Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-538/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Ali Bayramın, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh ASC -yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları
1. Cavabdeh ASC (İcarəyə verən) ilə İddiaçı MMC (İcarəyə götürən) arasında imzalanmış ## ###### 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ASC-nin keçmiş Mexaniki Təmir sexinin korpusunda olan Metal model sahələrinə aid olan hissəsini İcarəyə götürən müxtəlif çeşiddə mexaniki emal işlərini həyata keçirmək üçün icarəyə götürərək, burada özünəməxsus avadanlıqları (1 ədəd Frez dəzgahı – COLET 160) quraşdıraraq fəaliyyət göstərəcək və ASC-nin sifarişi ilə xüsusi şərtlər əsasında ona haqqı ödənilən işlər görəcək, xidmətlər göstərəcəkdir. Müqavilə əsasında nəzərdə tutulmuş icarə haqqı və ya digər xərclər ayda bir dəfə icarəyə götürən tərəfindən ödənilməlidir.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən “İcarəyə götürən” ümumi sahəsi S=150m2 olan icarə sahəsinə görə icarə haqqını ƏDV ilə birlikdə müəyyən edilmiş 200 AZN məbləği ASC-nin kassasına hesabat ayının 25-i tarixinə kimi nəğd və ya köçürmə yolu ilə ödəməyə borcludur.
3. Müqavilənin (İcarə müqaviləsinin şərtləri) 1.1-ci bəndinə əsasən icarəyə götürülən sahədə “icarəyə götürən” yalnız müxtəlif çeşiddə mexaniki emal işlərini həyata keçirmək üçün istifadə edir və bu sahədə mövcud qanunvericiliyə zidd və ya icarəyə verənin iqtisadi maraqlarına zidd fəaliyyət göstərməməlidir, icarəyə verilmiş sahədə dəyişiklik etmək, ancaq icarəyə verən tərəfin razılığı ilə həyata keçirilə bilər, eyni zamanda icarəyə götürdüyü ərazilərdə olan avadanlıqların qorunub saxlanmasına cavabdehdir.
4. Müqavilənin 1.8-ci bəndinə əsasən müqavilə müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə icarəyə götürən icarəyə götürdüyü sahəni ASC-nin sədrinin müavininə müvafiq aktla istifadəyə yararlı vəziyyətdə təhvil verdikdən və icarəyəverənə olan borclarını tam ödədikdən sonra bu müqavilə öhdəliyindən tam azad olur.
5. Müqavilənin 1.10-cu bəndinə əsasən bu müqavilə ##.##.2017-ci ildən ##.##.2018-ci il tarixinədək qüvvədədir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh ASC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinxienyrinə 60000 manat ziyanın, 7000 manat faizin,3000 manat əldə çıxmış faydanın və 300 manat dövlət rüsumunun, cəmi 70300 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC iləavcabdeh Cavabdeh ASC arasında 1aavqust 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən iddiaçıİddiaçı MMC cavabdeh Cavabdeh ASC məxsus Mexaniki Təmir sexinin korpusunda olan Metalmodel sahələrinə aid olan hissəsini icarəyə götürmüşdür. Bundan sonra iddiaçıİddiaçı MMC icarəyə götürdüyü əraziyə özünə məxsusavadanlıqları (1 ədəd Frez dəzgahı – COLET 160) quraşdıraraq fəaliyyət göstərməyə başlamışdır (bu barədə video görüntü və bu faktın təsdiqi üçün məhkəmə qətnaməsi iddia ərizəsinə əlavə edilmişdir). Lakin bir müddətdən sonra iddiaçıİddiaçı MəhduMdəsuliyyətliCəmiyyəti ilə cavabdeh Cavabdeh ASC arasında yaranmışmübahisəyə (icarə haqqı ilə bağlı) görə cavabdeh Cavabdeh ASC özünəməxsus olan və icarəyə verilmişərazidən istifadə etməyi iddiaçıİddiaçı MMC qadağan etmişdir. Tərəflər arasında mövcudolan mübahisə üzrə kommersiya işində iddiaçı İddiaçı MMC təqdim olunan video çəkilişlərdən görünür ki, birinci videoda dəzgah yeni quraşdırıldığı vaxtdır, işlək vəziyyətdədir, ətrafında maneə olan əşyalar yoxdur, ikinci videoda isə dəzgahın ətrafına kənar əşyalar və başqa maneələr yığılmış, sexin dəzgahın yerləşdiyi hissəsinin ətrafı bağlanmışdır. Nəticədəiddiaçıİddiaçı MMC icarəyə götürdüyü cavabdeh Cavabdeh ASC məxsus əraziyə daxil ola bilməmiş, hər hansı bir fəaliyyət göstərməkdən məhrum olmuşdur. Eyni zamandaiddiaçıİddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus avadanlıqların (1 ədəd Frez dəzgahı – COLET 160c)avabdeh Cavabdeh ASC yaratdığı maneənəticəsində icarəyə verilən ərazidən çıxara bilməmişdir. Bir müddətdən sonra iddiaçıİddiaçı MMC-yə məlum olmuşdur ki, icarəyə götürdüyü cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus ərazidə quraşdırılmış özünə məxsusavadanlıqların (1 ədəd Frez dəzgahı – COLET 160) əsas işlək və dəyərlhiissələri sökülmüş, yoxa çıxmışdır. Bu barədə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən hesabat verməsi tələb olunsa da, şifahi formada bildirilmişdir ki, sökülən hissələr ödənilməmiş icarə haqqı əvəzi olaraq sökülüb satılmış və dəyəri icarə haqqı borcunun əvəzi kimi götürülmüşdür. Bundan sonracavabdeh Cavabdeh ASC iddiaçı İddiaçı MMC sözügedən avadanlığ(ı1nədəd Frez dəzgahı – COLET 160) icarəyə verilən ərazidənçıxarılmasını tələb etmiş, lakin iddiaçı avadanlığın (1 ədəd Frez dəzgahı – COLET160) tam işlək vəziyyətdə olması (sökülmüş hissələrin yerinə bərpaedilməsi və s.) halında götürəcəyini bildirmişdir. Qeyd edək ki,cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti özünə məxsus ərazidə quraşdırılmış iddiaçıya məxsus avadanlıqların (1 ədəd Frez dəzgahı – COLET 160i)ddiaçı İddiaçı MMC tərəfindən götürülməsi ilə bağlı hələ illər əvvəl belə bir müraciət etməsiməhkəmə tərəfindən əsaslı sayılmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2024- cü il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının izahatlarına əsasən həmin müraciətlərin tarixləri və dəqiq dəqiq məzmunu (müqavilənin ləğvinə yönəldilibyönəldilməməsi) barədə hər hansı nəticəyə gəlmək mümkün deyil. Bildiririk ki, ## ###### 2017-ci ildən başlayaraq hazırkı vaxtadək iddiaçı İddiaçı MMC məxsauvsadanlıq (1 ədəd Frez dəzgahı – COLET 160c) avabdeh Cavabdeh ASC məxsus ərazidə qalmışdır. Sözügedən avadanlığın cavabdeh Cavabdeh ASC məxsus ərazidə saxlanılmasına görə iddiaçı İddiaçı MMC-yə maddi ziyan dəymişdir
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçıMMC cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsində göstərmişdir ki, tərəflər ## ###### 2017- ci il tarixdə icarə müqaviləsi bağlayaraq ASC-yə məxsus sexə avadanlıqlarını (1 ədəd Frez dəzgahı – COLET 160) quraşdıraraq fəaliyyət göstərməyə başlamışdır. Lakin bir müddətdən sonra iddiaçı MMC ilə cavabdeh ASC arasında yaranmış icarə haqqı ilə bağlı mübahisəyə görə icarəyə verilmiş ərazidən istifadə etməyi qadağan etmişdir. Dəzgah yeni quraşdırıldığı vaxt, işlək vəziyyətdə olmuş sonradan dəzgahın ətrafına kənar əşyala yığılmış, dəzgahın yerləşdiyi ərazinin ətrafı bağlanmışdır. Nəticədə icarəyə götürdüyü əraziyə daxil ola bilməmiş, hər hansı bir fəaliyyət göstərməkdən məhrum olmuşdur. Dəzgahı həmin maneə nəticəsində icarəyə verilən ərazidən çıxara bilməmişdir. Bir müddətdən sonra məlum olmuşdur ki, dəzgahın dəyərli hissələri sökülmüş, yoxa çıxmışdır. Bu barədə cavabdeh ASC-dən hesabat verməsi tələb olunsa da, şifahi formada bildirilmişdir ki, sökülən hissələr ödənilməmiş icarə haqqı əvəzi olaraq sökülüb satılmış və dəyəri icarə haqqı borcunun əvəzi kimi götürülmüşdür. Cavabdeh dəzgahı icarəyə verilən ərazidən çıxarılmasını tələb etmiş, lakin iddiaçı dəzgahın sökülmüş hissələrin yerinə bərpa etdiyi halında götürəcəyini bildirmişdir. Cavabdeh ASC-nin özünə məxsus ərazidə quraşdırılmış iddiaçıya məxsus avadanlıqların MMC tərəfindən götürülməsi ilə bağlı hələ illər əvvəl belə bir müraciət etməsi məhkəmə tərəfindən əsaslı sayılmamışdır. Digər şəxslər kimi iddiaçı MMC ilə də, ## ###### 2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq, ASC balansında olan Mexaniki sexin ümumi sahəsi S=150m2 olan hissəsini ona icarəyə vermiş və iddiaçı orada fəaliyyət göstərmək üçün təxminən 5 (beş) ton ağırlığında Frez dəzgahını həmin sexə yerləşdirmişdir. Həmin vaxtdan icarə haqqlarını verməmiş və müqavilə şərtlərinə əməl etmədiyinə görə, icarə haqlarını ödəməyi, əks təqdirdə isə dəzgakı sexdən çıxarılması tələb edilmişdir. Lakin, hər dəfə müəyyən bəhanələrlə fəaliyyətə başladıqda icarə haqqlarını tam ödəyəcəyini bildirmiş, eyni zamanda dəzgahı saxlamağa yeri olmadığını deyərək möhlət istəmişdir. Dəfələrlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və həmin kommersiya işi üzrə MMC cavabdeh qismidə iştirak edərək məhkəmədə bildirmişdir ki, bağlanmış müqaviləyə əsasən öz hesabına emal üçün lazım olan texnikanı 200000 avro ödəyərək almışdır. Müqaviləyə əsasən cavabdeh MMC onlara 1 ton üçün 500 manat olmaqla ayda 200 ton çuqun emal etməli idi. Lakin, ASC müqavilənin şərtlərini pozaraq həmin məbləği ödəməmişlər. Buna əsasən cavabdehin onlara icarə haqqı olaraq ödəməli olduğu 200 manat ödəməmişdir. İddiaçı ASC avadanlığı söküb parçalamaq istəyir. Onun tək istəyi avadanlığı parçalamadan satıb iddiaçıya da hörmət edib çıxmaqdır, eyni zamanda məhkəmə iclasında yenidən 6 ay möhlət istəmişdir (Bax: izahata). Qeyd edirik ki, iddiaçı MMC iddia ərizəsində Bakı Apellyasiya məhkəməsi Kommersiya Kollegiyasının qətnaməsinə istinad edərək “Cavabdeh ASCnin özünə məxsus ərazidə quraşdırılmış iddiaçıya məxsus avadanlıqların MMC tərəfindən götürülməsi ilə bağlı hələ illər əvvəl belə bir müraciət etməsi məhkəmə tərəfindən əsaslı sayılmamışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının ## ###### 2024cü il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının izahatlarına əsasən həmin müraciətlərin tarixləri və dəqiq məzmunu (müqavilənin ləğvinə yönəldilib yönəldilməməsi) barədə hər hansı nəticəyə gəlmək mümkün deyil” qeydi ilə əlaqədar, bildiririk ki, Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə avadanlığın çıxarılması ilə bağlı müraciətə əsaslanaraq aramızda bağlanan müqavilənin ləğv edilməsini təmin etmədiyinə görə, Məhkəmə Kollegiyası həmin müraciətlərin tarixləri və dəqiq məzmunu müqavilənin ləğvinə yönəldilib yönəldilməməsi barədə nəticəyə gəlməyin mümkün olmadığına əsaslanaraq icarə müqaviləsini ləğv etmişdir. İddiaçı isə Məhkəmə Kollegiyasının mövqeyini dərk etməyərək, həmin mülahizəni göstərməklə özünü haqlı saymağa çalışır. Bundan başqa Məhkəmə Kollegiyası qətnamədə göstərmişdir ki, üçüncüsü, icarə sahəsindən istifadə etməsinə iddiaçının maneələr yaratması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçının onun icarə sahəsinə daxil olmasına icazə verməməsini iddia etsə də, həmin halı, o cümlədən avadanlığın icarə sahəsində saxlandığı 7 illik müddət ərzində iddiaçının icarə sahəsindən və avadanlıqdan istifadəsinə maneələrin törədilməsi ilə bağlı iddiaçıya etiraz etməsi, öz narazılığını hər hansı formada bildirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi videoyazılara münasibətdə isə qeyd edilməlidir ki, həmin videoyazılara əsasən yalnız avadanlılığın ətrafında digər mal-materialların yerləşdirildiyi görünür ki, həmin mal-materiallarının kim tərəfindən yerləşdirilməsini, eyni zamanda həmin malmaterialların avadanlığın işləməsi üçün maneə törətməsini müəyyən etmək qeyri mümkündür. Əksinə həmin videoyazının aparılması faktı özüözlüyündə cavabdehin icarə sahəsinə daxil olmasına və belə olan halda sahədən istifadə etməsinə hər hansı maneənin olmamasını təsdiq edir (Bax: qanuni qüvvədə olan qətnaməyə). Onu da, qeyd edirik ki, İcarəçi icarəyə götürdüyü ərazidə fəaliyyətinin qarşısı alınmışdırsa nə üçün həmin vaxtdan dəzgahini ərazidən çıxartmamış və buna heç təşəbbüs belə göstərməmişdir.
9. 10.Şahid İsgəndərov Cümşüd Abdulla oğlu məhkəmə iclasında izahatında qeyd etmişdir ki, zavod ərazisində ümumilikdə 3–4 dəfə olmuşdur. Ali Bayram bildirmişdir ki, metropoliten üçün çuğun məmulatlarının hazırlanması məqsədilə avadanlıq gətiriləcəkdir. Avadanlığın quraşdırılması üçün 150 kvadratmetr sahə ayrılmışdır. Lakin avadanlıq iri həcmli olduğundan hissə-hissə quraşdırılmışdır. Ərazinin üst hissəsi qapalı olsa da, ətrafı açıq vəziyyətdə olmuşdur. Qeyd olunan proses təxminən 2017-ci illərə təsadüf etmişdir. Avadanlıq təxminən 200.000 avro dəyərində gətirilmişdir. Avadanlığın quraşdırılması zamanı cavabdeh tərəfindən sifarişə ehtiyac olmadığı bildirilmişdir. Avadanlığın mühafizəsi müqavilə şərtlərinə əsasən qarşı tərəfin öhdəliyi olmuşdur və bu, müqavilədə açıq şəkildə qeyd edilmişdir. Avadanlıqdan hər hansı hissənin götürülməsi nəzərdə tutulmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianin rədd edilməsi qət edilmişdir.
11. İddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apelyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır əlavə olaraq qeyd edilmişdir ki, iddia tələbi mübahisə predmeti olan avanlığa dəymiş ziyanla bağlı olduğu üçün məhkəmə mübahisənin ədalətli həlli üçün mütləq şəkildə avadanlığın mövcudluğunu müəyyən etməli, avadanlığa ziyan dəyməsini müəyyən etməli, avadanlığa kimin ziyan vurmasını müəyyən etməli idi. Avadanlığın qorunması vəzifəsinin iddiaçıya məxsus olsada,bu öhdəliyi yerinə yetirmək imkanından məhrum olması və bu məhrumiyyətin məhz cavabdehin hərəkəti səbəbindən baş vermişdir. Məhkəmə nə avadanlığın mövcudluğunu, nə avadanlığa ziyan vurulmasını, nə də ki, ziyanın kim tərəfindən vurulmasını araşdırmamışdır. Bunun üçün məhkəmə mütləq şəkildə cavabdehə məxsus əraziyə baxış keçirtməli və avadanlığın həmin ərazidə olmasını, ümumiyyətlə mövcudluğunu müəyyən etməli idi. Lakin iş materiallarından müəyyən olunur ki, hadisə yerinə baxış keçirilməsi ilə bağlı iddiaçı tərəfindən vəsatət verilsə də vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Həmçinin, avadanlığa ziyanın vurulması ilə bağlı məhkəmə iş üzrə ekspertiza təyin etməli olduğu halda bunu da etməmiş və hətta iş üzrə ekspertiza təyin edilməsinin zəruriliyi ilə bağlı iddiaçı tərəfindən vəsatət verilsə də, vəsatət məhkəmə tərəfindən təmin olunmamaışdır. Bununla da, avadanlığa ziyan dəyməsi ilə bağlı xüsusi bilik tələb edən məsələ məhkəmə tərəfindən həll edilməmiş qalmışdır. Məhz bu hissə ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müvafiq şəkillər və görüntü təqdim edilmişdir ki, bu şəkil və görüntü də mübahisəli avadanlığın işlək olmayan vəziyyətdə olması açıq şəkildə aydın olur. Məhkəmə avadanlığın hazırda harada olması, kimə məxsus ərazidə yerləşməsi, avadanlığa iddiaçının hər hansı bir müdaxilə edə bilib-bilməməsi, ümumiyyətlə, iddiaçının avadanlıq yerləşən əraziyə daxil olub-olmaması məsələsi araşdırmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdır.
14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, dəzgahın dəyərli hissələri sökülmüş, bu barədə cavabdeh ASC-dən hesabat verməsi tələb olunsa da, şifahi formada bildirilmişdir ki, sökülən hissələr ödənilməmiş icarə haqqı əvəzi olaraq sökülüb satılmış və dəyəri icarə haqqı borcunun əvəzi kimi götürülmüşdür. Apellyasiya şikayətində isə göstərir ki, cavabdeh sökülmüş hissələrdən xəbərsiz olduğunu bildirmişdir. Bundan başqa iddiaçı, bundan əvvəl icarə haqqının ödənilməsinə dair iddia ərizəsi ilə əlaqədar cavabdeh qismində iştirak etdiyi məhkəmə iclasında “dəzgahın hissələrinin söküldüyü bildirməmişdir, orada qeyd etmişdir ki, ASC avadanlığı söküb parçalamaq istəyir. Onun tək istəyi avadanlığı parçalamadan satıb iddiaçıya da hörmət edib çıxmaqdır” (Bax: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kolegiyasının ## ###### 2024-cü il tarixli qətnaməsinə). İddiaçının bir-birinə zidd izahatının əsası ondan ibarətdir ki, mövcud yeri olmadığına görə 50 tonluq dəzgahi əsassız iddia qaldırmaqla heç bir vəsait ödəmədən hər vastə ilə ərazidə saxlanmasına nail olsun. Çünki icra məmuru qanuni qüvvəsini alan qətnaməni könüllü olaraq icra edilmədiyindən borcun əmlaka yönəldiləcəyinə dair borcluya xəbərdarlıq etmişdir. Əgər icarəçinin, icarəyə götürdüyü ərazidə fəaliyyətinin qarşısı alınmışdırsa nə üçün 2017-ci ildən dəzgahını ərazidən çıxartmamış və buna heç təşəbbüs belə göstərməmişdir. Digər tərəfdən əmlakının hissələri ondan xəbərsiz oğurlanmışdırsa nə üçün uzun müddət ərzində hüquq-mühafizə orqanlarına müraciət etməmişdir? Yalnız icarə haqqlarının ödənilməsinə dair qismən təmin edilən qanuni qüvvəsini alan məhkəmə qətnaməsi icraya yönələndən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi, ## ###### 2017-ci il tarixdə icarə müqaviləsi bağlanandan sonra əmlakından istifadə etməsinə maneələr yaradlmışdırsa 8 (səkkiz) il ərzində onun davranışının, qanunda nəzərdə tutulmuş qaydada və müəyyən edilmiş müddətdə hüququndan istifadə etməməsinin səbəblərini düzgün qiymətləndirilərək iddia ərizəsini təmin etməmişdir. Avadanlığın mövcudluğu mübahisə predmeti deyildir, ziyanın kimin tərəfindən vurulması isə ekspertizanın səlahiyyətləri daxilinə aid olmamaqla yanaşı, vurulan zərərin dəyərini isə iddiaçı özü müəyyənləşdırmişdir. Hesab edirik ki, iddiaçı, özü əmlakına vurulan zərəri 60.000 manat qiymətləndirməklə bərabər həmin əmlaka nə qədər zərər vurulmasının müəyyən edilməsi üçün mötəbər sübutlar təqdim etmədən ekspertiza keçirilməsinə dair vəsatət verməklə mübahisənin uzadılmasına çalışmışdır. Məhkəmə isə həmin vasatətin təmin etməməklə AR MPM-nin tələblərinə əməl etmişdir. Qanuni qüvvəsini alan əvvəlki qətnamədə müəyyən edilmişdir ki, iddiaçının ərazidə videoyazının aparması faktı özü-özlüyündə onun icarə sahəsinə daxil olmasına və belə olan halda sahədən istifadə etməsinə hər hansı maneənin olmamasını təsdiq edir (Bax: qanuni qüvvədə olan qətnaməyə). Bütün bunlarla yanaşı iddiaçı tərəfindən dəvət edilən İsgəndərov Cümşüd Abdulla oğlu şahid qismində izahat verərkən cavabdeh tərəfin sualına cavab olaraq bildirmişdir ki, avadanlığın yerləşdiyi əraziyə iddiaçı ilə birlikdə bir neçə ay əvvəl özünün istifadə etdiyi avtomobilə getmişlər. Həmin vaxt ASC-nin girişində quraşdırılan şlaqbaum açılaraq onları avtomobilə əraziyə buraxmışlar və heç kim onlara manə olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi Ali Bayram apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ AR Mülki Məcəlləsi
17. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELYASİYA BAXIŞININ HƏDLƏRİ
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamə tam yoxlanılması təşkil edir.
APELYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
32. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
33. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
34. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
35. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
36. Mübahisələndirilməyən hal ondan ibarətdir ki, tərəflər arasında 2017-ci ildə bağlanan icarə müqaviləsi əsasında icarə münasibətləri yaranmış, iddiaçı cavabdehdən icarəyə götürdüyü qeyri yaşlayış sahəsində özünə məxsus olan avadanlığı yerləşdirmişdir.
37. Hazırki halda iddiaçı cavabdehin təqsirli əməli nəticəsində ona məxsus avadanlığa zərər dəydiyini bildirərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi mübahisə predmeti olan avadanlığa cavabdehin hərəkətləri nəticəsində ziyan dəyməsini göstərsə də, ilk növbədə həmin ziyanın mövcudluğunu, avadanlığın hansı konkret hissəsinin, nə vaxt, hansı şəraitdə və hansı hərəkət nəticəsində zədələndiyini sübut etməli idi.
39. Qanunvericiliyə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Bu baxımdan, iddiaçı zərərin mövcudluğunu, zərərin məbləğini, cavabdehin hüquqa zidd hərəkətini, həmin hərəkətlə zərər arasında səbəbli əlaqəni və cavabdehin təqsirini mötəbər sübutlarla təsdiq etməli idi.
40. İddiaçının istinad etdiyi şəkil və videogörüntülər avadanlığın işlək vəziyyətdə olmamasını ehtimal etməyə əsas verə bilsə də, onun məhz cavabdehin hərəkətləri nəticəsində zədələndiyini, hansı tarixdə zədələndiyini, zədənin xarakterini, təmir imkanını və tələb edilən zərər məbləğinin əsaslılığını təsdiq etmir. Həmin materiallardan avadanlığın əvvəlki texniki vəziyyəti, nasazlığın səbəbi, avadanlığa kənar müdaxilənin olub-olmaması müəyyən edilmir.
41. Kollegiya qeyd edir ki, iddiaçının avadanlığın cavabdehə məxsus ərazidə qalması və həmin əraziyə daxil olmaq imkanından məhrum edilməsi barədə dəlili də iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən 2017-ci ildən avadanlığın ərazidən çıxarılması ilə əlaqədar cavabdehə hər hansı müraciətin olmasına, həmçinin maneələrin yaradılmasına dair hər hansı sübut təqdim təqdim edilmir. Əksinə iddiaçının dedikləri özünün maneəsiz şəkildə əraziyə daxil olaraq avadanlıqla bağlı apardığı foto, video çəkilişlərlə təkzib olunur.
42. Bundan başqa avadanlıq iddiaçının özü tərəfindən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə yerləşdirilmiş, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.2-ci bəndi ilə həmin ərazidə olan avadanlıqların qorunub saxlanılması vəzifəsi icarəyə götürənin, yəni iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən, avadanlığın qorunması ilə bağlı müqavilə öhdəliyini yerinə yetirmək imkanından iddiaçının cavabdehin hərəkətləri nəticəsində məhrum edilməsi ayrıca sübut edilməli idi. Lakin iddiaçı cavabdehin onu əraziyə buraxmadığını, avadanlığa baxış keçirməsinə, ona müdaxilə etməsinə, onu götürməsinə və ya təmir etdirməsinə faktiki maneə yaratdığını təsdiq edən yazılı müraciət, cavab məktubu, akt və ya digər mötəbər sübut təqdim etməmişdir.
43. Kollegiya avadanlığın olduğu yerə baxış keçirilməsi barədə vəsatətin təmin edilməməsinə münasibətdə qeyd edir ki, baxışın keçirilməsi yalnız həmin anda mövcud olan vəziyyəti müəyyən edə bilər. Baxış nəticəsində avadanlığın əvvəlki texniki vəziyyətini, zədənin nə zaman və hansı səbəbdən yarandığını, habelə ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verdiyini müəyyən etmək mümkün deyildir.
44. Başqa sözlə, avadanlığın baxış zamanı cavabdehə məxsus ərazidə olması belə, özlüyündə cavabdehin avadanlığa ziyan vurmasını və ya zərərin onun təqsirli davranışından irəli gəlməsini sübut etmir.
45. Kollegiya ekspertiza təyin olunması barədə vəsatətin təmin edilməməsini də prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Ekspertiza xüsusi bilik tələb edən məsələlər üzrə aparılır, lakin ekspertiza iddiaçının sübut etməli olduğu hüquqi əhəmiyyətli halları müəyyən etmək üçün istifadə edilə bilməz. Həmşinin ekspertiza avadanlıqda texniki nasazlığın olub-olmaması və mövcud nasazlığın xarakteri barədə rəy verə bilərdi. Lakin ekspertiza cavabdehin avadanlığa hansı hərəkəti etdiyini, həmin hərəkətin nə vaxt baş verdiyini, iddiaçının öz davranışının zərərin yaranmasına təsir edib-etmədiyini və cavabdehin təqsirinin olub-olmadığını müəyyən edə bilməz.
46. Kollegiya həmçinin qeyd edir ki, ekspertizanın aparılması üçün avadanlığın ilkin vəziyyətinin qorunması, texniki sənədlərinin, istismar tarixçəsinin, təmir və servis məlumatlarının mövcudluğu zəruri idi. İddiaçı isə avadanlığın mübahisədən əvvəlki vəziyyətini, sonradan ona hər hansı müdaxilə edilmədiyini və ekspertizaya təqdim olunan obyektin zərərin yarandığı andakı vəziyyəti əks etdirdiyini sübut etməmişdir.
47. Beləliklə, cavabdehin avadanlığın qorunması üzrə öhdəlik götürdüyünü, avadanlığı qəbul etdiyini, ona faktiki nəzarət etdiyini və ya onun zədələnməsinə səbəb olan hər hansı hərəkətə yol verdiyini təsdiq edən mötəbər sübut yoxdur. Həmçinin cavabdehin iddiaçıya məxsus avadanlığı mənimsəməsi, saxlaması, istifadəyə yararsız hala salması, ona zərər vurması, habelə iddiaçının həmin avadanlıqdan istifadə etməsinə faktiki maneə yaratması barədə işdə hər hansı etibarlı sübut mövcud deyildir.
48. Göründüyü kimi iddiaçı 60.000 manat zərərin hansı əsaslarla yarandığını da sübuta yetirməmişdir. İş materiallarında avadanlığın bazar dəyəri, təmir xərcləri, sıradan çıxma dərəcəsi, texniki nasazlıq, avadanlığın yararsızlığı və ya zədələnməsi barədə ekspert rəyi, texniki baxış aktı, təmir sənədləri, hesab-fakturalar və ya digər maliyyə sənədləri yoxdur.
49. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
50. Bu səbəbdən tələb olunan 60.000 manat məbləğində real zərərin mövcudluğu və həcmi müəyyən edilə bilməz.
51. Kollegiya iddiaçının əldən çıxmış fayda və faiz tələbinə münasibətdə qeyd edir ki, əsas tələbdən asılı olduğundan əsas tələb təmin edilmədiyi halda əldən çıxmış fayda və faiz tələbi müstəqil hüquqi əsas kəsb etmir.
52. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
53. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflər qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.