Məhkəmə qərarları › İş №e-2-2(3-6)-471/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-471/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-471/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “kreditlər üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e- *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdehlər cavabdeh1 MMC, cavabdeh2 və cavabdeh3 birgə qaydada K****/**/** saylı kredit müqaviləsinə əsasən 13,396 (on üç min üç yüz doxsan altı) manat əsas borc, 260.48 (iki yüz altmış manat qırx səkkiz qəpik) manat faiz borcu, 48.43 (qırx səkkiz manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,704.91 (on üç min yeddi yüz dörd manat doxsan bir qəpik) manat məbləğində borcun; - K****/** saylı kredit müqaviləsinə əsasən 255,067.18 (iki yüz əlli beş min altmış yeddi manat on səkkiz qəpik) manat əsas borc, 821.88 (səkkiz yüz iyirmi bir manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 255,889.06 (iki yüz əlli beş min səkkiz yüz səksən doqquz manat altı qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi: 2. Tutmanın cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Əjdər Məlikov küçəsində yerləşən 290.30 kv.m ümumi sahədən ibarət ** saylı mənzilə v ə cavabdeh1 MMCninmülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndinin qərb hissəssində yerləşən 2BLNCK-DMLMSMLM-011” damçı suvarma sisteminə yönəldilməsi; 3. cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Əjdər Məlikov küçəsində yerləşən 290.30 kv.m ümumi sahədən ibarət ** saylı mənzilin hərracdan ilkin satış qiymətinin 127.000 (bir yüz iyirmi yeddi min) manat məbləğində, cavabdeh1 MMC-ninmülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndinin qərb hissəssində yerləşən 2BLNCK-DMLMSMLM-011” damçı suvarma sistemininaçıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər cavabdeh1 MMC, cavabdeh2 və cavabdeh3 iddiaçı İddiaçı ASCyə olan borclarının ödənilməsinə yönəldilməsi; 4. Əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; 5. İpoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçı İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər cavabdeh1 MMCŞ, irinov Rəşad Aydın oğlu və cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. İddia ərizəsinin verilməsi üçün 560 (beş yüz altmış) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ## ##### 2025-ci il tarixli iddia tələbinin həcminin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, 1. Cavabdehlər cavabdeh1 MMC, cavabdeh2 və cavabdeh3 birgə qaydada: K****/**/** saylı kredit müqaviləsinə əsasən 7,707.00 (yeddi min yeddi yüz yeddi manat) manat əsas borc, 392.64 (üç yüz doxsan iki manat altmış dörd qəpik) manat faiz borcuz 408.40 (dörd yüz səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,508.04 (səkkiz min beş yüz səkkiz manat dörd qəpik) manat məbləğində borcun; K****/** saylı kredit müqaviləsinə əsasən 222,190.06 (iki yüz iyirmi iki min yüz doxsan manat altı qəpik) manat əsas borc, 44,686.41 qırx dörd min altı yüz səksən altı manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 266,876.47 (iki yüz altmış altı min səkkiz yüz yetmiş altı manat qırx yeddi qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi. 2. Tutmanın cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Əjdər Məlikov küçəsində yerləşən 290.30 kv.m ümumi sahədən ibarət ** saylı mənzilə və cavabdeh1 MMC-nin mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndinin qərb hissəssində yerləşən “BLNCK-DMLMSMLM-011” damçı suvarma sisteminə yönəldilməsi; 3. cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Əjdər Məlikov küçəsində yerləşən 290.30 kv.m ümumi sahədən ibarət ** saylı mənzilin hərracdan ilkin satış qiymətinin 127.000 (bir yüz iyirnıi yeddi min) manat məbləğində, cavabdeh1 MMC-nin mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndinin qərb hissəssində yerləşən “BLNCK-DMLMSMLM-011” damçı suvarma sisteminin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər cavabdeh1 MMC, cavabdeh2 və cavabdeh3 iddiaçı İddiaçı ASCyə olan borclarının ödənilməsinə yönəldilməsi;

4. Əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; 5. İpoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçı İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər cavabdeh1 MMC, cavabdeh2 və cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. İddia ərizəsinin verilməsi üçün 586.29 (beş yüz səksən altı manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi,cavabdehlər cavabdeh1 MMC-dən, cavabdeh2 və cavabdeh3 müştərək qaydada K****/**/** saylı maliyyələşdirmə üzrə ərizəyə görə 7448,51 manat əsas borc, 372 manat dəbbə pulu, K****/** saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 97110,38 manat əsas borc, 4856 manat dəbbə pulu olmaqla cəmi 109786,89 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 400 manat, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş rüsumun və xidmət haqqının əvəzi olaraq 51 manat tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi,tələb üzrə tutma cavabdeh cavabdeh4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Əjdər Məlikov küçəsində yerləşən 290.30 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 146.000 manat məbləğində müəyyən edilməsi,tələb üzrə tutma cavabdeh1 MMC-nin mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndinin qərb hissəssində yerləşən SG**** saylı girov müqaviləsində öz əksini tapan “BLNCK DMLMSMLM-011” damçı suvarma sisteminə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın; Əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı ASCnin borc tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ müvafiq olaraq cavabdehlər cavabdeh4 və cavabdeh1 MMC-yə qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər cavabdeh1 MMC-dən, cavabdeh2dan və cavabdeh3 tutulsun. Qalan hissədə iddia rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər cavabdeh1 MMC-dən, cavabdeh2 və cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.. İddiaçı İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbi üzrə tələbimizin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandıırlmışıdr ki, Məhkəmə-Ekspertizası Mərkəzinin ##.##.2025ci il tarixli, */*** saylı rəyinə əsasənİddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Hazırda hesab edirik ki, ## ####### 2024-cü il tarixli, */**** saylı rəydə olduğu kimi ekspertiza tədqiqatı zamanı bəzi ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmadığından iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti vardır. Belə ki, ekspert rəyinin təhlili zamanı qeyri-müəyyənliklər müşahidə olunur. Ekspert rəyində bütün ödənişlər əsas və faiz borcuna silinmiş və cavabdeh tərəfindən öz öhdəliyini gecikmə ilə icra etməsi, bu gecikmələr səbəbindən cərimə borcunun hesablanması nəzərə alınmamışdır. Bu da özlüyündə tərəflər arasında əldə edilmiş razılığa uyğun olaraq hesablanmış cərimə borcuna dair tələbimizi istisna edir və bankın mənafeyinə ciddi ziyan dəyməsinə səbəb olur. Beləliklə, ekspertiza üçün təqdim edilmiş hesabdan çıxarışdakı əməliyyatlara ekspert tərəfindən diqqət yetirilməmiş, 123956.17 AZN cərimə borcundan silinmiş məbləğ əsassız olaraq cavabdehin əsas və faiz borcuna silinmə kimi qiymətləndirilmiş və bu səbəbdən də sualda qeyd edilən tarixlərə əsas borcun hesablanması düzgün olmamışdır. Odur ki, hesab edilmişdir ki, borc məbləğlərinin düzgün hesablanmasını müəyyən etmək üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməlidir. Hesabdan çıxarış və maliyyə arayışı öncəki vəsatətimizlə birgə təqdim edilib. Nəzərə alınmalıdır ki, tərəflər arasında razılaşmaya uyğun olaraq tərəf istifadə etdiyi məbləği hər ayın 14-ü tarixinədək hesaba mədaxil etməlidir. Buna baxmayaraq tərəf öz öhdəliyini yerinə yetirməmiş və bu səbəbdən cərimə hesablanmışdır. Məhkəmə- Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. İş üzrə məhkəməyə təqdim edilmiş rəydə ekspertiza tədqiqatı zamanı bəzi ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmadığı öz əksini tapmışdır. Əlavə olaraq ekspert tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatlarının təqdim edilmədiyi qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, Bank tərəfindən ekspert vəsatətinə uyğun olaraq məhkəməyə kredit hesabından çıxarış təqdim edilmiş və açıqlama hissəsində kodlarla silinmələr öz əksini tapmışdır. Belə ki, ********* saylı kod əsas borc üzrə silinmələri, ********* saylı kod faizin hesablanmasını. 203640001 faiz borcunun silinməsini, 203640002 kodun cərimənin hesablanması və silinmələri müəyyən edir. Bununla belə ekspert çıxarışda məlumatların olmadığını qeyd etmişdir. Bu məlumatların təqdim edilən çıxarışlarda öz əksini tapmasına baxmayaraq hesablamanın doğru aparılmaması səbəbindən rəy mötəbər hesab edilə bilməz. ********* saylı kod əsas borc üzrə silinmələri, ********* saylı kod faizin hesablanmasını. 203640001 faiz borcunun silinməsini, 203640002 kodun cərimənin hesablanması və silinmələri müəyyən edir. Bununla belə ekspert çıxarışda məlumatların olmadığını qeyd edib. Bu məlumatların təqdim edilən çıxarışlarda öz əksini tapmasına baxmayaraq hesablamanın doğru aparılmaması səbəbindən rəy mötəbər hesab edilə bilməz. Məhkəmə faiz məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, ##.##.2025-ci il tarixinə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı K****/**/** saylı kredit müqaviləsi üzrə 295 gündən, K****/** saylı kredit müqaviləsi üzrə 739 gündən çox olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə əsas, faiz və cərimə borcu məbləğinin təmin edilən hissəsinin uyğun olaraq qət edilən əsas, faiz və cərimə məbləğinin həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən əsas, faiz və cərimə məbləği əsaslı hesab edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi, məhkəmə mühasibatlıq ekspertizasının aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunması qərara alınmışdır. ## #### 2026-cı il tarixdə iddiaçı İddiaçı ASC tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış məktubu ilə qərardadın icra olunmadan geri qayatarılması xahiş edilmişdir. Məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli məktubuna əsasən qərardad icra olunmadan geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi və məhkəmə iclasının ##.##.2026-cı il tarixə, saat 15:10-yə təyin olunması qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxıt və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçı tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə iddiaçı tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ASC tərəfin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq,

qərаrа аldı:

İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilsin. Apellyasiya icraatına ona münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar