Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2-2(3-6)-536/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Ziya Allahverdi oğlu Şirinovun sәdrliyi vә mәruzәsi ilә, X1, X2 ibarәt tәrkibdә, İsmayılova Elnarә Mәyiş qızının katibliyi ilә, iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr cavabdeh1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә vә cavabdeh2 qarşı kredit müqavilәsi üzrә borcun tutulması, tutmanın ipoteka predmetinә yönәldilmәsi tәlәbinә dair Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrәli qәtnamәsindәn cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, müəyyən e t d i: İddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehlәr cavabdeh1 MMC vә cavabdeh2 birgә qaydada: - DC********-** saylı kredit müqavilәsinә әsasәn 36037,61 manat әsas borc, 18,39 manat faiz borcu, 8342,33 manat cәrimә borcu olmaqla, cәmi 44398,33 manat mәblәğindә pulun, - K**** saylı kredit müqavilәsinә әsasәn 81865,15 manat әsas borc, 1210,15 manat faiz borcu, 17,901.42 manat cәrimә borcu olmaqla, cәmi 100976,72 manat mәblәğindә borcun onun xeyrinә ödәnilmәsi; tutmanın girov predmeti olan cavabdeh1 MMC-in cavabdeh2 mәxsus (nizamnamә kapitalı) 856500 manat olan 100% faiz tәsis payına yönәldilmәsi; iddia әrizәsinin mәhkәmәyә verilmәsi üçün ödәnilmiş 435,38 manat dövlәt rüsumunun cavabdehlәrdәn birgә qaydada tutularaq ona ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qәtnamәsi ilә ilkin iddia qismәn tәmin edilәrәk, cavabdеhlәr cavabdeh1 MMC-dәn vә cavabdeh2 müştәrәk qaydada DC********-** saylı kredit müqavilәsinә әsasәn 33330 (otuz üç min üç yüz otuz) manat 45 (qırx beş) qәpik әsas bоrc, 1650 (min altı yüz әlli) manat cәrimә borcu, K**** saylı kredit müqavilәsinә әsasәn 77500 (yetmiş yeddi min beş yüz) manat 43 (qırx üç) qәpik әsas borc, 998 (doqquz yüz doxsan sәkkiz) manat 89 (sәksәn doqquz) qәpik faiz borcu, 3850 (üç min sәkkiz yüz әlli) manat cәrimә borcu vә ödәnilmiş 407 (dörd yüz yeddi) manat 33 (otuz üç) qәpik dövlәt rüsumunun әvәzi tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinә ödәnilmәsi, Tutma girov predmeti, cavabdeh1 MMC-nin cavabdeh2 mәxsus (nizamnamә kapitalı) 856500 (sәkkiz yüz әlli altı min beş yüz) manat olan 100% (bir yüz) faiz tәsis payına yönәldilmәsi iddianın tәlәbi qalan hissәdә tәmin edilmәsi,mәhkәmә-mühasibatlıq ekspertizasının keçirilmәsinә xәrclәnmiş 150 (yüz әlli) manat mәblәğindә pul vәsaiti 120 (yüz iyirmi) manatı müştәrәk qaydada cavabdеhlәr cavabdeh1 MMC vә cavabdeh2, 30 (otuz) manatı isә iddiaçı “xxxx” ASC-dәn tutularaq Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin (Büdcә tәsnifatının kodu 142595, Büdcә sәviyyәsinin kodu 3, Dövlәt Xәzinәdarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilmәsi qәt edilmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, vasaitin bizim hesabdan silinmәsi vә bu günә qәdәr geri qayıtmaması borbaşa iddiaçı tәrәfin düzgün partnyor seçmәmәsi ucbatından yaranıb vә buna görә biz hәm dә inzibti qaydada cәrimә olunmuşuq, hesablarımıza mәhduduiyytlәr qoyulub, problemli müştәri kimi tanınaraq tәrәfdaşlarını itirmiş, mәhkәmә bizim xaricdәn avadanlıq gәtirmәk üçün 15.000 ABŞ dolları mәblәğindә pulu iddiaçıya verdiyimizi, onun bu әmәliyyatı yerinә yetirmәk üçün sәhv partnyor seçmәsi sәbәbindәn bu günә qәdәr nә avadanlığın, nә dә verdiyimiz pulun bizә çatmaması sәbәbindәn bizim istehsalı dayandırdıığımızı, nәticәdә bu qәdәr borca düşdüyümüzü nәzәrә almamış vә bizi çox çәtin vәziyyәtә salacaq bir qәtnamә qәbul etmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadı ilә cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş apellyasiya şikayәti mümkün hesab edilmiş, işin baxılması şifahi icraat qaydasında ##.##.2026-cı il tarixә, saat 11:00-a tәyin edilmişdir. İşә apellyasiya qaydasında baxılarkәn Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-ci il tarixli mәktubu daxil olmuşdur. Hәmin mәktubda hazırkı iş üzrә Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrәli qәtnamәsindәn iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn şikayәt verildiyi bildirilmiş vә işin hәmin Mәhkәmәyә göndәrilmәsi xahiş edilmişdir. Tәrәflәr mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә kollegiyası Mülki Prosessual Mәcәllәnin 376.2-ci maddәsini rәhbәr tutaraq onların iştirakı olmadan şikayәtә baxılmasını mümkün hesab etmişdir Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Mәhkәmәsinә göndәrilmәlidir. Belә ki, Mülki Prosessual Mәcәllәnin 362, 363 vә 364-cü maddәlәrinin mәnasına görә, apellyasiya şikayәti işә baxmış birinci instansiya mәhkәmәsinә tәqdim edilir vә birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin qәbul vә ya qaytarılması mәsәlәsini müzakirә edir. MPM-nin tәlәblәrinә cavab verәn apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn 7 gün müddәtindә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr cavabdeh1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә vә cavabdeh2 qarşı kredit müqavilәsi üzrә borcun tutulması, tutmanın ipoteka predmetinә yönәldilmәsinә dair iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin yuxarıda qeyd olunan maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara a l d ı: Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının ##.##.2026-cı il tarixli icraata qәbul qәrardadı lәğv edilsin. iddiaçı “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin cavabdehlәr cavabdeh1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә vә cavabdeh2 qarşı” kredit müqavilәsi üzrә borcun tutulması, tutmanın ipoteka predmetinә yönәldilmәsi” iddia tәlәbinә dair kommersiya mübahisәsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Mәhkәmәsinә göndәrilsin.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-536/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-536/2026
11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver