Məhkəmə qərarları › İş №e-2-2(3-6)-540/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-540/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-540/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” Bankı İddiaçıəhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2, Əhmədova (Mustafayeva) Səbinə Novruz qızı, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Iddiaçı “xxxx” Bankı İddiaçıəhmdar Cəmiyyəti cavabdehlər cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2, Əhmədova (Mustafayeva) Səbinə Novruz qızı, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 MMC-nin ##.##.2017-ci il tarixli *************** №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankı qarşısında ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 223888,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 30% dərəcəsi ilə hesablanmış 1343333,34 manat məbləğində penya olmaqla, cəmi 1567222,23 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 945 manat məbləğində çəkilmiş xərcin cavabdeh cavabdeh2 MMC-dən iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması, tələbin ##.##.2017-ci il tarixli 100401667019817/IM-* №li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh cavabdeh1 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyri-yaşayış binasına (Kotec) (1-ci Ipoteka predmeti), ##.##.2017-ci il tarixli 100401667019817/IM-* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh cavabdeh1 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binasına (Kotec) (2-ci Ipoteka predmeti), ##.##.2017-ci il tarixli 100401667019817/IM-* №-li ipoteka müqaviləsi müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh cavabdeh3 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 10 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyri-yaşayış binasına (Kotec) (3-cü Ipoteka predmeti), ##.##.2017-ci il tarixli 100401667019817/IM-* №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh cavabdeh3 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus - A, 4 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyri-yaşayış binasına (Kotec) (4-cü ipoteka predmeti), ##.##.2017-ci il tarixli 100401667019817/IM-* №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh cavabdeh3 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 2 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binasına (Kotec) (5-ci Ipoteka predmeti), ##.##.2017-ci il tarixli 100401667019817/IM-* №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Mustafayeva (Əhmədova) Səbinə Novruz qızına mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus-A, 18 ünvanında istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 295.7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyri-yaşayış binasına (Kotec) (6-cı Ipoteka predmeti) və ##.##.2018-ci il tarixli 100401667019817/IM-* №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh cavabdeh4 MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0.05609 ha torpaq sahəsində yerləşən 1 438.9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasına (Kotec) (7-ci ipoteka predmeti) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və cavabdeh cavabdeh2 MMC-nin ##.##.2017-ci il tarixli *************** №-li kredit müqaviləsi üzrə ASC “xxxx” Bankı qarşısında ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 223888,89 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 30% dərəcəsi ilə hesablanmış 1343333,34 manat məbləğində penya, cəmi 1567222,23 manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 945 manat məbləğində çəkilmiş xərcin ipoteka predmetlərinin dəyərindən tutularaq iddiaçı ASC “xxxx” Bankına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə 1573,61 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin bazar qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar cavabdeh3, cavabdeh1 və digərlərinin cavabdeh ASC “xxxx” Bankına qarşı (cavabdeh2 MMC 3-cü şəxs kimi icraata cəlb edilməklə) “əmlaklar üzərində yüklülüyün ləğvi” tələbinə dair e-*-*(***)- ****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “xxxx” Bankı tərəfindən ##.##.2025ci il tarixdə imzalanmış iddia ərizəsi əsasında baxılan e-*-*(***)-****/**** saylı kommersiya işi üzrə icraatın dayandırılmasının əsası kimi məhkəmə MPM-in 254.1.4-cü maddəsinə istinad edərək belə qənaətə gəlir ki, məhkəmənin icraatında olan işlər bir-biri ilə əlaqəli olduğundan və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(***)-****/**** nömrəli iş üzrə yekun məhkəmə aktı ilə müəyyən ediləcək halları hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin iş həll edilməyincə hazırkı işə baxmaq mümkün deyil. Məhkəmənin gəldiyi bu nəticə səhv və əsassızdır. Belə ki, eyni məhkəmənin icraatında iddiaçılar cavabdeh4 MMC-nin, cavabdeh3, cavabdeh1 və Mustafayeva (Əhmədova) Səbinə Novruz qızının cavabdeh ASC “xxxx” Bankına qarşı (cavabdeh2 MMC 3-cü şəxs kimi icraata cəlb edilməklə) “əmlaklar üzərində yüklülüyün ləğvi” tələbinə dair ##.##.2025-ci il tarixdə imzalanmış iddia ərizəsi əsasında kommersiya işi vardır. Məhkəmənin icraatında olan yuxarıda sadalanan hər iki iş üzrə iddia tələblərinin mahiyyətindən belə görünür ki, e-*-*(***)- ****/**** saylı iş üzrə bankın tutmanın yönəldilməsini xahiş etdiyi əmlaklar ilə eyni məhkəmənin icraatında olan e-*-*(***)-****/**** saylı digər kommersiya işi (iddia ərizəsi əlavə edilir) üzrə yüklülüyün ləğv edilməsinin tələb edildiyi əmlaklar eynilik təşkil edir və hər iki iş üzrə iddia ərizəsində göstərilən tələblər bir-biri ilə qarşılıqlı əlaqəlidir. Eyni zamanda, hər iki iş üzrə iştirak edən tərəflər də eynidir. Belə olan halda və ilkin olaraq tərəflərindən iddia ilə məhkəməyə müraciət edildiyindən iddiaçı MPM-in 43.2-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, sözügedən kommersiya işlərinə bir icraata baxılması daha məqsədəmüvafiq olmaqla yanaşı, həm də prosessual qənaət prinsipi ilə də uzlaşardı. Bu səbəbdən də məhkəmənin icraatında olan e-*-*(***)-****/**** saylı kommersiya işi üzrə hazırlıq iclasında işlərinin bir icraatda birləşdirilməsinə dair vəsatətlə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə əsassız nəticəyə gələrək icraatında olan e-*-*(***)-****/**** saylı iş üzrə icraatın dayandırılmasına dair qərar qəbul etmişdir. Icraat dayandırıldıqdan sonra e-*-*(***)-****/**** saylı kommersiya işi üzrə hazırlıq iclasında sözügedən vəsatət təmin edilməmiş və buna əsas kimi də icraatı davam edən işin icraatı dayandırılmış bir işə birləşdirilməsinin prosessual olaraq qeyri-mümkün olması göstərilmişdir. Hesab edilir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hər iki iddia ərizəsi üzrə işlərə birgə baxılmalıdır. Bu səbəbdən də bu mübahisələndirilən qərardad ləğv edilməli, icraatın təzələnməsinə dair yeni qərardad qəbul edilməlidir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə ## #### 2014-cü il tarixli qərarında sərgilənmişdir. MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehlərin nümayəndəsi şikayətə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında e-*- *(***)-****/**** saylı digər kommersiya işi də məhkəmənin icraatında olmuşdur. Eyni məhkəmənin icraatında eyni tərəflər arasında mübahisələrin predmetinin tamamilə fərqli olmasına baxmayaraq, ASC “xxxx” Bankı əsassız olaraq həmin işlərin bir icraatda birləşdirilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmışdır. Halbuki, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə e-*-*(***)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə görə, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş halda iş üzrə icraat digər iş üzrə məhkəmə qərarı, qətnaməsi, hökmü və ya qərardadı qanuni qüvvəyə minənədək dayandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” ## #### 2004-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, iş üzrə icraatın dayandırılması üçün məhkəmələrdə baxılan işlər arasında istənilən formal və ya faktiki bağlılığın mövcudluğu kifayət etmir. Belə dayandırma yalnız başqa iş üzrə müəyyən edilməli olan halların hazırkı işin həlli üçün zəruri ilkin şərt təşkil etdiyi və həmin hallar müəyyən edilmədən hazırkı iş üzrə qanuni və əsaslandırılmış yekun məhkəmə aktının qəbul edilməsinin obyektiv olaraq mümkün olmadığı halda tətbiq edilə bilər. Hazırkı iş üzrə ASC “xxxx” Bankı digər tələblərlə yanaşı, kredit öhdəliyinin icrasının təminatı kimi bağlanmış ipoteka müqavilələri əsasında yeddi daşınmaz əmlaka tutmanın yönəldilməsini, həmin əmlakların açıq hərracdan satılmasını və tələb olunan pul məbləğinin onların satış dəyərindən ödənilməsini tələb edir. Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-*-*(***)-****/**** nömrəli digər işdə isə hazırkı iş üzrə ipoteka qoyanlar ASC “xxxx” Bankına qarşı iddia qaldıraraq, bankın tutmanın yönəldilməsini tələb etdiyi eyni daşınmaz əmlaklar üzərində ipoteka yüklülüyünün ləğv edilməsini tələb etmişlər. Beləliklə, həmin işlər arasındakı əlaqə yalnız tərəflərin, sübutların və əmlakların eyniliyi ilə məhdudlaşmır. Digər işdə həll edilən əsas hüquqi məsələ bankın mübahisəli daşınmaz əmlaklar üzərində ipoteka hüququnun mövcud olub-olmamasından ibarətdir. Həmin məsələ isə hazırkı iş üzrə ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbinin maddi-hüquqi əsasının mövcudluğunu birbaşa müəyyən edir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin təmin olunması üçün kreditorun mübahisəli əmlaklar üzərində qanuni və qüvvədə olan ipoteka hüququna malik olması zəruri şərtdir. Digər iş üzrə yüklülüyün ləğvi barədə iddia təmin edilərək məhkəmə aktı qanuni qüvvəyə mindiyi halda, mübahisəli əmlaklara tutmanın yönəldilməsi üçün hüquqi əsas aradan qalxmış olacaqdır. Əksinə, həmin iddianın rədd olunması barədə məhkəmə aktı qanuni qüvvəyə mindiyi halda isə ipoteka hüququnun qüvvədə qalması hazırkı iş üzrə tutmanın yönəldilməsi tələbinə hüquqi qiymət verilərkən nəzərə alınmalıdır. Iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə əmlaklar üzərində yüklülüyün ləğvi barədə iddia təmin edilmiş və mübahisəli daşınmaz əmlaklar ipoteka yüklülüyündən azad olunmuşdur. Həmin qətnamə hazırda qanuni qüvvəyə minmədiyindən preyudisial qüvvəyə malik olmasa da, onun qəbul edilməsi işlər arasındakı hüquqi asılılığın abstrakt deyil, real və konkret xarakter daşıdığını təsdiq edir. Həmin məhkəmə aktı qanuni qüvvəyə minmədən hazırkı iş üzrə ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə tələbin həll edilməsi eyni ipoteka hüququnun mövcudluğu ilə bağlı bir-birinə zidd məhkəmə aktlarının qəbul olunması riskini yaradır. Belə vəziyyət hüquqi müəyyənlik prinsipinə, məhkəmə aktlarının məcburiliyi tələbinə və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədinə uyğun olmazdı. Şikayətdə işlərin bir icraatda birləşdirilməsinin daha məqsədəuyğun olduğu göstərilsə də, həmin dəlil mübahisələndirilən qərardadın ləğvinə əsas vermir. MPM-in 43.1-ci maddəsi müxtəlif məhkəmələrin icraatında olan qarşılıqlı əlaqəli işlərin bir məhkəmədə baxılması ilə bağlı məsələni tənzimləyir. Hazırkı halda isə hər iki iş eyni məhkəmənin icraatında olduğundan həmin norma mövcud prosessual vəziyyətə birbaşa tətbiq edilə bilməz. MPM-in 43.2 və 169.3-cü maddələrinin məzmununa görə, qarşılıqlı əlaqəli tələblərin və ya işlərin bir icraatda birləşdirilməsi ədalət mühakiməsinin düzgün və vaxtında həyata keçirilməsinə xidmət edən prosessual vasitədir. Lakin həmin normalar işdə iştirak edən şəxslərə işlərin hər bir halda mütləq birləşdirilməsini tələb etmək barədə qeyd-şərtsiz hüquq vermir və məhkəmə üçün belə bir mütləq vəzifə yaratmır. Işlərin birləşdirilməsinin məqsədəuyğunluğu tələblərin xarakteri, işlərin baxılma mərhələsi, sübutetmə predmetlərinin həcmi, birgə baxışın icraatın sürətləndirilməsinə və ya əksinə, mürəkkəbləşdirilməsinə təsiri, habelə ziddiyyətli məhkəmə aktlarının qəbul olunması ehtimalı nəzərə alınmaqla məhkəmə tərəfindən qiymətləndirilir. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə # #### 2014-cü il tarixli qərarında qarşılıqlı əlaqəli tələblərin birlikdə araşdırılmasının ədalətli məhkəmə araşdırması baxımından əhəmiyyəti vurğulansa da, həmin hüquqi mövqe MPM-in 254.1.4cü maddəsində nəzərdə tutulan obyektiv prosessual asılılıq mövcud olduğu halda iş üzrə icraatın dayandırılmasını istisna etmir. Işlərin birləşdirilməsi və icraatın dayandırılması fərqli prosessual əsaslara və tətbiq şərtlərinə malik olan hüquqi vasitələrdir. Iddiaçının əvvəlcə yüklülüyün ləğvi işinin hazırkı işə birləşdirilməsi barədə vəsatət verməsi, lakin icraatın dayandırılmasından sonra həmin vəsatətin təmin edilməməsi də özlüyündə mübahisələndirilən qərardadın qanunsuzluğunu təsdiq etmir. Icraatın dayandırılması barədə qərardadın qanuniliyi onun qəbul edildiyi tarixdə mövcud olmuş faktiki və hüquqi vəziyyətə əsasən qiymətləndirilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iş üzrə pul tələbi ilə ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbi eyni kredit və təminat hüquq münasibətlərindən irəli gəlmiş, iddiaçı tələb etdiyi məbləğin həmin ipoteka predmetlərinin dəyərindən ödənilməsini vahid müdafiə üsulu kimi irəli sürmüşdür. MPM-in 169.1-ci maddəsinə görə, birləşdirilmiş tələblərdən birinin və ya bir neçəsinin ayrıca icraata ayrılması məhkəmənin məqsədəuyğunluq barədə qiymətləndirməsindən asılıdır. Iddiaçı şikayətində tələblərin ayrıca icraata ayrılmasını deyil, hər iki işin bir icraatda birləşdirilməsini və hazırkı iş üzrə icraatın bütövlükdə təzələnməsini tələb etmişdir. Pul tələbinin ayrıca icraata ayrılması isə eyni kredit müqaviləsinin icrası, borcun məbləği, öhdəliyin pozulması və təminat hüquqlarının həcmi ilə bağlı faktiki və hüquqi halların müxtəlif icraatlarda təkrar araşdırılmasına, əlavə prosessual xərclərə və bir-biri ilə uzlaşmayan nəticələrin yaranmasına səbəb ola bilər. Buna görə şikayətin dəlilləri və ona baxılmasının hədləri daxilində birinci instansiya məhkəməsinin iş üzrə icraatı bütövlükdə dayandırması nəticəsinə müdaxilə olunmasını əsaslandıran hal müəyyən edilmir. Beləliklə, e-*-*(***)-****/**** nömrəli iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olmadan ASC “xxxx” Bankının mübahisəli əmlaklar üzərində ipoteka hüququnun mövcudluğu və həmin əmlaklara tutmanın yönəldilməsinin mümkünlüyü barədə yekun hüquqi nəticəyə gəlmək mümkün deyildir. Bu baxımdan işlər arasında MPM-in 254.1.4-cü maddəsinin tətbiqini şərtləndirən obyektiv prosessual asılılıq mövcuddur və birinci instansiya məhkəməsi digər iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Şikayətin işlərin birləşdirilməsi, prosessual qənaət və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı dəlilləri birinci instansiya məhkəməsinin qərardadında gəlinmiş nəticəni təkzib etmir və qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən apellyasiya instansiyası məhkəməsi qərardadlarının dairəsi müəyyən edilmişdir. Hazırkı qərardad həmin maddədə nəzərdə tutulan qərardadlara aid olmadığından ondan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 82.3, 169.1, 169.3, 254.1.4, 256.0.3, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar