Məhkəmə qərarları › İş №e-2-2(3-6)-475/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-475/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-475/2026 02.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, “xxxx” MMC-yə və cavabdeh1 MMC-yə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, gecikdirilmiş müddət üçün faiz borcu, borcun düzgün hesablanmaması, müştərək məsuliyyət, apellyasiyanın həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıQSC-ninnümayəndəsi(vəkili)nümayəndə1iştirakı ilə İddiaçı QSC-nin cavabdeh4, cavabdeh3, “xxxx” MMC-yə və cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh4, “xxxx” MMC və cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. İddiaçı QSC (bank) və “xxxx” MMC (borcalan) arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** nömrəli müqaviləyə əsasən borcalana 24 ay müddətinə, illik 15% dərəcəsi ilə 705 000manatməbləğindəkreditverilmişdir.

2. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində bankla borc alan və cavabdeh4 (ipoteka qoyan) arasında ##.##.2024-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, cavabdeh4 mülkiyyətindəki ünvan 1 (yeni qaydada: AZ1126, ünvan 2) ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ## #### 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən likvid dəyəri 135 000 (bir yüz otuzbeşmin)manatmüəyyənləşdirilmişdir.

3. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində bankla cavabdeh1MMC,cavabdeh3,cavabdeh4arasındazaminlikmüqaviləsibağlanmışdır.

4. Bank tərəfindən təqdim olunmuş ##.##.2024-cü il tarixli maliyyə arayışına görə, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli ****** nömrəli kredit müqaviləsi üzrə banka olan əsas borcu 705 000manat,faizborcu43768,75manattəşkiledir

5. İddiaçı QSC (bank) və “xxxx” MMC (borcalan) arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** nömrəli müqaviləyə əsasən “xxxx” MMC-yə 24 ay müddətinə, illik 15% dərəcəsi ilə 45000manatməbləğindəkreditverilmişdir.

6. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində bankla “xxxx” MMC və ipoteka qoyan cavabdeh4 arasında ##.##.2024-cü il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış, cavabdeh4 Saq oğlunun mülkiyyətindəki ünvan 1, yeni qaydada: AZ1126, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

7. Müqavilənin 3.1-ci bəndinə görə, ipoteka predmetinin ## #### 2023-cü il tarixli qiymətləndirmərəyinəəsasənlikviddəyəri135000(biryüzotuzbeşmin)manattəşkiledir.

8. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində bankla “xxxx”MMC,cavabdeh3,cavabdeh4arasındazaminlikmüqaviləsibağlanmışdır.

9. Bank tərəfindən təqdim olunmuş ##.##.2024-cü il tarixli maliyyə arayışına görə “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli ****** nömrəli kredit müqaviləsi üzrə banka olan əsas borcu 45 000manat,faizborcu2231,25manattəşkiledir.

10. cavabdeh4həm“xxxx”MMC-nin,həmdə“xxxx”MMC-nin direktorudur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı QSC (iddiaçı) cavabdeh4, cavabdeh3, “xxxx” MMC-yə və cavabdeh1 MMC-yə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “xxxx” MMC-dən, cavabdeh1 MMC-dən, cavabdeh3 və cavabdeh4 müştərək (birgə) qaydada 705 000 (yeddi yüz beş min) manat əsas kredit borcu, 43 768,75 (qırx üç min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat əsas məbləğə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 748 768,75 (yeddi yüz qırx səkkiz min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat məbləğində kredit borcunun və 1038,77 (bir min otuz səkkiz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun xeyrinə tutulması, ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə cavabdeh4 məxsus olan ünvan 1 (yeni qaydada: AZ1126, ünvan 2) ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m olan mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin cavabdeh4 məxsus olan əmlaka görə 135 000 manat (bir yüz otuz beş min) manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil İddiaçı QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq, banka təhvil verilməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, ## ### 2024-cü ildə İddiaçı QSC ilə “xxxx” MMC arasında ****** nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borclalan "xxxx" MMC-yə digər öhdəliklərinin bağlanması ilə bağlı 705 000,00 (yeddi yüz beş min) manat məbləğində pul ayrılmış, borcalan 24 (iyirmi dörd) ay müddətində kreditin əsas məbləği və ona illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. Borclanın ## ### 2024cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ## ### 2024-cü il tarixində bankla borc alan "xxxx" MMC və ipoteka qoyan cavabdeh4 arasında İpoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ ilə cavabdeh4 məxsus olan ünvan 1 (yeni qaydada: AZ1126, ünvan 2) ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDX DƏDK və RPHŞ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair ##.##.2024cü il tarixli yüklülük barədə çıxarış təqdim edilmişdir. Bununla yanaşı borclanın ****** №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər cavabdeh1 MMC, cavabdeh3 və cavabdeh4 ilə bank arasında ## ### 2024-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borclanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. İddiaçı QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də "xxxx" MMC kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi banka olan borclarını ödəməmişlər. Borclanın İddiaçı QSC-nə ****** №-li ## ### 2024-cü il tarixli kredit müqaviləsi üzrə olan ümumi kredit borcu: kreditlər üzrə əsas məbləğ borcu — 705 000 (yeddi yüz beş min) manat; əsas məbləğə hesablanmış faiz borcu — 43 768,75 (qırx üç min yeddi yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat; hər gecikdirilmiş günə görə cərimə borcu — 0,00 (sıfır manat sıfır qəpik) manat; gecikmə günü: ##.##.2024-cü il tarixə gecikməsi 126 gün, cəmi borc: 748 768,75 (yeddi yüzqırxsəkkizminyeddiyüzaltmışsəkkizmanatyetmişbeşqəpik)manattəşkiledir.

13. İddiaçı QSC (iddiaçı) cavabdeh4, cavabdeh3, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdehlər) qarşı da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək (birgə) qaydada 45 000 (qırz beş min) manat əsas kredit borcunun, 2231,25 (iki min iki yüz otuz bir manat iyirmi beş qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, ümumilikdə 47 231,25 (qırx yeddi min iki yüz otuz bir manat iyirmi beş qəpik) manat məbləğində kredit borcunun və 231,70 (iki yüz otuz bir manat yetmiş qəpik) manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması, ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə cavabdeh4 məxsus olan ünvan 1 (yeni qaydada: AZ1126, ünvan 2) ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin cavabdeh4 məxsus olan əmlaka görə 135 000 AZN (bir yüz otuz beş min) manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil İddiaçı QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir.

14. Həmin iddia ərizəsi onunla əsaslnadırılmışdır ki, ## #### 2024-cü ildə İddiaçı QSC ilə cavabdeh1 MMC arasında ****** nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan cavabdeh1 MMC-yə digər öhdəliklərinin bağlanılması ilə bağlı 45 000.00 (qırx beş min) manat məbləğində pul ayrılmış və o, 24 (iyirmi dörd) ay müddətində kreditin əsas məbləği və ona illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. Borcalanın ## #### 2024-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ## #### 2024-cü il tarixində bankla borc alan cavabdeh1 MMC və ipoteka qoyan cavabdeh4 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdeh4 məxsus olan ünvan 1 (yeni qaydada: AZI 126, ünvan 2) ünvanında yerləşən, ümumi sahəsi 111.6 kv.m. olan mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDXDƏDK VƏ RPHŞ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair ##.##.2024-cü il tarixili yüklülük barədə müvafiq çıxarış təqdim edilmişdir. Bununla yanaşı borcalanın ****** №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər “xxxx” MMC, cavabdeh3 və cavabdeh4 ilə bank arasında ## #### 2024-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. “xxxx” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də cavabdeh1 MMC kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (Pretenziyalann) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi banka olan borclarını ödəməmişlər. Borcalanın banka ****** №-li ## #### 2024-cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə olan ümumi kredit borcu: kreditlər üzrə əsas məbləğ borcu – 45 000.00 (qırx beş min) manat; əsas məbləğə hesablanmış faiz borcu - 2231.25 (iki min iki yüz otuz bir manat iyirmi beş qəpik) manat; hər gecikdirilmiş günə görə cərimə borcu - 0.00 (sıfır manat sıfır qəpik) manat; gecikmə günü: ##.##.2024-cü il tarixə 107 (bir yüz yeddi) gün, cəmi borc 47 231.25 (qırx yeddi min iki yüz otuz bir manat iyirmi beş qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, həmçinin borcalanla, ipoteka qoyanla bağlanmış müqavilələrə əsasən borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən borcalan, zamin, həmçinin öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəltməklə onun satılmasını, əldə edilmiş pul vəsaiti hesabına kredit üzrə əsas məbləğ borcunun, əsas məbləğə hesablanmış faizlərin və cərimələrin, habelə çəkilmiş bütün xərclərin ödənilməsinitələbedəbilər.

15. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə hər iki iddia tələbi üzrəişinbiricraatdabirləşdirilməsiqəraraalınmışdır.

16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizələrnin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri)isəməhkəməyəgəlməmişlər.

17. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli rəyində göstərilmişdir ki, “xxxx” MMC ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan ##.##.2024-cü il tarixə əsas borcu 45 000,00 manat, faiz borcu 1912,50 manat, ##.##.2024-cü il tarixə əsas borcu 45 000,00 manat, faiz borcu 2493,75 manat təşkil edir. “xxxx” MMC ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu ##.##.2024-cü il tarixə əsas borcu 705 000,00 manat, faiz borcu 35 543,75 manat, ##.##.2024-cü il tarixə əsas borcu 705 000,00 manat, faiz borcu 42 828,75manattəşkiledir.

18. Məhkəmənin sifarişi əsasında qiymətləndirmə həyata keçirən “xxxx” MMC-nin LP- ***/**** saylı ## ##### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ipoteka predmetinin bazar qiyməti 230000 (iki yüz otuz min) manat, likvid qiyməti 207000 (iki yüz yeddi min) manat təşkil edir.

19. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdeh4, cavabdeh3, “xxxx” MMC-nə və cavabdeh1 MMC-yə qarşı “ipoteka predmetinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmiş, eyni tarixli qətnamə ilə iddia tələblərinin qismən təmin edilməsi, cavabdeh4, cavabdeh3, “xxxx” MMC-dən və cavabdeh1 MMC-dən birgə (müştərək) qaydada ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705 000 manat əsas borc, 35 543,75 manat faiz borcu, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45 000 manat əsas borc, 1912,50 manat faiz borcu, 1200 manat dövlət rüsumu, ümumilikdə 788 656,25 (yeddi yüz səksən səkkiz min altı yüz əlli altı manat iyirmi beş qəpik) manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942Q, ev 49D, mənzil 47 (yeni qaydalarla: AZ1126, ünvan 2) ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzilə - ilkin satış qiyməti 207 000 (iki yüz yeddi min) manat olmaqla yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına ümumilikdə 788 656,25 (yeddi yüz səksən səkkiz min altı yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində borcun tutulub İddiaçı QSC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdeh4 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 70,47 (yetmiş manat qırx yeddi qəpik) manat dövlət rüsumunun İddiaçı QSC-nin özünə aid edilməsi, cavabdeh4, cavabdeh3, “xxxx” MMC-dən və cavabdeh1 MMC-dən birgə (müştərək) qaydada 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 (üç yüz) manat ekspertiza xərcinin“xxxx”MMC-ninhesabınaköçürülməsiqətolunmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni işin faktiki hallarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh cavabdeh1 MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** nömrəli kredit müqaviləsinə əsasən, borcalana 45 000 manat məbləğində, illik 15% dərəcəsi ilə 24 ay müddətinə kredit verilmiş, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** nömrəli kredit müqaviləsinə əsasən, borcalana 705 000 manat məbləğində, illik 15% dərəcəsi ilə 24 ay müddətinə kredit verilmişdir. Hər iki kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində cavabdeh cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 431 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmiş, iddiaçı və cavabdehlər arasında həmçinin zaminlik müqavilələri bağlanaraq, onlar borcalanın bank qarşısındakı bütün öhdəliklərinə görə tam və birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Lakin borcalanlar müqavilə şərtlərinin tələbini pоzaraq krеdit razılaşmaları üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışlar.

 Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək (birgə) qaydada yaranmış kredit borcu məbləğləri tutulmalı, ##.##.2024-cü il tarixli və ##.##.2024- cü il tarixli kredit müqavilələri üzrə tutulacaq faiz borcları ##.##.2026-cı il tarixli */**** nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.  Məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zaminlər) birgə qaydada ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705 000 manat əsas borc, 35 543,75 manat faiz borcu, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45 000 manat əsas borc, 1912,50 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

 Həmçinin iddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

 İşin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705 000 manat əsas borc, 35 543,75 manat faiz borcu, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45 000 manat əsas borc, 1912,50 manat faiz borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalıdır.

 Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti “xxxx” MMC-nin LP- ***/**** saylı ## ##### 2025-ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir. Həmin rəy məhkəmə icraatı dövründə proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir.

 Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705 000 manat əsas borc, 35 543,75 manat faiz borcu, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45 000 manat əsas borc, 1912,50 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan cavabdeh cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzilə (yeni qaydada: AZ1126, ünvan 2) ilkin satış qiyməti 207 000 (iki yüz yeddi min) manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetinin mülkiyyətçisinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

 Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1200 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 70,47 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 319.1- 21. ci, 319.5-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 743-cü, “İpoteka haqqında” Qanunun 4.1-ci, 34-cü, 39.3cü,41.2-cimaddələrinəistinadetmişdir.

22. Qətnamədən cavabdehlər cavabdeh4, “xxxx” MMC və cavabdeh1 MMC apellyasiya şikayəti verərək onun iddianın təmin olunması ilə bağlı ləğv olunmasını və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini aşağıda göstərildiyi kimi əsaslandırmışlar: “...Həm “xxxx” MMC, həm də “xxxx” MMC tərəfindən müvafiq kredit müqavilələri üzrə borc vaxtlı-vaxtında iddiaçıya ödənilmişdir. Lakin bank/iddiaçı həyata keçirilmiş ödənişləri faiz borcuna silmiş, nəticədə cavabdehlərin banka süni şəkildə borc öhdəlikləri yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən işin göstərilən hallarını araşdırmamış, nəticə etibarilə iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** nömrəli kredit müqaviləsi, habelə “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** nömrəli kredit müqaviləsi üzrə həyata keçirilmiş ödənişlər əsas borcun, yəni borclu(lar) üçün daha ağır olan tələbin ödənilməsinə yönəldilməli idi. Buna baxmayaraq, iddiaçıya edilmiş ödənişlər, xüsusilə faizlərin, habelə cərimənin silinməsinə yönəldilmiş, nəticədə cavabdehlərin bank qarşısında vəziyyəti süni şəkildə ağırlaşdırılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.1-440.2-ci maddələrində ifadə olunan hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticədə maddi hüquq normasinın pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq və iş üzrə qanuni qətnamə qəbul etməkdən üçün işdə olan ekspert rəyi ilə razılaşmamalı və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Belə ki, banka edilmiş ödənişlərə dair sənədlərlə ekspert rəyində göstərilən məqamlar ziddiyyətlidir. Buna baxmayaraq, məhkəmə təkrar ekspertiza təyin etməkdən yayınmış, nəticədə prosessual hüquq normasını pozmuşdur. Məhkəmə iclasında cavabdehlərin (onların nümayəndələrinin) iştirakı təmin olunmamış və məhkəmə çəkişmə prinsipinin pozulması ilə nəticələnənqətnaməqəbuletmişdir.”

Apellyasiya şikayətinə etiraz

23. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.

Apellyasiya baxışı, izahat

24. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi isə şikayətinəsassızolduğunubildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.

26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış buMəcəllənin414-416-cımaddələrinəuyğunolaraqhəyatakeçirilir.

28. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanıntələblərindənartıqdırsa,artıqməbləğborcluyaqaytarılmalıdır.

29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

31. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

33. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısındaməsuliyyətdaşıyır.

34. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsi.

35. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icraedilməzsə,bu,gecikdirməsayılmır.

36. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğəillikbeşfaizinödənilməsinitələbedəbilər.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcluonunriskdairəsinədaxilolanöhdəliklərinicraedilmədiyibütünhallarüçüncavabdehdir.

38. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsindəayrıqaydanəzərdətutulmayıbsa,kreditorqarşısındabirgəməsuliyyətdaşıyırlar.

39. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələbetməkhüququnamalikdirsə,onlarbirgəborclulardır.

40. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdardaolaneyninövlüəşyalarşəklindəborcverənəqaytarmağıöhdəsinəgötürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

43. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərəalırki,onlarişdətərəflərintələblərinimüəyyənedənfaktlarlavəhallarlaəlaqədardır.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

46. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsinyazılı qaydada verilən əsaslandırılmışvəsatəti və ya öz təşəbbüsü ilə ekspertizatəyinedəbilər.

47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsindəmüəyyənedilmişqaydalarüzrəməhkəmələrtərəfindənqiymətləndirilir.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyətiüzrədüzgünolanqətnaməsiyalnızformalmülahizələrəgörələğvediləbilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

50. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvaləedilir.

51. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasınınprosessualqaydalarıpozulduqdatəkrarekspertizaaparılır.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

54. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayətverməmişdigərşəxslərinhüquqlarınınəsassızməhdudlaşdırılmasıilənəticələnəcəkdir”.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “cavabdeh4, cavabdeh3, “xxxx” MMC-dən və cavabdeh1 MMC-dən birgə (müştərək) qaydada ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705 000 manat əsas borc, 35 543,75 manat faiz borcu, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45 000 manat əsas borc, 1912,50 manat faiz borcu, 1200 manat dövlət rüsumu, ümumilikdə 788 656,25 (yeddi yüz səksən səkkiz min altı yüz əlli altı manat iyirmi beş qəpik) manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank ümumiyyətlə şikayət verməmiş, cavabdehlər cavabdeh4, “xxxx” MMC və cavabdeh1 MMC isə qətnamənin ləğv olunmasını xahiş etsələr də, şikayətdə yalnız əsas və faiz borclarının məbləğlərinin düzgün hesablanmadığı irəli sürülmüşdür. Nəzərə alınmalıdır ki, cavabdeh cavabdeh3 qətnamədən şikayət verməsə də, zaminə və əsas borclulara qarşı yönəlmiş “kredit borcunun ödənilməsi” tələbi bölünməz xarakterlidir və cavabdeh4, “xxxx” MMC-nin və cavabdeh1 MMC-nin şikayətinin dəlilləri qətnamənin “##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 705 000 manat əsas borc, 35 543,75 manat faiz borcu, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 45 000 manat əsas borc, 1912,50 manat faiz borcu, 1200 manat dövlət rüsumu, ümumilikdə 788 656,25 (yeddi yüz səksən səkkiz min altı yüz əlli altı manat iyirmi beş qəpik) manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi” hissəsinin cavabdeh3 münasibətdə də yoxlanılmasınızəruriedir.

56. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, eləcə də “tutmanın cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942Q, ev 49D, mənzil 47 (yeni qaydalarla: AZ1126, ünvan 2) ünvanında yerləşən, ümumi sahəsi 111,6 kv.m. olan mənzilə - ilkin satış qiyməti 207 000 (iki yüz yeddi min) manat olmaqla yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına ümumilikdə 788 656,25 (yeddi yüz səksən səkkiz min altı yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində borcun tutulub İddiaçı QSC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdeh4 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 70,47 (yetmiş manat qırx yeddi qəpik) manat dövlət rüsumunun İddiaçı QSC-nin özünə aid edilməsi, cavabdeh4, cavabdeh3, “xxxx” MMC-dən və cavabdeh1 MMC-dən birgə (müştərək) qaydada 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 (üç yüz) manat ekspertiza xərcinin “xxxx” MMC-nin hesabına köçürülməsi”hissələrindəhazırkıapellyasiyabaxışınınpredmetideyildir.

57. Qeyd olunmalıdır ki, cavabdeh4, “xxxx” MMC-nin və cavabdeh1 MMC-nin apellyasiya şikayətinindəlilləriqətnaməninsözügedənhissələrdəyoxlanılmasınaimkanvermir.

58. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin “ipoteka predmetinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair hissədə işin icraatına xitam verilməsi barədə##.##.2026-cıiltarixliqərardadıdamübahisələndirilməmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

59. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,qətnaməmübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılmalıdır.

60. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyənedəndigərşərtlərinpozulmasıbaşadüşülməlidir.

61. Birinci instansiya məhkəməsi tərəfindən müqavilələr üzrə əsas və faiz borcunun düzgün müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və əsas vəfaizborclarınınməbləğimüəyyənedilənzamanekspertrəyiəsasgötürülmüşdür.

62. İş materiallarındakı sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi borc məbləğlərinirəyəistinadənhesablamaqdahaqlıolmuşdur.

63. Borcun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehlər, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun(əsasvəfaiz)məbləğləridəqiqləşdirilmişdir.

64. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessualəsaslarımövcuddeyildir.

65. Apellyatorların, “məhkəmə iclaslarında cavabdehlərin nümayəndələrinin iştiraklarının təmin edilmədiyi, çəkişmə prinsipinin pozulduğu” arqumentinə münasibətdə kollegiya qeyd edir ki, elektron məhkəmə sistemindən əldə edilmiş və iş materiallarına əlavə edilmiş çıxarışlara əsasən birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh4, “xxxx” MMC-yə və cavabdeh1 MMC-yə məxsus elektron kabinetlərə bildirişlər yerləşdirilmiş, cavabdeh4 və cavabdeh3 məxsus mobil nömrələrə sms xəbərdarlıqlar göndərilmişdir.

66. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyətiüzrədüzgünolanqətnaməsiyalnızformalmülahizələrəgörələğvediləbilməz.

67. Apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasınabağlıdeyildir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsimübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. Qətnamədən cavabdeh4, “xxxx” MMC və cavabdeh1 MMC tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə AzərbaycanRespublikasıAliMəhkəməsinəkassasiyaşikayətiveriləbilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar