Məhkəmə qərarları › İş №e-2-2(3-6)-469/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-469/2026

21.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-469/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X10 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh cavabdeh2 nümayəndəsi vəkili vəkil2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. İddiaçı ASC ilə cavabdeh cavabdeh1 MMC arasında bağlanmış ## ##### 2023-cü il tarixli, ***/M saylı Kredit müqaviləsinə əsasən: 11. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən, Borc alana "dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi" məqsədi ilə 300000 (üç yüz min) manat məbləğində "17" Aprel 2024-cü il tarixinədək faizlər aylıq, əsas məbləğ müddət ərzində ödənilməklə bərpa olunan kredit xətti açır.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür.

3. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti üzrə faiz dərəcəsi illik 17 % təşkil edir. 14. Müqavilənin 1.4-cü bəndinə əsasən FİFD-18.1 % təşkil edir.

4. Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin cari məbləğinin üstünə faizlər gündəlik qaydada, müvafiq olaraq ildə 360 gün və ayda 30 gün hesabından hesablanır.

5. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditin məbləğinin üstünə faizlərin hesablanması kreditin Borc alanın xüsusi hesabına daxil olduğu gündən başlanır və Borc alan tərəfindən borcun əsas məbləğinin qaytarıldığı gün başa çatır.

6. Müqavilənin 4.3-cü bəndinə əsasən borc alanın İddiaçı ASC-də olan hesabları üzrə illik dövriyyəsi 300 000 (üç yüz min) AZN miqdarından az olduğu halda kreditin illik fazi dərəcəsi birtərəfli qaydada dəyişdirilərək 30 % olmaqla hesablanacaqdır. 18. İddiaçı ASC ilə borc alan cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və zamin cavabdeh2 arasında ## ##### 2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.

7. Müqavilənin 1.1-ci bəndinə əsasən Zamin ## ##### 2023-cü il tarixli,***/M saylı Kredit müqaviləsinə əsasən ( 300 000 (üç yüz min) manat, 12 (on iki) ay müddətinə, illik 17 (on yeddi) %), “Borc alan cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Borc verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən Zamin bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini Borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə Borc verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən borc alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan, Borc verən qarşısında birgə məsuliyyət daşıyırlar. Borc verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm Borc alanı, həm də Zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Borc verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit üzrə hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və Borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Borc verən qarşısında Borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən zamin bəyan edir ki, zaminlik xidmətləri üçün muzd almır. Zamin gələcəkdə də bu xidmətləri üçün bu Müqavilə üzrə muzd almağı tələb etməyəcəyini öz öhdəsinə götürür.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə Borc verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. 25. İddiaçı ASC-nin ## ###### 2021-ci il tarixli ***/HR №-li Əmrinə əsasən İsmayılov Samir Abas Qulu oğlu Kredit departamentinin direktoru əmək haqqı saxlanılmaqla ##.##.2021-ci il tarixdəm etibarən İdarə Heyəti Sədrinin müavini vəzifəsinə keçirilmişdir.

13. ## #### 2023-cü il tarixli İddiaçı ASC X11 İclas Protokoluna əsasən İddiaçı ASC-nin Biznes Bankçılıq Departamentinin SME Kreditlər Şöbəsi tərəfindən cavabdeh1 MMC-yə dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin qarşılanması üçün 12 ay müddətinə 17% ilə və 1 % xidmət haqqı tutmaq şərti ilə 300 000 (üç yüz min) AZN məbləğində Kredit xətti verilsin, Kredit xətti üzrə vəsait girovsuz ayrılması, X4 adma Muganbankda olan cari kredit bağlanılsın. ünvan 1 ünvanında olan əmlak kredit verildikdən sonra cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit xətti üzrə təminat qismində girova götürülməsi qərara alınmışdır.

14. ## ##### 2023-cü il tarixli cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin X12 Qərarına əsasən cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin dövriyyə vəsaitlərinin artırılması və cari xərclərin ödənilməsi məqsədi ilə İddiaçı ASC-dən 300000 manat məbləğində 12 ay müddətinə kredit xəttinin alınmasına razılıq verilmişdir. Qərarı qəbul edən və imzalayan cavabdeh1 MMC-nin 100% paya sahib olan təsisçisi cavabdeh2 olmuşdur.

15. cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti (borc verən) ilə həmin MMC-nin təsisçisi cavabdeh2 (borc alan) arasında bağlanmış ## #### 2023-cü il tarixli Borc müqaviləsinə əsasən borc verən 1000000 manat məbləğində pul vəsaitini zərurət yarandığı halda borc alana, maliyyə yardımı kimi, ## ###### 2023-cü il tarixədək geri qaytarmaq şərti ilə borca verir, Borc alan isə borcu müqavilənin şərtləri əsasında və müddətində geri qayatrmağı öhdəsinə götürür.

16. ##.##.2024-cü il tarixli, **-*/*-****/**** saylı maliyyə arayışına əsasən cavabdeh MMCnin müqavilə üzrə ümumi borcu 343307,20 manat, o cümlədən əsas borc – 300.000 manat, faiz borcu 37682,20 manat, illik 5% ilə hesablanan faiz borcu – 5625 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 343 307,20 (üç yüz qırx üç min üç yüz yeddi manat 20 qəpik) manat borc olmaqla – bundan 300 000 (üç yüz min) manat əsas, 37 682, 20 (otuz yeddi min altı yüz səksən iki manat 20 qəpik) manat faiz borcu və AR MMnin 445.7ci maddəsinə görə gecikdirmiş vaxt üçün 5 625 (beş min altı yüz iyirmi beş) manat faiz borcunun, iş üzrə ödənilmiş 633,31 (altı yüz otuz üç manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh1 MMC-dən və cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 MMC arasında bağlanmış ## ##### 2023-cü il tarixli,286/Msaylı Kredit müqaviləsinə əsasən borcalana ## ##### 2024-cü il tarixinədək illik 17 (on yeddi) faiz dərəcəsi ilə 300 000 (üç yüz min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh cavabdeh1 MMC-nin ***/M saylı kredit müqaviləsinin təminatı kimi cavabdeh2 ilə Bank arasında ## ##### 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə tam məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən borcverən müəyyən edilən hallarda borcalandan kreditin dərhal qaytarılmasını, eləcədə çatacaq faizlərin ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit xətti müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan qanunvericiliyə uyğun olaraq kredit xəttinin məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12- */*-****/**** saylı, ##.##.2024-cü il tarixli və **-*/*-****/**** saylı, ##.##.2024-cü il tarixli bildirişlər göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmişlər və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2024-cü il tarixinə cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 343 307, 20 (üç yüz qırx üç min üç yüz yeddi manat 20 qəpik) manat təşkil edir. Bundan 300 000 (üç yüz manat) manat əsas, 37 682, 20 (otuz yeddi min altı yüz səksən iki manat 20 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 5 625 (beş min altı yüz iyiri beş manat) manat borc təşkil edir.

19. Cavabdeh cavabdeh2 iddiaya etirazı onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC tərəfindən cavabdeh1 MMC və ona qarşı “kredit borcunun qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq cəmi 343.307,20 manat borc olmaqla – bundan 300.000 manat əsas, 37.682,20 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5.625 manat faiz borcunun, iş üzrə ödənilmiş 633,31 manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdeh1 MMC-dən və X7 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, LPO İddiaçı ASC-nin iddiası – zamin qismində işə cəlb edilmiş digər cavabdeh - cavabdeh2 qarşı hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsi barədə məlumat əldə edəndən dərhal sonra cavabdeh2 tərəfindən qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunub. Lakin, məhkəmə qarşılıqlı iddia əriəsinin geri qaytarılması barədə qərardad qəbul edib və qarşılıqlı iddianın geri qaytarma barədə qərardadını o əsasla geri qaytarmışdır ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən əsaslara məhkəmə LPO İddiaçı ASC-nin iddiası üzrə işə mahiyyəti üzrə baxarkən qiymət verməli olduğu hallardır. Ona görə də, həmin hallara qarşılıqlı iddia qaydasında baxılmasına zərurət yoxdur. Qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində istinad edilən ##.##.2023-cü il tarixli Zaminlik müqaviləsi öz-özlüyündə etibarsız olduğundan zaminə qarşı iddia tələbi rədd edilməlidir. Həmçinin, ##.##.2023-cü il tarixli Zaminlik Müqaviləsinə hətta vizual baxış zamanı aydın görünür ki, müqavilə cavabdeh2 iradəsini əks etdirmir və müqavilə LPO İddiaçı ASC-nin əməkdaşları tərəfindən zamindən xəbərsiz tərtib edilib. Zaminlik müqaviləsinin birinci səhifəsi imzalanmayıb, ikinci səhifəsi isə zaminin digər sənədlərdəki imzasının ətrafına düzəliş edilərək tərtib edilib. Halbuki, xxxx ASC-nin Möhürü yoxdur və hətta xxxx ASCnin nümayəndəsi kimi iştrak edən şəxsin belə bir müqavilə bağlamasını təsdiq edən sənəd mövcud deyil. Halbuki, mövcud qanunvericilikdə üç tərəfli müqavilə bağlanarkən hər bir tərəfin səlahiyyətinin dəqiq göstərilməsi zəruri şərt kimi tələb olunur. xxxx ASC-nin Zaminlik müqaviləsində möhürünün olmaması onun xxxx ASC ləğv ediləndən sonrakı tarixdə tərtib edilməsini təsdiq edir. Çünki, İddiaçı ASC ləğv prosesinə başlanandan sonra müqaviləni tərtib edən digər şəxsin – S.A.İsmayılovdan möhürlər alınır. Onun möhürə əli çatmadığı üçün sonradan saxta yolla tərtib etdiyi müqaviləni möhürləyə bilməyib. Həmçinin, S.A.İsmayılovun ##.##.2023-cü il tarixdə kredit vermək səlahiyyətinin olmasını təsdiq edən etibarnamə mövcud deyil, Nizamnamədə isə S.A.İsmayılovun kredit verməsinə səlahiyyət verilməyib. Bütün bunlar zaminlik müqaviləsinin iş üzrə zamin kimi cəlb edilmiş – cavabdeh2 iradəsi olmadan tərtib edilib, hazırlanmasını təsdiq edir. Bütün bunlar bir daha onu göstərir ki, LPO İddiaçı ASC iş üzrə zamin kimi işə cəlb etdiyi - cavabdeh2 aid hissədə iddiasının hüquqi əsası yoxdur. Odur ki, yuxarıda qeyd edilənlərə və MPM-nin 154-cü maddəsinə əsasən, hazırkı iş üzrə iddia tələbini iş üzrə zamin kimi cəlb edilmiş - cavabdeh2 aid hissədə rədd edilməsi barədə qətnamə qəbul etməyiniz xahiş olunur.

20. Cavabdeh cavabdeh2 etiraza əlavə olaraq bildirmişdir ki, iddiaçının cavabdeh cavabdeh2 qarşı iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilədəki möhür, imza və səlahiyyətlərlə bağlı çatışmamazlıqları əvvəlki məhkəmə iclasında təqdim edilmiş etirazda əsaslandırıb. Əlavə olaraq qeyd edir ki, iddiaçının iddia qaldırması üçün istinad etdiyi zaminlik müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 331.2, 337 və 406-cı maddələrində qeyd edilmiş tələblərə uyğun deyil. cavabdeh2 zaminlik müqaviləsini bağlamaması həmin müqavilədə olan çatışmamazlıqlardan da açıq aydın görünür. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər (MM 331.2). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (MM 337). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (MM 337.2) Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (MM 406.1). Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır (MM 406.2). Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1- ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər (MM 406.3). Hazırkı kommersiya işində olan zaminlik müqaviləsi ilə MM-nin yuxarıda qeyd edilən tələblərini müqaisə edərəkən həmin tələblərin mövcud olmadığını görürük. Bu isə zaminlik müqaviləsinin bağlanmamasını, sonradan iddiaçı tərəfindən quraşdırma sənədlər olduğu məlum olur. Odur ki, iddia tələbini cavabdeh2 aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iddianın yalnız əsas borc hissəsini qəbul etdiklərini və lakin, təmsilçisi olduğu hüquqi şəxslə zamin arasında heç bir müqavilə bağlanmamışdır (onunla hər hansı münasibətləri olmamışdır). Odur ki, iddianın zaminə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirirmişdir ki, iddia olunan əsas borcu qəbul edir, iddianın faiz və cərimə hissəsində qəbul etmirlər. Bununla belə iddiçı ləğv prosesində olan İddiaçı ASC-nin əməkdaşlarının istəyi ilə (kredit müqaviləsinin natamam olması) ilə əlaqədar 2024-cü ilin oktyabr ayında o Əmanətlərin Sığortanması Fonduna dəvət edilmiş, Bankn əməkdaşların ona təqdim etdiyi natamam sənədləri imza etmək, həm də həmin sənədə təmsil etdiyi Cəmiyyətin möhürü möhürünü vurmalı olduğunu bildirmişdir.

22. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 MMC arasında bağlanmış ## ##### 2023-cü il tarixli, ***/M saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinnin bitdiyi tarixə əsas və fair borcu və müqavilə müddəti bitdiyi tarixdən maliyyə arayışında göstərilən ##.##.2024-cü il tarixə AR MM-nin 445.7-ci maddəsinə əsasən illlik 5% ilə hesablanan faiz borcunun (ayrı-ayrılıqda) məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ## ##### 2023-cü il tarixli, ***/M saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə MMC-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: ##.##.2024-cü il tarixə (müqavilənin bitdiyi tarix): əsas borc üzrə 300.000,00 manat, faiz borcu üzrə 43.208,33 manat. ##.##.2024-cü il tarixə (sualada göstərilən tarixə) əsas borc üzrə 300.000 manat, faiz borcu üzrə 43208,33 manat, faiz borcu üzrə (5 %-lə) 5625 manat məbləğində müəyyən edilmişdir

24. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

25. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qətnaməsi qismən – cavabdeh2 münasibətdə ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətlərinin dəlilləri

26. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki ##.##.2023-cü il tarixli Zaminlik müqaviləsinə hətta vizual baxış zamanı aydın görünür ki, müqavilə cavabdeh2 iradəsini əks etdirmir və müqavilə LPO İddiaçıASC-nin əməkdaşları tərəfindən zamindən xəbərsiz tərtib edilib. Zaminlik müqaviləsinin birinci səhifəsi imzalanmayıb, ikinci səhifəsi isə zaminin digər sənədlərdəki imzasının ətrafında düzəliş edilərək tərtib edilib. Halbuki, İddiaçı ASCnin möhürü yoxdur və hətta xxxx ASC-nin nümayəndəsi kimi iştrak edən şəxsin belə bir ASC-nin nümayəndəsi kimi iştirak edən şəxsin belə bir müqavilə bağlamasını təsdiq edən sənəd mövcud deyil. Halbuki mövcud qanunvericilikdə üç tərəfli müqavilə bağlanarkən hər bir tərəfin səlahiyyətinin dəqiq göstərilməsi zəruri şərt kimi tələb olunur. İddiaçıASC-nin Zaminlik müqaviləsində möhürünün olmaması onun İddiaçı ASC-nin ləğv ediləndən sonrakı tarixdə tərtib edilməsini təsdiq edir. Çünki, İddiaçıASC ləğv prosesinə başlanandan sonra müqaviləni tərtib edən digər şəxsin – S.A.İsmayılovdan möhürlər alınır. iddiada qeyd edilən kreditin ayrılması zamanı da zaminlik müqaviləsinin bağlanması İddiaçı ASC-nin X11 İclasında müzakirə predmeti olmamışdır. Bankdan götürülən kredit məbləği MMC ilə təsisçi arasında imzalanmış borc müqaviləsi nəticəsində MMC tərəfindən cavabdeh2 hesabına köçürülmüşdür. Zaminlik müqaviləsində Bankın möhürü olmadığı üçün də müqavilə etibarsız hesab edilməlidir. Kredit müqaviləsində də möhürün olmaması Zaminlik müqaviləsinin də möhürsüz mötəbər olmasına əsas olmamalıdır. Bankın Zaminlik müqaviləsində möhürün olmaması ilə kredit müqaviləsində möhürün olmamasına eyni qiymət verilməməlidir. Möhürsüz kredit müqaviləsinin Bank tərəfindən bəyənilməsi kredit müqaviləsinə münasibətdə əhəmiyyət daşıya bilər, ancaq bunu zaminlik müqaviləsinə şamil etmək olmaz. Hətta cavabdeh cavabdeh1 MMC-nin direktoru da məhkəmə araşdırması zamanı bildirmişdir ki, bank ləğv prosesində olan zaman onu banka dəvət edib bir sıra kredit sənədlərini imzaladıb möhürlətmişlər. İddiaçı Bank kredit müqaviləsində möhür olmadan da kredit məbləğini cavabdeh1 MMC-nə köçürüb, lakin Zaminlik müqaviləsinə bu prinsipdən yanaşma zaminin üzərində əlavə, iradəsindən kənar və arzu etmədiyi ağır öhdəliklə yüklənməsinə səbəb olur.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətiə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.

29. Məhkəmə iclasına iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ola bilər zaminlik müqaviləsindəki imza cavabdeh2 məxsus olsun, lakin bankda ona başqa sənədlərə imza etdirərkən müqaviləni də imzaladıblar.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

31. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

32. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

36. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

37. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

38. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

42. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

44. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

45. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

46. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

47. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

48. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

49. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

50. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh cavabdeh2 münasibətdə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır .

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin zaminlik müqaviləsinin etibarsız olması, müqavilədə bankın möhürünün olmaması, müqavilənin zaminin iradəsini əks etdirməməsi və bank əməkdaşları tərəfindən sonradan tərtib edilməsi ilə bağlı dəlillərini əsassız hesab edir.

55. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

56. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

57. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

58. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə məcburetmədir (zorakılıq və ya hədələmə).

59. Əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır.

60. Kollegiya vurğulayır ki, həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin (hazırki halda cavabdeh cavabdeh2 )üzərinə düşür.

61. Həmçinin Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsinin etibarlılığı üçün əsas tələb onun yazılı formada bağlanmasıdır. Həmin norma zaminlik müqaviləsinin notarial qaydada təsdiqini, yaxud mütləq qaydada möhürlə təsdiqlənməsini nəzərdə tutmur. Qanunverici yalnız müqavilənin yazılı sənəd şəklində mövcud olmasını və tərəflərin iradəsini ifadə etməsini zəruri şərt kimi müəyyən etmişdir.

62. İş materiallarından görünür ki, tərəflər arasında zaminlik müqaviləsi yazılı sənəd formasında tərtib edilmiş, müqavilənin məzmunu müəyyən edilmiş və sənəddə tərəflərin imzaları əks olunmuşdur. Bu baxımdan Mülki Məcəllənin 471-ci maddəsində nəzərdə tutulmuş yazılı forma tələbi yerinə yetirilmiş hesab olunur.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2020-ci il tarixli qərarında göstərmişdir ki, “...yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir”.

64. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir, sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.

65. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində müqavilədə bank möhürünün olmaması və müqavilənin bəzi səhifələrinin imzalanmaması ilə bağlı göstərilən hallar özlüyündə yazılı formaya riayət edilməməsi kimi qiymətləndirilə bilməz. Çünki qanunvericilik zaminlik müqaviləsinin etibarlı hesab olunmasını bank möhürünün mövcudluğu ilə əlaqələndirməmişdir. Müqavilənin son səhifəsində tərəflərin imzasının olması həmin sənədin bütövlükdə təsdiq edilməsi kimi qəbul edilir.

67. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

68. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

69. Eyni zamanda kollegiya qeyd edir ki, kredit müqaviləsinin bağlandığı dövrdə cavabdeh2 cavabdeh1 MMC-nin 100 faiz paya malik yeganə təsisçisi olmuş, cəmiyyət adından Bankdan kredit vəsaitinin alınmasına dair ümumi yığıncaq qərarını şəxsən qəbul etmiş və həmin qərarı banka təqdim etmişdir.

70. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, Bank tərəfindən ayrılmış kredit vəsaiti sonradan MMC ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli borc müqaviləsinə əsasən birbaşa cavabdeh2 şəxsi hesabına köçürülmüşdür. Bu hal cavabdehin kredit münasibətlərindən, o cümlədən həmin münasibətlərin təminatı məqsədilə bağlanmış əqdlərdən tam məlumatlı olduğunu, kredit vəsaitindən faktiki faydalandığını və prosesdə bilavasitə iştirak etdiyini təsdiq edir.

71. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh zaminlik müqaviləsindəki imzanı mübahisələndirsə də, lakin məhkəmə gedişatı zamanı məhkəmə tərəfindən zaminin nümayəndəsi/vəkilinə təklif olunsa da ki, cavabdeh şəxsən iştirak etsin və imza nümunələri götürülərək məhkəmə tərəfindən xətşunaslıq ekspertizası təyin edilsin, lakin cavabdeh şəxsən iştirak etməmiş, nə də ki, vəkili tərəfindən məhkəməyə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilməmişdir.Həmçinin cavabdeh apellyasiya şikayətinin dəlillərində də qeyd olunan hallara dair hər hansı sübut təqdim etməmiş, arqumentasiya irəli sürməmişdir.

72. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

73. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

74. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflər qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar