Məhkəmə qərarları › İş №e-2-2(3-6)-493/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-493/2026

26.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-493/2026 26.05.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi üzrə (Açar sözlər: pul öhdəliyinin gecikdirilməsinə görə zərər, mütənasiblik, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və CəfərovSəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyiilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul öhdəliyinin gecikdirilməsinə görə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. “xxxx” ATSC ##.##.1997-ci il tarixdə Bakı “xxxx” fabrikinin bazasında yaradılaraq onun hüquqi varisi olmuş, ##.##.2004-cü il tarixdən “xxxx” ATSC-nin adı dəyişdirilərək “xxxx" AçıqSəhmdarCəmiyyəti(VÖEN**********)kimiadlandırılmışdır.

2. Azərbaycan Respublikasının ## ######## 1995-ci il tarixli **** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin ## ###### 1997-ci il tarixli № **** saylı Sərəncamının 1-ci bəndi ilə H.Z.Tağıyev adına X4 bazasında “xxxx” X1 cəmiyyəti yaradılmış, sonradan həmin cəmiyyət, səhmləri Dövlət Proqramına uyğun olaraq tamamilə realizə edilməklə özəlləşdirilmiş, ##.##.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ##.##.2008-ci ildə adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyətiadlandırılmışdır.

3. * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2001-ci il tarixli qətnaməsi ilə “xxxx” X1 Cəmiyyətindən 2060156 607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat (AZM) məbləğində əsas borcun (412031 AZN) və 100 000 (yüz min) manat (AZM) məbləğində dövlətrüsumunun(20AZN)“xxxx”X1Cəmiyyətininxeyrinətutulmasıqətedilmişdir.

4. Həminqətnaməəsasında##.##.2003-cüiltarixdəicravərəqəsiverilmişdir.

5. İcra sənədi üzrə tələbkar İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulmalı olan 412 031 manatın indeksasiyasının həyata keçirilməsini, 1895 342,60 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki manat altmış qəpik) manatın Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadıiləərizənintəminolunmasıqəraraalınmışdır.

6. Cavabdeh ASC-nin həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı ASC (iddiaçı) ##.##.2025-ci il tarixində Cavabdeh ASC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 566 826,7 manatın və ödənilmiş 857 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasınıxahişetmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” X1 Cəmiyyətinin (hazırda İddiaçı ASC) “xxxx” X1 Cəmiyyətinə qarşı (hazırda Cavabdeh ASC) iddiası üzrə Azərbaycan Respublikası * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2001-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, “xxxx” X1 Cəmiyyətinin hesablaşma hesabından 2060156 607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində əsas borc və 100 000 (yüz min) manat məbləğində dövlət rüsumu “xxxx” X1 Cəmiyyətinin xeyrinə tutulsun”. Həmin məhkəmənin ##.##.2002-ci il tarixli ***/**-*** saylı qərardadı ilə qərara alınmışdır ki, “Azərbaycan Respublikası * saylı Yerli İqtisad Məhkəməsinin ***/**-*** saylı iş üzrə çıxarılmış ## #### 2001-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilsin. “xxxx” X1 Cəmiyyətinin balansında olan mövcud əmlakının 2060156 607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində hissəsi üzərinə həbs qoyulsun. Həbs qoyulmuş əmlak hesabına “xxxx” X1 Cəmiyyətinin xeyrinə 2060156 607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində borc tutulsun.” Qeyd olunan məhkəmə qərardadı üzrə ##.##.2003-cü il tarixli ***/*-*** nömrəli icra vərəqəsi verilmişdir. Lakin məhkəmə qətnaməsinin 2001-ci il tarixdən qanuni qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq, cavabdeh tərəfindən qətnamə bu günədək icra edilməmişdir. DVXnin ##.##.2025-ci il tarixli *-**-*-*-*/*-X-***-**/**** saylı məktubundan göründüyü kimi, “xxxx” ATSC ##.##.1997-ci il tarixdə Bakı “xxxx” fabrikinin bazasında yaradılaraq onun hüquqi varisi olmuşdur, ##.##.2004-cü il tarixdən “xxxx” ATSC-nin adı dəyişdirilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) kimi adlandırılmışdır.” Əlavə olaraq Azərbaycan Respublikasının ## ######## 1995-ci il tarixli **** nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin ## ###### 1997-ci il tarixli **** saylı Sərəncamının 1-ci bəndi ilə H.Z.Tağıyev adına X4 bazasında “xxxx” X1 cəmiyyəti yaradılmış, sonradan həmin cəmiyyət, səhmləri Dövlət Proqramına uyğun olaraq tamamilə realizə edilməklə özəlləşdirilmiş, ##.##.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan ##.##.2008-ci ildə adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorunda hesablama aparıldıqda görünür ki, 2025-ci ilin iyul ayında, 2001-ci ilin iyul ayına nisbətən istehlak qiymətləri indeksi 463,5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 4,6 dəfə artmışdır. * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2001-ci il tarixli ***/**-** saylı qətnaməsi ilə tutulması qət edilən məbləğ isə denominasiya nəzərə alınmaqla 412 031 manat təşkil edir (2.060.156.607 : 5000 = 412 031). Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə * saylıYerli İqtisad Məhkəməsinin ##.##.2001-ci il tarixli ***/**-** saylı qətnaməsi ilə tutulmalı olan 412 031 manat məbləğində pulun indeksasiyası həyata keçirilməklə, 1895 342 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki) manat, 60 (altmış) qəpik məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Cavabdeh ASC həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Xəzər Rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan göründüyü kimi, “* saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2003-ci il tarixli, ***/**-*** saylı icra sənədi üzrə borclu Cavabdeh ASC-dən 2.060.156.607 (iki milyard altmış milyon yüz əlli altı min altı yüz yeddi) manat məbləğində pul vəsaiti tutularaq, tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2003-ci il tarixli, ***/**- *** saylı icra sənədi üzrə borclu Cavabdeh ASC barəsində məcburi icra tədbirləri davam etdirilməsinə baxmayaraq, icra sənədi üzrə hər-hansı ödəniş həyata keçirilməmişdir.” Göstərilənlərə əsasən, Cavabdeh ASC-dən borcun icrasının gecikdirilməsinə görə illik 5 faiz pulunİddiaçıAçıqSəhmdarCəmiyyətininxeyrinətutulmasıbarədəqətnaməqəbuledilməlidir.

9. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə iddianın əsassız olduğunu bildirməklə yanaşı, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.

10. Birinci instansiya məhkəməsinin 2026-cı il ## #### tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 61 804 (altmış bir min səkkiz yüz dörd manat 65 (altmış beş) qəpik) manatın, habelə dövlət rüsumunun əvəzi olaraq 275 (iki yüz yetmiş beş) manat 41 (qırx bir) qəpik) manatın Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinəödənilməsi,iddianınqalanhissədətəminedilməməsiqətolunmuşdur.

11. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 Hazırda "xxxx” Açıq Səhmdar Cəmiyyəti, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, qətnamə üzrə tutulmuş puldan hər hansı bir ödəniş edilmədiyini və ona görə də, Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, "xxxx” ASC-dən borcun ödənilməsinin gecikdirilməsinə görə 24 il üçün 566 826,7 manat pulun tutulmasını tələb edir.

 İş materiallarında olan sənədlərdən və məhkəmə iclasında cavabdehin vermiş olduğu izahatlardan görünür ki, həqiqətən də, * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2001ci il tarixli ***/**-** saylı qətnaməsi üzrə tutulmuş olan puldan ümumiyyətlə hər hansı bir ödəniş edilməmişdir.

 Ona görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

 Bundan sonra məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin keçməsinə dair ərizəyə münasibət bildirilməlidir. Cavabdeh tərəf ərizə təqdim edərək, 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

 * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2001-ci il tarixli ***/**-** saylı qətnaməsinin məzmunundan görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mübahisə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə 3 illik iddia müddəti tətbiq edilməlidir.

 Belə olan halda, * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2001-ci il tarixli ***/**-** saylı qətnaməsi ilə tutulmuş olan 412 031 (2.060.156.607/5000) manat üzrə son 3 il müddət hesablanaraq, 61 804 (412 031 x 5/100 = 20 601,65 (1 il üçün 5 faiz) 20 601,65 x 3 = 61 804,65 (3 il üçün 5 faiz)) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 372.1-ci, 372.2-ci, 373.2-ci, 443.1-ci, 443.2-ci, 445.7-cimaddələrinəistinadlaəsaslandırmışdır.

13. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməməsi ilə bağlı hissədə - ləğv olunmasını və iddianın həmin hissədə də təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün hallara qiymət vermədiyini, iddia müddətinin mahiyyətiinə yanlış yanaşma sərgilədiyini, qüvvədə olan qətnamənin icra edilməməsindən yaranan münasibətin müqavilə münasibəti olmadığını, məhkəmə qərarına əsasən yaranan tələbin otuz il sonra qüvvədən düşdüyünü, 3 il üzrə hesablamanı apararkən indeksasiya faizini nəzərə almadığını irəlisürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

14. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişolunmuşdur.

Apellyasiya baxışı

15. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi (vəkili) ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi də məhkəməyəgəlməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədəzərərinəvəzinindahaazmiqdardaödənilməsinəzərdətutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldəedəcəyigəlirlər(əldənçıxmışfayda)başadüşülür.

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdənçəkinməyitələbetməkhüququnamüddətşamiledilir.

20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilətələbləriüzrəiddiamüddətiisəaltıildir.

21. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətiüçildir.

22. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraqməhkəmətərəfindənbaxılmağaqəbuledilir.

23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmasıüçünəsasdır.

24. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yabilməliolduğugündənbaşlanır.BuqaydadanistisnalarbuMəcəlləiləmüəyyənləşdirilir.

25. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icramüddətibitdikdəbaşlanır.

26. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağabaşlanır.

27. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcuetirafetməsinigöstərənhərəkətləretdikdəiddiamüddətininaxımıkəsilir.

28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələbetməkhüququvardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qaydaqüvvədəolmur.

33. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısındaməsuliyyətdaşıyır.

34. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadəkkreditorunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsi.

35. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icraedilməzsə,bu,gecikdirməsayılmır.

36. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğəillikbeşfaizinödənilməsinitələbedəbilər.

37. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edəbilər.

38. Maddə 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu,yadazərərtutulabilər.

39. Maddə 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmişhəddəqədərtutulabilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarınauyğungəlməməsi.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeydedilənhissəiləbağlıapellyasiyaşikayətivermişdir.

Məhkəmə kollegiyasının mövqeyi

49. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarınauyğunolmuşdur.

50. Belə ki, iddiaçının iddia tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi (§ 36) nəzərdən keçirilə bilər; həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faizödənilməsinitələbetməkhüququnamalikdir.

51. Bununla yanaşı qeyd olunmalıdır ki, həmin tələb mahiyyət etibarilə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə yaranan əlavə maliyyə xarakterli tələbdir və əsas borcdan asılı olmaqlayanaşı,zamanüzrəhesablanan(davamedən)xarakterdaşıyır.

52. Bu isə o deməkdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilən illik 5% ödəniş dövri xarakter daşıyan və hər bir gecikmə dövrü üzrə ayrıca yaranan tələb olmaqla iddia müddətinin tətbiqi baxımından hər bir hesablanma dövrü üzrə ayrıca qiymətləndirilməlidir.

53. Mülki hüquq münasibətlərində formalaşmış yanaşmaya və hüququn ümumi prinsiplərinə (o cümlədən hüquqi müəyyənlik və sabitlik prinsiplərinə) uyğun olaraq, dövri xarakter daşıyan pul tələbləri üzrə iddia müddətinin tətbiqi hər bir müstəqil hesablanma dövrü üzrə ayrıca müəyyən edilməli, iddia müddətinin keçməsi isə yalnız həmin dövrlərə aid tələblərin məhkəməmüdafiəsindənməhrumedilməsiilənəticələnməlidir.

54. Nəzərə alınmalıdır ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).

55. Bu kontekstdə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini yalnız məhkəməyə müraciət tarixindən əvvəlki son 3 illik dövr üzrə əsaslı hesab etməkdə haqlıolmuşdur.

56. Digər tərəfdən işin hallarından görünür ki, “xxxx” X1 Cəmiyyətindən ümumilikdə 412 051 manatın “xxxx” X1 Cəmiyyətinin xeyrinə tutulması barədə olan * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2001-ci il tarixli qətnaməsi hazırkı dövrədək icra olunmadığından tələbkarın tələbi əsasında həmin məbləğ indeksasiya edilmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı əsasında 1895 342,60 (bir milyon səkkiz yüz doxsan beş min üç yüz qırx iki manat altmış qəpik) manatın da Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə tutulmasıqəraraalınmışdır.

57. Pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində yaranan indeksasiya tələbi mahiyyət etibarilə pulun dəyərinin inflyasiya və digər iqtisadi amillər nəticəsində azalmasının kompensasiyasına yönəlmiş bərpaedici xarakter daşıyır və kreditorun real iqtisadi vəziyyətinin qorunmasınaxidmətedir.

58. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan 5 faiz ödəniş isə pul öhdəliyinin vaxtında icra edilməməsinə görə əlavə maliyyə məsuliyyəti kimi çıxış edir və gecikdirilmişöhdəliyinyerinəyetirilməsininstimullaşdırılmasıfunksiyasınıdaşıyır.

59. Kollegiya hesab edir ki, göstərilən iki institut – indeksasiya və 5 faiz ödəniş – hüquqi mahiyyət etibarilə fərqli məqsədlərə xidmət etsə də, hər ikisi eyni əsas hüquqi faktdan – pul öhdəliyinin gecikdirilməsindən – irəli gəlir və eyni dövr üzrə tətbiq edildikdə kreditorun eyni zərərininikidəfəkompensasiyaolunmasıriskiniyaradabilər.

60. Mülki qanunvericiliyin ümumi prinsipləri, xüsusilə də ədalətlilik, mütənasiblik və əsassız zənginləşmənin yolverilməzliyi prinsipləri baxımından isə, eyni zərərin iki müxtəlif hüquqiinstitutvasitəsilətəkrarkompensasiyaolunmasıyolverilməzdir.

61. Başqa sözlə, indeksasiya tələbinin təmin edilməsi pulun real dəyərinin qorunmasına yönəlmiş kompensasiyanı təmin etdiyindən, Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə 5 faiz ödənişin yalnız iddia müddətinin təsir dairəsinə düşməyən son üç illik dövr üçün hesablanması həmdəədalətliolmuşdur.

62. Belə yanaşma sözügedən iki institutun birlikdə tətbiqi nəticəsində eyni zərərin təkrar təminolunmasınınvəəsassızvarlanmanınqarşısınıalır.

63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorunözünəaidolunmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünəaidolunsun. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə AzərbaycanRespublikasınınAliMəhkəməsinəkassasiyaşikayətiveriləbilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar