Məhkəmə qərarları › İş №e-2-2(3-6)-533/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-533/2026

08.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-533/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat 1.

2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 37.968 (otuz yeddi min doqquz yüz altmış səkkiz) manat məbləğində pulun “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 204 (iki yüz dörd) manat məbləğində pulun xxxx” ASCdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

74.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 361.2-ci maddənin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Məhkəmənin mövqeyi

6. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən şikayətin geri qaytarılması əsaslarından biri şikayətin imzalanmaması və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmasıdır.

8. “AZEMIS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş şikayətdən görünür ki, cavabdeh tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır.

9. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini cavabdehin nümayəndəsi X2 imzalamışdır. Lakin iş materiallarında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqlarının məhkəmədə təmsil edilməsi məqsədilə Ceyhun Aslanova verilmiş və “xxxx” ASC-nin sədri Vüqar Əhmədovun elektron imzası ilə təsdiq edilmiş yalnız # ##### 2025-ci il tarixli, **-**/*-*/**-****/**** nömrəli etibarnamə mövcuddur ki, həmin etibarnamənin qüvvəsi # ##### 2026-cı il tarixdə başa çatmışdır.

10. Hazırki şikayət isə ##.##.2026-cı il tarixdə AZEMIS elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

11. Lakin apellyasiya şikayətinə cavabdeh adından nümayəndənin adına verilmiş yeni etibarnamə əlavə edilməmişdir.

12. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

13. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar