəəti olduğu halda iddia olunan borcu qaytarmaması, yaxud qaytara bilməməsi, həmçinin təsisçinin məhkəməyə müraciət edərək borcun məcburi qaydada alınmasını tələb etməsi heç bir iqtisadi və hüquqi məntiqə uyğun deyildir. Digər tərəfdən qeyd olunmalıdır ki, borcu qarşı tərəf etiraf edir və məlum olur ki, aralarında borc barədə hər hansı bir mübahisə yoxdur. O zaman sual olunur ki, mübahisə olmadığı halda nəyə görə məhkəmədə iddia qaldırılıb. Borc müqavilələrinin özü ilə bağlı bildirirlər ki, məhkəməyə borcun verilməsinin sübutu qismində təqdim olunan iki ədəd müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Belə formada müqavilə təkcə 2023-2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə, notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. Beləliklə, borcun verilməsini təsdiq edən yeganə sənədlər qismində ilkin uçot sənədləri çıxış edə bilər. Bu sənədlər olmadığı halda həm müqavilənin özünün, həm də orada nəzərə tutulan vəsaitin həqiqətən verildiyi sübut olunmur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsi verilərkən ödənilmiş 2068 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (hakim Ülkər Həsənova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə həmin müqavilələr üzrə ümumilikdə 2.554.336,53 manat pulun cavabdehə (cavabdehin balansına daxil edildiyini), habelə iddia edildiyi kimi Iran Islam Respublikasının hüquqi şəxsi olan Sahand Jam Şirkətinə verildiyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, həmin pulun Sahand Jam Şirkətinə verildiyini bildirsə də, pulun konkret olaraq kimə, hansı şəraitdə verilməsi, eləcə də hansı tarixlərdə, hansı məbləğlərdə verilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, iddia ərizəsi ümumi sözlərlə əsaslandırılmışdır. Məhkəmə hesab etmişdir ki, külli miqdarda vəsaitin ödənilməsini təsdiq edən hər hansı yazılı sübutun olmaması, bundan əlavə, kənar şəxslərə vəsaitlərin ödənilməsi zamanı bu faktın lazımınca rəsmiləşdirilməməsi (ödəniş qəbzinin alınmaması və sairə) ağlabatan və inandırıcı deyildir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli və ##.##.2024-cü il tarixli üzləşmə aktlarını məhkəmə mötəbər sübut qismində nəzərə almamışdır. Belə ki, həmin üzləşmə aktları Iran Islam Respublikasının hüquqi şəxsi olan Sahand Jam Şirkətinin adı qeyd edilmiş möhürlə təsdiq edilsə də, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş cavabdehlə Sahand Jam Şirkəti arasında bağlanmış ##.##.2019-cu il tarixli müqavilə, həmin müqavilənin əlavəsi, habelə ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsində Sahand Jam Şirkəti möhürü tam fərqlidir. Bundan əlavə, həmin üzləşmə aktları Sahand Jam Şirkəti tərəfindən ümumiyyətlə imza edilməmişdir, halbuki aktlarda pulun ödənilməsinin imzalar isə təsdiq ediləcəyi göstərilmişdir. Ümumiyyətlə həmin sənədlərin hansı şəraitdə tərtib edilməsi, Sahand Jam Şirkətinin adından kim tərəfindən möhürlənməsi isə müəyyən edilmir. Beləliklə də, iddiaçının təqdim etdiyi üzləşmə aktları kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu aktlar ümumilikdə 2.554.336,53 manat pulun verilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Iddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMC tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmiş və ##.##.2024-cü il tarixinədək yaranmış 2554336,53 manat məbləğində borc ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya da ünvanlanmış, lakin müsbət nəticəyə nail olunmamışdır. Tərəflər müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi kimi mülki hüququn prinsiplərindən çıxış edərək müqavilə bağlamış və aralarında mülki hüquq münasibətləri yaranmışdır. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında borc müqavilələrinin imzalanması zamanı əqdin etibarlılığı ilə bağlı bütün şərtlərə əməl edilmiş, borc müqaviləsi yazılı şəkildə bağlanmış və tərəflər/onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Borc müqaviləsinin notarial qaydada təsdiq edilməsi ilə bağlı qanunvericilikdə tələb mövcud deyildir. O cümlədən, faizlərin göstərilməsi də tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Tərəflər də məhkəmə icraatı zamanı borc müqaviləsinin bağlanmasını, tərəflərin razılaşdığı şərtləri məhkəmədə bildirirlər və hər iki tərəf müqavilənin etibarsızlığı ilə bağlı hər hansı iddialarının olmadığını bildirir. Borc müqavilələrinin bağlanılmasındakı zərurət məhz “xxxx” Şirkətinə ödənişlərin həyata keçirilməsi ilə bağlı olmuşdir. Şirkət tərəfindən də təqdim edilmiş məktubdan da müəyyən edilir ki, “xxxx” şirkəti Iran Islam Respublikasında şüşə təbəqələrin istehsalı ilə məşğuldur və Cavabdeh MMC uzun müddətdir əməkdaşlıq mövcuddur. “xxxx” şirkəti və Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında malları alışsatışı həyata keçirilmiş, lakin Iran Islam Respublikasının banklarının sanksiya altında olması səbəbində ixrac edilən malların ödənişləri nağd şəkildə qəbul edilmişdir. Göndərilmiş malların ödənişinin 308669,00 USD hissəsi Cavabdeh MMC tərəfindən ödənilmiş, qalıq məbləğ isə Azərbaycanda malları aparan sürücülər və şirkətin rəhbər şəxslərinə İddiaçı tərəfindən nağd qaydada tam şəkildə ödənilmişdir. Şirkətin malların alışına dair hər hansı borcunun olmamasına dair arayış, eyni zamanda üzləşmə aktı da məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, invoyslar da malların Azərbaycan Respublikası ərazisinə gətirildiyini, alqı-satqının baş tutduğunu göstərir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında iddianı etiraf etmişdir, sadəcə maliyyə vəziyyəti ilə əlaqədar olaraq borcu ödəyə bilmədiyini bildirmişdir. Lakin məhkəmə etibarnamədə iddianın etiraf edilməsi səlahiyyətinin xüsusi göstərilmədiyini əsas gətirərək faktı qəbul etməmişdir. Hesab edirlər ki, xüsusi olaraq həmin səlahiyyətin göstərilməməsi, formal tələbə əməl edilməməsi faktın qəbul edilməməsinə əsas olmamalıdır. Məhkəmə icraatının gedişində etibarnamədə iddianın etiraf edilməsi üçün xüsusi səlahiyyətin nəzərdə tutulmaması ilə bağlı irad mövcud olduğu halda, məhkəmə həmin prosessual çatışmazlığı cavabdehin diqqətinə çatdırılması daha məqsədəuğun olardı və cavabdeh zərurət yarandıqda qeyd olunan formal xarakterli çatışmazlığın aradan qaldırılması məqsədilə yeni etibarnamə tərtib edilərək məhkəməyə təqdim edilə bilərdi. Bu hal formal əsaslarla ədalətli məhkəmə araşdırması prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “xxxx” Şirkəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda da qeyd edilmişdir ki, Iran Islam Respublikasının banklarının sanksiya altında olması səbəbində ixrac edilən malların ödənişləri nağd şəkildə qəbul edilir. Məhkəmə baxışı zamanı Iran şirkətinin hansı banklarda hesablarının olması və bu hesablarda hansı sanksiyaların olması, sanksiyaların özünün nədən ibarət olması, hansı subyekt tərəfindən və hansı məqsədlə qoyulması araşdırılmalı olduğu halda araşdırılmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, nağd əməliyyatın həyata keçirilməsi məhz zərurətdən doğan haldır. Məhkəmə qətnaməsində üzləşmə aktlarının Iran Islam Respublikasının hüquqi şəxsi olan Sahand Jam Şirkətinin adı qeydedilmiş möhürlə təsdiq edilsə də, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş cavabdehlə Sahand Jam Şirkəti arasında bağlanmış ##.##.2019cu il tarixli müqavilə, həmin müqavilənin əlavəsi, habelə ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsində Sahand Jam Şirkəti möhürü tam fərqli olması halına istinad edilmişdir. Məsələ ilə bağlı qeyd edirlər ki, Iran şirkətinin möhürünün bu müddət ərzində dəyişdirilmiş olması ehtimalı mövcuddur və bu hal müvafiq qaydada araşdırılmalı idi. Şirkətin möhürünün dəyişdirilməsi ilə bağlı məsələlər həmin dövlətin qüvvədə olan qanunvericiliyi və tətbiq edilən normativ tələbləri əsasında qiymətləndirilməlidir. Sənədlər mübadiləsi aparılan zaman sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan verilməsi müəyyən edilməlidir ki, hazırkı sənədlərin də Iran Şirkəti tərəfindən təqdim edilməsi mübahisəli hal deyil. Bu xüsusatlar araşdırılmadan, yalnız möhürün formasında dəyişiklik müşahidə edildiyi əsas götürülərək sənədin hüquqi qüvvəsinin şübhə altına alınması və həmin sənədlərin sübut qismində qəbul edilməməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə iş materiallarının araşdırılması zamanı iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktı, arayış, müqavilə və s. sübutların mötəbərliyinə şübhə ilə yanaşmış və iddianı təmin etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və apellyasiya baxışı zamanı müəyyən edilən prosessual halları məcmu halda qiymətləndirərək hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1ci maddəsinin mənasına görə məhkəmələr pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsini həyata keçirirlər. Həmin normanın mahiyyətindən irəli gəlir ki, ümumi iddia icraatı qaydasında məhkəmə baxışının predmeti məhz tərəflər arasında mövcud olan real hüquqi mübahisədir. Məhkəmə icraatı tərəflərin öz aralarında faktiki olaraq razılaşdırdıqları, lakin üçüncü şəxslər və dövlət orqanları qarşısında hüquqi nəticə yaratmaq məqsədi daşıyan halların məhkəmə aktı ilə təsdiqi vasitəsinə çevrilə bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bu əsas yalnız işin başqa məhkəmənin və ya başqa icraat növünün səlahiyyətinə aid olması halları ilə məhdudlaşmır; iş üzrə məhkəmə müdafiəsinə yararlı predmetin, yəni tərəflər arasında həll edilməli real hüquqi mübahisənin mövcud olmadığı hallar da həmin normanın tətbiq dairəsində qiymətləndirilməlidir. Əks yanaşma məhkəməni mübahisə həll edən orqan olmaqdan çıxararaq tərəflərin daxili razılaşmalarına rəsmi təsdiq verən orqana çevirərdi ki, bu da mülki mühakimə icraatının təyinatına uyğun deyildir. Hazırkı işin materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC ilə iqtisadi və korporativ bağlılığı olan, cavabdeh hüquqi şəxsin fəaliyyətinə faktiki təsir imkanına malik şəxs kimi çıxış edir. Iddia tələbi də mahiyyət etibarilə iddiaçının nəzarət dairəsində olan cavabdeh hüquqi şəxsə qarşı irəli sürülmüşdür. Cavabdeh iş üzrə iddia tələbinə qarşı müstəqil və real hüquqi müqavimət göstərməmiş, əksinə, birinci və apellyasiya instansiya məhkəmələrində borcun mövcudluğuna dair mövqeyi etirafedici xarakter daşımışdır. Belə vəziyyətdə tərəflər arasında klassik iddia icraatı üçün xarakterik olan qarşılıqlı hüquqi maraqların real toqquşması müşahidə edilmir. Iddiaçı ilə cavabdeh arasında bağlılığın mövcudluğu özlüyündə şəxsin məhkəməyə müraciət hüququnu istisna etmir. Lakin həmin bağlılıq, cavabdehin borcu faktiki mübahisələndirməməsi, tərəflərin eyni iqtisadi maraq dairəsində olması və tələb edilən məbləğin külli miqdarda olmaqla ilkin ödəniş sənədləri ilə təsdiqlənməməsi birlikdə qiymətləndirildikdə, məhkəmə qarşısında həll edilməli real borc mübahisəsinin deyil, tərəflər arasında mübahisəsiz təqdim edilən bir maliyyə münasibətinin məhkəmə aktı ilə legitimləşdirilməsi cəhdinin mövcud olduğu qənaətinə gəlinir. Kollegiya xüsusilə vurğulayır ki, hazırkı işdə Dövlət Vergi Xidmətinin və Maliyyə Monitorinqi Xidmətinin üçüncü şəxs qismində iştirakı təsadüfi xarakter daşımır. Həmin dövlət orqanlarının mövqeyi ondan ibarətdir ki, iddia edilən borc münasibəti real maliyyə dövriyyəsi, bank və kassa əməliyyatları, mühasibat uçotu və ilkin uçot sənədləri ilə təsdiqlənmir; bu isə əməliyyatın iqtisadi məzmunu, vəsaitlərin mənbəyi, vergi nəticələri və mümkün şübhəli əməliyyat əlamətləri baxımından ciddi suallar doğurur. Belə şəraitdə tərəflərin öz aralarında borcu mübahisələndirməməsi məhkəmənin iddianı mahiyyəti üzrə həll etməsi üçün yetərli əsas deyil; əksinə, həmin hal məhkəmə prosesindən üçüncü şəxslərin qanunla qorunan mənafelərinə təsir göstərə biləcək formal borc öhdəliyinin tanınması vasitəsi kimi istifadə olunması riskini gücləndirir. Üçüncü şəxslərin etirazları cavabdeh ilə iddiaçı arasında borcun ödənilibödənilməməsinə dair ayrıca maddi-hüquqi mübahisə yaratmır. Onların etirazları məhz məhkəmə aktının gələcəkdə vergi, maliyyə monitorinqi, uçot və digər hüquqi nəticələr doğura bilməsi ehtimalı ilə bağlıdır. Bu baxımdan işdə real mübahisənin mövcudluğunu sübut edən tərəf cavabdeh deyil, dövlət orqanları kimi üçüncü şəxslərdir. Lakin üçüncü şəxslərin ictimai-hüquqi xarakterli şübhələri iddiaçı ilə cavabdeh arasında mövcud olmayan mülki-hüquqi mübahisəni yaratmır və məhkəmənin süni və ya mübahisəsiz maliyyə münasibətinə icra sənədi xarakterli məhkəmə aktı verməsini əsaslandıra bilməz. Cavabdehin iddianı etiraf etməsi ilə bağlı apellyasiya şikayətində göstərilən dəlillər də kollegiyanın gəldiyi nəticəni dəyişmir. Əvvəla, iş materiallarından görünür ki, cavabdehin nümayəndəsinə verilmiş etibarnamədə iddianın etiraf edilməsi səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Ikincisi, belə səlahiyyət mövcud olmuş olsaydı belə, etiraf məhkəmə üçün avtomatik və məcburi nəticə yaratmır. Mülki prosessual qanunvericiliyin mahiyyətinə görə etiraf qanuna zidd olduqda, üçüncü şəxslərin hüquq və qanunla qorunan mənafelərinə toxunduqda və ya işin həqiqi hallarının gizlədilməsi ehtimalını doğurduqda məhkəmə tərəfindən qəbul edilməməlidir. Hazırkı işdə cavabdehin etirafedici mövqeyi borcun real mövcudluğunu təsdiq edən həlledici sübut kimi deyil, tərəflər arasında real hüquqi mübahisənin olmadığını göstərən prosessual hal kimi qiymətləndirilməlidir. Iddiaçı tərəfindən təqdim edilmiş borc müqavilələri, üzləşmə aktları, Iran şirkətinin məktubu, gömrük bəyannamələri, invoyslar, bank hesabından çıxarışlar və vergi sənədləri məhkəmə kollegiyası tərəfindən yalnız iddia tələbinin əsaslılığı baxımından deyil, həm də məhkəmə müdafiəsinə yararlı real mübahisənin mövcudluğu baxımından qiymətləndirilmişdir. Həmin sənədlər tərəflər arasında müəyyən iqtisadi əlaqələrin və idxal əməliyyatlarının mövcudluğunu göstərə bilər. Lakin onlar iddiaçı ilə cavabdeh arasında məhkəmə qaydasında həll edilməli real mübahisənin olduğunu göstərmir. Əksinə, sənədlərin məzmunu və tərəflərin prosessual davranışı iddiaçının iddia tələbinin mahiyyət etibarilə cavabdeh tərəfindən mübahisələndirilmədiyini, məhkəmədən isə bu münasibətə məcburi icra gücünə malik hüquqi forma verilməsinin istənildiyini göstərir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin sübut olunmadığı barədə nəticəyə gəlmiş olsa da, işin prosessual mahiyyətini tam qiymətləndirməmişdir. Hazırkı işdə əsas məsələ yalnız borcun verilməsinin sübut olunub-olunmaması deyil, ümumiyyətlə, tərəflər arasında mülki mühakimə icraatı qaydasında həll edilməli real hüquqi mübahisənin mövcud olub-olmamasıdır. Iş materiallarının məcmu qiymətləndirilməsi göstərir ki, tərəflər arasında real hüquqi mübahisə mövcud deyil; mövcud olan hal, eyni iqtisadi maraq dairəsində olan şəxslər arasında mübahisəsiz təqdim edilən maliyyə münasibətinin məhkəmə aktı vasitəsilə rəsmiləşdirilməsi cəhdidir. Məhkəmə müdafiəsi hüququ şəxsin pozulmuş və ya mübahisələndirilən hüququnun bərpasına yönəlmiş hüquqdur. Bu hüquq məhkəmədən faktların təsdiqi, mübahisəsiz borcun tanınması və ya tərəflərin daxili maliyyə münasibətlərinə üçüncü şəxslər qarşısında hüquqi üstünlük verilməsi aləti kimi istifadə edilməsini ehtiva etmir. Cavabdeh borcu mübahisələndirmirsə, tərəflər öz münasibətlərini qanunvericiliklə nəzərdə tutulmuş mühasibat, korporativ, vergi və digər hüquqi mexanizmlər vasitəsilə rəsmiləşdirmək imkanına malikdirlər. Belə hallarda iddia icraatının aparılması məhkəmə müdafiəsinin məqsədinə uyğun hesab edilə bilməz. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilməsi hissəsində mahiyyətcə düzgün nəticəyə yaxın olsa da, iş üzrə qəbul edilməli olan prosessual nəticə iddianın mahiyyəti üzrə rədd edilməsi deyil, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraata xitam verilməsidir. Çünki iş üzrə məhkəmə qaydasında həll edilməli real hüquqi mübahisə və məhkəmə müdafiəsinə yararlı predmet mövcud deyildir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, həmin Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsi işə tam hüquqlu məhkəmə kimi baxdığından və prosessual hüquq normalarına riayət edilib-edilməməsini yoxlamaq səlahiyyətinə malik olduğundan, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə xərclərinə münasibətdə kollegiya hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0.5, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikasının Iqtisadiyyat Naizirliyi yanında Dövlət Vergi Xidməti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmaqla) “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar