Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-519/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qiyabi qətnamənin ləğvi) Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat
1. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qiyabi qətnaməsinə əsasən cavabdeh Cavabdeh MMC-dən 148249 manat əsas borc, əsas borca illik 5 % hesablanmaqla 7412,45 manat pul vəsaiti olmaqla, cəmi 155661,45 manat borcun, dövlət rüsumunun əvəzi olaraq 446 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
2. Daha sonra, cavabdehin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir.
4. Cavabdeh həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, iş üzrə ##.##.2026-cı il tarixli qiyabi qətnamənin ləğv edilməsi, işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqşünas məhkəmə iclasının saatını yanlış olaraq ##.##.2026-cı il, saat 15:00 bilmiş, bu səbəbdən məhkəməyə həmin saatda gəlmişdir. Bununla bağlı gündəlikdən çıxarış məhkəməyə təqdim edilsə də (həmin gündəlikdə iclasın saatının 15:00 qeyd edildiyi görünür), məhkəmə bu məqama əhəmiyyət və qiymət verməmişdir. Nümayəndə ##.##.2026-cı il tarixdə, saat 15:00-da məhkəməyə gəlmiş, zalda hakim bildimişdir ki, bu işə qiyabi icraat qaydasında artıq baxılıb. Bundan sonra həmin dəqiqə ləngimədən, qiyabi qətnaməni almadan, qiyabi qətnamə tərtib edilmədiyi halda, məhkəmədəcə onun ləğvi haqda ərizə vermişdir, ərizə dəftərxana tərəfindən saat 15:00 qəbul edilmiş, bu haqda müvafiq qeyd aparılmışdır. E-mehkeme portalı vasitəsi ilə də şirkətin adından eyni məzmunlu ərizə verilmişdir. ##.##.2026 tarixli qərardaddan belə aydın olur ki, cavabdehin məqsədi guya prosesi uzatmaq olmuşdur. Cavabdehin bir çox davranışları ilə işi uzatmaq məqsədinin olmadığı görünür. Məqsəd uzatmaq olsaydı, qiyabi qətnamə alındıqdan sonra 10 gün ərzində onun ləğvi haqda ərizə verilə bilərdi, lakin həmin müddət gözlənilməmişdir. Səmimilik bu hərəkətlə sübuta yetirilir. Nümayəndə 18 mart tarixində saat 12:30-da məhkəmənin digər hakimi Günay xanımın icraatında olan iş üzrə də iştirak etmişdir. Hazırkı iclasın vaxtı düzgün bəlli olsaydı bu iclasa da gələrdilər. E-mehkeme vasitəsi ilə dəfələrlə iddiaya etiraz (həmçinin ##.##.2026 tarixdə), dəlillər ərizələr təqdim edilsə də, məhkəmə bunların hər hansı birini qiyabi qətnamədə əks etdirməmişdir. Məhkəmə iclas haqqında bildirişi ##.##.2026-cı il tarixli iclasdan 8 gün əvvəl, ##.##.2026-cı il tarixdə, saat 17:27-də portala yerləşdirmişdir. Halbuki, bu müddət 10 gündən az olmamalıdır. Məhkəmə bildirişi vaxtında portala yükləsəydi, bu kimi anlaşılmazlıqlar da baş verməzdi.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Apellyasiya şikayətinə etiraz
7. xxxx” MMC ##.##.2026-cı il tarixdə şikayətə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmiş, etirazı onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi, iş üzrə 5 dəfə məhkəmə iclası keçirilmiş, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, bu iclaslara gəlməmişdir. Şikayətin məzmunundan görünür ki, cavabdehin məqsədi məhkəmə qərarının icra edilməsini yubatmaqdır. Belə ki, ilk olaraq tərəflər arasında barışıq sazişi təsdiq edilmiş, sonradan cavabdeh barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün məhkəmə iclasına gəlməmiş, bir neçə iclasdan sonra isə ümumiyyətlə həmin sazişin təsdiqlənməsindən yayınmışdır. Ikinci olaraq, cavabdeh onun nümayəndəsinin şəxsi kitabçasına istinad edərək, guya məhkəmə iclasının vaxtı barədə yanlış məlumatlarının olduğunu bildirmişdir. Halbuki, məhkəmə iclası keçirilən vaxt, cavabdehin nümayəndəsi məhkəmə iclası keçirilən zalın yanında yerləşən vəkil kabinetində olmuşdur (bunu iddiaçının nümayəndəsi müşahidə etmişdir). Bu məsələni nümayəndənin özü də etiraf etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
8. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
9. Maddə 249. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır.
10. Maddə 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.
11. Maddə 398.0.1.Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
12. Maddə 398.0.3.Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Məhkəmənin mövqeyi
13. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
14. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iş materiallarından olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” EMIS-dən çıxarışlardan görünür ki, ##.##.2026-cı il tarixdə keçirlən məhkəmə iclasının bildirişi ##.##.2026-cı il tarixdə, ##.##.2026-cı il tarixdə keçirlən məhkəmə iclasının bildirişi ##.##.2026-cı il tarixdə, ##.##.2026-cı il tarixdə keçirlən məhkəmə iclasının bildirişi ##.##.2026-cı il tarixdə, ##.##.2026-cı il tarixdə keçirlən məhkəmə iclasının bildirişi ##.##.2026-cı il tarixdə, ##.##.2026-cı il tarixdə keçirlən məhkəmə iclasının bildirişi ##.##.2026-cı il tarixdə Cavabdeh MMC-nin elektron məhkəmə kabinetinə yerləşdirilmişdir.
16. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh məhkəmə icraatı barəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumatlandırılmışdır.
17. Bununla yanaşı cavabdeh tərəfindən elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinə münasibət bildirilməsi onun elektron kabinetdən istifadə etdiyini və məhkəmə icraatından məlumatlı olduğunu təsdiq edir.
18. Kollegiya həmçinin qeyd edir ki, şikayətdə nümayəndə tərəfindən məhkəmə iclasının saatının texniki səbəbdən qeyd dəftərində yanlış göstərilməsi, bu səbəbdən iclasa vaxtında qatılmaması və qiyabi qətnamədən xəbərsiz olması qeyd edilsə də, həmin hallar qiyabi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, nümayəndənin şəxsi qeydlərində və ya daxili təşkilati sənədlərində yol verilmiş yanlışlıq məhkəmə tərəfindən tərəfin lazımi qaydada məlumatlandırılmaması kimi qiymətləndirilə bilməz.
19. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən baş vermədiyini və qiyabi qətnamənin ləğvi üçün MPM-in 250-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığını düzgün nəticə kimi müəyyən etmişdir.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.