Məhkəmə qərarları › İş №e-2-2(3-6)-517/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-517/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2-2(3-6)-517/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Ziya Allahverdi oğlu Şirinovun sәdrliyi vә mәruzәsi ilә, X2, X4 ibarәt tәrkibdә, İsmayılova Elnarә Mәyiş qızının katibliyi ilә, İddiaçı İddiaçı MMC-nin (bundan sonar - iddiaçı) cavabdeh cavabdeh4 ASCyә (bundan sonra – cavabdeh vә yaxud Bank) qarşı “әsassız tutulmuş pul vәsaitinin qaytarılması vә fazilәrin ödәnilmәsi tәlәbinә dair”, cavabdeh4 ASC-nin İddiaçı MMCyә, cavabdeh3, cavabdeh3 vә cavabdeh3 (bundan sonra - cavabdehlәr) qarşı “kredit üzrә hesablanmış cәrimәnin tutulması” tәlәbinә dair Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsindәn iddiaçı İddiaçı MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, müəyyən e t d i: cavabdeh4 ASC tәrәfindәn ## ##### 2023-cü il tarixli, K**** nömrәli Maliyyәlәşdirmә üçün әrizә üzrә 8.958,85 manat mәblәğindә әsassız tutulmanın, 133,46 manat faiz borcunun, 30 manat mәblәğindә mәhkәmә xәrclәrinin vә 500 manat mәblәğindә vәkil xidmәtlәri üzrә xәrclәrin cavabdeh4 ASC-dәn tutularaq iddiaçı İddiaçı MMC-yә ödәnilmәsi barәdә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qәtnamәsi ilә iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh4 ASC-yә qarşı “pul” tәlәbinә dair iddiası qismәn tәmin edilmәsi, cavabdeh cavabdeh4 ASC-dәn 1569,3 manat mәblәğindә pul vә ödәnilmiş dövlәt rüsumunun 23,35 manat hissәsi olmaqla, ümumilikdә 1592,65 manat mәblәğindә pul tutularaq iddiaçı “xxxx” MMC-yә ödәnilmәsi, iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh4 ASC-yә qarşı iddiasınnın qalan hissәdә tәmin edilmәmәsi, ödәnilmiş dövlәt rüsumunun 91,65 manat hissәsi “xxxx” MMC -yә aid edilmәsi, iddiaçı cavabdeh4 ASC-nin cavabdehlәr İddiaçı MMC, cavabdeh1, cavabdeh2 vә cavabdeh3 qarşı “kredit müqavilәsi üzrә borcun ödәnilmәsi” tәlәbinә dair iddiasının qismәn tәmin edilmәsi, K**** saylı maliyyәlәşdirmә üzrә әrizәyә әsasәn yaranmış 4801,24 manat әsas borc vә ödәnilmiş 71,19 manat dövlәt rüsumu olmaqla, cәmi 4872,43 manat mәblәğindә pulun cavabdehlәr İddiaçı MMC, cavabdeh1, cavabdeh2 vә cavabdeh3 müştәrәk qaydada tutularaq iddiaçı cavabdeh4 ASC-nin xeyrinә ödәnilmәsi, iddiaçı cavabdeh4 ASC-nin cavabdehlәr İddiaçı MMC, cavabdeh1, cavabdeh2 vә cavabdeh3 qarşı “kredit müqavilәsi üzrә borcun ödәnilmәsi” tәlәbinә dair iddiasının qalan hissәdә tәmin edilmәmәsi qәt edilmişdir. Hәr iki iddia üzrә ayrı-ayrılıqda bir tәrәfdәn digәrinin xeyrinә tutulması qәt olunan pul mәblәğlәri әvәzlәşdirmәklә, cavabdeh4 ASC-nin xeyrinә tutulmalı olan 4872,43 manat puldan, İddiaçı MMC-yә ödәnilmәli olan cәmi 1592,65 manat çıxdıqdan sonra, yerdә qalan 3279,78 manat pul vәsaitinin İddiaçı MMC, cavabdeh1, cavabdeh2 vә cavabdeh3 müştәrәk qaydada tutularaq cavabdeh4 ASC-yә ödәnilmәsi qәt edilmişdir. İddiaçı MMC Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti vermişdir. Bakı Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә cavabdeh İddiaçı MMC tәrәfindәn verilmiş apellyasiya şikayәti mümkün hesab edilmiş, işin baxılması şifahi icraat qaydasında ##.##.2026-cı il tarixә, saat 11:20-ә tәyin edilmişdir. İşә apellyasiya qaydasında baxılarkәn Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-ci il tarixli mәktubu daxil olmuşdur. Hәmin mәktubda hazırkı iş üzrә Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrәli qәtnamәsindәn iddiaçı cavabdeh4 Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn şikayәt verildiyi bildirilmiş vә işin hәmin Mәhkәmәyә göndәrilmәsi xahiş edilmişdir. Tәrәflәr mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә kollegiyası Mülki Prosessual Mәcәllәnin 376.2-ci maddәsini rәhbәr tutaraq onların iştirakı olmadan şikayәtә baxılmasını mümkün hesab etmişdir Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәlidir. Belә ki, Mülki Prosessual Mәcәllәnin 362, 363 vә 364-cü maddәlәrinin mәnasına görә, apellyasiya şikayәti işә baxmış birinci instansiya mәhkәmәsinә tәqdim edilir vә birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin qәbul vә ya qaytarılması mәsәlәsini müzakirә edir. MPM-nin tәlәblәrinә cavab verәn apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn 7 gün müddәtindә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı “Paşabank” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr “PAK-IZ” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә vә X1 qarşı kredit müqavilәsi üzrә borcun tutulması, tutmanın ipoteka predmetinә yönәldilmәsinә iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin yuxarıda qeyd olunan maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara a l d ı: Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının ##.##.2026-cı il tarixli icraata qәbul qәrardadı lәğv edilsin. İddiaçı İddiaçı MMC-nin (bundan sonar - iddiaçı) cavabdeh cavabdeh4 ASCyә (bundan sonra – cavabdeh vә yaxud Bank) qarşı “әsassız tutulmuş pul vәsaitinin qaytarılması vә fazilәrin ödәnilmәsi tәlәbinә dair”, cavabdeh4 ASC-nin İddiaçı MMCyә, cavabdeh3, cavabdeh3 vә cavabdeh3 (bundan sonra - cavabdehlәr) qarşı “kredit üzrә hesablanmış cәrimәnin tutulması” iddia tәlәbinә dair kommersiya mübahisәsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Mәhkәmәsinә göndәrilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar