Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-499/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: icarə müqaviləsi üzrə borc tələbi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları:
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli, **** nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin: - 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 664.4 kv.metr qeyri-yaşayış sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. - 2.1-ci maddəsinə əsasən icarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə aşağıdakı məbləğdə müəyyən edilir: Bir aylıq icarə haqqı: 651,78 manatdır. Aylıq icarə haqqına 50%-i (ƏDV-siz) – 298,98 manat, illik icarə haqqının 50%-i (ƏDV-siz) – 3587,76 manat İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası X6 idarəsindəki AZ53NABZ **********(********** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ01451700000000001944, VÖEN 99Ü0U71U01, S.W.İ.F.T. bik: NABZAZ2C), aylıq icarə haqqının 50%-i (ƏDV ilə) – 352,8 manat, illik icarə haqqının 50%-i (ƏDV ilə) – 4233,56 manatı İddiaçı, "X10 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsnin (VÖEN 1500042851) Azərbaycan Beynəlxalq Bankın «Sənaye» Filialı AZ 5IIBAZ38060019449975433 *** saylı hesabına, kod 805603, nıiixbir hesabı AZ03NABZ013501011000000002944, VÖEN 9900001881 S.W.İ.F.T. bik: IIJAZAZ2X) hesablaşma hesabını ödənilməlidir. - 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək müəyyən edilir. - 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, «Icarəçi»nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. - 8.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. - 8.4-cü bəndinə əsasən icarə müqaviləsinə xitam verildikdən sonra «Icarəçi» icarəsində olan əmlakı «Icarəyəverən»-ə qaytarmağa borcludur. Əgər «icarəçi» əmlakı qaytarmırsa, «icarəyəverən» əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və «Icarəçidən» saxlanılan əmlakı məcburi qaydada alınmasım tələb edə bilər.
2. ##.##.2022-ci il tarixli təhvil-təslim aktına əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 664.4 kv.metr qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt imza və möhür ilə təsdiq edilmişdir.
3. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cəmi 4002,48 manat ödənilmiş (son ödəniş tarixləri – ##.##.2023, ##.##.2023), ödənilməmiş borc məbləği 2294,1 manat təşkil edir.
4. Cavabdeh MMC Qarabağ Iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinə ##.##.2023-cü il tarixində məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixində ünvan 2) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dövlət əmlakının icarəyə verilməsi haqqında **** nömrəli icarə müqaviləsi bağlanılmışdır. Hazırda həmin ərazidə yerləşən qeyri-yaşayış sahəsi üzrə işlər yekunlaşmaq üzrədir. Qeyd edilən icarə müqaviləsi əsasında Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsi üzərində istifadə hüququnun reallaşması üçün qeyri yaşayış sahəsi Dövlət Vergi Xidmətində qeydiyyata alınmalıdır. Bu səbəbdən ünvan 2) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin vergi kodununun alınması üçün lazımi köməklik edilməsi xahiş edilmişdir.
5. Cavabdeh MMC İddiaçı ##.##.2025-ci il tarixli məktubla müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsində Cavabdeh MMC-nin hər hansı mağazası və ya fəaliyyət obyekti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Qeyd edilənləri, mağazanın faktiki və rəsmi olaraq fəaliyyət göstərmədiyini və həmin obyektdən hər hansı fayda götürülmədiyini nəzərə alaraq, məktubda qeyd edilən məbləğin ödənilməsi uyğun deyildir.
6. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli *** saylı sərəncamına əsasən siyahısı bu sərəncama əlavədə göstərilən daşınmaz dövlət əmlakı obyektlərinə dair bağlanılmış icarə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır.
7. Icarə müqaviləsi ləğv olunan daşınmaz dövlət əmlakı obyektlərinin siyahısına əsasən icarəçi Cavabdeh MMC olan ünvan 3 ünvanında yerləşən obyektə aid bağlanmış icarə müqaviləsi ##.##.2024-cü il tarixdən ləğv edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 2294.1 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X6 Idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ01451700000000001944 VÖEN 9900071001, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsini xahiş etmişdir.
9. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” *** nömrəli, ##.##.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh MMC arasında ünvan 3 ünvanında yerləşən 664.4 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarəhaqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmişdir. Icarə müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 2294,1 manat icarə haqqı borcu vardır. Icarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.
10. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, tərəflər arasında iş materiallarında mövcud olan icarə müqaviləsi imzalanmışdır. Icarə müqaviləsi üzrə tərəflər arasında qarşılıqlı razılığa əsasən icarə obyekti icarəçiyə təhvil veriləcək və icarəçinin fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılacaq idi. Tərəflər arasında bağlanılmış müqavilənin 6-cı bəndində xüsusi şərt olaraq icarəçiyə həmin ərazidə təmir-tikinti, yenidənqurma işlərinin aparılması qadağan edilmişdir. Icarəyəverən icarəçiyə icarə obyekti ilə yanaşı müvafiq fəaliyyəti üçün şərait yaratmalı və müvafiq obyekt kodu, mülkiyyət sənədləri təqdim etməli idi. Icarəçi olaraq tərəflərindən müvafiq görüşlər keçirilmiş və iddiaçının bildirdiyinə görə həmin mövzular Xüsusi nümayəndəlik tərəfindən həll edildiyindən həmin orqanla danışılaraq müvafiq kod alma məsələləri həll edilməli idi. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin həmin ərazidə xüsusi nümayəndəsi cənab Emin bəyin köməkçisi ilə telefonla əlaqə saxlanıldı və əlavədə qeyd etdikləri məktub göndərilmişdir. Lakin müqavilə bağlanıldığı vaxtdan kifayət qədər müddət keçməsinə baxmayaraq icarə müqaviləsi üzrə qeyri-yaşayış sahəsi icarəçiyə təhvil verilməmiş, mülkiyyət sənədləri və obyektin vergi kodu icarəçiyə təqdim edilməmişdir. Mülki qanunvericiliyə nəzər salsaq, icarə müqaviləsinə əsasən icarəçi icarəyə götürdüyü obyektdən istifadə edərək bəhər götürməli və əvəzində icarə haqqı ödəməlidir. Hazırki predmetlə bağlı icarəçiyə icarə obyekti təhvil verilmədiyindən dolayı icarə obyekti (mağaza) fəaliyyət göstərməmişdir. Daha sonra şifahi məlumat əsasında və ərazinin xüsusi qorunan ərazi olduğu üçün hərəkətin məhdudlaşdırılması əsasında məlum oldu ki, ərazi müvafiq Komitə tərəfindən dəyərləndirilərək, dövlət əhəmiyyətli ərazi hesab edildiyindən həmin ərazinin özəlləşdirilməsi və icarəyə verilməsi qadağan edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçının cavabdehdən icarə haqqı tələb etməsi əsassızdır.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdеh Cavabdeh MMC-dən 2294,1 manat icarə haqqı borcunun tutularaq iddiaçı İddiaçı ((VÖEN **********, Xidmətin Azərbaycan Respublikası X6 Idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ01451700000000001944 VÖEN 9900071001, S.W.İ.F.T. bik NABZA2ZC) ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 43 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ##.##.2022-ci il tarixli təhvil-təslim aktından, cavabdehin özünün iddiaçıya göndərdiyi ##.##.2023-cü il tarixli məktubun məzmunundan və cavabdehə aid şəxsi hesab vərəqəsindən görünür ki, qeyri-yaşayış sahəsi icarəçiyə həqiqətən də təhvil verilmiş və hətda cavabdeh tərəfindən iki dəfə icarə haqqı üzrə ödənişlər edilmişdir. Beləliklə, cavabdeh məhkəmədə öz etiraz arqumentlərini təsdiq edə bilməmiş, həmçinin icarə müqaviləsinin ##.##.2024-cü il tarixindən daha tez tarixdə ləğv edilməsinə dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda icarə müqaviləsi bağlanmış, ##.##.2024-cü il tarixə kimi qüvvədə olmuş, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmiş, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin edilməsinə dair öhdəliklər tam icra edilməmiş kimi qiymətləndirilməlidir.
13. Həmin qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını təşkil edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı öz mülahizəsinə görə müəyyən qədər məbləğin iddiaçıya ödənildiyi və 2294,1 manat məbləğin isə ödənilmədiyini bildirərək, şəxsi hesab vərəqəsi tərtib etmişdir. Məhkəmə tərəflər arasında bağlanılmış icarə müqaviləsi üzrə münasibətlərdə 3 tərəfin iştirak etdiyini nəzərə almamışdır. Daha dəqiq, icarə haqqı üzrə pul məbləği 2 hesab üzrə ayrı-ayrı hüquqi şəxslərə ödənilməli olduğu icarə müqaviləsində aydın qeyd edilmişdir. Iddiaçı icarə haqqı üzrə borcun yaranma əsaslarını lazımi qaydada sübut etməmişdir. Işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 1.1-ci maddəsində “müqavilənin predmeti” hissəsinə diqqət etsək, icarə müqaviləsinin predmetini təşkil edən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X10 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansında olduğu qeyd edilmişdir. Məhkəmə iclasında həmin əmlakın kimin balansında olması və mülkiyyətlə bağlı sənədin təqdim edilməsi üçün təxirə salınsa da, iddiaçı həmin sənədləri təqdim edə bilməmişdir. Dolayısı ilə müqavilə predmetini təşkil edən icarə obyekti üzərində sərəncam vermək iddiaçının öhdəliyində deyildir. Iş üzrə mübahisəli qətnamədə məhkəmə cavabdeh tərəfindən icarə haqqı üzrə ödənişlərin bir hissəsinin edildiyini vurğulamışdır. Bununla bağlı dəfələrlə məhkəmə iclasında hesabdan çıxarış və digər məlumatlar iddiaçıdan tələb edilsə də, həmin halları sübut edə bilməmişdir. Məhkəmə həmin halların iddiaçının xeyrinə qiymətləndirərək, “öz mülahizəsinə görə” cavabdehin ödənişləri tam şəkildə etmədiyini bildirmişdir. Halbuki, icarə müqaviləsində 2 hüquqi şəxs var və əgər ödəniş edilsə, müqaviləyə əsasən hər iki hüquqi şəxsin hesabına ödənilməli idi və bank hesabından çıxarışlar olmalıdır. Məhkəməyə təqdim edilən şəxsi hesab vərəqəsi, iddiaçının tərtib etdiyi sənəddir və heç bir qanuni əsasa söykənmir, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Mülki qanunvericilik icarə müqaviləsində icarəçiyə əmlakdan istifadə ilə yanaşı bəhər götürmək imkanını da tanıyır ki, həmin norma birbaşa qanunvericiliklə tənzimlənir. Hazırki münasibətdə icarə müqaviləsi kağız üzərində formal olaraq bağlanılsa da, faktiki olaraq icarə obyekti icarəçiyə təhvil verilməmiş və nəticədə icarəçinin bəhər götürmək imkanından məhrum olmuşdur. Işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin siyasətini və göstərişlərini nəzərə alaraq, həmin ərazilərə giriş orada təmir-tikinti işləri aparmaq və digər məsələlər xüsusi icarə ilə həyata keçirilir. Həmin icazənin alınması ilə bağlı xüsusi nümayəndəliklə görüşlər keçirilərək, məktub ünvanlansa da, təəssüf ki, portaldan giriş-çıxış icazələri aktiv olmamışdır. Cavabdeh MMC-nin həmin ərazidə mağazası olmadığını və bəhər götürmədiyini nəzərə alaraq, iddiaçının istəyinə görə icarə haqqı ödənişlərinin edilməsi ədalətsiz yanaşmadır. Icarə müqaviləsinin 8-ci maddəsində icarə müqaviləsinə xitam qaydası nəzərdə tutulur. Iş üzrə iddiaçının təqdim etdiyi sərəncam və digər sənədlərə diqqət etsək, icarə müqaviləsinin xitam verilmə tarixi ##.##.2024-cü il qeyd edilmiş və daha sonra xitam verilmə ilə bağlı sərəncam təqdim edilmişdir. Icarə müqaviləsinin 8-ci maddəsində icarəyəverənin öz “istəyi və mülahizəsinə” görə icarə münasibətlərinə xitam verilməsi şərti mövcud deyildir. Işə baxan birinci instansiya məhkəməsi həmin hallara lazımi qaydada hüquqi qiymət vermədən iddiaçının xeyrinə mövqe bildirmişdir. Tərəflər arasında formal olaraq icarə müqaviləsi bağlanılsa da, faktiki olaraq icarə müqaviləsinin əsasını təşkil edən qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilməmişdir. Bununla belə tərəflər arasında icarə müqaviləsi üzrə öhdəliklərin formalaşması üçün icarə obyekti icarəçiyə təhvil verilməli idi. Icarə obyektinin təhvil verilməsi dedikdə yalnız formal olaraq sənəd üzərində deyil, icarə obyektinin açarları təhvil verilməklə, təhvil təslimi aparılmaqla, lazımi qaydada giriş-çıxış imkanı yaradılmaqla, ləvazimatları ilə birlikdə təhvil verilməsi nəzərdə tutulmalıdır. Işğaldan azad olunmuş ərazilər dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlandığını və icarəçinin həmin ərazilərə giriş imkanının məhdud olduğunu nəzərə alaraq, icarə obyektinin təhvil verilməməsi icarə münasibətlərinin yaranmamasına və dolayısı ilə icarəçinin bəhər götürmək imkanından məhrum etmişdir. Hazırki iş üzrə müqavilənin 3 tərəfin hüquq və öhdəliklərini əks etdirən yanaşmalar olduğunu nəzərə alaraq, işə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi şəxsin də cəlbedilərək baxılmalı idi. Bununla bağlı şifahi şəkildə məhkəmə iclasında bildirilsə də, məhkəmə passiv mövqedən yanaşmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz:
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Əsasnaməsinin: - 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. - 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. - 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasındakı hüquq münasibətlərinin müddəti və cavabdehdən tələb olunan məbləğin hüquqi əsası müəyyən edilməlidir. Müqavilənin adında torpaq sahəsinin icarəsinə istinad edilsə də, müqavilənin 1.1ci bəndindən
25. və ##.##.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilənin faktiki predmetini ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 664,4 kv.metr olan qeyri-yaşayış sahəsi təşkil etmişdir.
26. Müqavilənin 3.1-ci bəndində onun müddəti ##.##.2022-ci ildən ##.##.2023-cü ilədək müəyyən edilmiş, 8.2-ci bəndində isə müddət başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verildiyi nəzərdə tutulmuşdur. Buna görə ##.##.2024-cü il tarixli sərəncamda müqavilənin ##.##.2024-cü ildən ləğv edilməsinin göstərilməsi özlüyündə müqavilənin ##.##.2023-cü ildən sonra uzadılması kimi qiymətləndirilə bilməz.
27. Bununla belə, müqavilə müddətinin başa çatması həmin tarixədək yaranmış icarə haqqı borcunu, eləcə də əmlakın geri qaytarılması ilə bağlı öhdəliyi aradan qaldırmır. Müqavilənin 8.4-cü bəndinə əsasən müqaviləyə xitam verildikdən sonra icarəçi əmlakı icarəyəverənə qaytarmalı, qaytarmadığı halda isə əmlakın saxlandığı müddət üçün icarə haqqını ödəməlidir. Bu baxımdan, ##.##.2023-cü ilədək olan dövr üzrə tələb müqavilə müddətində yaranmış icarə haqqı borcu, sonrakı dövr üzrə tələb isə əmlakın qaytarılmaması səbəbindən onun saxlanıldığı müddət üçün ödənilməli məbləğ kimi qiymətləndirilməlidir.
28. Cavabdehin icarə obyektinin ona faktiki olaraq təhvil verilməməsi və tərəflər arasındakı münasibətlərin formal xarakter daşıması barədə dəlilləri iş materiallarında olan sübutların məcmusu ilə təsdiqlənmir.
29. Belə ki, ##.##.2022-ci il tarixli təhvil-təslim aktına əsasən mübahisəli qeyriyaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Həmin akt tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Cavabdeh aktdakı imzanın ona məxsus olmadığını, aktın saxta olduğunu və ya iradə qüsuru ilə imzalandığını bildirməmiş, aktın etibarsızlığına dair ayrıca tələb irəli sürməmişdir.
30. Bundan əlavə, cavabdehin ##.##.2023-cü il tarixli məktubunda mübahisəli qeyriyaşayış sahəsi üzrə işlərin yekunlaşmaqda olduğu göstərilmiş və həmin sahə üzrə istifadə hüququnun reallaşdırılması üçün vergi kodunun alınmasına köməklik edilməsi xahiş olunmuşdur. Məktubun məzmunu cavabdehin obyektin mövcudluğu, ona dair bağlanmış müqavilə və həmin obyekt üzrə görülən işlər barədə məlumatlı olduğunu, müqavilənin icrası ilə bağlı təşkilati tədbirlər həyata keçirdiyini göstərir.
31. Cavabdeh tərəfindən icarə haqqı üzrə ödənişlərin edilməsi də müqavilənin onun tərəfindən qəbul və qismən icra edildiyini təsdiqləyir. Təhvil-təslim aktı, cavabdehin məktubu və qismən ödənişlər birlikdə qiymətləndirildikdə icarə obyektinin cavabdehə təhvil verilmədiyi barədə dəlil əsaslı sayıla bilməz.
32. Cavabdeh apellyasiya şikayətində Hadrut qəsəbəsinə giriş-çıxış icazələrinin aktiv olmadığını, obyektin vergi kodunun təqdim edilmədiyini, bu səbəbdən mağazanın fəaliyyətə başlamadığını və icarə obyektindən bəhər götürə bilmədiyini bildirmişdir.
33. Lakin iş materiallarında giriş-çıxış icazələrinin alınmasının, obyekt üzrə vergi kodunun rəsmiləşdirilməsinin və cavabdehin sahibkarlıq fəaliyyətinə başlaması üçün tələb olunan digər inzibati prosedurların yerinə yetirilməsinin məhz iddiaçının müqavilə öhdəliyi olmasını təsdiq edən şərt müəyyən edilmir. Cavabdeh həmçinin müqavilənin qüvvədə olduğu dövrdə iddiaçının hərəkəti və ya hərəkətsizliyi nəticəsində obyektə daxil ola bilmədiyi, iddiaçının obyektə girişə mane olduğu və ya icarə predmetinin istifadəyə yararsız vəziyyətdə olduğu barədə iddiaçıya yazılı bildiriş verdiyini təsdiq edən sübut təqdim etməmişdir.
34. Mülki Məcəllənin 700.1-ci maddəsində icarəçiyə icarəyə götürülmüş obyektdən istifadə etmək, bəhərdən istifadə etmək və gəlir götürmək hüququnun verilməsi nəzərdə tutulsa da, həmin normadan icarəçinin faktiki mənfəət əldə etməsinin icarə haqqının ödənilməsi üçün zəruri şərt olması nəticəsi irəli gəlmir.
35. Icarə haqqı əmlakın faktiki gəlir gətirib-gətirməməsinə görə deyil, əmlakdan istifadə hüququnun icarəçiyə verilməsi müqabilində ödənilir. Sahibkarlıq fəaliyyətinin başlamaması, mağazanın açılmaması və nəzərdə tutulan mənfəətin əldə edilməməsi, bunların icarəyəverənin müqavilə öhdəliyini pozması nəticəsində baş verdiyi sübuta yetirilmədikdə, icarəçini ödəniş öhdəliyindən azad etmir.
36. Cavabdehin ##.##.2023-cü il tarixli məktubunda obyekt üzrə işlərin yekunlaşmaqda olduğu bildirildiyi halda, obyektin faktiki təhvil verilməməsi və istifadənin mümkün olmaması barədə etirazın yalnız ##.##.2025-ci il tarixli məktubda irəli sürülməsi də həmin etirazın müqavilənin icrası dövründəki davranışla uyğun olmadığını göstərir.
37. Cavabdehin “X10 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin işdə iştirak etməli olması barədə dəlili də qətnamənin ləğvi üçün əsas yaratmır.
38. Müqavilənin 2.1-ci bəndində icarə haqqının bir hissəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin, digər hissəsinin isə qeyd olunan publik hüquqi şəxsin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı iddia yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməli olan hissənin tutulmasına yönəlmişdir. Qətnamə ilə “X10 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin hesabına ödənilməli məbləğ barədə qərar qəbul edilməmiş, onun ayrıca tələb hüququ müəyyən və ya inkar olunmamışdır.
39. Bu səbəbdən həmin publik hüquqi şəxsin hüquq və vəzifələrinə dair məhkəmə aktı qəbul edilmədiyindən, onun MPM-in 57.1-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməməsi mübahisənin düzgün həllinə təsir göstərən prosessual pozuntu hesab edilə bilməz.
40. Cavabdehin iddiaçının icarə predmetinə dair sərəncam vermək və iddia qaldırmaq səlahiyyətinə malik olmaması barədə dəlili də əsaslı deyildir.
41. Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus hüquqi şəxslərin daşınmaz əmlakını icarəyə və istifadəyə vermək Xidmətin vəzifələrinə aiddir. Əsasnamənin 4.0.18-ci yarımbəndi isə Xidmətə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək hüququ verir.
42. Mübahisəli müqavilə məhz iddiaçı ilə cavabdeh arasında bağlanmış, cavabdeh tərəfindən imzalanmış və qismən icra olunmuşdur. Müqavilənin etibarsızlığı barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Əmlakın başqa dövlət qurumunun balansında olması Xidmətin normativ aktla müəyyən edilmiş icarəyəvermə səlahiyyətini və müqavilədə onun hesabına ödənilməsi nəzərdə tutulmuş məbləği tələb etmək hüququnu aradan qaldırmır.
43. Borcun məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə, müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqının 298,98 manat məbləğində olan hissəsi iddiaçının, 352,80 manat məbləğində olan hissəsi isə “X10 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin hesabına ödənilməli idi.
44. Hazırkı iddia ilə icarə haqqının yalnız iddiaçının hesabına ödənilməli hissəsi tələb edilmişdir. Şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına ümumilikdə 4.002,48 manat ödənilmiş, hesablanmış məbləğin 2.294,10 manat hissəsi ödənilməmiş qalmışdır. Cavabdeh 4.002,48 manatdan əlavə ödəniş etdiyini, şəxsi hesab vərəqəsində nəzərə alınmayan hər hansı ödənişin mövcudluğunu və ya tələb olunan məbləğin digər publik hüquqi şəxsin payını da əhatə etdiyini təsdiq edən bank sənədi və ya alternativ hesablanma təqdim etməmişdir.
45. Iddiaçı tərəfindən tərtib edilmiş şəxsi hesab vərəqəsinin yalnız iddiaçıya aid sənəd olması onun sübut kimi yolverilməzliyi nəticəsinə səbəb olmur. Həmin sənədin mötəbərliyi MPM-in 88-ci maddəsinə uyğun olaraq müqavilənin şərtləri, cavabdehin qismən ödənişləri, tərəflərin yazışmaları və cavabdehin əks hesablanma təqdim etməməsi ilə birlikdə qiymətləndirilməlidir. Bu sübutların məcmusu tələb olunan 2.294,10 manatın cavabdeh tərəfindən ödənilmədiyini təsdiq edir.
46. Müqavilənin müddətinin ##.##.2023-cü ildə başa çatması cavabdehin həmin tarixdən sonra əmlakı özündə saxlamağa davam etdiyi dövr üçün ödənişdən azad olunması demək deyildir.
47. Icarə obyektinin cavabdehə təhvil verildiyi ##.##.2022-ci il tarixli aktla təsdiq edildiyindən, həmin obyektin sonradan iddiaçıya qaytarılması faktını təsdiq etmək vəzifəsi qaytarma öhdəliyinin icra edildiyini bildirən cavabdehin üzərinə düşür. Lakin cavabdeh əmlakın ##.##.2023-cü ildə və ya ##.##.2024-cü ildən əvvəl iddiaçıya qaytarıldığını təsdiq edən təhviltəslim aktı, bildiriş və ya digər sənəd təqdim etməmişdir.
48. Belə olan halda, müqavilənin 8.4-cü bəndinə əsasən iddiaçının müqavilə müddətinin başa çatmasından sonra əmlakın cavabdehin sahibliyində saxlanıldığı dövr üçün icarə haqqına bərabər məbləği tələb etmək hüququ yaranmışdır. Iddiaçının ##.##.2024-cü il tarixli sərəncamında hüquq münasibətlərinə ##.##.2024-cü ildən xitam verildiyinin göstərilməsi müqavilənin həmin tarixədək uzadılması kimi deyil, əmlakın cavabdehin istifadəsində saxlanıldığı dövrün son həddi kimi qiymətləndirilməlidir.
49. Beləliklə, iş materiallarındakı təhvil-təslim aktı, cavabdehin ##.##.2023-cü il tarixli məktubu, edilmiş qismən ödənişlər, şəxsi hesab vərəqəsi və əmlakın daha əvvəl qaytarılmasını təsdiq edən sənədlərin mövcud olmaması birlikdə qiymətləndirildikdə, cavabdehin icarə obyektini qəbul etdiyi, müqaviləni qismən icra etdiyi, lakin üzərinə düşən ödəniş öhdəliyini tam yerinə yetirmədiyi müəyyən olunur.
50. Cavabdehin obyektin ona təhvil verilməməsi, iddiaçının tələb hüququnun olmaması, müqavilənin formal xarakter daşıması və digər publik hüquqi şəxsin işə cəlb edilməməsi barədə dəlilləri iş materiallarında olan sübutlarla təsdiqlənmir.
51. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə mahiyyətcə düzgün nəticəyə gəldiyindən və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir.
53. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli olduğuna və iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.