Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2-2(3-6)-502/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Ziya Allahverdi oğlu Şirinovun sәdrliyi vә mәruzәsi ilә, X1 vә X2 ibarәt tәrkibdә, İddiaçı İddiaçı MMC-nin cavabdeh Balacayev Fәrid Xalis oğluna qarşı “borcun ödәnilmәsi” tәlәbinә dair kommersiya mübahisәsi üzә Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadına әsasәn Şәki Kommersiya Mәhkәmәsi vә Bakı Kommersiya Mәhkәmәsi arasında әrazi aidiyyәti ilә bağlı fikir ayrılığının hәll edilmәsi mәsәlәsinә yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehdәn 300 manat borc pulun vә 30 manat dövlәt rüsumunun tutularaq onun xeyrinә ödәnilmәsi tәlәbinә dair iddia әrizәsi ilә Şәki Kommersiya Mәhkәmәsinә müraciәt etmişdir. Şәki Kommersiya Mәhkәmәsinin e-*-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә işin aidiyyәti üzrә baxılması üçün Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Şәki Kommersiya Mәhkәmәsi işin aidyyәti üzrә Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәsi bardә gәldiyi nәticәni belә әsaslandırmışdır ki, tәrәflәr yaranmış mübahisәnin qarşılıqlı razılıq yolu ilә hәll edilmәyәcәyi tәqdirdә mübahisәnin Azәrbaycan Respublikası Bakı şәhәri * saylı yerli iqtisad mәhkәmәsindә hәll edilmәsi ilә bağlı razılaşmışlar.Mәlum olduğu kimi, qeyd edilәn mәhkәmә orqanı hazırda mövcud olmasa da, hәmin mәhkәmәlәrin sәlahiyyәtlәri kommersiya mәhkәmәlәri tәrәfindәn icra edilir. Qeyd edilәn müqavilә 2023-cü il tarixdә bağlansa da, müqavilәnin qeyd edilәn bәndindә müәyyәn edilir ki, tәrәflәr mübahisә yarandığı tәqdirdә hәmin tәlәblәrә Bakı şәhәrindә baxılması ilә bağlı razılaşmışlar. Qeyd edilәn razılaşmanı mәhkәmә istisna edә bilmir. Bu sәbәbdәn mәhkәmә hesab edir ki, hazırkı işә müvafiq olaraq әrazi aidyyәti üzrә Bakı Kommersiya Mәhkәmәsinә baxılmaq üçün göndәrilmәlidir. Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә әrazi aidiyyәti ilә bağlı mәhkәmәlәr arasında yaranan fikir ayrılıqlarına baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Mәhkәmә kollegiyası hesab edir ki, iş baxılması üçün Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәlidir. Belә ki, 35.1-ci maddәsinә әsasәn, Qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. 40.1-ci maddәsinә әsasәn, Ərazi aidiyyәti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddәsinә әsasәn, Tәrәflәr öz aralarındakı saziş ilә mübahisәli işin әrazi aidiyyәtini dәyişdirә bilәrlәr. Saziş yazılı şәkildә ifadә olunmalıdır. 45.4-cü maddәsinә әsasәn, Bir mәhkәmәdәn digәrinә göndәrilәn iş, onun göndәrildiyi mәhkәmә tәrәfindәn baxılmağa qәbul edilmәlidir. Mәhkәmәlәr arasında әrazi aidiyyәtinә dair mübahisәlәrә yol verilmir. Mәhkәmәlәr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iş bir mәhkәmәdәn başqasına verilir . İş materiallarından görünür ki, “Elektron mәhkәmә” informasiya sistemindәn әldә edilәn çıxarışa әsasәn, cavabdeh Qax rayonu, Qax şәhәri, İçәri Bazar küçәsi, döngә 1, ev 9 ünvanında qeydiyyatdadır. Kollegiya qeyd edir ki, iddianın ümumi qaydada cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilmәli olduğu qanunla müәyyәn edilsә dә, AR Mülki Prosessual Mәcәllәsinin 40.2-ci maddәsinә әsasәn, tәrәflәr öz aralarında yazılı saziş bağlayaraq әrazi üzrә mübahisәli işә baxan mәhkәmәni әvvәlcәdәn müәyyәn edә bilәrlәr. İş materiallarına әlavә edilmiş tәrәflәr arasında bağlanmış ##.##.2023-cü il tarixli, P****-**** saylı satış müqavilәsinin 9.2-ci maddәsinә әsasәn, tәrәflәr mübahisәlәrin danışıqlar yolu ilә hәll edilmәsinin mümkün olmadığı halda onların Azәrbaycan Respublikasının Bakı şәhәrindә fәaliyyәt göstәrәn iqtisad mәhkәmәsindә baxılmasını razılaşdırmışlar. Müqavilәdә “Bakı şәhәri * saylı yerli iqtisad mәhkәmәsi” qeyd edilsә dә, hәmin ad altında mәhkәmә hazırda mövcud deyildir. Lakin mәhkәmә hesab edir ki, müqavilә şәrh edilәrkәn tәrәflәrin hәqiqi iradәsi vә müqavilәnin mәqsәdi nәzәrә alınmalıdır. Tәrәflәrin iradәsi konkret olaraq mövcud olmayan ayrıca mәhkәmәnin seçilmәsinә deyil, yaranacaq mübahisәlәrin Bakı şәhәrindә yerlәşәn sәlahiyyәtli mәhkәmә tәrәfindәn hәll edilmәsinә yönәlmişdir. Belә ki, müqavilәdә “Bakı şәhәri” ifadәsinin xüsusi olaraq göstәrilmәsi tәrәflәrin әrazi aidiyyәti ilә bağlı razılığını ifadә edir vә onların mübahisәyә Bakı şәhәrindә baxılması istәklәrini tәsdiq edir. Müqavilәdә göstәrilәn mәhkәmәnin adındakı uyğunsuzluq isә tәrәflәrin iradәsini etibarsız etmir vә yalnız mәhkәmәnin tәşkilati strukturunun dәyişmәsi ilә bağlı texniki xarakter daşıyır. Bu sәbәbdәn kollegiya hesab edir ki, tәrәflәr arasında bağlanmış müqavilәnin aidiyyәt barәdә şәrti mübahisәnin Bakı şәhәrindә yerlәşәn sәlahiyyәtli kommersiya mәhkәmәsindә baxılmasını nәzәrdә tutmuşdur. Qeyd edilәnlәrә әsasәn kollegiyası hesab edir ki, iş baxılması üçün aidiyyәti üzrә Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәlidir. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin 45.4, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı MMC-nin cavabdeh Balacayev Fәrid Xalis oğluna qarşı “borcun ödәnilmәsi” barәdә iddia tәlәbi üzrә kommersiya mübahisәsi baxılması üçün Bakı Kommersiya Mәhkәmәsinә göndәrilsin. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-502/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-502/2026
20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver