Məhkəmə qərarları › İş №e-2-2(3-6)-551/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-551/2026

03.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-551/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh MMC-yə qarşı “qiymətləndirmənin nəticələri haqqında mütəxəssis rəyində qiymətləndirilən obyektin dəyərinin yekun göstəricisinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı QSC BOKT cavabdeh Cavabdeh MMC-yə qarşı “qiymətləndirmənin nəticələri haqqında mütəxəssis rəyində qiymətləndirilən obyektin dəyərinin yekun göstəricisinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC–yə ipoteka qoyulmuş “xxxx” MMC-nin mülkiyyətində olan Salyan rayonu, İ.Quliyev küçəsində 2.96343 ha torpaq sahəsində yerləşən ** saylı əmlak kompleksi kimi müəssisənin əmlakının qiymətləndirilməsinə dair cavabdeh Cavabdeh MMC-nin ##.##.2025ci il tarixli PQ-S**/**** saylı mütəxəssis rəyində qiymətləndirilən obyektin həm likvid, həm də bazar dəyərinin yekun göstəricilərinin əsassız olduğundan ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı QSC BOKT-un cavabdeh Cavabdeh MMC-yə qarşı “qiymətləndirmənin nəticələri haqqında mütəxəssis rəyində qiymətləndirilən obyektin dəyərinin yekun göstəricisinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilərək, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı İddiaçı QSC BOKT-a geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi Cavabdeh MMC-nin mütəxəssis rəyinə əsasən İddiaçı QSC-yə ipoteka qoyulmuş əmlakın bazar və likvid dəyərlərindən xeyli aşağı qiymətləndirməsi nəticəsində İddiaçı QSC-nin qanunla qorunan hüquqları pozulmuş və bu səbəbdən İddiaçı QSC qiymətləndirmənin nəticələri haqqında mütəxəssis rəyində qiymətləndirilən obyektin dəyərinin yekun göstəricisinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən də qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cıil tarixli e-*-*(*-**)-****/**** saylı qərardadından da göründüyü kimi məhkəmə iddia ərizəsinə mahiyyəti üzrə baxmayaraq, əsassız olaraq həmin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Ona görə də hesab edir ki, yuxarıda qeyd edilən mütəxəssis rəyinin məhkəmə qaydasında ləğv edilməsi üçün İddiaçı QSC-nin iddia ərizəsi icraata qəbul edilməklə, verilmiş iddia tələbi üzrə müvafiq qərar qəbul edilməlidir. İddiaçı İddiaçı QSC tərəfindən cavabdehə qarşı verilmiş hazırkı iddia tələbi ilə bağlı başqa məhkəmənin icraatında iş yoxdur, eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisə yoxdur. Belə olduğu halda iddiadan imtina üçün hər hansı bir əsas yaranmır. Məhkəmə iddia ərizəsinə baxmaqdan imtina edib iddianı geri qaytarmaqla bağlı tətbiq edilməli olan mülki- prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki- ProsessualMəcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Lakin məhkəmə tərəfindən işdə olan sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş obyektiv araşdırılmamış, son nəticədə İddiaçı QSC-nin hüquq vəmənafeyinə zidd olan qanunsuz bir qərardad qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: -İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdeh “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın cavabdehin ipoteka qoyulmuş əmlakına yönəldilməsi və həmin əmlakın açıq hərraca çıxarılaraq satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin işə baxılan zaman ipoteka qoyulmuş əmlakın likvid və orta bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə iş üzrə ##.##.2025-ci il tarixli, e-2- *(***)-****/**** saylı qərardadla məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Cavabdeh MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Hazırki iddia ərizəsinin mahiyyətindən isə görünür ki, iddiaçı Cavabdeh MMC tərəfindən həmin kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinə təqdim edilmiş ##.##.2025-ci il tarixli, PQ-S**/**** saylı mütəxəssis rəyini mübahisələndirir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının mübahisələndirdiyi mütəxəssis rəyi müstəqil hüquqi nəticə yaradan akt deyil, başqa məhkəmə icraatında istifadə edilən sübut vasitəsidir. Həmin rəy əsasında iddiaçının hüquq və vəzifələri birbaşa müəyyən edilməmiş, o yalnız məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməli olan məlumat mənbəyi kimi çıxış etmişdir. Hər hansı sübutun ayrıca etibarsız sayılması deyil, onun sübut kimi qəbul olunub-olunmaması və mötəbərliyi məsələsi isə həmin işə baxan məhkəmə tərəfindən həll edilir. Əks yanaşma eyni sübuta müxtəlif məhkəmələr tərəfindən paralel hüquqi qiymət verilməsi ilə nəticələnə və məhkəmə aktlarının sabitliyi prinsipinə zidd ola bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar