Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-473/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) nümayəndə3 və cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, m ü ə y y ə n e t d i: 1.Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixdə onunla cavabdeh cavabdeh1 arasında bağlanmış cavabdeh2 MMC-nin səhmlərinin idarə edilməsi və mənfəətin bölüşdürülməsi haqqında müqaviləyə əsasən, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə əldə edilmiş gəlirlərin cavabdeh1 düşən hissəsinin 50 faizinin və ödənişin gecikdirilməsinə görə illik 5 faiz miqdarında faiz borcunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. 3.Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. 4.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində irəli sürülmüş tələblər dəqiq ifadə edilməmiş, məbləğlər (iddianın qiyməti) ümumiyyətlə ərizədə göstərilməmiş, həmin məbləğlərin məhkəmə tərəfindən hesablanması və müəyyən edilməsi xahiş edilmişdir. Bu səbəbdən tələbin nədən ibarət olduğu qeyri-müəyyən olaraq qalmışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsində iddianın qiyməti, hər bir cavabdehə qarşı yönələn tələb iddiaçı tərəfindən müəyyən edilməli və iddia ərizəsində konkret olaraq göstərilməlidir. Məhkəmə tərəfindən iddiaçıya həmin nöqsanların aradan qaldırılması təklif edilsə də, iddiaçının nümayəndəsi həmin tələbi icra edə bilməyəcəyini bildirmişdir. Göstərilən halları nəzərə alan məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. 5.Iddiaçının nümayəndəsi (vəkili) nümayəndə3 və cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə2 (ayrı-ayrılıqda) həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. 6.Iddiaçı tərəf şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ilkin olaraq mübahisə predmeti olan müqavilənin sübut kimi qəbul edilməsinə, daha sonra isə vergi orqanından sənədlərin əldə edilməsinə uzun müddət vaxt sərf edilmişdir. Vergi orqanı tərəfindən təqdim edilmiş 2023-2024-cü illərə aid mənfəət vergi bəyannamələrində bir sıra xərc göstəricilərinin şişirdilmiş olduğu və həmin xərclərin mahiyyətinin açıqlanmadığı, bununla şirkətin gəlirinin süni şəkildə az göstərilməsinə cəhd edildiyi bildirilmişdir. Qeyd edilmişdir ki, iddia tələbi tam maliyyə ilini deyil, ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan natamam dövrü əhatə etdiyindən həmin dövr üzrə gəlirin müəyyən edilməsi xüsusi bilik tələb edir və bu səbəbdən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir. Iddiaçı tərəfin mövqeyinə görə, ekspert rəyi olmadan iddia tələbinin dəqiqləşdirilməsi mümkün deyildir. Buna baxmayaraq, məhkəmə ekspertiza təyin etmədən iddia ərizəsini baxılmamış saxlamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin MPMin 149.2.3-cü maddəsinə istinadının əsassız olduğu, iddia ərizəsində iddianın predmeti və qiymətinin mövcud sənədlər əsasında kifayət qədər açıq göstərildiyi bildirilmişdir. Həmçinin, vergi orqanı tərəfindən tələb olunan bütün sənədlər təqdim edilməmiş, işin tam və obyektiv araşdırılması üçün əlavə araşdırma aparılması zəruri olmuşdur. Odur ki, qərardad ləğv edilərək işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. 7.Cavabdeh tərəf şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olan hallar ərizənin məhkəməyə təqdim edildiyi vaxtdan məhkəməyə məlum olmuşdur. Belə ki, 4 aydan artıq müddətdə keçirilmiş çoxsaylı məhkəmə iclasları zamanı iddiaçı tələbinin əsası kimi yalnız cavabdeh2 MMC-nin səhmlərinin idarə edilməsi və mənfəətin bölüşdürülməsi haqqında müqaviləyə istinad etmiş, lakin irəli sürdüyü tələb üzrə subyektiv hüququnun mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Şikayətdə qeyd edilmişdir ki, iddiaçı özünü cavabdeh MMC-nin iştirakçısı kimi təqdim etsə də, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlara əsasən onun heç vaxt həmin MMC-nin təsisçisi və ya iştirakçısı olmadığı müəyyən edilir. Cavabdeh tərəfin mövqeyinə görə, iddiaçının prosessual hüquqlardan sui-istifadə etməklə aidiyyəti olmayan sübutların tələb edilməsinə dair vəsatətlər verməsi işin baxılmasının əsassız şəkildə uzanmasına səbəb olmuşdur. Bu səbəbdən cavabdeh tərəf hesab etmişdir ki, iş üzrə iddianın rədd edilməsi üçün kifayət qədər əsas olduğu halda, iddia ərizəsinin baxılmamış saxlanılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. 8.Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 9.Məhkəmə kollegiyası hesab edir ki, hər iki şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ləğv edilməli, kommersiya işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. 10.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 149. Iddia ərizəsinin forması və məzmunu ... 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ... 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ... Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ... 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; ... 11.Iş materiallarından görünür ki, iddia ərizəsi ##.##.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən iş üzrə dörd məhkəmə hazırlıq və üç məhkəmə baxış iclası keçirilmiş, iş üzrə ümumi araşdırma müddəti beş aya yaxın davam etmişdir. 12.Həmin müddət ərzində iddiaçı tərəf mübahisə predmeti olan dövr üzrə iddia tələbinin dəqiqləşdirilməsi üçün zəruri sənədlərin əldə olunmasının vacibliyini bildirmiş, bununla bağlı sübutların tələb olunması barədə vəsatətlər təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətlər təmin edilərək iki dəfə sübutların tələb olunması barədə qərardad qəbul edilmişdir. 13.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan prosessual hərəkətləri onu göstərir ki, məhkəmə özü də iddia tələbinin dəqiqləşdirilməsi üçün əlavə maliyyə sənədlərinin əldə edilməsini zəruri hesab etmişdir. 14.Eyni zamanda iddiaçı tərəf bildirmişdir ki, mübahisələndirilən dövr tam maliyyə ilini əhatə etmədiyindən və təqdim edilmiş vergi bəyannamələrində yalnız ümumi maliyyə göstəriciləri əks olunduğundan, tələb olunan məbləğin müəyyən edilməsi xüsusi bilik tələb edir. Bu əsasla iddiaçı tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatət təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin vəsatəti həll etmədən və tələb olunan məbləğin xüsusi biliklərdən istifadə edilməklə müəyyən edilməsinin mümkün olub-olmamasına hüquqi qiymət vermədən iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. 15.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iddia ərizəsində mövcud olduğu iddia edilən çatışmazlıqlar, o cümlədən iddia tələbinin konkret məbləğ üzrə göstərilməməsi məhkəməyə iddia ərizəsinin təqdim olunduğu ilk gündən məlum olmuşdur. 16.Buna baxmayaraq, məhkəmə iddia ərizəsini icraata qəbul etmiş, uzun müddət ərzində iş üzrə hazırlıq və baxış iclasları keçirmiş, tərəflərin vəsatətlərini araşdırmış, sübutların toplanması istiqamətində prosessual hərəkətlər həyata keçirmişdir. Belə olan halda, sonradan həmin hallara istinad edilməklə iddia ərizəsinin baxılmamış saxlanılması məhkəmənin əvvəlki prosessual davranışı ilə ziddiyyət təşkil etmişdir. 17.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uzun müddət iş üzrə araşdırma aparılması, sübutların toplanması istiqamətində prosessual tədbirlərin həyata keçirilməsi və tərəflərin maddi-hüquqi mövqelərinin araşdırılması göstərir ki, iş artıq formal mümkünlük mərhələsini keçərək mahiyyəti üzrə araşdırma predmetinə çevrilmişdir. Belə olan halda, iddia ərizəsinin ilkin forma və məzmun çatışmazlıqlarına istinad edilməklə baxılmamış saxlanılması mülki prosesin məqsədləri və prosessual qənaət prinsipi ilə uzlaşmır. 18.Kollegiya nəzərə alır ki, hazırkı mübahisədə tələb edilən məbləğin müəyyən edilməsi yalnız cavabdehin və digər şəxslərin sərəncamında olan maliyyə sənədlərinin araşdırılması ilə mümkündür. Iş materiallarından göründüyü kimi iddiaçı tərəf həmin məlumatların əldə olunması üçün prosessual fəallıq nümayiş etdirmiş, sübutların tələb olunması və ekspertiza təyin edilməsi barədə vəsatətlər təqdim etmişdir. Bu halda iddiaçının obyektiv səbəblərdən tələb olunan məbləği tam dəqiqliklə müəyyən edə bilməməsi onun məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, iddia ərizəsində göstərilən məlumatlar və istinad edilən hüquqi münasibət iddianın predmetini və iqtisadi xarakterini müəyyən etməyə imkan verdiyindən, yalnız tələb olunan məbləğin sonradan dəqiqləşdirilməsinə ehtiyac duyulması MPM-in 259.0.12-ci maddəsinin tətbiqi üçün kifayət qədər əsas hesab edilə bilməz. 19.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur. Odur ki, hər iki tərəfin şikayəti mübahisələndirilən qərardadın ləğvinə yönəldiyindən, şikayətlər təmin edilməli, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ləğv edilməli və kommersiya işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. 20.Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçının nümayəndəsi (vəkili) nümayəndə3 və cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilsin. Iddiaçı İddiaçı-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ləğv edilsin. Kommersiya işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-473/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-473/2026
13.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver