Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-497/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı "xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə (Açar sözlər: pul tələbi, işgüzar münasibətlər, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı "xxxx” MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə Iddiaçı "xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. "xxxx” MMC (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında imzalanmış ##.##.2024-cü il tarixində AT/EL-**/**** nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən Icraçı Sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək Sifarişçiyə verməyi, Sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Xidmətin növləri, xidmət haqqı müqavilənin Əlavəsi olan “X7" ilə müəyyən edilir. 1.3-cü bəndinə əsasən Xidmətlərin icrasına “Icraçı" tərəfindən ## ######## 2024-cü il tarixindən başlanılacaqdır və 1 (bir) il müddətində icra olunacaqdır. 2.1-cı bəndinə əsasən Bu Müqaviləyə uyğun olaraq Xidmət Icraçı tərəfindən həyata keçirildikdən sonra "X7” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair AKT” tərtib edilərək müəyyən edilir. 2.2-cı bəndinə əsasən Tərəflər arasında “Xidmətlərin göstərilməsinə dair AKT" tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət Icraçı tərəfindən icra edilmiş hesab edilir. 2.3-cü bəndinə əsasən “Xidmətlərin göstərilməsinə dair AKT" tərəflər arasında yazılı təsdiq edildikdən sonra Icraçı tərəfindən həmin Akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında Sifarişçi tərəfindən 30 iş günü ərzində Xidmətlərin dəyəri Icraçının bu Müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. 3.1.10-cu bəndinə əsasən boşdayanma halları icarəçinin təqsiri nəticəsində (təmir, operatorun işdə olmaması və s.) baş vermirsə, aylıq icarə haqqı ödənilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli qiymətin razılaşdırılması protokoluna əsasən Buldozer Shantui SD 22 avadanlağının bir günlük xidmət haqqı 18% əlavə daxil olmaqla 413 manat məbləğində müəyyən edilir.
3. Iddiaçı tərəfindən cavabdehə ##.##.2024-ci il tarixində MT2401 seriyalı, ******** nömrəli ümumi məbləği 11.357,5 manat (9625+1.732,5 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixdə MT2503 seriyalı, ******** nömrəli ümumi məbləği 5.988,5 manat ( 5075+913,5 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixində MT2505 seriyalı, ******** nömrəli ümumi məbləği 12.390 manat (10.500+1890 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixində MT2506 seriyalı, ******** nömrəli ümumi məbləği 5.782 manat (4900+882 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixində MT2502 seriyalı, ******** nömrəli ümumi məbləği 8.260 manat (7000+1.260 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixində MT2509 seriyalı, ******** nömrəli ümumi məbləği 991,2 manat (840+151,2 ƏDV) olan e-qaimə, ##.##.2025-ci il tarixində MT2509 seriyalı, ******** nömrəli ümumi məbləği 48.568,8 manat (41160+7.408,8 ƏDV) e-qaimə göndərilmişdir.
4. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən Shantui SD 22 markalı (01- AB 054) buldozer ##.##.2024- ##.##.2025-ci il və ##.##.2025-##.##.2025-ci il tarixləri üzrə ünvan 1, Cəfər Cabbarlı küçəsi döngə 4 və döngə 6 ünvanlarında işlərin yerinə yetirilməsi üzrə hərəkətdə olmuşdur.
5. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 2024-cü ilin sentyabr-oktyabr ayı üzrə göstərilmiş icarə xidmətlərin dəyəri 11357.5 manat məbəğində müəyyən olunmuşdur.
6. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 2025-ci ilin mart-aprel ayı üçün 30 gün üzrə göstərilmiş icarə xidmətlərin dəyəri 12390 manat məbəğində müəyyən olunmuşdur.
7. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 2024-cü ilin dekabr ayı üçün 13 gün, 2025-ci ilin yanvar ayı üçün 7 gün üzrə göstərilmiş icarə xidmətlərin dəyəri 8.260 manat məbəğində müəyyən olunmuşdur.
8. “xxxx” ASC tərəfindən verilmiş bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixində MT2411 seriyalı e-qaimə üzrə 5.000 manat, ##.##.2025-ci il tarixində MT2411 seriyalı e-qaimə üzrə 4.625 manat, ##.##.2025-ci il tarixində MT2502 e-qaimə üzrə 3.450 manat, ##.##.2025-ci il tarixində MT2411 seriyalı e-qaimə üzrə 8.625 manat, ##.##.2025-ci il tarixində MT2505 seriyalı e-qaimə üzrə 1375 manat ödəniş edilmişdir. Eyni zamanda ##.##.2024-cü il tarixində MT2411 seriyalı qaimə üzrə 900 manat, ##.##.2025-ci il tarixində MT2411 seriyalı e-qaimə üzrə 832,5 manat, ##.##.2025-ci il tarixində MT2502 seriyalı e-qaimə üzrə 1260 manat, ##.##.2025-ci il tarixində MT2503 seriayalı e-qaimə üzrə 913,5 manat, ##.##.2025-ci il tarixində MT2505 seriyalı e-qaimə üzrə 247,5 manat ƏDV ödənişi edilmişdir.
9. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o, Cavabdeh şirkətinin əməkdaşıdır və qeyd olunan şirkət daşıma fəaliyyəti ilə məşğuldur. Onun sözlərinə əsasən, mübahisə predmetinə aid dövrdə üç texnika fəaliyyət göstərmişdir. Qənbər bəy ilə aparılmış danışıqlara əsasən texnikanın gündəlik fəaliyyət göstərdiyi qeyd edilmiş, helefon vasitəsilə texnikanın sahibinə texnikanın fəlaiyyət gpstrdiyi günlər barəsində məlumat verilmişdir. Şahid həmçinin bildirmişdir ki, iddiaçı tərəflə hər hansı ayrıca razılaşmanın mövcudluğu barədə məlumatı olmamışdır. O əlavə etmişdir ki, Qənbər bəy tərəfindən əsasən texnikanın neçə gün fəaliyyət göstərdiyi barədə məlumatlar soruşulmuş və həmin məlumatlar ödənişlərin hesablanması məqsədilə tələb edilmişdir. Müəyyən dövrlərdə işin olmaması səbəbindən texnika faktiki olaraq fəaliyyət göstərməmiş, həmin müddətdə “Sea Breeze” ərazisinə göndərilmiş və sonradan yenidən geri qaytarılmışdır. Şahid qeyd etmişdir ki, onun funksional vəzifəsi texnikanın hansı günlərdə fəaliyyət göstərdiyini və ya fəaliyyət göstərmədiyini qeydiyyata almaqdan ibarət olmuşdur. O, həmçinin vurğulamışdır ki, ödənişlərin həyata keçirilməsi və ya məbləğlərin hesablanması prosesində iştirak etməmiş, bu məsələlərlə bağlı hər hansı səlahiyyətə malik olmamışdır. Şahid bildirmişdir ki, texnikanın sahəyə daxil olma və sahədən çıxma tarixlərini dəqiq müəyyən etmək mümkün deyildir. Onun sözlərinə görə, texnika yalnız “Sea Breeze” ərazisinə göndərilmiş, başqa hər hansı əraziyə aparılmamışdır. Bundan əlavə, texnika 1–2 dəfə texniki baxış və təmir məqsədilə fəaliyyətini müvəqqəti dayandırmışdır. Şahid həmçinin qeyd etmişdir ki, Elvin bəy Qənbər bəydən sonra iddiaçı tərəfin nümayəndəsi funksiyasını icra etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. Iddiaçı "xxxx” MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx" MMCdən 66 109.5 manat məbləğində müqavilə üzrə pul, 439.11 manat faizlər, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq iddia qaldırmaq üçün ödənilmiş 290 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixində AT/EL-**/**** saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin əlavəsi olan “Qiymətlərin razılaşdırma protokulu №*” əsasən Shantui SD-22 markalı ** AB *** D.Q.N-lı buldozer ilə xidmətlərin göstərilməsi üçün günlük xidmət haqqı 350+63 manat ƏDV= cəmi 413 manat müəyyənləşdirilməklə icarəyə verilmişdir. Razılaşdırma protokolunun 3-cü bəndinə əsasən aylıq nəzərdə tutulan iş günü 26 gün razilaşdırılmışdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən ##.##.2024-cü il tarixində texnika işlərin icra olunduğu ünvan 1 ünvanında mobilizasiya olunmuşdur. Qeyd olunan tarixdən İddiaçı MMC-nə məxsus olan Shantui SD 22 markalı (01- AB 054) buldozer GPS məlumatlarına əsasən##.##.2024- ##.##.2025-ci il və ##.##.2025-##.##.2025-ci il tarixləri üzrə ünvan 1, Cəfər Cabbarlı küçəsi döngə 4 və döngə 6 ünvanlarında işlərin yerinə yetirilməsi üzrə hərəkətdə olmuşdur. Iş və xidmətlərin göstərilməsinə dair tərəfimizdən ##.##.2024-cü il tarixli MT2411 ******** saylı elektron qaimə faktura (9625+1732.5 manat ƏDV) yazılmış, buna uyğun olaraq da 27.5 gün ərzində işlərin görülməsinə dair təhvil təslim aktı imzalanmışdır. Qeyd olunan e-qf üzrə cavabdeh tərəfindən təsdiq edilməklə ##.##.2024-cü il 5000+900 manat ƏDV və ##.##.2025-ci il tarixində 4625 + 832.5 manat ƏDV məbləği tam şəkildə ödənilmişdir. Iş və xidmətlərin göstərilməsinə dair tərəmizdən ##.##.2025-cü il tarixli MT2502 ******** saylı elektron qaimə faktura (7000+ 1260 manat ƏDV) yazılmış, buna uyğun olaraq da dekabr-yanvar aylarında 20 gün ərzində işlərin görülməsinə dair təhvil təslim aktı imzalanmışdır. Qeyd olunan e-qf üzrə cavabdeh tərəfindən təsdiq edilməklə ##.##.2025-cü ildə əsas məbləğ üzrə qismən 3450 manat, ##.##.2025-ci il tarixində isə 1260 manat ƏDV məbləği tam ödənilmişdir. Qeyd olunan e-qf üzrə3 550 manat ödənilməmiş əsas borc məbləği qalmışdır. Iş və xidmətlərin göstərilməsinə dair tərəmizdən ##.##.2025-ci il tarixli MT2503 ******** saylı elektron qaimə faktura (5075+913.5 manat ƏDV) yazılmış, buna uyğun olaraq da dekabr ayında 13 gün 12 saat ərzində işlərin görülməsinə dair təhvil təslim aktı tərəfimizdən imzalanaraq cavabdehə göndərilsə, də bəlli olmayan səbəblərdən imzalanmamışdır. Qeyd olunan e-qf üzrə sistem tərəfindən təsdiq edilməklə ##.##.2025-ci 913.5 manat ƏDV məbləği cavabdeh tərəfindən tam ödənilmiş, əsas məbləğ üzrə ödəniş aparılmamışdır. Qeyd olunan e-qf üzrə 5075 manat ödənilməmiş borc məbləği qalmışdır. Iş və xidmətlərin göstərilməsinə dair tərəmizdən ##.##.2025-ci il tarixli MT2505 ******** saylı elektron qaimə faktura (10 500+1890 manat ƏDV) yazılmış, buna uyğun olaraq da mart-aprel ayları ərzində 30 gün işlərin görülməsinə dair təhvil təslim aktı tərənizdən imzalanmışdır. Qeyd olunan e-qf üzrə cavabdeh tərəfindən təsdiq edilməklə ##.##.2025-ci 1375 manat əsas məbləğ, və 247.5 manat ƏDV məbləği qismən ödənilmişdir. Qeyd olunan e-qf üzrə 9125 manat əsas, 1642.5 manat ƏDVməbləği ödənilməmişdir. Iş və xidmətlərin göstərilməsinə dair tərəmizdən ##.##.2025-ci il tarixli MT2506 ******** saylı elektron qaimə faktura (4900+882 manat ƏDV) yazılmış, buna uyğun olaraq da may ayı ərzində 14 işlərin görülməsinə dair təhvil təslim aktı tərəfimizdən imzalanaraq cavabdehə göndərilsə də, bəlli olmayan səbəblərdən imzalanmamışdır. Qeyd olunan qaimə faktura üzrə heç bir ödəniş aparılmamaqla 4900 manat əsas, 882 manat ƏDVborcu qalmışdır. Iş və xidmətlərin göstərilməsinə dair tərəmizdən ##.##.2025-ci il tarixli MT2509 ******** saylı elektron qaimə faktura (840+ 151.2 manat ƏDV) yazılmış, buna uyğun olaraq da iyun ayı ərzində 2.4 gün işlərin görülməsinə dair təhvil təslim aktı tərəfimizdən imzalanaraq Sizə göndərilsə də, bəlli olmayan səbəblərdən tərəfinizdən imzalanmamışdır. Qeyd olunan qaimə faktura tərəfinizdən düzəlişə göndərilmiş və ##.##.2025ci il tarixində düzəliş edilməklə yenidən cavabdehə göndərilmiş, ##.##.2025-ci il tarixndə isə təsdiq edilmişdir. Həmin qaimə faktura üzrə heç bir ödəniş aparılmamaqla 840 manat əsas, 151.2 manat ƏDV borcu qalmışdır. Bundan əlavə olaraq bildiririk ki, şirkətlər arasında bağlanılmış ##.##.2024-cü il tarixində AT/EL-**/**** saylı xidmət müqaviləsinin 3.1.10-cu maddəsinə “Boşdayanma halları icarəçinin təqsiri nəticəsində(təmir, operatun işdə olmaması və s.) baş vermirsə, aylıq icarə haqqı ödənilir”. 3.1.11-ci maddəyə əsasən “Icarəçinin təqsiri nəticəsində texnika işləməzsə, müvafiq dövrlərə görə icarə haqqı ödənilmir”. Bildiririk ki, müəssisəyə məxsus olan Shantui SD 22 markalı **-AB-*** nömrəli buldozer ##.##.2024- ##.##.2025-ci il və ##.##.2025- ##.##.2025-ci il tarixləri üzrə Cavabdeh MMC tərəfindən işlərin icra olunduğu ünvan 1, Cəfər Cabbarlı küçəsi döngə 4 və döngə 6 ünvanlarında işlərin yerinə yetirilməsi üzrə hərəkətdə olmuşdur. Müqavilənin * saylı əlavəsinin 3-cü bəndinə əsasən aylıq iş günü 26 gün nəzərdə tutulmuşdur. Istirahət və bayram günlərini nəzərə almaqla buldozerin sahədə olduğu rəsmi iş günü 226 gün təşkil edir. Tərəfimizdən göndərilmiş elektron qaimə fakturalar üzrə iş günlərinin sayının 108.4 gün olmasını nəzərə alaraq, 117.6 boşdayanma günü müəyyən olunur. Qeyd olunan boşdayanma günləri ərzində texnika tam işlək vəziyyətdə olmuş, texnikanın operatoru iş sahəsində olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən texnikada hər hansı nasazlıq və ya operatorun işdə olmaması ilə bağlı bizə heç bir rəsmi və qeyri-rəsmi xəbərdarlıq edilməmişdir. Boşdayanma günləri ilə bağlı olaraq ##.##.2025-ci il tarixli MT2509 ******** saylı elektron qaimə faktura göndərilmiş, həmin qaimə faktura ##.##.2025-ci il tarixində düzəlişə göndərilmiş, tərfimizdən düzəliş edilmiş, cavabdeh tərəfindən isə ##.##.2025-ci il tarixində təsdiq edilmişdir. Həmin elektron qaimə faktura və təhvil təslim aktına əsasən 41 160 manat əsas məbləğ, 7 408.8 manat ƏDV məbləği olmaqla, cəmi 48 568.8 manat borc məbləği ödənilmişdir. Borc məbləğinin ödənilməsinin təmin olunması ilə bağlı dəfələrlə telefon danışığı aparılmış, dəfələrlə üzbəüz görüş üçün müraciət edilsə də tərəfinizdən müxtəlif bəhanələr ilə hər dəfə ödənişin edilməsi və ya görüşüb müzakirə aparılmasından yayınılmışdır. Yuxarıda qeyd olunanlar ilə bağlı olaraq ##.##.2025-ci il tarixli **************** saylı pretenziya ilə qarşı tərəfə müraciət edilərək “Üzləşmə aktı”, ##.##.2025-ci il tarixli * saylı, ##.##.2025-ci il tarixli * saylı, ##.##.2025-ci il tarixli * saylı və ##.##.2025-ci il tarixli * saylı Təhvil təslim aktlarının imzalanmaqla 1 nüsxəsinin geri qaytarilması və “Üzləşmə aktı”na əsasən müəyyən olunan əsas borc üzrə ƏDV daxil 66 109.50 manat məbləğin müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş 30 gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuşdur. Bu müddət ərzində cavabdeh tərəfindən öhdəlikləri icra edilməsi ilə bağlı hər hansı hərəkət edilməmiş, ##.##.2025-ci il tarixli məktub ilə cavabdehə narazı qaldığı məsələlər ilə bağlı ##.##.2025-ci il, saat 11.00-da Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov 5 ünvanında yerləşən ofisimizə görüş üçün vaxt təyin etsək də, cavabdeh hər hansı münasibət bildməmişdir. Aramızda bağlanlanılmış müqavilənin 2.3-cü bəndinə əsasən “elektron qaimə-faktura əsasında Sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində Xidmətlərin dəyəri Icraçının bu Müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir”.
12. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasında texnikanın işlədiyi günlər üzrə ödənişlərin hesablanması nəzərdə tutulduğunu, bu əsasla, 11.470 manat məbləğində tələbi qəbul etdiklərini, qalan hissədə isə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 17.540,7 manat məbləğində əsas borc, illik 5%-lə hesablanmış 439.11 manat məbləğində faiz borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 125.73 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Təqdim olunan sənədlərdən görünür ki, iddiaçı "xxxx” MMC ilə cavabdeh Cavabdeh MMC arasında imzalanmış ##.##.2024-cü il tarixində AT/EL-**/**** saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin adı xidmət müqaviləsi olsa da tərəflər arasında faktiki olaraq icarə münasibətləri yaranmış, iddiaçı özünə məxsus texnikanı cavabdehə icarəyə vermişdir. Iddiaçı müqaviləyə əsasən Shantui SD- 22 markalı ** AB *** D.Q.N-lı buldozer xidmətlərin göstərilməsi üçün günlük xidmət haqqı 350+63 manat ƏDV= cəmi 413 manat müəyyənləşdirilməklə icarəyə verməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Tərəflər arasında icarə münasibətinin yaranması, iddiaçıya məxsus texnikanın müqavilə əsasında iddia ərizəsində qeyd edilən müddətdə cavabdehə məxsus ərazidə olması işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi qeyd edilən halların həmçinin iddiaçıya 11470 manat müqavilə üzrə borcunun qalmasını məhkəmə iclaslarında etiraf etmiş, iddianın digər hissədə rədd edilməsini xahi etmişdir. Tərəflər arasında mübahisələndirilən hal texnikanın icarədə olan müddət ərzində boşdayanma müddətinə görə hesablanmış borcun ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı müqavilə şərtlərinə əsasən boşdayanma günlərinə görə də borcu tələb edir, cavabdeh isə tərəflər arasında mövcud olan razılaşmaya əsasən və formalaşan işgüzar münasibətə əsasən yalnız texnikanın işlədiyi günə görə borcun ödənilməli olmasını qeyd edir. Məhkəmə bildirir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimləməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.3-cü bəndində qeyd edilmişdir ki, “Xidmətlərin göstərilməsinə dair AKT" tərəflər arasında yazılı təsdiq edildikdən sonra Icraçı (iddiaçı) tərəfindən həmin Akt üzrə düzgün formada təqdim edilən elektron qaiməfaktura əsasında Sifarişçi (cavabdeh) tərəfindən 30 iş günü ərzində Xidmətlərin dəyəri Icraçının bu Müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir. Iş materiallarına əlavə olan sübutlardan, tərəflər arasında imzalanmış təhvil-təslim aktlarının məzmunundan görünür ki, təhvil-təslim aktlarında hər ay üçün texnikanın işlədiyi günlər müəyyən edilmiş, həmin günlərin sayına uyğun xidmət haqqı müəyyən edilmiş, təhviltəslim aktlarında hər iki tərəfin imzasıyla xidmət haqqı müəyyən edilən zaman yalnız texnikanın işlədiyi günlər nəzərə alınmış, həmin aylarda boşdayanma günləri nəzərə alınmamış və buna uyğun ödənişlər edilmişdir. Qeyd edilən hal həmçinin Məhkəmənin ##.##.2026-ci il tarixli iclasında dindirilən şahid X2 tərəfindən təsdiq edilmişdir . Belə ki, şahid ifadəsində hər ay texnikanın icarədarına texnikanın işlədiyi günlərin sayı barəsində məlumat verdiyini bildirmişdir. Bundan başqa tərəflər arasında formalaşmış işgüzar münasibətlərə də nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə texnikanın işlək vəziyyətdə olduğu müddətə uyğun olaraq elektron qaimələr göndərilmiş, boşdayanma müddətinə uyğun olaraq elektron qaimələr, yalnız iddia ərizəsi verilməmişdən bir müddət əvvəl ##.##.2025-ci il tarixdə göndərilmişdir. Beləliklə iş materiallarından məlum olur ki, tərəflər arasında texnikanın boşdayanma günlərinə dair nə təhvil-təslim aktları, nə də hər ay üzrə e-qaimələr mövcud olmamışdır. Ilk növbədə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunan qiymət razılaşdırılması protokoluna əsasən xidmət müqaviləsinin dəyəri texnikanın işlək vəziyyətdə olduğu günlərə münasibətdə hesablanmış və boşdayanma müddətinə görə borcun hesablanması qaydası tərəflər arasında razılaşdırılmamış, və tərəflər arasında işgüzar müasibət ancaq texnikanın işlək olduğu günlərə münasibətdə günəmuzd şəklində formalaşmış və tərəflər aylıq təhvil təslim aktları ilə ödənilməli olan məbləği öz iradə ifadələri ilə təsdiq etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında 11470 manat məbləğində borcu qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının müqavilənin qüvvədə olduğu bütün dövr ərzində ilkin olaraq texnikanın işlək vəziyyətdə olduğu vaxta görə borcunu tələb etməsi (iddiaçının özünün imzaladığı təhvil-təslim aktlarına əsasən) və sonradan fərqli mövqe bildirərək həm də boşdayanma müddətinə görə də borcun tələb edilməsi estopel prinsipi ilə də ziddiyyət təşkil edir. Işin hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cəmi 66 109.5 manat pul tələb edərək, həmin məbləğin 48 568.8 manat hissəsinin boşdayanma günlərinə, digər hissəsinin isə texnikanın işədiyi günlərə aid olduğunu bildirmiş və ona uyğun olaraq e-aimələr və təhvil-təslim aktları iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən məhkəmə iclaslarında yalnız boşdayanma günlərinin mübahisələndirildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi texnikanın işlədiyi günlərə münasibətdə (66 109.5-48 568.8=17540.7) təmin edilərək, 17540.7 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin müqavilə üzrə 17540.7 manat əsas borcunun qalması iş materiallarına əlavə edilən sübutlat, e-qaimələr, təhvil təslim aktları, cavabdeh tərəfindən edilmiş ödənişlər və tərəflərin izahatı ilə öz təsdiqini tapır. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 17540.7 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 439.11 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 290 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 125.73 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 700.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin Suominen Finlandiyaya qarşı (§ 36), X3rşı (§ 29); Hiro Balani Ispaniyaya qarşı (§ 27) qərarlarına istinad etmişdir.
17. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla qeyd etmişdir ki: ”məhkəmə sübutların tətqiqi hissəsində bağışlanmaz səhvə yol verərək qətnaməni başqa qətnamə mətni üzərində işləyərək bu işə aid olmayan məlumatlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, - qətnamədə müqavilənin 1.3-cü bəndinə əsasən Xidmətlərin icrasına “Icraçı" tərəfindən ## #### 2025-ci il tarixindən başlanılacaqdır və 1 (bir) il müddətində icra olunacaqdır. Qeyd edib, ancaq müqavilə ##.##.2024-cü il tarixdə imzalanmış və qeyd edilən bənd müqavilədə aşağıdakı kimi qeyd olunmuşdur: “Xidmətlərin icrasına “Icraçı" tərəfindən ## ######## 2024-cü il tarixindən başlanılacaqdır və 1 (bir) il müddətində icra olunacaqdır.” Işgüzar adətləri səhv tətbiq edib. Tərəflərin razılaşmasına əsasən boşdayanma günlərinə görə icarə haqqı hesablanmalıdır. Lakin məhkəmə qanunsuz olaraq boşdayanma günlərini nəzərə almamışdır. Iş materialları ilə təsdiq edilir ki, boşdayanma günlərinə görə yazılmış elektron qaimə faktura cavabdeh tərəfindən gücləndirilmiş elektron imza ilə rəsmi şəkildə təsdiq edilmişdir. Bəzi elektron qaimə fakturalar üzrə təhvil təslim aktları mövcuddur, elektron qaimə fakturalar hər iki tərəf tərəfindən təsdiq edilmişdir, həmçinin 4 qaimə faktura üzrə qismən ödənişlər edilmişdir”.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
19. Iddiaçının məhkəmə iclasında iştirak edən qanuni nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
27. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur..
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, cavabdeh isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları yenidən qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli zamanı sübutlara tam və obyektiv hüquqi qiymət verməmişdir.
41. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
42. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
43. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il tarixli AT/EL- **/**** nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin istifadəsinə texnika təqdim edilmişdir. Müqavilə “xidmət müqaviləsi” adlandırılsa da, onun şərtlərindən görünür ki, tərəflər arasında faktiki olaraq texnikanın istifadəyə verilməsi ilə bağlı münasibətlər yaranmış, hesablaşmalar texnikanın işlədiyi və ya boşdayandığı günlər nəzərə alınmaqla aparılmışdır.
44. Bu kontekstdə kollegiya, tərəflər arasında bağlanmış müqavilənin və onun formalaşdırdığı işgüzar münasibətərin rolunu izah etməyi zəruri hesab edir.
45. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).
46. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən malların verilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrı-ayrılıqda deyil, birgə qiymət verməlidirlər.
47. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2023-cü il tarixli qərarı).
48. Müqavilə iştirakçıları arasında işgüzar adətlər isə (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
49. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 26, 27).
50. Ali Məhkəmənin bir sıra qərarlarında sərgilənən mövqeyə görə də, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə4 qiymət verilməsi zəruridir.
51. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
52. Hazırkı mübahisənin halları və tərəflər arasında formalaşmış işgüzar münasibətlər göstərir ki, müqavilənin icrası dövründə iddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən qəbul edilərək tam və ya qismən ödənilmiş elektron qaimə-fakturalar texnikanın faktiki işlədiyi müddətlər üzrə hesablanmışdır. Buna görə də yalnız sonradan boşdayanma müddətinə görə tərtib edilmiş elektron qaimə-fakturanın tərəflər arasında mövcud olmuş əvvəlki hesablaşma praktikasına və formalaşmış işgüzar adətlərə uyğun hesab edilməsi mümkün deyildir.
53. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında formalaşmış işgüzar adətə əsasən ödənilməli məbləğin müəyyən edilməsində texnikanın faktiki işlədiyi müddətlər əsas götürülməlidir. Bu səbəbdən boşdayanma müddətinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi əsaslı hesab edilə bilməz.
54. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2024-ci il tarixində MT2401 seriyalı, ******** nömrəli ümumi məbləği 11.357,5 manat (9625+1.732,5 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixdə MT2503 seriyalı, ******** nömrəli ümumi məbləği 5.988,5 manat ( 5075+913,5 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixində MT2505 seriyalı, ******** nömrəli ümumi məbləği 12.390 manat (10.500+1890 ƏDV) olan eqaimə; ##.##.2025-ci il tarixində MT2506 seriyalı, ******** nömrəli ümumi məbləği 5.782 manat (4900+882 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixində MT2502 seriyalı, ******** nömrəli ümumi məbləği 8.260 manat (7000+1.260 ƏDV) olan e-qaimə; ##.##.2025-ci il tarixində MT2509 seriyalı, ******** nömrəli ümumi məbləği 991,2 manat (840+151,2 ƏDV) olan e-qaimə, ##.##.2025-ci il tarixində MT2509 seriyalı, ******** nömrəli ümumi məbləği 48.568,8 manat (41160+7.408,8 ƏDV) e-qaimə göndərilmişdir.
55. Iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan müəyyən olunur ki ##.##.2024-ci il tarixli, MT2401 seriyalı, ******** nömrəli elektron qaimə üzrə tam ödəniş edilmişdir; eyni zamanda ##.##.2025-ci il tarixli MT2503 seriyalı, ******** nömrəli e-qaimə üzrə 913,5 manat ƏDV ödənişi; ##.##.2025-ci il tarixli MT2505 seriyalı, ******** nömrəli e-qaimə üzrə 1.375 manat əsas məbləğ, 247,5 manat ƏDV məbləği; ##.##.2025-ci il tarixli, MT2502 seriyalı, ******** nömrəli e-qaimə üzrə 3.450 manat əsas məbləğ, 1.260 manat ƏDV məbləği ödənilmişdir.
56. Belə olan halda MT2503 seriyalı, MT2505 seriyalı, MT2502 seriyalı e-qaimələr üzrə 19.392,5 manat qalıq borc cavabdeh tərəfindən iddiaçıya ödənməlidir. Belə ki, müəyyən olunmuşdur ki, tərəflər heç də müqavilə şərtlərinə uyğun hərəkət etməmişlər. MT2505 seriyalı, MT2502 seriyalı e-qaimələr üzrə təhvil-təslim aktı imzalansa da, MT2503 seriyalı e-qaimə üzrə təhvil-təslim aktı imzalanmamışdır. Lakin cavabdeh həmin elektron qaimələr üzrə göndərilən
1 Ali Məhkəmə, Iş № 2-2(102)-135/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, Iş № 2-2(102)-451/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, Iş № 2-2(102)-73/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, Iş № 2-2(102)-54/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 qaimələrlə bağlı iddiaçıya heç bir etirazı olmamış, qaimələr geri qaytarılmamış, düzəlişə göndərilməmişdir; əksinə həmin qaimələr üzrə qismən ödəniş etmişdir.
57. Kollegiya hesab edir ki, mülki dövriyyənin adi qaydalarına uyğun olaraq, şəxs tərəfindən təqdim edilmiş hesablaşma sənədi üzrə qismən ödənişin həyata keçirilməsi həmin sənədin əsasını təşkil edən hüquqi münasibətin və ondan irəli gələn öhdəliyin qəbul edilməsi kimi qiymətləndirilməlidir.
58. Bununla yanaşı, kollegiya nəzərə alır ki, iddiaçının istinad etdiyi digər elektron qaimələr üzrə xidmətlərin faktiki göstərilməsini və cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən eyni xarakterli sübutlar mövcud deyildir. Həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi, xidmətlərin qəbulunu təsdiq edən sənədlərin təqdim edilməsi və ya digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin hissədə sübutetmə yükünü daşıyan iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilməmişdir.
59. Beləliklə, yuxrıda şərh olunanları nəzərə alaraq, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc hissəsində dəyişdirilməlidir.
60. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən şikayət vermək üçün ödənilmiş dövlət rüsumunun 59 manatı cavabdeh Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalı, dövlət rüsümünün qalan hissəsi isə apellyatorun özünə aid edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı "xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi “cavabdeh Cavabdeh MMC-dən 17540.7 manat məbləğində əsas borc tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin” hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh MMC-dən 26.040 (iyirmi altı min qırx) manat məbləğində əsas borc tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun 59 (əlli doqquz) manatı cavabdeh Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun, dövlət rüsümünün qalan hissəsi isə apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.