Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-532/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X8 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Agentliyinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı borcun silinməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları:
1. Cavabdeh Istehsalat Birliyinin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2022-ci il tarixli, ******* nömrəli aktda qeyd olunmuşdur ki, sayğac qaz xəttində müvəqqəti quraşdırılmışdır. Sayğac Cavabdeh Istehsalat Birliyinə məxsusdur. Sayğacın süzgəci müəssisənin nümayəndəsinə təhvil verildi. Sayğacın süzgəci yararsız vəziyyətdədir.
2. Cavabdeh Istehsalat Birliyinin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2022-ci il tarixli, ******* nömrəli aktda qeyd olunmuşdur ki, G-1000 markalı, ******** nömrəli sayğac xəttin üzərində öz yerinə quraşdırıldı. Yoxlandı, işlək vəziyyətdə təhvil verildi.
3. Cavabdeh Istehsalat Birliyinin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, G-1000 markalı, ******** nömrəli sayğac NDY-na göndərilməsi üçün çıxarıldı. Qaz təminatı dayandırıldı. VBD 000286956, göstəricilər arasında fərq var.
4. Cavabdeh Istehsalat Birliyinin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2024-cü il tarixli, ******* nömrəli aktda qeyd olunmuşdur ki, G-1000 markalı, ******** nömrəli sayğac yoxlanılaraq təhvil verildi.
5. Cavabdeh Istehsalat Birliyinin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli aktda qeyd olunmuşdur ki, G-1000 markalı, ******** nömrəli sayğacın əvəzinə müvəqqəti olaraq G-1000 ********** saylı sayğac quraşdırıldı.
6. “xxxx” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” MMC-nin “Qaz sayğacının yoxlanması haqqında” ##.##.2024-cü il tarixli, Y **** nömrəli protokolda mexaniki hissə barədə qeyd olunmuşdur ki, gövdənin daxili çirklidir. Sayğaca hava vuruldu, hesablama mexanizmi işləyir. Elektron hissə barədə qeyd olunmuşdur ki, ##.##.2024-##.##.2024-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=5.24 bar, korreksiya olunmuş maksimal qaz həcmi 1142 m³, korreksiya olunmamış qaz həcmi 340 m³ qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat ##.##.2024-cü il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1.04-5.24 bar civarinda dəyişmişdir. Elektron göstərici (Vt) mexaniki göstəricidən 518 m² çoxdur. Təzyiq həddinin aşılması nəticəsində alarm rejimdə Vbd=286956 m³, Va=54000 m³ qeydə alınmışdır. Təzyiq çeviricisi normaldır. Temperatur çeviricisinin naqili qırıqdır. Yoxlama nəticəsi: Istismara Yararsız (təmir olunmalıdır).
7. “xxxx” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” MMC-nin “Elektron həcm korrektoruna texniki baxış barədə” ##.##.2025-ci il tarixli, ****** nömrəli aktın rəy hissəsində qeyd olunmuşdur ki, arxivlər oxundu. ##.##.2025- ci il tarixi əhatə edən saatlıq arxivə əsasən m/t P=0.99867-5.24996 bar aralığında korreksiya olunmuş maksimal qaz həcmi 2912 kub metr, korreksiya olunmamış maksimal qaz həcmi isə 1550 kub metr. Son sərfiyyat ##.##.2025. Təzyiq həddinin aşılması səbəbindən elektron hissə Vbd=189934 kub metr, Vb=34660 kub metr qaz həcmi qeyd etmişdir, təzyiq həddi mütəmadi dövrlərdə maksimal həddi dəfələrlə aşmışdır.
8. ##.##.2025-ci il tarixli, ****** nömrəli “Yoxlamasına gətirilmiş qaz sayğacının təhvilqəbulu” aktında qeyd olunmuşdur ki, sayğacın daxili çirklidir. Sayğaca hava vuruldu. Hesablama mexanizmi işləkdir. Pər səslə işləyir. Elektron korrektorun sağ aşağı boltu açıq vəziyyətdə idi. Göstəricilər arasında fərq var.
9. Cavabdeh Istehsalat Birliyinin ##.##.2025-ci il tarixli müraciətə baxılmanın nəticəsi barədə məktubda qeyd olunmuşdur ki, iddiaçı İddiaçı tərəfindən mübahisələndirilən borc məbləği iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Mübahisələndirilən dövr ərzində sahibkarlıq subyektində tərəfimizdən hər-hansı yoxlama aparılmamışdır.
10. “xxxx” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” MMC-nin “Qaz sayğacının yoxlanması haqqında” ##.##.2025-ci il tarixli, Y **** nömrəli protokolunda qeyd olunmuşdur ki, G-1000 markalı, ******** nömrəli sayğacın daxili çirklidir. Sayğaca hava vuruldu. Hesablama mexanizmi işləkdir. Pər səslə işləyir. Elektron korrektorun sağ aşağı boltu açıq vəziyyətdə idi. Göstəricilər arasında fərq var. Elektron hissə barədə qeyd olunmuşdur ki, ##.##.2024-##.##.2025-ci il tarixlərini əhatə edən saatlıq arxivə əsasən mütləq təzyiq P=0.99867-5.24996 bar aralığında, korreksiya olunmuş maksimal qaz həcmi isə 1550 kub metr qeydə alınmışdır. Son sərfiyyat ##.##.2025-ci il tarixində qeydə alınmışdır. Təzyiq həddinin aşılması səbəbindən elektron hissə Vbd=189934 kub metr, Vd=34660 kub metr qaz həcmi qeyd etmişdir, təzyiq həddi mütəmadi dövrlərdə maksimal həddi dəfələrlə aşmışdır. Elektron göstərici Vmt mexaniki hissə göstəricisindən 70 kub metr çoxdur. Impuls çeviricinin vizual vəziyyəti normaldır, yoxlama zamanı verilən impulsları qeyd edir. Korrektor torpaqlansın. Korreksiya əmsal: 0.9868. Yoxlama nəticəsi: Istismara yararsız (təmir olunmalıdır).
11. ##.##.2025-ci il tarixli, ****** nömrəli qüsur aktında qeyd olunmuşdur ki, G-1000 markalı, ******** nömrəli sayğacın batereya enerjisi azdır və yenisi ilə əvəz olunmalıdır. Qeyd: İ-qrup təmir.
12. EK-220 markalı elektron korrektorun işləmə prinsipi haqqında ümumi məlumat aktında qeyd olunmuşdur ki, EK-220 markalı korrektor Almaniya istehsalıdır. EK-220 xarici görünüşü: metal gövdə, LCD,4 ədəd idarəetmə düymələrindən, təzyiq çeviricisi çıxışından, temperatur çeviricisi çıxışından və impuls ötürücü çıxışından ibarətdir. Daxili menyu 1. Vb,Vbd,Vbt baza göstəriciləri bölməsi 2. Vm,Vmd,Vmt mexaniki göstəricini elektron təkrarı bölməsi 3. P təzyiq çevirici bölməsi 4. T temperatur çevirici bölməsi 5. C korreksiya əmsalı bölməsi 6. Date saat və tarix bölməsi 7. Status alarm statusları bölməsi 8. BC batareya müddəti bölməsi 9. CP uzlaşma əmsalı bölməsi 10. Arxiv bölməsi və s. bölmələrdən Ibarətdir. Korrektorun iş prinsipi qaz xəttindəki təzyiq və temperatur nəzərə alaraq hesabat aparmaqdan ibarətdir.Korrektor keçən sərfiyyatı və müəyyən ölçü parametrləri arxivləşdirmək qabiliyyətinə malikdir. Baza göstəricisi olan Vbt təzyiq və temperatur nəzərə alınan göstəricidir. Vbt=Vb+X1 —normal,Vbd- alarm vəziyyətdə aparılan qeyd bölmələridir. Mexaniki göstəricinin elektron növVmt=Vm+X2-normal,Vmd-alarm vəziyyədə aparılan qeyd bölməsidir. Əgər xəttdəki qazın təzyiqi və temperaturu təzyiq və temperatur çeviricilərinin ölçmə həddlərinin aşağı və yuxarı həddlərini aşmazsa hesablama Vb və Vm bölmələrində aparılır. Ancaq xəttdəki qazın təzyiqi və temperaturu çeviricilərinin ölçmə həddlərinin aşağı və yuxarı həddlərini aşdıqda hesablama Vbd və Vmd bölmələrində aparılır.Hər iki bölmədə qeyd olunanan sərfiyyat yekunda Vbt və Vmt bolmələrində əks olunur. EK-220 model korrektorlarda temperatur çeviricisi hər hansı bir səbəbdən qırılar və ya xarab olarsa korrektor avtomatik olaraq alarm rejiminə keçir və qazın temperaturunu 20°C kimi əks etdirir və hesabat buna uyğun aparılır. Təzyiq çevirisinin aşağı və yuxarı ölçmə hədlərinin aşılmasından asılı olmayaraq korrektor keçən sərfiyyatı maksimal ölçü həddinə uyğun aparır.
13. Abonentin saldosundan görünür ki, İddiaçı istehlak edilmiş qaza görə 2022-ci il üzrə sərfiyyat məbləği 572 593,34 manat, 2023-cü il üzrə sərfiyyat məbləği 560 067,42 manat, 2024-cü il üzrə sərfiyyat məbləği 509 967,92 manat məbləğində hesablanmışdır.
14. ##.##.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, dövlət büdcəsinə 422 manat, ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 318 manat dövlət rüsumu ödənilmişdir.
15. Məhkəmə iclasında mütəxəssis “xxxx” MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, sayğac ## ###### 2024-cü ildə laboratoriyaya daxil olmuşdur. Sayğaca baxış keçirən zaman onun ekranında A və W, yəni “alarm” və “warning” işarələri qeyd edilmişdi. Həmçinin Vbt göstəricisində 286956 m3 , Vb göstəricisində isə 54000m3 qeyd edilmişdir. Mexaniki sayğac 2 hissədən ibarətdir. Təzyiq çox olduqda axın sürəti artır, yüksəlir. Mexaniki hissə qazın təzyiqi, temperaturu artıb-azaldıqda hesabatı düzgün aparma gücünə malik deyil. Bu səbəbdən zavod istehsalçı, ümumiyyətlə, bütün sahə sayğaclarının üzərinə elektron korrektor deyilən cihaz quraşdırır. Həmin cihazın 3 çıxışı var. Onlardan biri təzyiq, biri temperatur ölçür, biri də mexaniki hissə ilə əlaqələndirir. Sayğac laboratoriyaya gətirilən zaman temperatur çeviricisi qırıq olub. Bununla bağlı qüsur aktı da abonentə təqdim edilmişdir. Bu çeviricinin qırılmasının hesabata təsiri yoxdur. Çünki temperatur çeviricisinin qırıq olması Cavabdeh IB-nin çıxarılma aktında qeyd edilməmişdir. Çox güman ki bu daşınma prosesində olmuşdur. Abonentə də qüsur aktı tərtib edilərək təqdim olunub. Elektron korrektorun ölçü həddi var. Həmin sayğacda bu ölçü həddi 0,76-5 bar arasındadır. Əgər xətdəki qaz bu ölçü hədlərini aşarsa, korrektor avtomatik olaraq düzgün işləməyəcək. VB korrektor normal vəziyyətdə işləyərkən apardığı hesabat göstəricisini orada göstərir. Əgər xətdəki qaz bu ölçü hədlərini aşarsa, korrektor alarm rejiminə və ya warning rejiminə keçərsə o artıq Vb-də hesablamır, Vbt-də verilməsində hesablanır. Vbt total bilinən rəqəm bu ikisinin cəmidir. Alarmın yaranma səbəbi var. Arxivlərə əsasən təzyiq xətdə 5 barı aşmışdır. Arxa planda düz hesablayır, lakin göstəricidə olanı əks elətdirmir. Nəticə etibari ilə hər ikisi Vbt-də toplanılır. Əgər ki, təzyiq aşağı həddi də aşsaydı, yəni 0,76 bar-dan aşağı düşmüş olsaydı təzyiq o zaman abonentin ziyanına ola bilərdi. Göstərici fərqi bu səbəbdən yaranmışdır. Vb heç zaman mexanika ilə uyğun deyil. Çünki bu təzyiqi, temperaturu ölçərək hesablama aparır. ##.##.2025-ci il tarixli yoxlama protokolunda isə batareya müddəti 32 ay olduğundan istismara yararsız qeyd edilmişdir. Batareyanin müddəti mövcud qanunvericiliyə görə 36 ay qalmalıdır. 36 aydan aşağı olduqda sayğac əraziyə çıxarılmır. Təzyiq çox olduqda korrektor nə görsə onun qeydiyyatını aparır. Elektron hissədə təzyiqin çox olmasından alarm bölməsində qeydiyyat aparılmışdır. Təzyiq həddi mütəmadi dövrlərdə maksimum həddi dəfələrlə aşmışdır. Əgər təzyiq çeviricisinin həddi böyük olan alsaydılar alarm düşməyəcəkdi və real göstərici fərqi olmayacaqdı. Sayğac normal vəziyyətdə idi. Sadəcə hesabatı başqa bir bölmədə aparmışdır. Kənar müdaxilə deyilən birşey yoxdur. Təzyiqin yüksək olması onun ölçü həddinə təsir etmişdir. Göstəricini düz hesablamışdır. Artıq hesablama olmamışdır. Hər iki halda sayğacın özündə problem olmamışdır. Yəni, hər iki ildə həm 2024-cü il tarixli, həm də 2025-ci il tarixli yoxlama protokollarından da görünür ki, sayğac 2024-cü ildə temperatur çeviricisi qırıq olduğundan, 2025-ci ildə isə batareya müddəti az qaldığından sayğac istismara yararsız olaraq qeyd edilmişdir. Iddiaçinin nümayəndəsinin suallarına cavab olaraq mütəxəssis bildirmişdir ki, sayğac onlara çıxarılma aktı ilə təqdim edilir, hər hansı fotoşəkil çəkilib verilmir. Cavabdeh IB tərəfindən çıxarılma aktında mütləq qaydada qüsur qeyd edilməlidir. Əgər qeyd etməyibsə demək gətirilən zaman yolda qırılmışdır. Temperatur çeviricisi xarab olduqda hesabata yerində təsir göstərəcək, lakin qarşı tərəfdə bu hal yoxdur. Bütün korrektorların işləmə prinsipi var və bütün sayğaclarda istehsalçı tərəfindən tərtib edilən kitabda qeyd edilmişdir. Kommunal Laboratoriyada sayğacın mövcud vəziyyətinə baxıb qiymət verilir. ##.##.2024-cü il tarixinə kimi elektron hissədə qeydiyyat aparılmışdır. Son sərfiyyat may ayında göstərmişdir. May ayından sonra elektron korrektorda sərfiyyat göstərməmişdir. Təzyiq aşması nəticəsində aparılan sərfiyyat hesabata təsir etmir. Temperatur qalxdıqca qaz seyrəlir deyə daha az hesablayır.
Birinci instansiya məhkəməsindəki icraat:
16. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Tərəvəzçilik Südçülük sovxozu ünvanında yerləşən istixananın qaz sərfiyyatına görə hesablanmış 449.550,38 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən istixana Cavabdeh abonentidir (abonent kodu: 100324100400150) və sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Cavabdeh Cavabdeh Istehsalat Birliyi əməkdaşları tərəfindən iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən istixananın ## ###### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixədək fəaliyyəti zamanı qaz sərfiyyatına görə ümumilikdə 132 173,10 manat borc hesablanmışdır. Lakin cavabdeh tərəfindən həmin borc qanunsuz hesablanmışdır. Belə ki, iddiaçıya məxsus Bakı Şəhəri, Xəzər rayonu, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən istixanaya məxsus 100324100400150 kodlu qaz sayğacının düzgün işləməməsi nəticəsində həmin məbləğdə borc hesablanmışdır. Cavabdeh Cavabdeh IB-nin əməkdaşları tərəfindən həmin sayğacın yoxlanılması üçün, sayğaca laboratoriya şəraitində baxış keçirilmiş və nəticədə qaz sayğacında problem olduğu aşkar olunmuşdur. Göründüyü kimi, cavabdeh Cavabdeh IB tərəfindən qaz sərfiyyatına görə 132 173,10 manat borc qanunsuz hesablanmışdır. Iddiaçı İddiaçı qaz sərfiyyatının normadan çox olduğunun fərqinə vardıqdan sonra qazdan istifadəni azaltmışdır. Qaz sayğacının yoxlanılması haqqında ##.##.2024-cü il tarixli Y**** nömrəli protokolun yoxlama nəticəsinə əsasən İddiaçı məxsus qaz sayğacı istismara yararsız hesab edilmiş, təmir olunması qərarına gəlinmişdir. Daha sonra, iddiaçıya məxsus istixanaya məxsus *************** nömrəli abonenet saldosuna nəzər saldıqda görünür ki, ötən illərlə müqayisədə qaz sərfiyyatının həcmi süni şəkildə artırılaraq hesablanmışdır. Belə ki, ##.##.2025-ci il tarixli ****** nömrəli “Qüsur Aktı”nda qeyd edilir ki, ##.##.2025-ci il tarixdə qəbul olunmuş G-1000 turbin zavod ******** №-li sayğacın batereyası qüsurludur və yenisi ilə əvəz olunmalıdır. Nəticə olaraq qeyd edilmişdir ki, İ qrup – təmir. Bütün bunlar göstərir ki, abonentin az miqdarda qaz sərf etməsinə baxmayaraq qaz sərfiyyatı süni şəkildə artırılmış və ## ###### 2025-ci il tarixindən ## ##### 2025-ci il tarixinədək abonentə 317377,28 manat məbləğində pul hesablanmışdır. Iddiaçı İddiaçı Cavabdeh IB-nin əməkdaşları tərəfindən ümumilikdə 449550,38 manat məbləğində əsassız pul vəsaiti hesablanmışdır. Qeyd edilməlidir ki, iddiaçı İddiaçı Cavabdeh IB-yə pretenziya məktubu ilə müraciət edərək, qanunsuz hesablanmış borcun silinməsini xahiş etmiş, lakin, cavabdeh pretenziyaya məhəl qoymamış və bugünədək həmin borcu silməmişdir.
18. Iddia tələbinin maddi hüquqi əsası kimi “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6, 13, 22-1-ci maddələrinə, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.4.2, 4.2.3, 4.2.4, 4.2.7, 7.2, 9.4.1-ci, “Qazdan istifadə Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli Qərarının 3.1, 4.9, 5.2-ci bəndlərinə istinad olunmuşdur
19. Cavabdeh tərəf məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbi üzrə mübahisələndirdiyi borc məbləği sırf iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmiş borc məbləğidir. Iş materiallarından da göründüyü kimi iddiaçının istifadəsində olan qaz sayğacının hesablayıcı mexanizminə mənfi təsir göstərəcək və ya sayğacın qüsurlu olmasına dair heç bir hal mövcud olmamışdır. Belə olan halda aydın olur ki, mübahisələndirilən borc məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq iddiaçının qaz hesabına işlənmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri özünə aid edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə qaz sərfiyyatının qaz sayğacının nasaz işləməsi səbəbindən düzgün qeydə alınmadığını iddia edərək hesablanmış borcun silinməsini xahiş etmişdir. Cavabdeh isə etirazlarında qeyd etmişdir ki, borc məbləği sayğac göstəricilərinə əsasən və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Iş üzrə tədqiq edilmiş sübutlar, o cümlədən “xxxx” MMC-nin yoxlama protokolları və mütəxəssisin məhkəmədə verdiyi izahatla, mübahisə predmeti olan qaz sayğacının və ona qoşulmuş elektron korrektorun istismar müddətində funksional baxımdan işlək vəziyyətdə olduğu müəyyən olunub. Belə ki, mütəxəssis izah etmişdir ki, sayğacın mexaniki və elektron hissələri qaz sərfiyyatını təzyiq və temperatur göstəriciləri nəzərə alınmaqla qeydə alır və qaz xəttində təzyiqin cihazın ölçü həddini aşdığı hallarda elektron korrektor avtomatik olaraq alarm (warning) rejiminə keçir. Məhkəmə hesab edib ki, korrektorun qeyd olunan rejimdə işləməsi onun texniki nasazlığı kimi deyil, istehsalçı tərəfindən nəzərdə tutulmuş normal iş prinsipi kimi qiymətləndirilməlidir. Mütəxəssis tərəfindən həmçinin izah olunmuşdur ki, təzyiq həddinin aşılması hallarında sərfiyyat Vb deyil, Vbd bölməsində qeydə alınır və yekunda Vbt göstəricisində cəmlənir. Bu göstərici isə faktiki sərf olunmuş qazın ümumi həcmini əks etdirir. Həmçinin mütəxəssis tərəfindən qeyd olunmuşdur ki, temperatur sensoru işləmədiyi hallarda elektron korrektor tərəfindən temperatur standart göstərici (təxminən 20°C) kimi qəbul edilərək hesablamalar aparılır. Məhkəmə hesab edib ki, bu hal müəyyən fərqlərin yaranmasına səbəb ola bilsə də, həmin fərqlərin hüquqi əhəmiyyət kəsb edəcək həcmdə olduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Məhkəmə mütəxəssis izahatına hüquqi qiymət verərək qeyd edib ki, qaz sayğacının elektron korrektorunun alarm rejimində işləməsi onun texniki nasazlığı kimi deyil, istehsalçı tərəfindən nəzərdə tutulmuş iş prinsipi kimi qiymətləndirilməlidir. Bu səbəbdən sayğac göstəricilərinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə olan halda, həmin göstəricilər əsasında aparılmış hesablamaların qanunsuz hesab edilməsi üçün də hüquqi əsaslar müəyyən olunmur. Digər tərəfdən, sayğacın laboratoriya yoxlanılması zamanı temperatur çeviricisinin qırıq olması müəyyən edilsə də, həmin qüsurun çıxarılma aktında qeyd olunmaması onun sonradan yarandığını ehtimal etməyə əsas verir və bu hal mübahisələndirilən dövrdə sayğacın nasaz işləməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Eyni zamanda ##.##.2025-ci il tarixli yoxlama protokolunda batareya müddətinin az qalması qeyd edilsə də, bu halın da sayğacın əvvəlki dövrdə sərfiyyatı düzgün qeydə almamasına səbəb olması iş materialları ilə sübuta yetirilmir. Bundan əlavə, iş materiallarında olan abonent saldosundan görünüb ki, iddiaçının əvvəlki illərdə qaz sərfiyyatı daha yüksək olmuş, mübahisələndirilən dövr üzrə hesablanmış sərfiyyat isə ümumi göstəricilərdən kəskin fərqlənməmişdir. Bu hal da sərfiyyatın süni şəkildə artırılması barədə iddiaçının mövqeyini təsdiqləmir. Məhkəmə qeyd edib ki, qüvvədə olan “Qazdan istifadə qaydaları”na əsasən qazın dəyəri sayğac göstəricilərinə əsasən hesablanmalıdır və iş üzrə həmin göstəricilərin etibarsız olmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən cavabdeh tərəfindən aparılmış hesablamaların qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmur. Beləliklə, məhkəmə belə nəticəyə gəlib ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, əksinə iş üzrə toplanmış sübutlar qaz sayğacının texniki cəhətdən işlək vəziyyətdə olduğunu və sərfiyyatın mövcud qaydalara uyğun hesablandığını təsdiq edir. Bu səbəbdən iddia əsassız hesab edilərək rədd olunmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edib ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
22. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddəsinin 1-ci və 4-cü hissələrinə, Mülki Məcəllənin 385.1, 442-ci maddələrinə, ##.##.2026-cı il tarixədək qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 1998-ci il ## #### tarixli ***-IQ nömrəli Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13.8, 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1, 5.1, 5.2, 5.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
23. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
24. Apellyasiya şikayətin onunla əsaslandırılmışdır ki: - iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən istixanın qaz sərfiyyatına görə cavabdeh Cavabdeh Istehsalat Birliyi əməkdaşları tərəfindən iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Tərəvəzçilik- Südçülük sovxozu ünvanında yerləşən istixananın ## ###### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixədək fəaliyyəti zamanı qaz sərfiyyatına görə ümumilikdə 132173,10 manat borc hesablanmışdır. Həmçinin cavabdeh Cavabdeh IB tərəfindən ## ###### 2025-ciil tarixdən ## ##### 2025-ci il tarixədək iddiaçıya məxsus həmin istixanın qaz sərfiyyatına görə 317377,28 manat məbləğində borc hesablanmaqla, ümumilikdə 449550,38 manat borc hesablanmışdır. Lakin, cavabdeh tərəfindən həmin borc məbləğləri istixanaya məxsus G- 1000 markalı,******** saylı sayğacın düzgün işləməməsi və cavabdeh tərəfindən qaz sərfiyyatının süni şəkildə artırılması nəticəsində hesablanmışdır. Bu fakt cavabdeh aşağıda qeyd edilən aktlar və protokollarda öz təsdiqini tapır. Cavabdeh IB-nin ##.##.2022-ci il tarixli, ******* saylı aktında qeyd edilmişdir ki, G-1000 markalı, ******** saylı sayğac NDYna göndərilməsi üçün çıxarılmışdır. Qaz təminatı dayandırılmışdır və VBD 000286956 göstəriciləri arasında fərq vardır. “xxxx” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” MMC-nin “Qaz sayğacının yoxlanması haqqında” ##.##.2024-cü il tarixli Y**** nömrəli protokolunda mexaniki hissə barədə qeyd edilmişdir ki, gövdənin daxili çirklidir. Sayğaca hava vuruldu, hesablama mexanizmi işləyir. Elektron hissə barədə qeyd olunmuşdur ki, ##.##.2024- ##.##.2024-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=5.24 bar, korreksiya olunmuş maksimal qaz həcmi 1142 m³, korreksiya olunmamış qaz həcmi 340 m³ qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat ##.##.2024-c ü il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1.04-5.24 bar civarinda dəyişmişdir. Elektron göstərici (Vt) mexaniki göstəricidən 518 m² çoxdur. Təzyiq həddinin aşılması nəticəsində alarm rejimdə Vbd=286956m³, Va=54000 m³ qeydə alınmışdır. Təzyiq çeviricisi normaldır.Temperatur çeviricisinin naqili qırıqdır. Yoxlama nəticəsi: Istismara Yararsız (təmir olunmalıdır). “xxxx” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” MMC-nin “Elektron həcm korrektoruna texniki baxış barədə” ##.##.2025-ci il tarixli, ****** nömrəli aktın rəy hissəsində qeyd olunmuşdur ki, arxivlər oxundu. ##.##.2025- ci il tarixi əhatə edən saatlıq arxivə əsasən m/t P=0.99867-5.24996 bar aralığında korreksiya olunmuş maksimal qaz həcmi 2912 kub metr, korreksiya olunmamış maksimal qaz həcmi is 1550 kub metr. Son sərfiyyat ##.##.2025. Təzyiq həddinin aşılması səbəbindən elektron hissə Vbd=189934 kub metr, Vb=34660 kub metr qazhəcmi qeyd etmişdir, təzyiq həddi mütəmadi dövrlərdə maksimal həddi dəfələrlə aşmışdır. ##.##.2025-ci il tarixli, ****** nömrəli “Yoxlamasına gətirilmiş qaz sayğacının təhvil qəbulu” aktında qeyd olunmuşdur ki, sayğacın daxili çirklidir. Sayğaca hava vuruldu. Hesablama mexanizmi işləkdir. Pər səslə işləyir. Elektron korrektorun sağ aşağı boltu açıq vəziyyətdə idi. Göstəricilər arasında fərq var. “xxxx” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx”MMC-nin “Qaz sayğacının yoxlanması haqqında” ##.##.2025-ci il tarixli, Y **** nömrəli protokolunda qeyd olunmuşdur ki, G-1000 markalı, ******** nömrəli sayğacın daxili çirklidir. Sayğaca hava vuruldu. Hesablama mexanizmi işləkdir. Pər səslə işləyir. Elektron korrektorun sağ aşağı boltu açıq vəziyyətdə idi. Göstəricilər arasında fərq var. Elektron hissə barədə qeyd olunmuşdur ki, ##.##.2024-##.##.2025-ci il tarixlərini əhatə edən saatlıq arxivə əsasən mütləq təzyiq P=0.99867-5.24996 bar aralığında, korreksiya olunmuş maksimal qaz həcmi isə 1550 kub metr qeydə alınmışdır. Son sərfiyyat ##.##.2025-ci il tarixində qeydə alınmışdır. Təzyiq həddinin aşılması səbəbindən elektron hissə Vbd=189934 kubmetr, Vd=34660 kub metr qaz həcmi qeyd etmişdir, təzyiq həddi mütəmadi dövrlərdə maksimal həddi dəfələrlə aşmışdır. Elektron göstərici Vmt mexaniki hissə göstəricisindən 70 kub metr çoxdur. Impuls çeviricinin vizual vəziyyəti normaldır, yoxlama zamanı verilən impulsları qeyd edir. Korrektor torpaqlansın. Korreksiya əmsal: 0.9868. Yoxlama nəticəsi: Istismara yararsız (təmir olunmalıdır). ##.##.2025-ci il tarixli, ****** nömrəli qüsur aktında qeyd olunmuşdur ki, G- 1000markalı, ******** nömrəli sayğacın batereya enerjisi azdır və yenisi ilə əvəz olunmalıdır. Qeyd: İ-qrup təmir. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən əsasən mütəxəssisin məhkəmə iclasında verdiyi izahatlara istinad etmiş, lakin iş üzrə mövcud yazılı texniki sənədlərin məzmununu və həmin sənədlərdə əks olunan ziddiyyətləri nəzərə almamışdır. Belə ki, EK-220 markalı elektron korrektorun iş prinsipi haqqında aktdan və mütəxəssisin izahatından aydın olur ki, qaz sayğacı mübahisə edilən dövr üzrə normal ölçmə rejimində fəaliyyət göstərməmişdir. Həmin aktda açıq şəkildə göstərilmişdir ki, korrektor qazın sərfiyyatını təzyiq və temperatur göstəricilərini nəzərə almaqla hesablayır. Lakin eyni aktdan görünür ki, temperatur çeviricisi nasaz olduqda korrektor faktiki temperaturu ölçmək əvəzinə onu sabit 20°C kimi qəbul edir və hesablamanı bu şərti göstərici əsasında aparır. Bu isə o deməkdir ki, cihaz real fiziki göstəricini qeydə almamış, ölçmə aparmamış, əksinə, əvvəlcədən müəyyən edilmiş sabit parametr əsasında hesablamanı həyata keçirmişdir. Məhkəmə qeyd etmişdir ki, temperatur sensorunun işləməməsi yalnız müəyyən fərqlər yarada bilər və bu fərqlərin hüquqi əhəmiyyət kəsb edəcək həcmdə olduğu sübuta yetirilməmişdir. Lakin bu yanaşma da düzgün deyildir. Çünki burada söhbət yalnəz “fərqin miqdarından” getmir, ölçmə metodunun özünün dəyişməsindən gedir. Temperaturun faktiki ölçülməməsi və onun sabit 20°C kimi qəbul edilməsi ölçmə prosesinin mahiyyətini dəyişdirir və nəticəni qeyri-dəqiq edir. Bu halda artıq nəticənin dəqiqliyi təmin olunmur və belə göstəricilərin sübut kimi qəbul edilməsi mümkün olmur. Eyni zamanda aktda qeyd olunur ki, qaz xəttində təzyiq çeviricisinin ölçü hədləri aşdıqda korrektor real təzyiqi deyil, maksimal ölçü həddini əsas götürərək hesablama aparır. Bu hal isə bir daha təsdiq edir ki, mübahisə olunan dövrdə cihaz tərəfindən aparılan hesablamalar faktiki göstəricilərə deyil, cihazın daxili alqoritminə uyğun şərti parametrlərə əsaslanmışdır. Məhkəmə iclasında mütəxəssis də təsdiq etmişdir ki, konkret halda qaz təzyiqi dəfələrlə cihazın ölçü həddini aşmış və nəticədə korrektor “alarm” rejiminə keçmişdir. EK-220 model korrektorlarda isə “alarm” rejimi normal iş rejimi hesab olunmur və bu rejimdə aparılan qeydiyyat ayrıca bölmələrdə (Vbd, Vmd) həyata keçirilir. Qeyd edir ki, qaz təzyiqinin cihaz üçün müəyyən edilmiş 0,76–5 bar ölçü hədlərini aşması nəticəsində sayğac “alarm” və “warning” rejiminə keçmiş, bu isə onun normal ölçmə funksiyasının pozulduğunu təsdiq edir. Mütəxəssisin özünün də qeyd etdiyi kimi, bu halda cihaz artıq standart rejimdə (Vb üzrə) deyil, fərqli hesablama mexanizmi ilə (Vbt üzrə) işləyir ki, bu da ölçmənin vahid və sabit metodologiya əsasında aparılmadığını göstərir. Bu isə ölçmə prosesinin standart rejimdən kənara çıxdığını və nəticələrin qeyrimüəyyən olduğuna dəlalət edir. Bu hallar birlikdə onu göstərib ki, sayğacın qeydə aldığı göstəricilər real ölçmə nəticəsi deyil, şərti və təxmini hesablamaların nəticəsidir. Ölçü vasitəsinin əsas funksiyası faktiki fiziki göstəriciləri dəqiq şəkildə qeydə almaqdan ibarət olduğu halda, bu halda həmin funksiya yerinə yetirilməmişdir. Ehtimal üzərində hesablanmış sərfiyyat məhkəmə tərəfindən əsassız hesablanmış sərfiyyat kimi qiymətləndirilməlidir. Məhkəmə mütəxəssis izahatına hüquqi qiymət verərək qeyd etmişdir ki, qaz sayğacının elektron korrektorunun alarm rejimində işləməsi onun texniki nasazlığı kimi deyil, istehsalçı tərəfindən nəzərdə tutulmuş iş prinsipi kimi qiymətləndirilməlidir. Bu səbəbdən sayğac göstəricilərinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud olmadığını qeyd etmişdir. Qeyd edir ki, qaz sayğacı laboratoriyaya təqdim edilərkən onun əsas komponentlərindən biri olan temperatur çeviricisinin qırıq vəziyyətdə olması müəyyən edilmişdir. Elektron korrektorun funksiyası məhz təzyiq və temperatur göstəricilərinə əsaslanaraq dəqiq hesablama aparmaqdan ibarətdir. Belə olan halda, həmin elementin nasaz vəziyyətdə olması ölçmənin düzgünlüyünü ciddi şəkildə şübhə altına alır. Mütəxəssisin temperatur çeviricisinin nasazlığının hesabata təsir etmədiyi barədə izahı isə heç bir obyektiv texniki əsaslandırma ilə təsdiq olunmamışdır və yalnız ehtimal xarakteri daşıyır. Məhkəmə isə ehtimal xarakterli, yəni əsaslandırılmamış mütəxəssis izahını mötəbər və etibarlı sübut kimi qiymətləndirmişdir. Eyni zamanda, mütəxəssisin “cihaz arxa planda düzgün hesablayır, lakin bunu göstəricidə əks etdirmir” kimi izahatı da hüquqi baxımdan qəbul edilməzdir. Belə ki, ölçü vasitələrinin hüquqi əhəmiyyəti yalnız onların rəsmi olaraq qeydə aldığı və vizual şəkildə təsbit olunan göstəricilərlə müəyyən olunur. Yoxlanılması mümkün olmayan və cihaz tərəfindən birbaşa qeydə alınmayan “arxa plan hesablamaları” sübut kimi qəbul edilə bilməz. Sayğacın batareya müddətinin normativ tələblərdə müəyyən edilmiş 36 ay əvəzinə 32 ay təşkil etməsi onun istismara yararlılığının şübhə altına alınmasına əsas yaratsa da, bu hal öz-özlüyündə ölçmə nəticələrinin düzgünlüyünü təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, qaz təzyiqi abonentin nəzarət dairəsinə daxil olmayan və tam şəkildə qaz təchizatçısının texniki idarəetməsində olan göstəricidir. Bu səbəbdən təzyiqin normadan kənara çıxması nəticəsində yaranan hər hansı fərq və ya uyğunsuzluq istehlakçının öhdəliyinə aid edilə bilməz. Istehlakçının qaz təzyiqinin artırılması və ya azaldılmasına hər hansı texniki təsir imkanı mövcud deyildir. Təzyiq göstəriciləri yalnız cavabdeh Cavabdeh IB tərəfindən tənzimlənir və idarə olunur. Göstərilən bütün hallar birlikdə onu deməyə əsas verib ki, sayğacın qeydə aldığı göstəricilər faktiki və etibarlı ölçmənin nəticəsi deyil, normativ rejimdən kənar şəraitdə, müxtəlif və qeyrisabit hesablama üsullarının tətbiqi ilə formalaşmışdır. Bu səbəbdən həmin göstəricilərə əsasən aparılmış sərfiyyat hesablaması hüquqi baxımdan etibarlı hesab edilə bilməz və ehtimal xarakterli, əsassız hesablanmış sərfiyyat kimi qiymətləndirilməlidir.” Iddiaçı tərəfindən təzyiqin dəyişdirilməsi ilə bağlı hər hansı müraciət edilmədiyi və ya onun tərəfindən bu prosesə təsir göstərilməsi sübuta yetirilmədiyi halda, təzyiq dəyişikliklərinə əsaslanaraq qaz sərfiyyatına görə əlavə borcun hesablanması hüquqi və faktiki baxımdan əsaslı hesab edilə bilməz. Qeyd edir ki, keçmiş dövrlərə aid sərfiyyat göstəriciləri yalnız müqayisə xarakteri daşıyır və cari dövrdə baş vermiş texniki və ya ölçmə fərqlərini istisna etmir. Eyni zamanda, istixana təsərrüfatlarında qaz sərfiyyatı mövsümi amillərdən, istehsal dövründən, aqrotexniki rejimdən və istismar intensivliyindən birbaşa asılıdır. Bu səbəbdən sərfiyyatın süni şəkildə artırılmadığı barədə nəticə çıxarılması hüquqi və texniki baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, işin hallarında da qeyd olunduğu kimi, mübahisəli dövr üzrə qaz sayğacında texniki nasazlıqlar (alarm rejimi, göstəricilər arasında fərq, temperatur çeviricisinin naqili qırıq olması və sair) aşkar edilmişdir. Həmin nasazlıqlar qaz sərfiyyatının düzgün ölçülməsinə və hesablanmasına birbaşa təsir etmişdir. Bundan əlavə, təzyiq göstəricilərində baş vermiş dəyişikliklər və texniki uyğunsuzluqlar barədə cavabdeh tərəfindən istehlakçıya heç bir xəbərdarlıq və məlumat verilməmişdir. Bu isə cavabdehin üzərinə düşən məlumatlandırma və nəzarət vəzifəsini icra etmədiyini göstərir. Belə olan halda, cavabdeh öz müqavilə öhdəliklərini və nəzərdə tutulmuş vicdanlılıq prinsipini pozmuş, nəticədə istehlakçıya real vəziyyəti əks etdirməyən hesablamalar təqdim edilmişdir. 13.1. Satıcı (icraçı) istehlakçını maraqlandıranmalın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 1999-cu il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il ## ### tarixli ** nömrəli qərarıilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”ilə müəyyən edilir. Əgər istehlakçı tərəfindən qaz götürülməsinin plan intizamına riayət edilərsə, qaz paylayıcısı müqavilədə nəzərdə tutulmuş təzyiqi saxlamalıdır. Magistral qaz kəmərinə birləşmiş istehlakçı tərəfindən qazın sutkalıq sərfi qaz paylayıcısı ilə razılaşdırılmadan pozularsa, onda qaz paylayıcısı xəbərdarlıq etdikdən sonra qazın verilməsini məcburi şəkildə şəraitə uyğun olaraq tənzimləyir. Belə ki,qaz təzyiqi abonentin nəzarət dairəsinə daxil olmayan və tam şəkildə qaz təchizatçısının texniki idarəetməsində olan göstəricidir. Bu səbəbdən təzyiqin normadan kənara çıxması nəticəsində yaranan hər hansı fərq və ya uyğunsuzluq istehlakçının öhdəliyinə aid edilə bilməz. Istehlakçının qaz təzyiqinin artırılması və ya azaldılmasına hər hansı texniki təsir imkanı mövcud deyildir. Təzyiq göstəriciləri yalnız cavabdeh Cavabdeh IB tərəfindən tənzimlənir və idarəolunur. Cavabdeh tərəfindən isə iddiaçıya təzyiqin artması barədə xəbərdarlıq təqdim edilməmişdir. Göründüyü kimi, bu normaların müddəaları pozulmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin birinci instansiya məhkəməsi bu prosessual öhdəlikləri yerinə yetirməmiş, mütəxəssisin izahını digər sübutlarla yanaşı lazımi qaydada araşdırmadan, onların hüquqi və faktiki mahiyyətinə qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mütəxəssis izahatına hüquqi qiymət verərək qeyd etmişdir ki, qaz sayğacının elektron korrektorunun alarm rejimində işləməsi onun texniki nasazlığı kimi deyil, istehsalçı tərəfindən nəzərdə tutulmuş iş prinsipi kimi qiymətləndirilməlidir. Bu səbəbdən sayğac göstəricilərinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud olmadığını qeyd etmişdir. Qeyd edir ki, qaz sayğacı laboratoriyaya təqdim edilərkən onun əsas komponentlərindən biri olan temperatur çeviricisinin qırıq vəziyyətdə olması müəyyən edilmişdir. Elektron korrektorun funksiyası məhz təzyiq və temperatur göstəricilərinə əsaslanaraq dəqiq hesablama aparmaqdan ibarətdir. Belə olan halda, həmin elementin nasaz vəziyyətdə olması ölçmənin düzgünlüyünü ciddi şəkildə şübhə altına alır. Mütəxəssisin temperatur çeviricisinin nasazlığının hesabata təsir etmədiyi barədə izahı isə heç bir obyektiv texniki əsaslandırma ilə təsdiq olunmamışdır və yalnız ehtimal xarakteri daşıyır. Məhkəmə isə ehtimal xarakterli, yəni əsaslandırılmamış mütəxəssis izahını mötəbər və etibarlı sübut kimi qiymətləndirmişdir. Halbuki mütəxəssinin həmin izahı hər hansı sənəd və ya rəsmi məlumatla təsdiq edilmir. Məhkəmə tərəfindən əsassız və işin hallara uyğun olmayan qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün, iş üzrə əlavə edilmiş mötəbər sübutlara istinad etməlidir. Iş üzrə əlavə edilmiş müvafiq aktlarda qaz sayğacının nasaz olduqu müəyyən edilir və bu səbəbdən hesablamalarda yanlış olduğu öz təsdiqini tapır. Bu faktın əsaslandırılması işin hallarında təqdim edilmişdir. Lakin, məhkəmə mütəxəssisin hər hansı mötəbər sənədə istinad etmədən verdiyi əsassız izahatları sübut qismində dəyərləndirmişdir. Halbuki mütəxəssinin izahında qeyd edilmiş məsələlər heç bir mötəbər sənədlə öz təsdiqini tapmamışdır. Hesab edir ki, belə olduğu təqdirdə məhkəmə mütəxəssinin əsassız izahını deyil, faktiki olaraq təqdim edilmiş aktları əsaslı sübut hesab edib həmin aktda göstərilən halları mövcud fakt kimi qəbul etməli idi. Belə ki, birinci instansiya məhkəməsi mütəxəssinin izahı ilə aktlarda qeyd edilən qaz sayğacı barədə nasazlıqları əhəmiyyət kəsb etməyən nasazlıq kimi qiymətləndirmişdir. Halbuki, həmin nasazlıqlar qaz sayğacının düzgün işləməməsi və qaz sərfiyyatının səhv hesablanması ilə nəticələnmişdir. Mütəxəssisin əsassız rəyi isə qaz sayğacının düzgün işləməsi faktını təsdiq edə bilməz. Hazırki iş üzrə əsas məsələ qaz sayğacının həqiqətən də düzgün işləyib-işləməməsi, həmin qaz sayğacına kənarda müdaxilə edilməklə süni şəkildə qaz sərfiyyatının çox göstərilməsidir. Bu səbəbdən, həmin qaz sayğacına verilən izahların mötəbərliyi də araşdırılmalı və mütəxəssisin hansı mötəbər sənəd və ədəbiyyata istinad etdiyi araşdırılmalı idi. Bu səbəbdən, hesab edirik ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. (“Istehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 1999-cu il tarixli Qərarının 5-ci bəndi)Belə ki, işin hallarında da qeyd olunduğu kimi, mübahisəli dövr üzrə qaz sayğacında texniki nasazlıqlar (alarm rejimi, göstəricilər arasında fərq, temperatur çeviricisinin naqili qırıq olması və sair) aşkar edilmişdir. Həmin nasazlıqlar qaz sərfiyyatının düzgün ölçülməsinə və hesablanmasına birbaşa təsir etmişdir. Bundan əlavə, təzyiq göstəricilərində baş vermiş dəyişikliklər və texniki uyğunsuzluqlar barədə cavabdeh tərəfindən istehlakçıya heç bir xəbərdarlıq və məlumat verilməmişdir. Bu isə cavabdehin üzərinə düşən məlumatlandırma və nəzarət vəzifəsini icra etmədiyini göstərir. Belə olan halda, cavabdeh öz müqavilə öhdəliklərini və nəzərdə tutulmuş vicdanlılıq prinsipini pozmuş, nəticədə istehlakçıya real vəziyyəti əks etdirməyən hesablamalar təqdim edilmişdir
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
26. Üçüncü şəxsin nümayəndəsi izahatında göstərmişdir ki, silinməsi tələb edilən borc sayğac göstəricilərinə əsasən hesablanmışdır.
27. Tərəflər və digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər iştirakçılar iştiak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər.
Tətbiq edilən hüquq:
28. Mülki Məcəllənin: -385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: -4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 5.2-ci maddəsinə görə bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə (borcun hesablandığı dövrdə) qüvvədə olmuş “Qaz təchizatı” haqqında AR Qanunun: 13-cü maddəsinin 8-ci bəndinə görə həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
30. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın təmin edilməməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh IB arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Tərəvəzçilik- Südçülük sovxozu ünvanında yerləşən istixananı təbii qazla təchiz edir. 2024-ilin yanvaraprel aylar üzrə 132.173,10 manat, 2025-ci ilin yanvar-aprel ayları üzrə cavabdeh tərəfindən iddiaçıya 317377,28 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı sayğacın yoxlanılması protokoluna, qüsur aktı, abonent saldosu və əvvəlki dövrlərlə müqayisəli sərfiyyat göstəricilərinə istinad etməklə cəmi 449 550,38 manat borcun silinməsini xahiş edir.
36. Məhkəmə əvvəla qeyd edir ki, abonent saldosundan da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği mübahisələndirilən aylar üçün qazdan istifadəyə görə qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır.
37. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə ##.##.2022-ci il tarixdə zavod nömrəsi 83048717 olan G-1000 tipli sayğac quraşdırılmışdır. ##.##.2024-cü il tarixdə həmin sayğac çıxarılaraq yoxlanılması üçün laboratoriyaya göndərilmiş və əsas kimi sayğacın göstəriciləri arasında fərqin olmasına istinad edilmişdir. ##.##.2024-cü il tarixli laboratoriya protokolunda temperatur çeviricisinin naqilinin qırıq olduğu, təzyiq həddinin dəfələrlə aşılması səbəbindən sayğacın alarm rejimində işlədiyi müəyyən edilmiş və sayğac “istismara yararsız, təmir olunmalıdır” nəticəsi ilə qiymətləndirilmişdir. Təmir və yoxlamadan sonra sayğac ##.##.2024-cü il tarixdə yenidən quraşdırılmışdır. Sonradan ##.##.2025-ci il tarixdə həmin sayğac yenidən çıxarılmış və əvəzinə müvəqqəti sayğac quraşdırılmışdır. ##.##.2025-ci il tarixli təkrar yoxlama zamanı sayğacın mexaniki hissəsinin işlək olduğu, lakin batareya enerjisinin azaldığı, təzyiq həddinin yenə də dəfələrlə aşılması səbəbindən alarm rejimində qeydiyyat apardığı müəyyən edilmişdir.
38. Iddiaçının qaz sayğacının sərfiyyatı səhv qeydə alması barədə dəlilləri nəzərə alınaraq birinci instansiya məhkəməsi sayğacın istismar və yoxlama aktları mütəxəssis “xxxx” MMC-nin nümayəndəsi X3 təqdim edilmiş, aşkar olunan qüsurların sayğac tərəfindən qaz istehlakının düzgün ölçülməsinə maneə yaradıb-yaratmadığına dair suallar verilmişdir.
39. Mütəxəssisin cavablarından belə nəticə gəlinir ki, qaz sayğacı ümumilikdə işlək vəziyyətdə olmuş və onun mexaniki hissəsi qaz sərfiyyatını düzgün qeydə almışdır. Elektron korrektorun alarm rejiminə keçməsi qaz xəttində təzyiqin ölçmə həddini dəfələrlə aşması ilə əlaqədar baş vermişdir. Bu səbəbdən sərfiyyatın bir hissəsi fərqli bölmədə (Vbd) qeyd olunsa da, yekunda Vbt göstəricisində toplanaraq ümumi həcmin düzgün hesablanması təmin edilmişdir. Təzyiq həddinin aşılması hesablamada səhvə deyil, yalnız məlumatların texniki bölmələr üzrə ayrılmasına səbəb olmuşdur. Temperatur çeviricisinin qırıq olması və batareya ilə bağlı nasazlıqlar isə sayğacın sərfiyyatı qeyri-dəqiq hesabladığı qənaətinə gəlmək üçün əsas yaratmır.
40. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları, o cümlədən mütəxəssis izahatını və laboratoriya yoxlama aktlarını məcmu halında qiymətləndirərək, sayğacda aşkar edilmiş nasazlıqların onun işlək vəziyyətdə olmasını və qaz sərfiyyatının qeydə alınması funksiyasını yerinə yetirməsini istisna etmədiyi barədə əsaslı qənaətə gəlmişdir.
41. Beləliklə, məhkəmə mübahisə predmeti olan borcun qaz sayğacının göstəricilərinə əsasən hesablanmış istehlak edilmiş qazın dəyəri olduğunu, eləcə də borcun hesablandığı dövrlərdə sayğacın qaz sərfiyyatını düzgün qeydiyyata almaması iş materialları ilə öz təsdiqini tapmadığını nəzərə alaraq hesab edir ki, borcun silinməsi barədə iddia əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq rədd edilmişdir.
42. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini
44. rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov