Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-510/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Iddiaçı “xxxx” Şirkətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı “xxxx” Şirkəti cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xxxx tərəfindən ödənilmiş real zərər qismində 25 070.69 manat, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət qismində 438 manat faiz, qüsurlu mallara görə məcburi tətbiq edilmiş 24199.44 manat endirim, işgüzar nüfuzuna dəymiş zərərə görə 70000 manat, hüquqi yardıma və leqallaşdırma xidmətlərinə görə isə ödədiyi toplam 8280 manat olmaqla ümumilikdə 127.988.13 manat pul vəsaitinin, əlavə olaraq isə dövlət rüsumu qismində ödənilmiş 418 manat vəsaitin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
3. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
4.Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
5.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə məhkəmə tərəfindən geri qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (## ####### 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuşdur.
8. Həmin məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayəti elektron qaydada tərtib edilərək “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanır.
9. Lakin tərəf prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Belə ki, # ##### 2026-cı il tarixdə məhkəməyə təqdim edilmiş apellyasiya şikayətindən görünür ki, şikayət elektron deyil, fiziki qaydada imzalanmışdır.
10. Halbuki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə prosessual sənədlərin təqdim edilməsi yalnız elektron kabinet vasitəsilə və gücləndirilmiş elektron imza ilə təsdiqlənməklə həyata keçirilməlidir.
11. Belə olan halda, təqdim edilmiş şikayət prosessual qanunvericiliyin müəyyən etdiyi məcburi forma və təqdim edilmə qaydasına uyğun hesab edilə bilməz. Şikayətin fiziki qaydada imzalanması, onun elektron sənəd kimi hüquqi qüvvəsini istisna edir və həmin sənədin MPM-in 10-1-ci maddəsində nəzərdə tutulmuş elektron məhkəmə icraatı qaydalarına uyğun təqdim edilmədiyini göstərir.
12. Beləliklə məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
13. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.