Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-454/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Iddiaçı “Elite City” Mənzil-Tikinti Kooperativinin cavabdeh “xxxx” publik hüquqi şəxsə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı “Elite City” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i:
1. Iddiaçı “Elite City” Mənzil-Tikinti Kooperativi cavabdeh “xxxx” publik hüquqi şəxsə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 170 manat borcun əsassız hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Iddiaçı “Elite City” Mənzil-Tikinti Kooperativi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir.
5. Məhkəmə iclasında iddiaçı tərəfdən iştirak edən nümayəndə1 səlahiyyəti müəyyən edilən zaman iddiaçı hüquqi şəxsin onun əsas iş yeri olmadığı müəyyən edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması ... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. ... Maddə 361. Apellyasiya şikayətinin məzmunu ... 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. ... Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; ... Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. 7.Iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə X1 tərəfindən imzalanmışdır. Lakin məhkəmə kollegiyasının iclasında X1 əsas iş yerinin iddiaçı hüquqi şəxs olmadığı müəyyən edilmişdir.
8. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsi işçisi nümayəndə qismində yalnız müvafiq qaydada səlahiyyət verildiyi və əsas iş yeri həmin hüquqi şəxs olduğu halda təmsil edə bilər. X1 əsas iş yeri iddiaçı hüquqi şəxs olmadığından, qanunvericiliyin qeyd edilən normasının tələbinə uyğun olaraq onun hüquqi şəxsi məhkəmədə təmsil etmək, o cümlədən apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. 9.Apellyasiya şikayətinin mümkünlüyünə dair Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan normalarının (§ 6) tələbinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətini imzalayan şəxsin hüquqi şəxsi təmsil etmək səlahiyyətinin olub-olmamasını araşdırmamış, apellyasiya şikayətini geri qaytarmalı olduğu halda, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
10. Qeyd edilən əsaslarla, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-***/**** saylı qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı “Elite City” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Iddiaçı “Elite City” Mənzil-Tikinti Kooperativinin cavabdeh “xxxx” publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş apellyasiya baxışından çıxarılsın. Kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.